İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə5/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   2   3   4   5   6   7   8   9   ...   231

olurdu,  bu  da  mətbəxdən  pilləkən  çərçivəsi  ilə  aynlmışdı.  Taxta 

pillələr isə rənglənmiş və sürtülmüşdü. Qonaq otağı nə qədər yoxsul 

və  cansıxıcı  görünürdü...  Stullar  və  kreslolar  gah  parlaq,  gah  da 

tutqun rəngli zolaqları olan tüklü qumaşla örtülürdü. Otağın ortasında 

üstü  qara  xallı  mərmərdən  girdə  bir  stol,  stolun  üstündə  isə  bəzək 

üçün  qızılı  kənarları  sürtülüb  getmiş  ağ  çinidən  bir  qəhvə  servizi 

qoyulmuşdu.  Bu  cür  servizlərə  bu  saat  hər  yerdə  rast  gəlmək 

mümkündür. Otağın döşəməsi birtəhər döşənmişdir, divarlarına adam 

çiyni  hündürlüyündə  panellər  vurulmuş,  bundan  yuxarıya  isə 

parıldayan kağızlar yapışdırılmışdır. Kağızların üzərində “Telemak”* 

romanının  əsas  səhnələrinin  təsvirləri  var.  Antik  dünyanın 

qəhrəmanları  boya  ilə  təsvir  edilmişdir.  Torlu  pəncərələrin 

aralığındakı  divarda  pansionerlərin  gözləri  qarşısında  Kalip-  so 

pərisinin Odisseyin oğlu şərəfinə düzəltdiyi ziyafətin mənzərəsi açılır. 

Qırx  ildən  bəridir  bu  mənzərə  gənc  pansionerlərin  istehzasına  hədəf 

olmuşdur.  Onlar  elə  xəyal  edirlər  ki,  ehtiyacın  məcburiyyəti  altında 

yeməyə  məcbur  olduqları  nahara  rişxənd  etməklə  öz  talelərinin 

fövqünə yüksələ bilirlər. Son dərəcə təmiz göründüyündən, ancaq ən 

təntənəli günlərdə yandırıldığı anlaşılan buxarı göyümtraq mərmərdən 

düzəldilmiş biçimsiz bir saatla bəzədilmişdi, yan tərəflərində isə şüşə 

qapaq altında içində süni və solğun çiçək olan iki vaza qoyulmuşdu. 

Bu birinci otaqda xüsusi qoxu var: bizim dilimizdə buna münasib 

bir  ad  olmasa  da,  hər  halda,  buna 

meyxana  qoxusu

  demək  olar. 

Qoxuda  iylənmiş  bir  şey,  kif,  çürüntü  iyi  duyulur.  Bu  qoxu  insanın 

ətini ürpəşdirir, çürüntü iyi başa vurur, paltardan keçir, yenicə nahar 

edilmiş  bir  yemək  otağı  iyini  verir,  aşxana  kimi,  lakey  damı  kimi, 

arabaçı  damı  kimi  iy  verir.  Onun  ürəkbulandıncı  bütün  tərkib 

hissələrini  meydana  çıxarmaq  üsulu  icad  edildikdən  sonra,  bəlkə  də, 

onu təsvir etmək mümkün ola biləcəkdir: bunlar hər bir gənc, yaxud 

qoca  pansionerdən  əmələ  gələn  xüsusi  xəstə  qoxular  idi.  Nəhayət, 

bütün  bu  bayağı  dəhşətə  baxmayaraq,  qonaq  otağını  qonşu  yemək 

otağı  ilə  müqayisə  edəcək  olsanız,  birinci  otaq  buduar  kimi  zərif  və 

rayihədar görünəcəkdir. 

Yemək  otağının  divarlarına  başdan-ayağa  bəzəkli  taxta  vurul-

muşdur.  Vaxtilə  bu  otaq  müəyyən  bir  rənglə  boyanmışdı,  lakin  indi 

bunun rəngini təyin etmək qeyri-mümkündür. Bu ancaq çirk 

19 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

təbəqələrinin  yaratmış  olduğu  qəribə  nəqşlərə  bənzəyir.  Divarların 



yanında çirkli bufetlər, bunların da içində oyuq-oyuq və tutqun rəngli 

qrafinlər,  üzərində  suyun  fışqırması  təsvir  edilmiş  və  tənəkədən 

düzəldilmiş  qabaltıları,  Turnedə*  hazırlandığı  anlaşılan  mavi  zolaqlı 

qalın  çini  boşqablar  görünür.  Otağın  bir  küncündə  gözləri 

nömrələnmiş qutu qoyulmuşdur ki, burada hər bir pansionerin şəraba 

bulaşmış, yaxud sadəcə, çirklənmiş salfetləri ayrıca mühafizə olunur. 

Otaqda  hələ  də  hər  bir  yerdən  qovulmuş,  sağalmaz  naxoşlar  üçün 

saxlanılan  xəstəxanalara  mədəniyyətin  lazımsız  şeyləri  kimi 

yerləşdirilmiş  və  hələ  sökülüb  dağılmamış  mebelə  təsadüf  etmək 

mümkündür.  Burada  bir  barometr  var  ki,  yağış  yağmağa  başlayan 

kimi  dərhal  içindən  bir  kapusin  çıxır.  Divardan  asılmış  murdar 

lövhələrə  baxdıqda  adamın  iştahası  qaçır.  Bu  lövhələrin  çökük 

yerlərinə  zər  vurulmuş  taxta  çərçivələri  qapqaradır.  Divar  saatının 

kənarları  buynuz  şəklində  mis  bəzəklərlə  işlənmişdir.  Bir  tərəfdə 

şirələnmiş  yaşıl  soba,  o  biri  tərəfdə  boyası  toza  bulaşmış  Arqan 

kenketləri*  görünür.  Cizun  stolun  üstündəki  müşəmbə  o  qədər 

çirklidir  ki,  zarafatcıl  bir  pansioner  onun  üstündə  öz  adını  stilos* 

olmadığına  görə,  barmağı  ilə  yaza  bilər.  Sınıq  stullar,  yırtıq  köhnə 

həsirlər  daim  istifadə  olunur,  atılmır.  Bir  yanda  da  heç  kəsə  lazım 

olmayan  boğazları  çevrilmiş,  dəstəkləri  qupquru  qurumuş,  ilgəkləri 

sınıq qrelkalara təsadüf olunur. Bütün bu otaqdakı şeylərin nə qədər 

köhnə, çürük, yırıq-yırtıq, əldən düşmüş, davamsız, əyri-üyrü, sınıq-

sökük,  karagəlməz  olduğunu  təsəvvür  etmək  mümkün  deyildir. 

Bunun  üçün  uzun  bir  təsvirə  ehtiyac  var,  lakin  belə  təsvir 

hekayətimizi xeyli uzada bilər ki, məşğul adamlar buna görə də bizi 

bağışlamazlar.  Qırmızı  döşəmə  dəfələrlə  rəngləndiyindən  və 

sürtüldüyündən  çatlaq-çatlaq  olmuşdur.  Müxtəsər,  bu  otaq 

şeriyyətdən  məhrum,  sürtülmüş,  əprimiş,  qatılaşmış  bir  səfalət 

səltənətinə  bənzəyir.  Bu,  hələ  çirk  olmasa  da,  artıq  ləkəlidir,  hələ 

yırtıqları və cındırları olmasa da, çox çəkməz ki, çürüyüb tökülə bilər. 

Bu  otaq,  təxminən,  səhər  saat  yeddiyə  yaxın  par-par  parıldayır. 

Madam  Vokenin  pişiyi  sahibəsindən  qabaq  bu  otağa  daxil  olur,  bu 

bufetdən o bufetə sıçrayıb, öz səhər nəğməsini miyoldaya- miyoldaya 

ağzına  boşqab  qoyulmuş  süd  kasalarını  iyləyir.  Bir  az  sonra  başına 

örtdüyü tül cutqunun altından qondarma, yalançı 

20 


downloaded from KitabYurdu.org


və  səliqəsiz  taxılmış  saçları  pırtlaşıq  halda  madam  Vokenin  özü 

görünür.  Dul  arvad  köhnə  tuflilərini  şappıldada-şappıldada  yeriyir. 

Əprimiş  piyli  üzünün  düz  ortasından,  burnu  tutuquşu  dimdiyi  kimi 

uzanır. Madam Vokenin totuq əlləri, kilsə siçanı kimi şişmiş vücudu, 

həddən  artıq  iri  və  sallaq  döşləri  dərd  və  kədərlə  qaynayan,  qazanc 

ehtirasının  gizləndiyi  və  madam  Vokenin  ürəyi  bulanmadan  isti, 

mənfur havasını tənəffüs etdiyi bu salonla dedikcə ahəngdar görünür. 

İlk  payız  soyuğu  kimi  soyuq  üzü,  qırışlarla  əhatə  olunmuş  gözləri 

rəqqasənin  süni  təbəssümündən  qaşqabaqlı  sələmçinin  məşum 

görünüşünə  qədər  bütün  ifadələri  bildirən  gözləri,  nəhayət,  onun 

bütün  varlığı,  şəxsiyyəti  pansionun  vəzifəsini,  pansion  isə  onun 

şəxsiyyətini  təyin  edirdi.  Nəzarətçisiz  katorqa  yoxdur,  bunları  bir-

birindən  ayn  təsəvvür  etmək  mümkün  deyil.  Xəstəxanaların  zəhərli 

havasının  nəticəsi  tif  olduğu  kimi,  bu  xanımın  solğun  şişkinliyi  də 

onun  sürdüyü  həyatın  məhsulundan  başqa  bir  şey  deyildi.  Köhnə 

paltardan  tikilmiş  üst  paltarının  altından  görünən  və  söküklərindən 

pambıq  sallanan  toxunma  yun  tumanı  kiçilmiş  şəkildə  bu  qonaq  və 

yemək  otaqlannı,  bu  bağçanı  təcəssüm  etdirir,  mətbəxin 

xüsusiyyətlərindən  xəbər  verir,  burada  yaşayan  pansionerlərin 

kimlərdən  ibarət  olduqlarını  bilmək  üçün  imkan  yaradırdı.  Vokenin 

gəlişi  ilə  artıq  mənzərə  tamamlanırdı.  Təxminən  əlli  yaşında  olan 

madam  Voke  bütün 



üzü üzlər görmüş 

arvadlara bənzəyirdi. Gözləri 

şüşə kimi mənasız, görünüşü malını daha baha qiymətə satmaq üçün 

birdən-birə  qızışa  bilən,  lakin  yenə  də  öz  taleyini  yüngülləşdirmək 

üçün hər şeyə hazır olan, Pişeqrü və Jorju* bir daha satmaq mümkün 

olsaydı,  Pişeqrü  və  Jorju  belə  satmağa  hazır  olan  aradüzəldən  bir 

qadın  görünüşü  kimi  məsum  və  günahsız  idi.  Bununla  belə, 

pansionerlər  yenə  də  onun  haqqında, 



“ümumiyyətlə,  pis  arvad 

deyildir"

  deyirdilər  və  onun  da  özləri  kimi  inildədiyini, 

şikayətləndiyini  gördükcə  pulu  olmadığını  zənn  edirdilər.  Cənab 

Voke  nəçi  idi?  Madam  Voke  heç  vaxt  mərhumdan  söhbət  açmazdı. 

Ondan: “Mərhumun var-yoxu əlindən necə çıxdı?” - deyə soruşduqda, 

“onunku gətirmədi”, - deyə madam Voke cavab verərdi. Cənab Voke 

dul arvadla pis rəftar etmişdi: ona yalnız ağlamaq üçün göz, yaşayıb 

dolanmaq  üçün  ev,  bir  də  heç  kəsin  dərdinə  və  fəlakətinə  mərhəmət 

bəsləməmək  haqqını  qoyub  getmişdi;  madam  Vokenin  sözlərindən 

belə məlum 

21 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə