İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə231/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   223   224   225   226   227   228   229   230   231

Səh. 369: 

Karlo Dolçi

 (1616-1686) - italiyalı rəssam Səh. 373: 

Fransanınperi -

 

1814-cü ildə təsis edilmiş perlər palatasının üzvü; per rütbəsi kral tərəfindən 

verilir və nesillikce qüvvədə qalırdı. 

Səh.  376: 

Röne  Dekart

  (1596-1650)  -  XVII  əsrdə  fəlsəfi  fikrin  inkişafina 

böyük təsir göstermiş fransız filosofu və təbiətşünası 

Səh.  376: 

Deni  Didro

  (1713-1784)  -  fransız  filosofu  və  yazıçısı,  maarifçiliyin 

görkəmli nümayəndələrindən biri 

Səh. 377: 

Florensiya daşı -

  san-yaşıl  damarlı  xüsusi  mərmər  növü  Səh. 377: 

Milosun  məhəbbət  ilahəsi  —

  1820-ci  ildə  Milos  adasmda  tapılmış  və  hazırda 

Luvr  muzeyində  saxlanılan  məşhur  əntiq  qadın  heykəli  Səh.  378: 

Xorvatiyanın 

paxıllıqdan  bağrını  çatladan...  —

  XVII-XVIII  əsrlərdə  Fransada  ordunun 

süvari  qoşun  dəstələrində  xidmətdə  olan  xorvatlan,  adətən,  “Qalstuklar” 

adlandırırdılar.  Çünki  belə  qoşun  dəstələrində  hərbi  xidmət  göstərən  hər  bir 

xorvatiyalı  boynuna  təmtəraqlı  bant  bağlayardı,  “qalstuk"  sözü  də  məhz 

buradan  götürülmüşdür. 

La  Croatie 

(lə-kroasi)  sözünün  tələffüzünə  uyğun 

olaraq, fransız dilində olan 

la cravate

 (la-kravat) - “qalstuk” sözü yaranmışdır. 

Səh.  378: 

Tilbüri

  (kabriole)  -  təkatlı,  ikitəkərli,  biməfərlik  yüngül  minik 

arabası 

Səh. 379: 

Jioakşino Rossini

 (1792-1868) - italiyalı bəstəkar; “Sevilya bərbəri" 

(1816),  “Oğru  sağsağan”  (1817),  “Ori  qrafı”  (1828),  “Giyom  Tel”  (1829)  və 

“Staba Mater” operalarının müəllifi 

Səh.  379: 

Lekombanın  məktubları  -

  XVIII  əsrdə  səsli-küylü  cinayət 

prosesinin qəhrəmanı Mariya Lekombanm məhəbbət məktubları 

Səh.  379: 

“Klarissa  Harlou"  -

  ingilis  yazıçısı  Riçardsonun  (1689—  1761) 

romanıdır. Lovlas, Klarissanın namusunu ləkələyən əxlaqsız aristokratdır. 

Səh. 382: 

Arsinoenin, Aramintin məhəbbət səhnələri...

 - Arsinoe və Aramint 

-  naz-qəmzəli,  həmçinin  ikiüzlü  bədii  tiplərdir.  Arsinoe  -  Molye-  rin 

“Mizantrop”,  Aramint  isə  ingilis  dramaturqu  Konqrivin  (1670-1729)  “Qoca 

subay“ komediyasmın tipləridirlər. 

Səh. 389: 

Yohann Fridrix Herar

 (1776-1841) - alman filosofu və pedaqoqu 

Səh. 392: 

Boyunbağı əhvalatı -

 kraliça Mariya Antuanettanın itmiş və böyük 

səs-küyə səbəb  olmuş  boyunbağısından  söhbət  gedir. Bu  böyük  qalmaqala  adlı-

sanlı dövlət nümayəndələri və din xadimləri də qarışmışdılar. 

Səh.  400: 

“Bufonlar  teatrı

Parisdəki  “İtalyan  teatn”na  tez-tez  “Bufon-  lar 

teatrı” deyirdilər. 

Səh. 400: 

Çimaroza, Zinqarelli

 - Çimaroza Domeniko (1749-1801), Zinqarelli 

Nikolo (1752-1837) - italiyalı bəstəkarlar Səh. 400: 

Lornet

 - dəstəkli gözlük 

(durbin) 

665 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səh.  409: 



Rondo 

-

  musiqi  janrı,  ilk  dəfə  İtaliyada  meydana  gəlmiş,  XVIII 

əsrdə Fransada inkişaf etdirilmiş, daha sonralar klassik simfoniyanın, sonatanın 

finalı, romanslar, ariyalar formasında yazılmışdır. 

Səh. 415: 

Diogenin əhvalatını... 

-

  qədim  yunan  filosofu  Diogen  (e.ə.  IV  əsr) 

Diogen  bütün  nemətlərdən  imtina  edərək  çəlləkdə  yaşayar  və  yalnız  ən  zəruri 

şeylərlə kifayətlənərmiş. 

Səh. 415: 

Jimnaz 

-

 səhnəsində, əsasən, komediyalar oynanılan Paris teatrı 

Səh.  420: 

Hersoq  Klarensin  malvaziya  çəlləyi 

-

  hersoq  Klarens  (XV  əsr) 

ingilis kralı IV Eduardın qardaşıdır, ölümə məhkum olunmuş və xahiş etmişdir 

ki, onu çaxır çəlləyində boğub öldürsünlər. 

Səh. 422: 

Lazzaronilər 

-

 italyanca: dilənçilər, avaralar, lütlər, səfillər Səh. 

425: 

Müqəddəs Yelena 

-

 Atlantik okeanında yerləşən, Napoleon Bonapartın 22 

iyun 1815-ci ildə sürgün olunduğu və 5 may 1821-ci ildə vəfat etdiyi ada 

Səh.  425: 

Mahmud 

-

  söhbət  yunanların  türklərə  qarşı  apardıqları 

müharibədə Bayronun türklərə qarşı vuruşmasından (1823-1824) gedir. 

Səh. 427: 

Herkulesin səbir kasası... 

-

 deyilənə görə, Makedoniyalı İskəndər 

təntənəli  ziyafətdə  şərab  dolu  nəhəng  piyaləni  axıra  qədər  içdiyinə  görə 

ölmüşdür. 

Səh.  427: 

Sen-Bernar  dağındakı  əlillər  evi 

-

  Alp  dağlarındakı  Sen-  Bemar 

kilsəsində səyyahlar üçün sığınacaq 

Səh.  427: 

Özümü  Sardanapal  kimi  tonqala  atandan... 

-

  əfsanəyə  görə, 

babillilərə  əsir  düşməmək  üçün  özünü  və  arvadlarını  tonqalda  yandıran 

Sardanapal Assuriyanın sonuncu çandır. 

Səh.  428: 

Evsey  Salvert 

-

  coğrafi  adlar,  insan  adları  və  xalqlann  adları 

haqqında tarixi-fəlsəfi kitabın müəllifi 

Səh. 428: 

Mən alman millətindən olan birinin oxşarı kimi... 

-

 söhbət alman 

romantik  yazıçısı  Hofmanm  (1776-1822)  “Əkizlər”  və  “Şeytanın  iksiri” 

əsərlərindən gedir; bu romanların qəhrəmanları əkizlərdir. 

Səh. 429: 

Baremsayağı 

-

 yəni xırdaçı, qənaətcil. Barem Bertran (XVII əsr) - 

hesabdarlıq haqqında məlumat kitabçasının müəllifi 

Səh. 429: 

Qrözün hansısa canlı tablosuna... 

-

 Qröz Jan Batist (1725-1805) - 

fransız rəssamı, “Ailə anası” və “Qoca iflic” melodramlarının müəllifi Səh. 432: 

Mən Neronam, Nabuhodonosoram... 

-

 Neron - Roma imperatoru (I əsr); 

Nabuhodonosor - qədim Haldey çan (e.ə. VI əsr). Burada müstəbid hakimiyyət 

mənasında verilmişdir. 

Səh. 432: 

Petreya (Arabie Petry) 

-

 Daşlı Ərəbistan Səh. 433: 

Brəhmən 

-

 

induist cəmiyyətində ali zümrənin üzvü Səh. 439: ‘

Bütün fransızlar qanun 

qarşısında bərabərdir 

” -

 Napoleon Bonapartın 1804-cü ildə imzaladığı 

Vətəndaşlıq məcəlləsi nəzərdə tutulur. Səh. 441: 

Rolen Şarl

 

(1661-1741) - fransız 



tarixçisi və pedaqoqu 

666


 

downloaded from KitabYurdu.org




Səh.  446: 

Zəncirlənmiş  Prometey  -

  qədim  yunan  əsatirində,  Zevsin 

dərgahından odu oğurlayıb insanlara verən qəhrəman. Bundan qəzəblənən Zevs 

Prometeyin Qaf dağında qayaya zəncirlənməsini əmr edib. Qartal onun ciyərini 

hər gün dimdikləyib yesə də, yerində yenisi əmələ gəlirmiş. Prometeyi uzun illər 

davam etmiş bu əziyyətdən qartalı oxla vurub öldürən Herakl qurtarmışdı. 

Səh.  446: 

Taxtdan  salınmış  Napoleon  -

  Vaterloo  çölündə  məğlub  olandan 

sonra  (18  iyun  1815)  Napoleon  iyunun  22-de  Parisin  Yelisey  sarayında  taxt-

tacdan  əl  çəkməsi  haqqmda  qərarı  imzalayır.  Koalisiya  qoşunlarının  Parisə 

yaxınlaşdığından  xəbər  tutan  Napoleon  düşmənləri  qarşılamaq  üçün  sadə 

diviziya  generalı  kimi  ona  icazə  verilməsini  xahiş  edir.  Ancaq  Müvəqqəti 

hökumət Napoleonun bu xahişini rədd edir. 

Səh. 446: 

Orijen əxlaqı

 - əfsanəyə görə, Orijen adlı ilahiyyatçı (II əsrin sonu - 

III əsrin əvvəli) özünü kor etmişdir ki, təkrar məhkəmə təhqiqatına getməsin və 

bununla müqeddes kitabları qadınlara izah etmək imkanı əldə etsin. 

Səh.  447: 

Exegi  monumentum  -

  “Heykəli  mən  yaratmışam” 

(lat.); 

Roma 

şairi Horatsinin yazdığı mədhiyyənin birinci misrası 

Səh.  447: 

Pyer  de  Ronsar

  (1524-1585)  -  fransız  şairi,  “Mədhiyyələr”, 

“Məhəbbət  ehtirasları”,  “Himnlər”  əsərlərinin  müəllifi;  IX  Karlın  sarayında 

“Pleyada“nm rəhbəri olmuş, romantik şairlərə qarşı çıxmışdır. 

Səh.  448: 

Lüksemburq  sarayı

  -  XVII  əsrdə  inşa  edilən  bu  sarayda  İyul 

monarxiyası zamanı (1830-1848) perlər palatası iclaslarını keçirmişdir. 

Səh. 448: 

Sen-Sülpis

 - keşişlərin dünyəvi cəmiyyəti; 1641 —ci ildə Vojirarda 

Sen-Sülpis məhəlləsinin gələcək keşişi Jan-Jak Olye tərəfindən təsis edilmiş, əsas 

vəzifəsi keşiş hazırlamaq olmuşdur. 

Səh. 450: 

Favar teatrı

 - Parisdə komik opera teatrı 

Səh. 450: 

“Semiramida “ -

 Rossininin operası 

Səh.  450: 

Mazarinininki  kimi  vergülşəkilli  saqqalını...

  —  kardinal  Maza- 

rininin (XVII əsr) saqqalma işarə edilir. 

Səh. 451: 

Adonis -

 qədim yunan əsatirində Afroditamn sevdiyi gözəl və gənc 

oğlan. Onun adı gözəl kişi adı kimi qəbul olunmuşdur. 

Səh. 455: 

Marabu -

 Afrikada və Hindistanda yaşayan, çox gözəl lələklərindən 

qadınların şlyapalarının bəzəyi üçün istifadə olunan quş 

Səh. 463: 

Hörmüz

 - Fars körfəzində sahil sularında mirvari yığılan ada 

Səh.  463: 

Parisin  başının  üstünü  almış  tufan  -

  1830-cu  ilin  iyul  inqilabına 

işarə olunur. 

Səh.  464: 

Vestholl  Riçard

  (1765-1836)  -  Miltonun  və  Şekspirin  əsərlərinə 

illüstrasiyalar çəkmiş məşhur ingilis rəssamı 

Səh.  466: 

Mane,  Thekel,  Fares...  -

  Tövrat  və  İncildə  olan  əfsanəyə  görə, 

görünməz  əl  ilə  yazılmış  kitabədəki  “Mane,  Thekel,  Fares”  sözləri 

“hesablanmışdır, çəkilmişdir, bölünmüşdür” mənalarım verir. 

667 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səh. 466: 



Salpetriyer 

-

 Parisdə əlillər evi və ruhi xəstələr üçün xəstəxana 

Səh.  467: 

Jorj  Lui  Büffon  Löklerk

 

(1707-1788)  -  fransız  təbiətşünası,  40 



cilddən artıq “Təbiət tarixi“ əsərinin müəllifi. 

Səh. 468: 

Peter Pallas

 

(1741-1811) - alman fiziki və təbiətşünası, 1767-ci ildən 



Peterburq akademiyasının üzvü. 

Səh.  469: 

Nibura

 

(1733-1815)  -  Ərəbistan  yarımadasının  heyvanat  aləmini 



tədqiq edən alman səyyahı 

Səh. 469: 

Peqas 

-

 qədim yunan əsatirində qanadlı at; guya, onun dırnağının 

zərbəsindən şairləri ilhamlandıran İpokren çeşməsi yerdən qaynayıb çıxmışdır. 

Səh.  470: 

Dom  Kalme

 

(1672-1757)  -  şərhləri  ilə  tanınmış  və  katolik  rahib 



ordeninə layiq görülmüş alim 

Səh.  473: 

Blez  Paskal

 

(1623-1662)  -  fransız  filosof,  alim  və  yazıçı;  “sıxılma 



zamanı  təzyiqin  yayılması  qanunu”nu  (Paskal  qanunu),  hidrav-  lik  sıxılmanın 

hərəkət prinsipini (“Maye kütlələrinin tarazlığı haqqında traktat”) kəşf etmişdir. 

Səh. 479: 

Puta 

-

 içində metal əritmək üçün odadavamlı qab Səh. 485: 

Orqanistlər 

-

 tibbdə vulqar (bayağı) materializmin tərəfdarları 

Səh. 485: 

Pyer Jan Kabanis

 

(1757-1808) - fransız həkim, anatom və fizioloq 



Səh.  485: 

Vitalistlər 

-

 

biologiyada  idealist  fikirli  vitalizmin  tərəfdarları. 

Vitalistlər  canlı  təbiətin  bütün  hadisələrini  “həyati  qüwələrin“  xüsusi 

mövcudluğu ilə izah edirdilər. 

Səh. 485: 

Van Helmont

 

(1577-1644) - hollandiyalı vitalist həkim Səh. 487: 



Monomaniya 

-

 ruhi xəstəliyin bir növü Səh. 489: 

Düpüitren Qiyom

 

(1777-1835) 



fransız cərrahı Səh. 489: 

Şahzadə Hohenlon 

-

 XIX əsrin birinci yarısında 

yaşamış katolik monax; o, xəstələri dua vasitəsilə müalicə etməyə çalışırdı. 

Səh. 490: ‘

Bax buna görə də qızınızın dili tutuldu!

 

” 



-

 bu cümlə Molye- rin 

“Zorən  təbib”  komediyasındandır.  Özünü  həkim  kimi  qələmə  verən  Sqanarel 

mənasız  latın  sözləri  işlədir  və  axırda  deyir:  “Bax,  buna  görə  də  sizin  qızınızın 

dili tutuldu!” 

Səh. 494: 

Livreya 

-

 keçmişdə qapıçıların, xidmətçilərin və faytonçuların 

geydiyi xüsusi biçimli zərbaftalı paltar Səh. 495: 

Vist 

-

 kart oyunu Səh. 495: 

Trik-

trak 

-

 nərd oyunu 

Səh. 495: 

Fut 

-

 İngiltərədə 30,479 sm-ə bərabər qədim uzunluq ölçüsü Səh. 

496: 

Pişikdişi zirvəsi

 

(fransızca: 



Dent-du-Chat

) -

 Alp dağlarının cənubunda 

zirvə adı 

Səh. 496: 

Moryen 

-

 Alp dağlarının cənubunda, Savuada yüksəklik 

668


 

downloaded from KitabYurdu.org




Səh.  497: 

Ot-Komb

  (fransızca: 

Hantecombe

)  -  Bürge  gölünün  yuxan-  sında 

yerləşən abbatliq; vaxtilə Savua krallığında şahzadələrin qəbirləri və sərdabələri 

burada salınmışdır. 

Səh.  498: 

Marmot  -

  gəmiricilər  dəstəsindən  olub  yeraltı  yuvalarda  yaşayan 

kiçik heyvan 

Səh.  500: 

Podaqra  xəstəliyi  —

  bədəndə  maddələr  mübadiləsinin  pozulması 

nəticəsində əmələ gələn oynaq və toxuma xəstəliyi 

Səh. 502: 

Kardinal Rişelye

 (1585-1642) - fransız dövlət xadimi 

Səh. 506: 

Şnets -

 XIX əsr fransız rəssamı, tarixi və janr xarakterli tabloların 

müəllifi 

Səh. 511: 

Trappist rahiblər

  (yaxud  trappistler)  -  rahib  cəmiyyətinin  üzvləri; 

bu cəmiyyətin məcəlləsində olduqca ciddi rejimli həyat tərzi nəzərdə tutulmuşdu. 

Səh. 519: 

Use qəsri -

 Luaranm yüksək sahilində tikilmiş, Fransa intibahının 

ən gözəl qəsrlərindən biri 

Səh. 519: 

...Antuan de la Salın təsvir etdiyi bu xəyalat-Xanım -

 Antuan de la 

Salm “Santrlı balaca Jan” romanına işarə edilir. 

669 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

MÜNDƏRİCAT 



Balzak dünyasına kiçik bir səyahət

  ...................................... 

5

 

ROMANLAR 

Qorio ata 

(tərc. Mikayıl Rəflli)

  ..........................................  

13

 

Qulan dərisi 

(fransız dilindən tərc. Şamil Zaman)

  ........ 

281

 

NOVELLALAR 

(tərc. Mikayıl Rəflli) 

Qobsek  .............................................................................. 522 

Polkovnik Şaber  ............................................................... 585 

Qeydlər 

Qorio ata

  .............................................................................. 

653

 

Qulan dərisi

  ......................................................................... 

659

 

downloaded from KitabYurdu.org




downloaded from KitabYurdu.org


 

 

DÜNYA ƏDƏBİYYATI



 

KLASSİKLƏRİ

 

Onore 

de 

BALZAK 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

Çapa imzalanmışdır 14.03.2010. Format 

60*90 

Vıe. 


Ofset çap 

üsulu. 

Fiziki çap v

ə

r

əqi 42. Sifariş 67. Tiraj 7000.

 

"Şə

rq-Q

ərb’ Nəşriyyat evinin mə

tb

əə

sind

ə

 

çap olunmuşdur.

 

AZ1123, Bakı, Aşıq Ələ

sg

ə

r küç

ə

si, 17. 

Tel.: (+994 12) 374 83 43; 370 68 03 

Faks: (+994 12) 370 18 49; 370 68 03 

e-mail: 

info@eastwest.az

 

www.eastwest.az

 

downloaded from KitabYurdu.org



Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə