İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə6/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   2   3   4   5   6   7   8   9   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

olurdu  ki,  o,  insanın  dözə  biləcəyi  hər  dərdə  dözmüş,  hər  fəlakətin 



üzünü görmüşdü. 

Yavaş-yavaş  yeriyən  sahibəsinin  ayaq  səslərini  eşidən  yoğun 

qarabaş  Silviya  kirayənişin  pansionerlər  üçün  səhər  yeməyi  hazırla-

mağa  tələsirdi.  Kənardan  gələn  pansionerlər  isə  adətən,  ancaq  nahar 

etməyə gələrdilər. Naharın qiyməti ayda otuz frank idi. 

Bu hekayətin başlandığı zamanlarda pansionda yalnız yeddi nəfər 

kirayənişin  yaşayırdı.  İkinci  mərtəbə  iki  ən  yaxşı  otaqdan  ibarət  idi. 

Otaqların birində - kiçik otaqda madam Vokenin özü, o birisində isə 

Respublika  dövrünün  kruqs-komissarının  dul  arvadı  madam  Kutür 

yaşayırdı. Madam Kutürlə birlikdə Viktorina Tayfer adlı gənc bir qız 

yaşayırdı ki, madam Kutür ona analıq edirdi. Hər iki qadının yeməyi 

ildə  min  səkkiz  yüz  franka  başa  gəlirdi,  üçüncü  mərtəbədəki  iki 

otaqdan  birində  Puare  adlı  bir  qoca,  o  birində  isə  qara  parikli, 

boyanmış  bakenbardlı,  özünün  dediyinə  görə,  keçmişdə  ticarətlə 

məşğul  olan,  indi  isə  cənab  Votren  adlanan  qırx  yaşında  bir  kişi 

yaşayırdı. Dördüncü mərtəbə dörd otaqdan ibarət idi. Bu dörd otağın 

ikisində  daimi  kirayənişinlər  yaşayırdı:  otaqların  birində  yaşayan  - 

qarımış  qız  madmazel  Mişono,  o  birində  -  sabiq  vermişel,  buğda 

kraxmalı  və  makaron  fabrikantı  idi.  O,  hamıya  özünü  “Qorio  ata” 

çağırmağa  icazə  vermişdi.  Yerdə  qalan  iki  otağa  gəlincə,  bunlar, 

burada  yaşayan  madmazel  Mişono  və  Qorio  ata  kimi,  yeməklə 

mənzilə  beş  frankdan  artıq  sərf  etmək  iqtidarında  olmayan  yoxsul 

tələbələrtək  gəldi-gedərlər  üçün  idi.  Ancaq  madam  Voke  onları  o 

qədər  də  əziz  tutmazdı.  Daha  yaxşı  kirayənişin  tapmadığına  görə 

bunlara razı olurdu. Ancaq onlar həddindən çox çörək yeyirdilər. 

Bu  zaman  otaqlardan  birində  hüquq  elmini  öyrənmək  üçün 

Anqulemdən  Parisə  gələn  bir  gənc  yerləşmişdi.  Ailələri  böyük 

olduğundan, ata-anası ağır bir çətinliklə ona dolanmaq üçün ildə min 

iki yüz frank göndərirdilər. Bu gənc Ejen de Rastinyak adlanırdı. Ejen 

de Rastinyak ehtiyac nəticəsində zəhmətə alışmış gənclərdən idi. Bu 

cür  gənclər  ata-analarının  onlara  nə  qədər  ümid  bəslədiklərini  başa 

düşürdülər. Buna görə onlar bilik qazanmağın mənfəətini qabaqcadan 

ölçüb-biçir,  bu  bilikləri  ictimai  quruluşun  gələcək  inkişafına 

qabaqcadan  uyğunlaşdırırdılar  ki,  bunun  meyvəsini  birinci  yığanlar 

sırasına daxil ola bilsinlər. Rastinyakın qızğın 

22 


downloaded from KitabYurdu.org


müşahidələri  və Paris salonlarına daxil olmaq qabiliyyəti olmasaydı, 

bu hekayətin də ləzzəti itərdi; çünki hekayətimizin doğru ahənglərinə 

səbəb, əlbəttə, Rastinyakdır. O, öz dərrakəsi və ağlı sayəsində insanda 

dəhşət  oyadan  vəziyyətlərin  sirrini  açmağa  meyil  edərdi.  Bu 

vəziyyətin müqəssiri və qurbanı olanlar bu sirləri nə qədər gizlətməyə 

çalışsalar da, Rastinyakdan bunu gizlətmək mümkün olmurdu. 

Dördüncü mərtəbənin damında, adətən, paltar sərib qurudardılar. 

Buradakı  iki  mansardada  Kristof  adlı  xidmətçi  ilə  qarabaş  yoğun 

Silviya yatardı. 

Yeddi kirayənişin pansionerdən başqa, madam Voke ildə, ən azı, 

səkkiz  hüquqşünasa,  yaxud  təbib  tələbəyə  xörək  verərdi.  Bundan 

başqa,  iki-üç  nəfər  də  öz  məhəlləsində  yaşayan  müştəriləri  vardı. 

Bunların  hamısı  ancaq  nahar  üçün  abunə  yazılmışdı.  Nahar  vaxtı 

yemək  otağına  on  səkkiz  nəfər  yığışardı,  lakin  iyirmi  nəfəri  də 

əyləşdirmək  mümkündü.  Səhərlər  isə  buraya  ancaq  yeddi  nəfər 

kirayənişin  gələrdi,  həm  də  bunların  səhər  yeməyi  üçün  toplanışı, 

adətən,  bir  ailə  süfrəsinə  oxşayırdı.  Hamı  ev  tuflilərini  geyib  gələr, 

sərbəst şəkildə kənardangəlmə pansionerlərin paltarı, yaxud görünüşü 

haqqında,  ya  da  keçən  axşamın  hadisələri  haqqında  mülahizələr 

yürütməyə başlayardı. Onlar dostyana, bir-birinə qarşı etimad hissi ilə 

söhbət  edərdilər.  Madam  Voke  bu  yeddi  pansionerin  nazını  daim 

çəkir,  pansion  haqqının  miqdarından  asılı  olaraq  bir  münəccim 

dəqiqliyi  ilə  hər  pansionerə  öz  qayğı  və  diqqətini  paylayırdı. 

Təsadüfən  bir  yerə  toplaşan  bu  yeddi  insana  qarşı  eyni  ölçü  tətbiq 

edilərdi.  Cİçüncü  mərtəbədə  yaşayan  iki  kirayənişin  ayda  iki  frank 

verərdi.  Belə  ucuzluq  yalnız  Sen-Marso  qəsəbəsində,  Salpetrierlə 

Burb*  arasında  mümkün  ola  bilərdi.  Madam  Kutürün  yeməyi  üçün 

alınan  pul  müstəsna  hal  təşkil  edirdi.  Bu,  onu  göstərirdi  ki,  burada 

yaşayan  pansionerlər  az-çox  aydın  görünən  fəlakətlərin  yükünü  öz 

üzərlərində  daşıyırdılar.  Buna  görə  də  bütün  evin  qəmli  mənzərəsi 

eyni  dərəcəyə  alçalmış  olan  pansionerlərin  paltannda  belə  təkrar 

olunurdu.  Kişilərin  sürtuklannın  rəngini  təyin  etmək  çətin  idi, 

ayaqqabıları  isə  elə  şəkildə  idi  ki,  bu  cür  ayaqqabıları  varlı 

məhəllələrdə,  adətən,  darvazadan  bayıra  tullayırlar.  Tuman-

köynəkləri  də  tamam  əldən  düşmüşdü.  Bir  sözlə,  bu,  paltar  deyil, 

paltarın görünüşü idi. Qadınların əynində isə dəbdən 

23 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

düşmüş, dəfələrlə boyanmış və yenidən rəngi getmiş paltarlar, köhnə, 



dəfələrlə yamanmış krujevalar vardı. Əlcəklərinin lakı çoxdan silinib 

getmişdi,  yaxalıqları  həmişə  sapsarı  idi,  çiyinlərinə  saldıqları  baş 

örtükləri  isə  cırıq  və  yırtıq  idi.  Lakin  onların  paltarı  bu  cür  olsa  da, 

demək  olar,  hamısının  bədəni  möhkəm  görünürdü.  Vücudları  həyat 

boranlarına  davam  gətirə  bildiklərini  göstərirdi,  sifətləri  soyuq,  sərt 

təsir  bağışlayır,  sürtülmüş  pula  bənzəyirdi.  Büzülmüş  ağızları  yırtıcı 

dişlərlə  silahlanmışdı.  Kirayənişinlərin  görünüşündə  tamamlanmış, 

yaxud  hələ  də  davam  edən  faciələr  hiss  olunurdu.  Bu  faciələr 

rampanın  işığında,  üzərinə  şəkillər  çəkilmiş  kətanlardakı  faciələrə 

bənzəmirdi.  Bu,  həyatla  dolu,  yaxud  buz  kimi  donuq,  dilsiz,  lakin 

qəlbi  dərindən  həyəcanlandıran  faciələr,  nəhayəti  olmayan  faciələr 

idi. 


Qoca  Mişono  zəifləmiş gözlərinin  üstünə  yaşıl taftadan  tikilmiş, 

mis  məftillə  bağlanmış kirli  bir  günlük  taxırdı.  Mərhəmətli  mələklər 

belə  buna  baxsaydılar,  dəhşətə  gələrdilər.  Seyrək  saçaqlı  şalı,  sanki, 

skeletə  sarınmışdı:  şalın  altında  gizlənmiş  vücudun  sümükləri  kələ- 

kötür  şəkildə  görünürdü.  Təsəvvür  etmək  olardı  ki,  bu  vücud  bir 

zamanlar gözəl və boylu-buxunlu olmuşdur. 

Görəsən,  bu  məxluqun  qadın  cizgilərini  hansı  bir  turşu  zəhər-

ləmişdir:  günahmı,  fəlakətmi,  yoxsa  xəsislikmi?  Bəlkə,  bu  qadın 

məhəbbət  nəşələrindən  sui-istifadə  etmiş,  bəlkə,  köhnə  paltar  alıb-

satmaqla  məşğul  olmuş,  bəlkə  də,  sadəcə,  bir  kurtizanka  olmuşdur? 

Bəlkə  də,  nəşələri  sel  kimi  özünə  cəlb  edən  küskün  gəncliyin 

zəfərlərini  o,  yolçuları  belə  özündən  qaçmağa  məcbur  edən  qocalığı 

ilə  bağışlatmağa  çalışırdı?  İndi  onun  boş  və  mənasız  baxışlarından 

soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. Onun 

incə  səsi  qış  ərəfəsində  kol-kos  arasında  gizlənmiş  cırcıramanın 

cırıltısına  bənzəyirdi.  Dediyinə  görə,  o,  sidik  kisəsinin  katarı 

xəstəliyinə düçar olmuş bir qocaya qulluq edirmiş, uşaqları isə onun 

pulu  olmadığını  güman  edib,  qocanı  atıb  getmişdilər.  Qocadan  ona 

ömrünün axırına qədər min franklıq bir renta qalmışdı, lakin qocanın 

varisləri  Mişonoya  hər  cür  iftiralar  ataraq,  bu  vəsiyyətnaməni  ləğv 

etməyə çalışırdılar. Onun üzünün dərisi ehtiras fırtınalarından büzüşsə 

də,  bir  zamanlar  ağ  və  incə  olan  dərinin  əlamətləri  hiss  olunurdu. 

Buna əsasən onun vücudunda bəzi gözəllik izlərini sezmək mümkün 

idi. 


24 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə