Qondarma yolla yaradilan müVƏQQƏTİ İNZİbati İdarəetmə vahiDİ: "erməNİ VİlayəTİ"



Yüklə 59,73 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü59,73 Kb.
#32668


«Xəbərlər.İctimai və humanitar elmlər seriyası».-2011.-№1.-Cild 7.-S.11-17.

QONDARMA YOLLA YARADILAN MÜVƏQQƏTİ İNZİBATİ-

İDARƏETMƏ VAHİDİ: "ERMƏNİ VİLAYƏTİ"

İSMAYIL HACIYEV

AMEA Naxçıvan Bölməsi 

E-mail: İsmayil_haciyev@yahoo.com

Erməni millətçiləri uzun illərdir ki, "Böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə dəridən-qabıqdan çıxır,

bir sıra iri dövlətlərə yarınır və bununla da arzularına çatmaq istəyirlər. Məlumdur ki, Erməni dövləti IV əsrdə tarix

səhnəsindən silinmiş, 387-ci ildə Ermənistan İran və Bizans arasında bölüşdürülmüşdür. 428-ci ildə isə İran erməni

çarlığının  varlığına  son  qoyulmuşdur  (1,  s.  262).  XI-XIV  əsrlərdə  isə  ancaq  Türkiyə  ərazisində  Kilikiya  erməni

çarlığı mövcud  olmuşdur.  XX  əsrin  əvvəllərinədək  faktiki  erməni  dövləti  olmamışdır.  Onlar  müxtəlif  dövlətlərin

tərkibində yaşamışlar. Ermənilər XVIII əsrdən başlayaraq Azərbaycan ərazisində  erməni  dövlətinin  yaradılmasına

cəhdlər  göstərmişlər  (2).  Rusiya  ermənilərin  bu  niyyətlərini  dəstəkləmiş  və  onları  öz  fəaliyyətlərinə

istiqamətləndirmişdir.  Hələ  I  Pyotrun  dövründən  başlayaraq  Rusiya  regionda  başlıca  rəqibləri  olan  Osmanlı  və

Səfəvi imperiyalarını daxilindən zəiflətmək üçün erməni kartından istifadə etmişdir. II Yekaterina  da  bu  siyasətin

gerçəkləşdirilməsində ermənilərdən bir alət kimi faydalanmağa çalışmışdır.

XIX  əsrin  əvvəllərindən  başlayaraq  Cənubi  Qafqazın  tutulması Rusiya  imperiyasının  işğalçılıq  siyasətində

mühüm yer  tuturdu.  1813-cü  ilə  qədər  Şimali  Azərbaycanın bir  sıra  xanlıqları Rusiya  tərəfindən  tutuldu.  Sonrakı

müharibələr  zamanı  Azərbaycan  dövlətləri  olan  Naxçıvan  (1827,  iyun)  və  İrəvan  (1827,  oktyabr)  xanlıqlarının

ərazisi işğal olundu.

Naxçıvan xanlığı Rusiya tərəfindən, əsasən dinc yolla ələ keçirildi. Lakin çar hökuməti bu yolla ələ keçirdiyi

Qarabağ, Şəki  və  Şirvan  xanlıqlarından  fərqli  olaraq,  Naxçıvan  xanlığı  ilə  müqavilə  imzalamadı.  Bununla  birgə,

Rusiya  imperiyası  tərkibində  Naxçıvan  xanlığına  müəyyən  imtiyazlar  verildi.  Naxçıvan  və  Ordubadın  ələ

keçirilməsində  Kalbalı xanın  oğlanları Ehsan  xan  və  Şıxəli  bəyin  xidməti  nəzərə  alınaraq  onlar  həmin  torpaqlara

naib təyin edildi (3, s. 41).

İrəvan  xanlığı  süqut  etdikdən  sonra  xanlıq  üsuli-idarəsi  dərhal  ləğv  olundu.  Qeyd  etməliyik  ki,  "Gəncə

xanlığı  istisna  olmaqla  Gülüstan  müqaviləsinə  kimi  işğal  olunmuş  Azərbaycan  xanlıqları  ərazisində  xanlıq

üsuli-idarəsi  dərhal  ləğv  edilməmişdi"  (4,  s.  358).  Xanlığın  ləğv  edilməsi  bir  tərəfdən  xanlıq  üsul  idarəsinin

saxlanmasının  təhlükəli  nəticələr  verə  biləcəyi  ilə,  digər  tərəfdən  də  İrəvan  xanlığının  ərazisində  etnik  tərkibin

dəyişdirilməsi planları ilə bağlı idi.

İrəvan qalasının işğalından cəmi bir neçə gün sonra, hələ müharibə başa çatmamış, Qafqazda hərbi əməliyyat

aparan  rus  qoşunlarının  baş  komandanı İ. F. Paskeviç  1827-ci  il  oktyabr  ayının  6-da  İrəvan  Müvəqqəti  İdarəetmə

Komitəsi  təşkil  etdi.  Bu  komitə  üç  üzvdən  ibarət  idi:  general-leytenant  Krasovski  (sədr),  İrəvan  qalasının

komendantı podpolkovnik  Borodin  və  bir  də  erməni  yepiskopu  Nerses  Aştaraketsi  (5,  s.  144).  Xanlıq  ərazisində

azərbaycanlı  əhali  mütləq  çoxluğa  malik  olmasına  baxmayaraq,  Müvəqqəti  İdarəetmə  Komitəsinin  tərkibinə

azərbaycanlıların nümayəndəsi  salınmamışdı.  Müvəqqəti  İdarəetmə  Komitəsi  aşağıdakı vəzifələri  yerinə  yetirməli

idi:


1.  Xanlıq  ərazisində  idarəetmə  işlərinin  həyata  keçirilməsi  və  həmin  ərazidə  Rusiyanın  mənafeyinə  uyğun

gələn qayda-qanunların bərqərar edilməsi;

2. Xanlığın sərhədlərinin, xanlıq daxilində olan İrəvan və Sərdarabad qalalarının mühafizəsinin və bu ərazidə

yerləşən rus qoşunlarının təminat və təchizat məsələlərinin həll edilməsi;

3. Xanlıq ərazisində təhlükəsizliyin təmin edilməsi, xanlıq daxilində qarovul xidmətinin təşkili üçün erməni

əhalidən piyada və süvari drujinaların təşkil edilməsi;

4.  Gürcüstanla  işlək  əlaqələrin  təmin  edilməsi  və  həmin  əlaqələrin  Dilican  və  Aparandan  keçməklə

yaradılması;

5. Gürcüstanla ticarət əlaqələrinin bərpa edilməsi, xanlıq ərazisində pambıqçılığın inkişaf  etdirilməsi və duz

mədənlərində duz hasilinin artırılması;

6. İrəvan xanının bütün əmlakının siyahıya alınması və onun dövlətin xeyrinə müsadirə olunması (6, s. 71)

Naxçıvan və  Ordubadda  Ehsan  xan  və  Şıxəli  bəy naib  kimi  fəaliyyət  göstərir  və  onlara  rus  məmurlarından

pristavlar təyin edilmişdi. Bütün idarəetmə məsələləri onların qarşılıqlı razılığı əsasında həll edilməli idi (7, s. 72).

Naxçıvan  və  İrəvan  xanlıqlarının  işğalı  və  Rusiyaya  ilhaq  edilməsi  ermənilərin  Azərbaycan  torpaqları

hesabına  erməni  dövləti  yaratmaq  arzusuna  yeni  təkan  verdi.  Onlar  Rusiyaya  bağlı  erməni  inzibati-ərazi  vahidi

yaradılmasını istəyirdilər. Hətta bu barədə əslən erməni olan X.Y. Lazarev çar I Nikolaya layihə də təklif etmişdi.

Lakin belə bir qurumun yaradılması Rusiyanın maraqlarına uyğun deyildi. Rusiya İrəvan xanlığı ərazisində elə bir

ərazi-idarəetmə  vahidinin  yaradılmasını  məqsədəuyğun  hesab  edirdi  ki,  o  Rusiyanın  mənafeyinə  uyğun  gəlsin.

Rusiya  əraziyə  erməniləri  köçürsə  də,  bu  ərazilərin  idarəsinin  ermənilərə  tapşırılmasını  məqsədəuyğun  hesab

etmirdi.



Türkmənçay  müqaviləsi  bağlandıqdan  sonra  İrəvan  və  Naxçıvan  xanlıqlarının  idarəçiliyi  dəyişdirildi.  Çar  I

Nikolayın  1828-ci  il  martın  21-də  verdiyi  fərman  ilə  İrəvan  və  Naxçıvan  xanlıqları  əsasında  "Erməni  vilayəti"

yaradıldı.

Həmin fərmanda deyilirdi: "İranda bağlanan traktata uyğun olaraq İrandan Rusiyaya birləşdirilmiş  İrəvan və

Naxçıvan xanlıqları bundan sonra bütün işlərdə "Erməni vilayəti" adlandırılsın və o, bizim titula daxil edilsin. Bu

vilayətin quruluşu və onun idarə edilməsi qaydaları haqqında hökumət öz vaxtında lazımi göstərişlər alacaqdıq" (8,

s. 178-179).

"Erməni  vilayəti"  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisi  əsasında  yaradılan müvəqqəti  inzibati-idarəetmə

vahidi  idi.  Bu  fərmanın  imzalanması  ilə  əvvəlcə  yaradılmış  İrəvan  Müvəqqəti  İdarəetmə  Komitəsi  ləğv  edildi.

"Erməni  vilayəti"  heç  də  erməni  dövləti  deyildi.  Lakin  bu,  tarixi  Azərbaycan  torpaqlarında  İrəvan  və  Naxçıvan

xanlıqlarının  ərazisində  yaradılacaq  gələcək  Ermənistanın  təməli  idi.  Çar  hökuməti  tarixi  Azərbaycan  torpaqları

əsasında  "Erməni  vilayəti"  yaratması ilə  I  Pyotrdan  başlayaraq  ermənipərəst  siyasətin  həyata  keçirildiyini  təsdiq

edirdi.

Əlahiddə  Qafqaz  korpusunun  komandiri,  general-adyutant  Paskeviçlə  Krasovski  arasında  ziddiyyətlər



yarandı.  Nerses  Aştaraketsinin  fırıldaqları və  azərbaycanlılara  qarşı  qəddarlıqları üzə  çıxdı.  Ona  görə  də  1828-ci

ilin aprelində Krasovski İrəvanı tərk etdi. Arxiyepiskop Nerses isə Rusiyanın maraqlarını əks etdirməyən bir ruhani

kimi qiymətləndirildi və tezliklə onun zərərli bir adam kimi "Erməni vilayəti"ndən sürgün edilməsi məqsədəuyğun

hesab  edildi.  Bunun  üçün  bir  bəhanə  də  tapıldı.  Paskeviç  onu  Bessarabiyadakı  erməni  yeparxiyasının  rəhbəri

vəzifəsinə göndərilməsinə nail oldu (4, s. 366).

"Erməni vilayəti" inzibati planda iki qəza və bir dairədən ibarət idi. İrəvan və Naxçıvan qəzaları və Ordubad

dairəsi. Qəza rəhbərləri kimi Ehsan xan və Şıxəli bəy öz vəzifələrində saxlanılmışdı. Ermənilər isə güman edirdilər

ki,  Rusiya  qoşunlarının  vilayətə  gəlməsi  ilə  hər  şey  onların  dediyi  kimi  olacaq,  azərbaycanlı  bəylər  və  xanlar

qarşısında  olan  borclarını  daha  yerinə  yetirməyəcəklər.  Qəzalar  rayonlara  bölünürdü.  Rayonların  rəhbərliyində

mirablar,  məliklər,  ağalar  saxlanıldı.  Vilayət  idarəsinin  rəisi  vəzifəsinə  A. Çavçavadze  təyin  edildi.  İdarənin

üzvlüyünə  iki  rus  hərbiçisi,  erməni  və  azərbaycanlılardan  ibarət  imtiyazlı  təbəqənin  nümayəndələri  daxil  idi.

Vilayətin  idarəçiliyi,  polis,  məhkəmə  orqanlar,  maliyyə  təsərrüfatı rus  hərbiçilərinin,  mülki  məmurların  əlində  idi

(9, s. 192).

1830-cu  ildən  "Erməni  vilayəti"nin  idarəsi  əslən  erməni  olan  D.O. Bebutova  (Bebutyan)  həvalə  edildi.

D. Bebutov  fəaliyyətinin  ilk  dövründən  burada  ermənilərin  mövqelərini  gücləndirməyə  başladı  (10,  s.  41).

Azərbaycanlı xanlara,  bəylərə,  ağalara qarşı güclü  bir  təqib  kampaniyası başladı, idarəetmə  metodunda  dəyişiklik

edildi.  D. Bebutovun  təkbaşına  rəisliyi  gücləndirildi,  əvvəllər  mövcud  olan  məşvərətçi  orqanlar  ləğv  edildi  (4,  s.

367).


Ermənilərin  təkidi  ilə  vilayətin  yeni  statusunun  möhkəmləndirilməsi  naminə  onun  gerbi  də  qəbul  olundu.

Ermənilərin təkidi ilə qəbul olunmuş bu gerbdə həmin ərazilərin türklərlə bağlılığını xatırladan bir əlamət yox idi.

Gerbin  aşağı  hissəsində  Ağrı  dağının  şəkli  çəkilmişdi.  Onun  fonunda  tac  və  Eçmiədzin  (Uçmüəzzin)  monastırı,

gerbin  yuxarı  hissəsində  isə  Rusiya  taxt-tacının  emblemi  olan  ikibaşlı  qartal  təsvir  edilmişdi.  Gerb  Rusiya  çarı

tərəfindən 1833-cü il fevral ayının 27-də təsdiq olundu (6, s. 78).

Çar  hökuməti  1833-cü  il  iyunun  23-də  "Erməni  vilayəti"nin  idarəsinin  quruluşu  haqqında  Əsasnamə  qəbul

etdi. İrəvan vilayətinin inzibati-ərazi bölgüsündə dəyişiklik edildi. Əyalət dörd dairəyə - İrəvan, Şərur, Sürməli və

Sərdarabada bölündü. Dairələr də mahallardan ibarət idi. Naxçıvan əyaləti və Ordubad dairəsi əvvəlki inzibati-ərazi

bölgüsündə qalırdı (11, s. 448). Bu Əsasnamə Naxçıvan əyaləti və Ordubad dairəsində polis idarə sistemini olduğu

kimi saxladı. Polismeyster təyin olunan Ehsan xan və Şıxəli bəy bilavasitə "Erməni vilayəti" rəisinə tabe idi (7, s.

72). Məhkəmə sistemində dəyişiklik edildi. Naxçıvan əyalət məhkəməsi yaradıldı.

1836-cı ildə "Rusiyanın erməni kilsəsinin idarəedilməsi haqqında Əsasnamə" qəbul edildi. Əsasnamə erməni

ruhanilərinin siyasi hüquqlarını konkret çərçivəyə salırdı və  onlara  dövlət  işlərinə  qarışmağı qadağan  edirdi  (4,  s.

368).  Rusiya  ərazisində  yaşayan  ermənilər  yeparxiyada  birləşməlidilər.  Əsasnaməyə  əsasən,  Qarabağdakı

katolikosluq  ləğv  olunur  və  Eçmiədzinin  bir  yeparxiyasına  çevrilirdi.  Ermənilər  Qarabağ  katolikosluğunun

müstəqilliyinə  son  qoydular.  Qarabağ  yeparxiyası  Rusiya  ərazisində  yaradılan  7  erməni  yeparxiyasından  birinə

çevrildi və tamamilə erməni kilsəsindən asılı vəziyyətə düşdü (6, s. 81-82).

Çar Rusiyasının və onun işğalçılıq siyasətinə xidmət edən ermənilərin Azərbaycan torpaqları olan İrəvan və

Naxçıvan  əyalətlərini  "Erməni  vilayəti"  kimi  qələmə  verməsini  təkzibedilməz  tarixi  faktlar  rədd  edir.  Çünki  çar

Rusiyasının erməniləri İran və Türkiyədən həmin ərazilərə kütləvi surətdə köçürməsindən əvvəl, sonradan "Erməni

vilayəti" adlandırılan ərazinin əhalisi 107.224 nəfər idi. Əhalinin 76,5 faizini azərbaycanlılar, 24,5 faizini ermənilər

təşkil edirdi (5, s. 144). Azərbaycanlıların əhalinin etnik tərkibində bu cür üstünlük təşkil etməsi həmin torpaqların

tarixi Azərbaycan ərazisi olduğunu təsdiq edir.

Rusiya-İran  (1826-28)  və  Rusiya-Türkiyə  (1828-29)  müharibələri  dövründə  və  müharibədən  sonra  İran  və

Türkiyədən  ermənilərin  kütləvi  surətdə  bu  yerlərə  köçürülüb  gətirilməsinə  baxmayaraq,  çar  hakimiyyət  orqanları

"Erməni vilayəti" ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan və Naxçıvan xanlıqlarının

işğalını  həyata  keçirmiş  rus  generalı  Paskevıç,  hətta  ermənilərin  köçürülüb  gətirilməsindən  sonra  belə,  İrəvan

bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi (12, s. 888). Fransız mənşəli rus




tədqiqatçısı  U. Şopen  Paskeviçin  tapşırığı  ilə  1829-32-ci  illərdə  "Erməni  vilayəti"ndə  kameral  siyahıyaalma

keçirmişdir.  Burada  kəndlərin  və  əhalinin  sayı  göstərilmişdir.  "Erməni  vilayəti"ndə  olan  1125  kəndin  1111-də

ancaq  Azərbaycan  türkləri  yaşayırdı (13,  s.  26).  Müharibə  nəticəsində  vilayətin  ərazisində  359  kənd,  o  cümlədən

310  kənd  İrəvan  əyalətində,  42  kənd  Naxçıvan  əyalətində,  6  kənd  Ordubad  dairəsində  xaraba  qalmış,  əhalisi

didərgin düşmüşdü (11, s. 510).

U.Şopenin kameral təsvirinin nəticəsinə görə, burada 164.450 nəfər əhali qeydə alınmışdı.  Onlardan 81.749

nəfər  azərbaycanlılar,  25.151  nəfər  köçürülməyədək  burada  yaşayan  ermənilərdir.  Müharibədən  sonra  buraya

İrandan 35.560 nəfər, Türkiyədən isə 21.666 nəfər erməni köçürülmüşdü (5, s. 144-145).

Tanınmış  rus  tədqiqatçısı  N. Şavrov  ermənilərin  Cənubi  Qafqaza  köçürülməsi  prosesini  və  köçürülüb

gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon

300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik" (14, s. 63).

"Erməni vilayəti"nin əyalət və dairələrində gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə

davam  gətirməyərək  İran  və  Türkiyə  ərazilərinə  köçməsi  nəticəsində  əhalinin  etnik  tərkibindəki  fərq  ermənilərin

xeyrinə  dəyişirdi.  Məsələn,  "Erməni  vilayəti"ndə  Türkmənçay  müqaviləsinə  qədər  22,5  min  erməni  yaşayırdısa,

sonrakı  iki  il  ərzində  onların  sayı  az  qala  üç  dəfə  artdı  və  64,  5  min  nəfərə  çatdırıldı.  Naxçıvan  əyalətində

ermənilərin sayı 2,1 min nəfərdən 1,7 min nəfərə, Ordubad dairəsində isə 1,8 min nəfərdən 3,3 min nəfərə çatdırıldı

(15,  s.  230).  İrəvan  əyalətinin  119  kəndinə,  Naxçıvan  əyalətinin  61  kəndinə,  Ordubad  dairəsinin  11  kəndinə

ermənilər  köçürüldü  (16,  s.  8).  Nə  qədər  erməni  köçürülsə  də  azərbaycanlılar  əhalinin  böyük  əksəriyyətini  təşkil

edirdi.

Çar hökuməti Şimali Azərbaycanın işğalı zamanı erməni amilindən bir alət kimi istifadə etdi. Ermənilərin çar



ordusuna  göstərdiyi  "xidmət"  müqabilində  onlara  işğal  olunmuş  Azərbaycan  torpaqlarında  -  İrəvan  və  Naxçıvan

xanlıqlarının ərazilərində "Erməni vilayəti" adlandırılan ərazini "bəxşiş" verdi. Bununla ermənilər çar Rusiyasının

himayəsi və köməyi ilə Cənubi Qafqazda özlərinə ərazi bazası yaratdılar.

Çarizmin  bu  əyalətlərində,  bütövlükdə  Şimali  Azərbaycanda  yaratdığı  inzibati-idarə  sistemi  əhali  arasında

ciddi  narazılıq  yaradırdı.  Buna  görə  də  çar  hökuməti  vəziyyəti  stabilləşdirmək  məqsədilə  inzibati-idarə  sahəsində

islahatlar hazırlamağa başladı.

1837-ci ildə senator Qanın sədrliyi altında komissiya göndərildi. Ona yerlərdə müvafiq məlumatlar toplamaq

və  idarələr  yaratmaq  üçün  layihə  hazırlamaq  göstərişi  verilmişdi.  Lakin  komissiya  diyarı  öyrənmədən  müəyyən

təkliflər əsasında islahat layihəsini hazırladı.  Çar  I Nikolay  1840-ci  il  aprelin  10-da  Zaqafqaziya  diyarının idarəsi

üçün  təsisatlar  adlı  sənədi  imzaladı.  Çar  hökuməti  Cənubi  Qafqazın  işğalını  və  burada  möhkəmlənməklə  bağlı

siyasətini həyata keçirdikdən sonra 1840-cı il 10 aprel qanunu ilə "Erməni vilayəti"ni ləğv etdi (5, s. 145). Cənubi

Qafqazın ərazisi müəyyənləşdirildi və onun idarə edilməsi üçün Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti

yaradıldı.  Quberniya  və  vilayət  qəzalara,  qəzalar  sahələrə  bölünürdü.  İrəvan  və  Naxçıvan  ərazisi  çar  Rusiyasının

inzibati  bölgüsünə  əsasən  "qəza"  statusu  ilə  1841-ci  il  yanvarın  1-  Gürcüstan-İmeretiya  quberniyasının  tərkibinə

qatıldı  (17,  s.101).  Ordubad  vilayəti  Naxçıvanla  birlikdə  Naxçıvan  qəzasını  əmələ  gətirirdi  (3,  s.  44).  Naxçıvan

qəzası Naxçıvan, Ordubad və Dərələyəz sahəsinə (nahiyəsinə) ayrılırdı.

1840-cı  il  10  aprel  qanunu  yeni  idarə  sistemi  yaratdı,  yerli  məmurlar  vəzifələrindən  kənarlaşdırıldı.  Bu

dəyişikliklər  Naxçıvanda  da  tətbiq  edildi,  Ehsan  xan  və  Şıxəli  bəy  vəzifəsindən  çıxarıldı.  Ehsan  xan  süvari

dəstəsinin komandiri təyin olundu.

Çarizmin  Cənubi  Qafqazın  idarə  edilməsi  ilə  bağlı  həyata  keçirdiyi  islahat  özünü  doğrultmadı.  Əhali  bu

idarəetmə  formasından  ciddi  narazı idi.  Ona  görə  də  çar  I  Nikolayın  göstərişi  ilə  Qafqazda  canişinlik  yaradıldı.

1846-cı il 14 dekabr fərmanı verildi. Bu fərmanla Cənubi Qafqazın inzibati-idarə sistemində dəyişiklik edildi. Dörd

quberniya  -  Tiflis,  Kutais,  Şamaxı  və  Dərbənd  yaradıldı.  İrəvan  və  Naxçıvan  qəzalarının  tərkibinə  daxil  olan

Naxçıvan  bölgəsi  də  Tiflis  quberniyasına  verildi.  1849-cu  il  iyunun  9-da  isə  İrəvan  quberniyası  yaradıldı.

Quberniyanın  təşkilində  5  qəza  müəyyən  edildi:  İrəvan,  Aleksandropol,  Novobayazit,  Naxçıvan  və  Ordubad.

Naxçıvan qəzası Naxçıvan və  Dərələyəz sahələrinə  (məntəqələrinə)  bölünmüşdü.  Ordubad  qəzası 1870-ci  ildə  isə

Şərur sahəsi Naxçıvan qəzası ilə birləşdirildi. 1874-cü ildə Şərur-Dərələyəz və Sürməli qəzaları yaradıldı. Beləliklə,

1840-cı ildən yaradılan 1841-ci ildən tətbiq edilən quberniya və qəza inzibati-ərazi bölgüsü müxtəlif dəyişikliklərə

məruz qalsa da 1917-ci ilə qədər qalmışdır.

Çar Rusiyası Qafqazı, eləcə də Cənubi Qafqazı işğal etmək üçün müəyyən yol və vasitələrdən istifadə etdi.

Belə  vasitələrdən  biri  də  ermənilər  idi.  Çarizm  ermənilərin  "xidmətləri"ni  qiymətləndirdi,  onlara  güzəştlər  edildi,

dövlətlərini yaratmaq üçün şərait yaratdı, lakin XIX əsrdə bunu reallaşdıra bilmədi. "Erməni vilayəti"ni yaratmaqla

qondarma  inzibati-ərazi  vahidi  formalaşdırdı.  Bu  isə  gələcəkdə  erməni  dövlətinin  yaradılmasına  hesablanmış  bir

addım idi.



ƏDƏBİYYAT

1.Köçərli T. Nəqşi-cahan, Naxçıvan. Bakı, 1998, 460 s.

2.Nəcəfli G. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. Bakı: Nurlan, 2007, 248

s.



3.Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı: Elm, 2008, 264 s.

4.Süleymanov M. Erməni millətçiliyi və təcəvüzkarlığı tarixindən. Bakı: Hərbi nəşriyyat, 2008, 398 s.

5.Naxçıvan ensiklopediyası. 2 cilddə, I c., Naxçıvan, 2005, 358 s.

6.Парсамян В.А. История армянского народа. Кн. I Ереван, 1972.

7.Мильман А. Политический строй Азербайджана в XIX - начале XX веков. Баку, 1966.

8.Собрание актов, относящихся к обозрению истории Армянского народа. Ч.1,М„ 1933.

9.Rəhimova A. "Erməni vilayəti"nin tarixşünaslığına dair / "Tarix və onun problemləri" jurnalı.  Bakı, 2002,

№ 3, s. 190-194.

10.Hacıyev 1. Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və tarixi həqiqətlər //Naxçıvan: tarixi

gerçəklik, müasir durum, inkişaf perspektivləri. Bakı: Təhsil, 2006, 504 s.

11.Шопен  И.И. Исторический  памятник  состояния  Армянской  области  в  эпоху  её  присоединения  к

Российской империи. СПб., 1852, 123 с.

12.Акты,  собранные  Кавказской  Археологической  Комиссией  (АКАК).  Тифлис,  1874,  т.  VII,  sənəd

438.


13.İrəvan  xanlığı.  Rusiya  işğalı  və  ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsi  (AMEA-nın

müxbir üzvü Y. Mahmudovun elmi redaktorluğu ilə). Bakı: Çaşıoğlu, 2009, 576 s.

14.Шавров H.H. Новая угроза русскому делу в Закавказье. СПб., 1911.

15.Вердиева  Х.Ю.  Переселенческая  политика  Российской  империи  в  Северном  Азербайджане

(XIX-начале XX в). Баку, 1999, 300 с.

16.İsmayılov İ. Yaddaşımızın yaralı səhifələri. Bakı: Şirvannəşr, 2000, 106 s.

17.Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Müəllim, 2006,148 s.

Исмаил Гаджиев

ВЫМЫШЛЕННО СОЗДАННАЯ ВРЕМЕННАЯ АДМИНИСТРАТИВНО -

УПРАВЛЕНЧЕСКАЯ ЕДИНИЦА «АРМЯНСКАЯ ОБЛАСТЬ»

В  статье  исследуется  формирование  и  деятельность  административно-управленческой  единицы

«Армянская  область», искусственно  созданной  в  обмен  за  оказанные  «услуги» армянами  во  время  захвата

Северного Азербайджана и использования армянского фактора царским правительством. На основе фактов

доказывается, что «Армянская область» это еще не Армянское государство. Показывается, что переселение

армян  из  Ирана  и  Турции  в  Иреванскую  и  Нахчыванскую  области  было  обдуманным  шагом  с  целью

создания в будущем Армянского государства.

Ismail Hajiyev

"ARMENIAN PROVINCE" - PROVISIONAL ADMINISTRATIVE 

UNITY SET UP IN A CONCOCTION WAY

The tsar government's use of Armenian factor as an implement during the occupation of North Azerbaijan,

the set up and activity of the artificial administrative unity "Armenian province" as a substitute for their "service" is

searched in the paper. It is substantiated by the facts the "Armenian province" had not been Armenian state for the

time being. It is indicated that the deportation of Armenians from Iran and Turkey to North Azerbaijan territories,

especially to Iravan and Nakhchivan provinces was a step counted on the Armenian state to be established.



Yüklə 59,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə