İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə16/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   12   13   14   15   16   17   18   19   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Bəs səhər yeməyi? 

-

 

Əşi, siz nə danışırsınız! Sizin kirayənişinlər lap cin tayfasıdır, 



səhər qara qaranlıqdan durub gediblər. 

-

 



Silviya,  düz  danış,  -  madam  Voke  söyləndi.  -  Qaraqaranlıq- 

dan yox, alaqaranlıqdan deyərlər. 

-

 

Yaxşı,  qoy  siz  deyən  olsun.  Səhər  yeməyini  saat  onda  yeyə 



bilərsiniz. Mişonetka da, Puare də hələ oyanmayıblar. Evdə qalan elə 

onlardır, hələ kötük kimi yatırlar. Lap kötükdürlər ki, kötük. 

-Amma Silviya, sən onları birləşdirirsən, sanki... 

Silviya axmaq bir qəhqəhə ilə gülərək: 

-

 

Nə sanki? - dedi. - İkisindən bir cüt çıxar. 



-

 

Qəribə  şeydir,  Silviya.  Necə  oldu  ki,  cənab  Votren  bu  gecə 



Kristof qapının rəzəsini bağlayandan sonra içəri daxil oldu? 

-

 



Lap tərsinə olub, xanım. Kristof cənab Votrenin səsini eşidib 

aşağı enmiş, qapını özü açmışdı. Amma siz elə bilirsiniz ki... 

-

 

Koftanı  bəri  ver,  tez  səhər  yeməyini  hazırla.  Kartoflu  qoyun 



ətindən artıq qalanı gətir, biri iki liarlıq bişmiş armudu süfrəyə qoy. 

Bir  neçə  dəqiqədən  sonra  Voke  aşağı  endi.  Bu  halda  pişik  süd 

kasasının  üzərindəki  boşqabı  yerindən  tərpədib,  tələsə-tələsə  süd 

içməkdə idi. Voke bağırdı: 

-

 

Piştə! 



Pişik dərhal qaçdı, lakin az sonra yenə qayıdaraq, Vokenin ayaq-

larına sürtünməyə başladı. Sahibə ona: 

-

 

Hə, hə, sürtün, qoca məlun, yaltaqlıq elə! Silviya! Silviya! 



-

 

Nə var, ay xanım, yenə nə olub? 



-

 

Bir baxsana, pişik südü içib qurtardı! 



-

 

Günah bu murdar Kristofdadır, mən ona demişdim ki, süfrəni 



salsın.  Bəs  hara  çıxıb  gedibdir?  Narahat  olmayın,  xanım,  bu  süd 

Qorio  atanın  qəhvəsi  üçün  hazırlanmışdır.  Bir  az  su  tökərəm,  heç 

xəbəri olmaz. O, nə yediyini belə başa düşmür. 

Madam Voke boşqabları düzə-düzə: 

-

 

Bu təlxək, görəsən, hara getmişdir? 



-

 

Kim bilir, hansı cəhənnəmdədir. 



-

 

Deyəsən, çox yatmışam. 



-

 

Amma lap qızılgül kimi təravətlisiniz. 



Bu zaman zəng çalındı, Votren yoğun səslə oxuya-oxuya yemək 

otağına daxil oldu: 

50 

downloaded from KitabYurdu.org




Vaxta ki dolaşdım bütün dünyanı, 

Hamı agah oldu bu sidi işdən... 

Votren madam Vokeni gördü: 

-

 

Xo! Xo! Xoş gördük, Voke cici. 



O, bu sözləri deyib oynaq bir hərəkətlə sahibəni bağrına basdı. -

Yaxşı, buraxınız... 

-

 

Mənə “sırtıq” deyin, hə, deyin! Axı siz bunu demək istəyirsi-



niz!.. Yaxşı, eybi yoxdur, süfrəni düzəltmək üçün sizə kömək edərəm. 

Mən sizin xoşunuza gəlmirəmmi? 



Məni məftun edir hər zaman, hər an... 

...Sanşm gözəllər... 

Mən

 

bu saat qəribə bir şey görmüşəm... 



...qara saçlılar... 

Dul arvad soruşdu: 

-

 

Nə görübsünüz? 



-

 

Qorio  ata  saat  doqquzun  yarısında  Dofina  küçəsində  zərgər 



yanında idi. Həmin zərgər, adətən, köhnə gümüş qablar və gülə- bətin 

alıb satar. Qorio ona xeyli pula qızıllanmış gümüş qab-qacaq satırdı. 

Qab-qacağı ürəyin istədiyi kimi əzib yumrulamışdı. Görünür, bu işdə 

təcrübəsi var. 

-

 

Eləmi, doğrudanmı? 



-

 

Bəli,  bəli.  Dostlarımdan  biri  Fransanı  həmişəlik  tərk  edərək, 



“Poçt yolları” kompaniyası xətti ilə yola düşürdü. Mən onu ötürməyə 

getmişdim. Qorio atanı görüb nə edəcəyinə baxmaq üçün gözləməyə 

qərar  verdim.  Elə-belə,  məsxərə  üçün. O,  bizim  məhəllədəki  de-Qre 

küçəsinə  gəldi.  Qobsek  adlı  məşhur  sələmçinin  evinə  girdi.  Qobsek 

kimi  hiyləgər  adam  az-az  tapılar.  O,  atasının  sümüyündən  domino 

daşı  düzəldə  bilər.  O,  yəhudidir,  ərəbdir,  yunandır,  qaraçıdır,  onun 

evini  qarət  etmək  çətin  məsələdir.  Həmişə  öz  pullarını  bankda 

saxlayır. 

-

 

Bəs Qorio ata nə ilə məşğuldur? 



-

 

İflas olması ilə  məşğuldur,  - Votren cavab verdi. - Bu sarsaq 



adam o qədər əbləhdir ki, pullarını qızlara xərcləyir, qızlar isə... 

51 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Silviya bu vaxt: 



-

 

Qorio ata gəlir! - dedi. 



Qorio ata: 

-

 



Kristof, - deyə bağırdı, - mənim yanıma qalxarsan! 

Kristof cənab Qorionun arxasınca yuxarı mərtəbəyə qalxdı. Bir 

az sonra yenə aşağı endi. 

Madam Voke xidmətçidən soruşdu: 

-

 

Sən hara? 



-

 

Cənab Qorio tapşırıq vermişdir. 



Votren Kristofun əlindən məktubu alaraq: 

-

 



Bəs  bu  nədir?  -  dedi.  Məktubun  üstündə 

Qrafinya  Anastazi 

de  Restonun

 

adı  yazılmışdı.  Votren  məktubu  yenə  Kristofa 



qaytararaq: 

-

 



Hara gedirsən? - deyə soruşdu. 

-

 



Elder  küçəsinə.  Mənə  tapşırılmışdır  ki,  bu  məktubu  şəxsən 

qrafinyanın özünə verim. 

Votren məktubu işığa tutub: 

-

 



Bəs bunun içindəki nədir? - dedi. - Bank vərəqəsi?.. Yox, ayrı 

şeydir! - Zərfi bir qədər açaraq: - Ödənilmiş veksel! - deyə bağırdı. - 

Çox qəribə! Bu qoca sarsaq çox nəzakətli imiş. 

Votren Kristofun başını fırfıra kimi tərpədərək: 

-

 

Get,  qoçağım,  get,  -  dedi.  -  Sənə  yaxşı  araqpulu  verərlər. 



Süfrə  salınmışdı.  Silviya  südü  qaynadırdı.  Madam  Voke 

sobada 


odu alışdırırdı. Votren oxuya-oxuya sahibəyə kömək edirdi. 

Vaxta ki dolaşdım bütün dünyanı, 

Hamı agah oldu bu sirli işdən... 

Hər şey hazır olanda madam Kutürlə madmazel Tayfer göründü. 

Madam Voke madam Kutürdən soruşdu: 

-

 



Mənim əzizim, səhər tezdən haradan belə gəlirsiniz? 

-

 



Biz  müqəddəs  Etyen  dü-Mon  kilsəsində  ibadət  edirdik.  Axı 

bu  gün  biz  cənab  Tayferin  yanına  getmək  fikrindəyik.  Zavallı 

qızcığaz yarpaq kimi titrəyir. 

Madam Kutür bu sözləri deyib sobanın qarşısında əyləşdi və 

üzərindən buxar qalxan çəkməli ayaqlarını oda tərəf uzatdı. Madam 

Voke: 


-

 

Viktorina, siz də qızının, - deyə təklif etdi. 



52 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə