İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə14/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   10   11   12   13   14   15   16   17   ...   231

yağan bir qadını təsəvvürünüzə gətirin. Markiz de Ronkerol ona “cins 

at”  deyirdi.  Çılğın  zərifliyi  qətiyyən  onun  gözəlliklərini  pozmazdı: 

dolubədənli  idi,  lakin  onu  həddən  artıq  köklükdə  məzəmmət  etmək 

olmazdı. 



Cins at, cins qadın

  kimi  təbirlər  artıq  “səma  mələkləri”ni, 

“Ossian  sifətləri”ni*,  dendizmin  rədd  etdiyi  bütün  köhnə  eşq 

mifolojisini  əvəz  edirdi.  Lakin  qrafinya  de  Resto  Ras-  tinyakın 

nəzərində sevilən bir qadın kimi idi. Onun yelpazəsində qeyd olunan 

kavalerlər  siyahısında  Rastinyak  özünə  iki  rəqs  ala  bilmiş  və  birinci 

kadrildə danışmaq imkanı qazanmışdı. 

Rastinyak qadınlara xoş gələn bir ehtirasla, açıqcasına soruşdu: 

-

 

Madam, sizi harada görmək olar? 



-

 

Haradamı...  -  deyə  o  cavab  verdi,  -  Bulon  meşəsində  də  olar, 



Bufonlarda* da olar, öz evimdə də olar, hər yerdə olar. 

Təşəbbüskar  cənublu  fürsəti  fövtə  verməyərək,  bu  cazibədar 

qrafinya ilə yaxınlaşmağa tələsdi. Bir kontrdansla üç vals müddətində 

bir gənc qadına bundan artıq yaxınlaşa bilməzdi. Ejen xanımını “adlı-

sanlı”  xanım  hesab  edərək, özünü  madam  de  Boseanın kuzeni

1

  kimi 



təqdim  etdi,  bundan  sonra  isə  qrafinya  onun  evinə,  sadəcə,  gəlməyə 

icazə  verdi.  Vidalaşarkən  gülümsəməsindən  Ejen  belə  bir  nəticə 

çıxartdı  ki,  ona  mütləq  vizit  vermək  lazımdır.  Xoşbəxtlikdən,  Ejen, 

onun  sadədilliyinə  gülməyən  bir  şəxsə  təsadüf  etdi.  Halbuki  bu 

dövrün  əyyaşları  arasında  sadədillik  ən  böyük  günah  sayılardı. 

Molenkur,  Ronkerol,  Maksim  de  Tray,  de  Marse,  de  Ajuda-Pinto, 

Vandenes kimi dövrün məşhur əyyaşları ledi Brendon, hersoginya de 

Lanje,  qrafinya  Kerqaruet,  madam  de  Serizi  və  madam  de  Lanti, 

hersoginya de Karilyano, qrafinya Ferro, markiza d’Eqlemon, madam 

Firmiani,  markiza  de  Listomer,  markiza  d’Espar,  hersoginya  de 

Mofrinyez və Qranlye bacılan kimi ən ehtişamlı qadınların məclisində 

dolaşar  və  öz  çılğın  modabazlıq-  ları  ilə  göz  qamaşdırardılar. 

Beləliklə,  təcrübəsiz  tələbə,  xoşbəxtlikdən,  hersoginya  de  Lanjenin 

məşuqu  markiz  de  Monrivoya  təsadüf  etdi.  Markiz  general  olsa  da, 

uşaq  kimi  sadəlövh  idi.  O,  qrafinya  de  Restonun  Elder  küçəsində 

yaşadığını Rastinyaka xəbər verdi. 

Gənc  olmaq,  bir  qadın  həsrəti  ilə  yaşamaq,  kübar  həyatını 

arzulamaq,  qarşısında  iki  evin  qapılannın  açıldığını  görmək,  Sen- 

Jermen məhəlləsində möhkəm addımlarla vikontessa de Boseanın 

1

 

Kuzen

 - əmioğlu və ya dayıoğlu 

45 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

evinə  daxil  olmaq  və  Şose  d’Anten*  məhəlləsində  qrafinya  de  Res- 



tonun qarşısında diz çökmək, Paris salonlarının anfiladasını nəzərdən 

keçirmək  və  qadın  qəlbində  himayə  və  yardım  tapmaq  üçün  özünü 

kifayət  qədər  gözəl  saymaq,  misilsiz  bir  sıçrayışla  bərk  çəkilmiş 

kəndir  üzərinə  sıçramaq  üçün  özündə  kifayət  qədər  şöhrət  ehtirası 

duymaq,  heç  vaxt  yıxılmayan  bir  akrobat  cəsarəti  ilə  bu  kəndirin 

üzərində  yerimək  və  cazibədar  bir  qadın  simasında  ən  sınanmış  bir 

çiyinlik ağacı tapmaq nə gözəldir! Torf sobası, yoxsulluq və “Qanun 

məcəlləsi”  ilə  yanaşı  doğan  bu  fikirlərin  və  gözləri  qarşısında 

əzəmətlə  yüksələn  bu  qadının  təsiri  altında,  bu  dalğın  fikirlər 

arasında,  kim  Ejen  kimi  öz  gələcəyini  yoxlamamış,  gələcəyini 

müvəffəqiyyətə  bağlamamışdır?!  Coşub-daşan  fikirlər  gələcək 

sevinclər  üçün  o  qədər  şirin  vədlər  verirdi  ki,  Ejen  artıq  özünü 

qrafinya  de  Resto  ilə  yalqız  təsəvvür  edirdi.  Lakin  bu  halda  Həzrəti 

Yusifin dərdli ahına bənzəyən bir inilti gecənin sükutunu pozdu. İnilti 

gəncin  qəlbində  can  verən  bir  insanın  xırıltısı  kimi  səsləndi.  Ejen 

yavaşca  qapını  açdı,  dəhlizə  çıxanda  Qorio  atanın  qapısı  altından 

gələn  işığı  gördü.  Ejen  qonşusunun  halı  pozulmuş  olduğunu  zənn 

edərək,  gözünü qapının  açar  dəliyinə  dayayıb,  otağın  içərisinə  nəzər 

saldı. Qoca işləyirdi, lakin tələbənin gördüyü şey o qədər şübhəli idi 

ki,  o,  özünü  vermişel  fabrikantı  kimi  qələmə  verən  bu  şəxsin  gecə 

fırıldaqlarını  yaxşıca  aydınlaşdırmaqla  cəmiyyətə  xidmət  göstərmək 

istədi.  Göründüyü  kimi,  Qorio  ata  hələ  qabaqcadan  stolu  yıxıb, 

ayaqlarını  yuxarı  çevirmişdi;  stolun  ara  taxtasına  şorba  kasasına 

bənzəyən  bir  şey  və  gümüş  bir  qab  bağlayıb,  bu  zəngin  nəqşlərlə 

bəzənmiş şeylərin ətrafına kəndirə bənzər nə isə dolayaraq, onları elə 

bir qüvvətlə sıxırdı ki, hamısı əzik-əzik olurdu. Anlaşıldığına görə, o, 

bu şeyləri gümüş külçəsinə çevirmək fikrində idi. 

Rastinyak  qızıllanmış  gümüş  qabları  kəndirin  köməyi  ilə  xəmir 

kimi  əzən  qocanın  damarları  görünən  əllərinə  baxdıqca:  “Aha! 

Kişinin  gücünü  görürsən!  -  deyə  düşünürdü.  Ejen  belini  düzəldərək, 

öz-özündən  soruşdu:  -  Bəlkə,  bu,  özünü  zəlil,  əbləh  göstərən  və  öz 

peşəsi  ilə  sakit  məşğul  olmaq  üçün  dilənçi  kimi  yaşayan  bir  oğru, 

yaxud oğurluq mal alıb-satan bir tacirdir?” 

Tələbə yenə gözünü açar dəliyinə dayadı. Qorio ata kəndiri açdı, 

bir ovuc gümüş götürüb, yorğanla örtülmüş stolun üstünə 

46 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə