İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə1/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
  1   2   3   4   5   6   7   8   9   ...   231


 

DÜNYA ƏDƏBİYYATI

 

KLASSİKLƏRİ



 

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin 

“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin 

əsərlərinin Azərbaycan dilində nəşr edilməsi 

haqqında” 2007-ci il 24 avqust tarixli 

sərəncamı ilə nəşr olunur. 

"Şərq-Qərb" 

Bakı - 2010



 

downloaded from KitabYurdu.org




Honore de 

BALZAK 

downloaded from KitabYurdu.org




Onore de 

BALZAK 

1799-1850 



SEÇİLMİŞ ƏSƏRLƏRİ 

"

Şərq-Qərb” 

Bakı - 2010 

downloaded from KitabYurdu.org




ISBN 978-9952-34-281-9 

T

ə



rcüm

ə

 ed



ə

nl

ə



r:

 

fransız 



dilində

n: 


rus dilind

ə

n:



 

Şamil Zaman Mikayıl Rə

fili

 

Ön sözün mü



ə

llifi:


 

Şamil Zaman

 

Redaktor:



 

Nadir Qocab

ə

yli


 

Korrektorlar:

 

Aqşin Mə


simov Gült

əkin Yusifova İbrahim Hümbə

tov 

Elsev


ə

r Muradov

 

B

ə



dii t

ə

rtibat v



ə

 

dizaynın müə



llifi:

 

T



ə

rlan Qorçu

 

Kompüter düzümü: Hikm



ət Aydınoğlu

 

Onore de Balzak. Seçilmiş ə



s

ə

rl

ə

ri. 

Bakı: ‘Şə



rq-Q

ə

rb", 2010, 672 s



ə

h.

 

M

ətn: Bakı Slavyan Universiteti, “Kitab aləmi” NPM, 2010 Bə



dii t

ə

rtibat, 



s

ə

hif



ə

lenm


ə: ‘Tutu” nəşriyyatı, 2010 © “Şə

rq-Q


ərb” ASC, 2010

 

downloaded from KitabYurdu.org




BALZAK DÜNYASINA 

KİÇİK BİR SƏYAHƏT

 

Elə yazıçı və şairlər var ki, nə qədər məhsuldar olsalar da, yalnız aid 

olduqları  xalqa  mənsubdurlar.  Ancaq  elə  şair  və  yazıçılar  da  vardır  ki, 

onlar  qələmə  aldıqları  mövzularla  bütün  bəşəriyyətə  mənsubdurlar; 

Nizami,  Nəsimi,  Hüqo,  Balzak,  Gete,  Russo,  Dante,  Rable  kimi  ədiblər 

məhz belələrindəndirlər. 

Qeyd etdiyimiz kimi, Onore de Balzak təkcə fransızlara deyil, bütün 

bəşəriyyətə  mənsubdur;  o,  fransız  mühitinin  geniş  panoramım,  mənəvi 

həqiqətlərini,  bəşəriyyət  üçün  əhəmiyyətli  olan  qanunların  inkişafını, 

müasir  insanların  aliliyini  və  bəzən  rəzilliyini,  onların  arzularını, 

pozğunluqlarını, mənsub olduğu cəmiyyətin bütün təbəqələrinin həyatmı 

qələmə  almağı  qarşısına  məqsəd  kimi  qoymuş  və  öz  “Bəşəri 

komediya”sında  iki  min  insan  xarakterini  iki  min  obrazla  yaradaraq, 

oxucularına çatdırmışdır. 

Yazıb-yaratmaq  onun  amalı  idi:  “İşləmək  mənim  üçün  gecəyarısı 

oyanmaq,  səhər  saat  8-ə  qədər  yazmaq,  on  beş  dəqiqə  səhər  yeməyinə 

sərf etmək və yenidən gündüz saat 5-ə qədər yazmaq, şam etmək, uzanıb 

yatmaq  və  hər  gün  yenə  hər  şeyi  təzədən  başlamaq  deməkdir...”  (15 

fevral 1845-ci il). 

“...Həmişə  yazıram,  əlyazmalarımı  qarşıma  qoyanda  yeni  planlar 

qururam,  plan  haqqında  flkirləşməyəndə  isə  yazdıqlanmda  düzəlişlər 

aparıram... Bax budur mənim həyatım” (14 noyabr 1842). 

Onore  de  Balzak  1799-cu  il  mayın  20-də  əyalət  şəhərciyi  Turda 

anadan olmuşdur. Atası Bemar Fransua Balzak kəndli idi. 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

0,  hökumət  qulluqçusu  olmuş,  müxtəlif  dəftərxanalarda  işləmiş,  bir 



müddət isə Tur şəhərində bələdiyyə sədrinin köməkçisi vəzifəsini yerinə 

yetirmiş,  eyni  zamanda,  ordunun  ərzaq  təchizatı  işlərinə  baxmışdır. 

Yazıçının anası mahud tacirinin qızı idi. 

Balzak  ilk  təhsilini  Vandom  əyalətindəki  xüsusi  təyinatlı  sənət 

məktəbində  almış, 1814-cü ildə  valideynləri ilə Parisə  köçdükdən  sonra 

şəhərin özəl məktəblərinə getmişdir. 1819-cu ildə Parisdə valideynlərinin 

arzusu  ilə  hüquq  fakültəsini  bitirmiş,  ancaq  hüquqşünas  işləmək 

istəməyərək,  ədəbiyyatla  məşğul  olmağa  başlamışdır.  İlk  dəfə  qələmini 

dramaturgiya  sahəsində  sınayaraq,  1820-ci  ildə  “Kromvel”  dramını 

yazmışdır.  O,  eyni  zamanda  qəzetlərdə  oçerklər  yazır,  Paris  həyatından 

bəhs  edən  şəkillər  çəkirdi.  1824-cü  ildə  Balzak  “Evlənmənin 

fiziologiyası”  adlı  oçerklər  kitabını  çap  etdirdi.  Ümumiyyətlə,  1821—

1825-ci  illərdə  bir  neçə  romanını  müxtəlif  təxəllüslərlə  nəşr  etdirən 

yazıçı 1825—1828-ci illərdə nəşriyyat işləri ilə məşğul olmağa başlayır, 

özünü  maddi  cəhətdən  təmin  etmək  və  ədəbi  fəaliyyətlə  rahat  məşğul 

olmaq  üçün  mətbəə  alır,  klassiklərin  əsərlərini,  ticarət  firmalarının 

kataloqlarını, kitabçalar nəşr etməklə məşğul olur. Sahibkarlıq fəaliyyəti 

gənc  Balzaka  müvəffəqiyyət  qazandırmır,  nəticədə  o,  1828-ci  ildə  qırx 

beş min frank borca düşür və mətbəəni bağlamağa məcbur olur. 

Balzak  1820-ci  illərin  ədəbi  təcrübələri  ilə  məşhurlaşa  və  şöhrət 

qazana  bilməsə  də,  bu  illər  onun  yaradıcılığında  müəyyən  iz  qoyur. 

Notariat  kontorunda  vəkil  işləməsi,  qəzet  və  mətbəə  işlərində  çalışması 

onun dünyagörüşünü, həyat təcrübəsini zənginləşdirir. Bu illər ərzində o, 

burjua-aristokrat dairələrlə  yaxından tanış olur, jurnalistlərin fəaliyyətini 

öyrənir,  yazıçılığa  təzəcə  başlayanlarla,  redaktorlarla,  kitab  naşirləri  və 

tacirləriylə  yaxın  təmasda  olur.  1830-1840-cı  illərdə  yazdığı 

romanlardakı müxtəlifliyi, rəngarəng sənətkarlıq xüsusiyyətlərini Balzak 

məhz  1820-ci  illərdə  keçdiyi  zəngin  həyat  məktəbindən  öyrənmişdi. 

Buna  görə  də  1830-cu  ildə  onun  istedadı  bütün  gücü  ilə  ədəbiyyata 

yönələndə  artıq  əlinə  təzə  qələm  alan  müəllif  kimi  yox,  onillik  gərgin 

əmək fəaliyyətini arxada qoymuş istedadlı ədib kimi tanınmağa başlayır. 

Gənc  Balzakm  ədəbi  fəaliyyəti  bərpa  dövrünə  (1814-1830)  xas 

xüsusiyyətləri özündə əks etdirir; əlbəttə, biz burada onun 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə