İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə9/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   5   6   7   8   9   10   11   12   ...   231

nından  tikilmiş  on  səkkiz  dəst  köynəyi  məftuniyyətlə  seyr  edirdi. 

Köynəklərin  bu  keyfiyyətli  maldan  tikilməsi  daha  bir  şeylə  diqqəti 

cəlb  edərdi:  sabiq  vermişel  fabrikantı  bu  köynəklərin  yumşaq 

yaxalığına  nazik  zəncirlə  birləşdirilmiş  bir  cüt  sancaq  taxar,  hər 

sancağın başında isə iri brilyant görünərdi. O, adətən, bənövşəyi frak 

geyər, hər gün pikedən tikilmiş ağ jiletini dəyişər, bu jiletin altında isə 

breloklarla  bəzənilmiş  ağır,  qızıl  zənciri  tərpədən  yoğun,  armuda 

oxşayan  qarnı  yırğalanardı.  Yenə  qızıldan  düzəldilmiş  tütün  qabının 

üstünə  bir  medalyon  qondarılmışdı.  Medalyonun  içində  hansı  bir 

qadınınsa  saçları  saxlanırdı.  Bu  da  Qorionun  aşiqanə  macəralarda 

günahkar  olduğunu  göstərirdi.  Bir  dəfə  ev  sahibəsi  ona  “qoca 

arvadbaz”  dediyi  zaman  Qorionun  dodaqlarında  öz  ehtirasından 

məmnun  qalan  bir  şəhərlinin  şən  təbəssümü  görünmüşdü.  Onun 

“şkafları”  (Qorio  bu  sözü  loru  dildə  söyləyirdi)  başdan-başa  gümüş 

qablarla dolu idi. Dul arvad Qorioya lütfkarlıq göstərib bu qablan açıb 

şkaflara  düzdükcə  mat-mat  baxır,  gözləri  alışıb-yanırdı.  Burada  hər 

şey:  çığırtma  və  şorba  tökmək  üçün  qızıllanmış  gümüş  qaşıqlar, 

ədviyyat  qablan,  qab-qacaq,  sous  qabları,  buludlar,  qəlyanaltı 

servizləri,  bir  sözlə,  Qorionun  ayrılmaq  istəmədiyi  az-çox  qəşəng, 

bahalı  şeylər  vardı.  Bu  hədiyyələr  ona  ailə  həyatının  təntənəli 

hadisələrini  xatırladırdı.  Qorio  bir  boşqab  və  qapağı  bir-biri  ilə 

öpüşən  iki  qumru  quşu  şəklində  düzəldilmiş  xörək  kasasını 

çıxararkən,  madam  Vokeyə:  “Görürsünüzmü,  -  deyərdi,  -  bu, 

toyumuzun  ildönümü  münasibətilə  arvadımın  bağışladığı  ilk 

hədiyyədir. Zavallı arvadım! O, qızlığında qənaət edib yığdığı pulları 

bu  qaba  vermişdi.  Odur  ki  hörmətli  xanım,  mən  öz  dırnağımla  yer 

qazmağa  razı  olaram,  ancaq  bundan  heç  bir  zaman  ayrılmaram. 

Allaha  şükür  olsun  ki,  ömrümün  son  günlərində  də  səhərlər  bu 

kasadan qəhvə içəcəyəm. Şikayət etmək üçün heç bir əsasım yoxdur: 

bir parça çörəyim var, həm də uzun müddət üçün mənə kifayət edər”. 

Bu  şeylərdən  başqa,  madam  Voke  öz  sağsağan  gözləri  ilə  Qorioda 

dövlət  xəzinəsinin  istiqrazlarını  belə  görmüşdü.  Ancaq  təxmini 

hesabla  bu  istiqrazlar  Qorioya  ildə  səkkiz  min,  on  min  gəlir  verə 

bilərdi. Bu gündən etibarən, həqiqətdə qırx səkkiz yaşı olduğu halda, 

yalnız otuz doqquzunu boynuna alan, qız familiyası de Konflan olan 

dul madam Voke özü üçün bir plan tərtib etmişdi. Qorionun üst göz 

qapaqlarının çevrilib şişməsinə 

31 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

və  yaşarmasına,  buna  görə  də  gözlərini  tez-tez  silməyə  məcbur 



olmasına  baxmayaraq,  madam  Voke  Qorionun  sifətinin  xoş  və 

tamamilə  abırlı  olduğunu  etiraf  edirdi.  Bundan  başqa,  onun  ətli, 

uzunsov baldırlarında və uzun, iri burnunda dul arvadın, görünür, çox 

əziz  tutduğu  gizli  məziyyətlər  də  hiss  olunurdu.  Qorionun  bu  gizli 

məziyyətlərini  onun  ay  kimi  girdə  üzü  də  isbat  edirdi.  Qorio  ata 

madam  Vokenin  nəzərində  bütün  varlığını  hissə  çevirə  biləcək 

möhkəm əzələli bir heyvana bənzəyirdi. Qanad kimi iki tərəfə daran-

mış və səhər tezdən evə gələn politexnik məktəbin dəlləyi tərəfindən 

pudralanmış  saçları  alçaq  alnı  üzərində  beş  çiçək  hörüyü  kimi 

sallanaraq, üzünü qəşəng bir çərçivə arasına alırdı. Qorio bir az kobud 

olsa  da,  özünü  o  qədər  ciddi  tutur,  tütün  qabından  tütünü  o  qədər 

səxavətlə götürür və ürəyi istədiyi qədər 



makuba 

doldura biləcəyinə 

elə  əmin  görünürdü ki,  madam  Voke Qorionun  bu  mənzilə  köçdüyü 

günün axşamı, yatağına uzanarkən, duzlu donuz piyində bişən kəklik 

kimi, kəfənindən ayrılmaq və Qorionun arvadı kimi yenidən dirilmək 

arzuları  atəşində  qıvrılırdı.  Ərə  getmək,  pansionu  atmaq,  varlı  şəhər 

əhalisinin  bu  ən  yaxşı  nümayəndəsi  ilə  qol-qola  verib  gəzmək,  öz 

məhəlləsində  şöhrətli  bir  qadın  olmaq,  yoxsullara  sədəqə  toplamaq, 

bazar  günləri  Şuaziyə,  Suaziyə  və  Jan-  tilyiyə*  gəzməyə  getmək, 

pansionerlərdən birinin iyul ayında bağışlaya biləcəyi kontramarkanın 

intizarındansa,  kefi  istədiyi  zaman  teatra  getmək,  lojaya  bilet  almaq 

kimi  bayağı  Paris  ailə  həyatının  Eldoradosu*  artıq  onun  üçün  bir 

xülya  oldu.  O,  su-su

1

  topladığı  qırx  min  franka  malik  olduğunu 



kimsəyə  açıb  söyləməzdi.  Heç  şübhəsiz,  sərvət  etibarilə  o,  özünü 

tamamilə əlverişli bir gəlin hesab edirdi. 

Madam Voke öz-özünə: 

- Başqa xüsusiyyətlərə gəlincə, mən tamamilə qocaya layiqəm, - 

dedi və qu tükü döşəyi üstündə dərin iz buraxan gözəlliklərini, sanki, 

bir  daha  etiraf  edərək,  o  biri  böyrü  üstə  çevrildi.  Yoğun  Silviya  hər 

səhər bu izləri döşəyin üzərində görərdi. 

Madam  Voke  bu  gündən  sonra,  tamam  üç  ayın  ərzində  daim 

cənab  Qorionun  dəlləyinə  müraciət  edərdi.  O,  pansionu ziyarət  edən 

ehtiramlı şəxslərə uyğun olaraq, evdə müəyyən bir görkəm yaratmaq 

bəhanəsi ilə özünə bəraət qazandıraraq, bəzək üçün bəzi xərclərə belə 

yol vermişdi. O, var gücü ilə pansionerlərin tərkibini 



1

 

Su -

 Fransada frankın iyirmidəbirinə bərabər qədim pul vahidi 

32

 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə