İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə4/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   2   3   4   5   6   7   8   9   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

uçmaq təhlükəsi altında olan evləri və palçıqdan qapqara qaralmış su 



arxları  ilə  məşhur  olan  vadidə  özünə  layiq  qiymətini  tapa  bilər.  Bu 

vadidə  ancaq  iztirablar  həqiqidir,  sevinclər  isə  çox  zaman  yalana 

bənzər; burada həyat o qədər dəhşətlə qaynayır ki,  yalnız xariqüladə 

bir hadisə az-çox uzun müddət üçün təsir buraxa bilər. Bununla belə, 

bəzən bu vadidə qəbahət və fəzilətlərin bir- birinə qarışıb təntənəli və 

əzəmətli  görünən  fəlakətlər  yaratdığını  da  görmək  olur:  bu  fəlakət 

qarşısında  tamah  və  xudpəsəndlik  geri  çəkilərək,  mərhəmət  qalib 

gəlir, lakin bu hiss tələsik udulan gözəl bir meyvənin təsiri kimi, çox 

tez  ötüb-keçir.  Mədəniyyət  çarxı  da  hərəkəti  etibarilə,  Cagernaut 

bütü* arabasının çarxına bənzər; bu çarx gəlib başqa insanların qəlbi 

kimi o qədər də kövrək olmayan bir insan qəlbini tapdarkən, toxunar-

toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna davam edər. Siz 

də  belə  hərəkət  edəcəksiniz:  siz  də  zərif  əlinizlə  bu  kitabı  götürüb 

yumşaq bir kresloya rahatca əyləşərək deyəcəksiniz: “Bəlkə, bu kitab 

kefimi  açdı?”  Qorionun  gizli  atalıq  müsibətləriylə  tanış  olduqdan 

sonra  xörəyinizi  iştaha  ilə  yeyəcəksiniz  və  bu  müsibətlərə  laqeyd 

qalmağınıza səbəb müəllif olduğunu zənn edərək, onu mübaliğəsinə, 

şairanə  uydurmalara  yol  verdiyinə  görə  məzəmmət  edəcəksiniz. 

Ancaq bilin ki, bu faciə nə uydurma, nə də romandır. 

All is true

1

 - bu, 



o  qədər  həqiqi  bir  hekayədir  ki,  hər  kəs  bunun  rüşeymini  özündə, 

bəlkə də, öz qəlbində tapacaqdır. 

Ailə  pansionunun  yerləşdiyi  ev  madam  Vokenin  evidir.  Bu  ev 

Nev-Sent-Jenevyev küçəsinin aşağı tərəfindədir. Burada yol Arba- let 

küçəsinə  enir  və  sıldırımlı  eniş-yoxuş  olduğuna  görə  atlı  arabalar 

buradan  çox  az-az  gedib-gəlir.  Bunun  sayəsində  Val-de-Qras* 

günbəzi  ilə  Panteon*  günbəzi  arasındakı  küçələrdə,  adətən,  sakitlik 

olur.  Burada  bu  iki  əzəmətli  binanın  divarlarının  sarıya  çalan  rəngi 

havanın  rəngini  dəyişir,  hər  şeydə  öz  günbəzlərinin  tünd  rəngini  əks 

etdirərək,  kədərli  bir  mənzərə  yaradır.  Burada  küçələrin  döşəməsi 

qupqurudur:  arxlarda  nə  palçıq,  nə  su  tapılır,  divarların  dibində  ot 

bitir.  Ən  qayğısız  adam  belə,  küçədə  gedib-  gələn  bütün  yolçular 

kimi,  burada  qəmgin  olmaya  bilmir.  Ekipaj  gurultusu  burada  böyük 

bir  hadisə  olur,  evlər  qəmli-qəmli  baxır,  qalın  divarlar  dustaqxana 

təsiri bağışlayır. Təsadüfən yolu buraya 

1

 “Hamısı həqiqətdir”(7«g.) - Şekspirdən bir parça 

16 


downloaded from KitabYurdu.org


düşən  bir  parisli  burada  ailə  pansionlarından  və  ya  məktəbdən,  can 

sıxıntısı,  yaxud  səfalətdən  ölüb  gedən,  qocalıq  və  zəhmət  çəkməyə 

məcbur olan şən gənclikdən başqa bir şey görməz. Onu da deyək ki, 

bütün  Parisdə  bundan  dəhşətli,  bundan  qeyri-məşhur  bir  məhəlləyə 

təsadüf etmək mümkün deyildir. 

Nev-Sent-Jenevyev  küçəsi  bürünc  bir  çərçivə  kimi  bu  hekayətin 

çərçivəsini  təşkil  etməyə  hər  şeydən  artıq  layiqdir,  hekayət  isə 

mümkün  qədər  ciddi  fikirlər  və  tünd  boyalar  tələb  edir  ki,  oxucu 

katakombaya* enən bir səyyahın hər pillə ilə günün işığı söndükcə və 

bələdçinin  ahəngdar  səsi  get-gedə  boğuq  bir  şəkildə  səsləndikcə 

duyduğu qəribə bir hisslə qabaqcadan aşılansın. Bu, doğru təşbehdir! 

Kim  söyləyə  bilər  ki,  hansı  daha  dəhşətlidir:  daş  ürəklərimi  seyr 

etmək, yoxsa boş kəllələri? 

Pansionun  fasadı  bağçaya  baxır,  bu  surətlə  ev  Nev-Sent- 

Jenevyev  küçəsi  ilə  düzbucaq  təşkil  edir.  Küçədən  baxdıqda  evin 

ancaq  yan  divarı  görünür.  Bağça  ilə  evin  arasında,  lap  fasadın 

qarşısından  qırma  daşla  hörülmüş,  tuaz

1

  enliyində  dayaz  bir  arx 



çəkilmişdir. Arx boyunca da qumsal cığır gedir. Cığırın ətrafında ətir 

çiçəyi,  ağ  və  göy  çinidən  olan  böyük  vazalarda  nar  ağacları  və 

oleandrlar əkilmişdir. Bağçadan həmin ağıra tərəf bir bala qapı açılır: 

qapının  üzərində  belə  lövhə  var:  “VOKENİN  EVİ”,  aşağısında  isə 



“kişilər, arvadlar və sairə üçün ailə pansionu”

 sözləri yazılmışdır. 

Torlu  bala  qapının  səsli  zəngi  var.  Gündüz  bu  qapıdan  içəriyə 

baxanda  küçənin  qarşı  tərəfində,  arxın  axırında  qəribə  bir  divar 

görünür  ki,  bu  divarın  üzərində  yerli  bir  rəssam  yaşıl  mərmər 

üslubunda  bir  tağ,  divarın  taxçasında  isə  Amur  heykəli  çəkmişdir. 

İndi  qabığı  soyulmağa  başlayan,  lak  çəkilmiş  bu  Amura  baxdıqda, 

rəmz  həvəskarları,  bəlkə  də,  bu  heykəldə  nəticələri  qonşuluqdan 

müalicə edilən Paris məhəbbətinə bir işarə taparlar. Bu dekorasiyanın 

nə zaman çəkildiyini Amurun özülü üstündəki qismən pozulub getmiş 

bir yazı isbat edir. Bu yazıya görə, Volter 1777-ci ildə Parisə qayıtdığı 

zaman böyük təntənə ilə qəbul edilmişdi: 



Kim olursan ol, zavallı insan, 

Əbədiyyətdir sənə ərməğan. 

1

 

Tuaz

 - təxminən, iki metr 

17 


downloaded from KitabYurdu.org


D

ÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Gecələr  torlu  qapının  əvəzinə  bağça  möhkəm  qapı  ilə  bağlanır. 



Küçə  tərəfdəki  hasarla  sarmaşıqların  əmələ  gətirdiyi  pərdə  altında 

tamam  gizlənmiş  qonşu  evin  divarı  arasında  yerləşib,  fasadboyu 

uzanan  bağça  Paris  üçün  o  qədər  mənzərəlidir  ki,  yoldan  keçənlərin 

nəzərini  cəlb  edir.  Bağçanın  bütün  divarları  boyu  ara-sıra  əkilmiş 

meyvə  ağacları  və  üzüm  tənəkləri  uzanır.  Ağacların  tozlu  və  cır 

meyvələri  hər  il  madam  Vokenin  təşvişinə,  onun  kirayənişinlərlə 

söhbətinə səbəb olurdu. Divarboyu dar cığır görünürdü. Bu cığır cökə 

ağaclarına  qədər  davam  edir.  Yanlardan  keçən  cığırlar  arasında 

düzbucaq  bir  lək  salınmışdır;  ləkdə  ənginar,  quzuqulağı,  keşniş  və 

kahı  əkilmişdir,  künclərində  isə  ehram  şəklində  qayçılanmış  meyvə 

ağacları  var.  Cökələrin  kölgəsi  altında  yerə  yaşıl  rənglə  rənglənmiş 

dəyirmi  stol  basdırılmış,  ətrafına  skamyalar  düzülmüşdür.  Yayın 

qızmar  günlərində  günəşin,  cücələri  qırt  toyuğun  köməyi  olmadan 

çıxara biləcək dərəcədə yandırdığı bir zamanda, kirayənişinlər burada 

əyləşib nəşə ilə qəhvə içirlər. Hər halda, onlar belə bir israfçılığa yol 

verə biləcək qədər varlı görünürlər. 

Mansardalı  bu  dördmərtəbəli  ev  yumşaq  daşdan  tikilmiş  və 

Parisin, demək olar, bütün evlərini bayağı bir mənzərəyə çevirən eyni 

sarı rənglə rənglənmişdir. Hər mərtəbənin xırda çərçivəli və pancurlu 

beş pəncərəsi var. Lakin bu pancurların heç biri o biri pancurlarla bir 

bərabərdə  qalxmır,  bəlkə,  hamısı  ayrı  və  yanakı  sallanmışdır.  Evin 

yan  fasadının  hər  mərtəbədə  ancaq  iki  pəncərəsi  var,  həm  də  aşağı 

mərtəbənin pəncərələrində heç bir bəzək-düzək yoxdur; bu pəncərələr 

dəmir  torla  qapanmışdır.  Evin  arxa  tərəfində  iyirmi  fut  enliyində  bir 

həyət  var,  burada  donuzlar,  evdovşanları  və  toyuqlar  bir-birinə 

qarışmışdır.  Həyətin  dibində  odun  anbarı  görünür.  Anbarla  mətbəx 

pəncərəsi  arasında  ərzaq üçün  bir qutu  sallanır,  qutunun  altından  isə 

mətbəxin  yağlı-çirkab  suyu  axır.  Həyətdən  Nev-Sent-Jenevyev 

küçəsinə  tərəf  balaca  bir  qapı  açılmışdır.  Qaravaş  hər  zaman  evin 

zirzibilini bu qapıdan bayıra tökür, həm də yoluxucu xəstəlik yaydığı 

üçün  cərimə  təhlükəsi  baş  verə  biləcəyindən,  həmin  zibil  yığınlarını 

təmizləmək üçün bol-bol su işlədir. 

Aşağı  mərtəbə,  sanki,  qəsdən  ailə  pansionu  üçün  yaranmışdı. 

Birinci otağın pəncərələri küçəyə baxırdı. Qapısı isə şüşəbənd idi. Bu, 

qonaq otağı idi. Qonaq otağından yemək otağına keçmək 

18 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə