İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə17/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   13   14   15   16   17   18   19   20   ...   231

Votren stulu yetim qıza təklif edərək: 

-

 



Atanızın  qəlbində  mərhəmət  hissi  oyatmaq  üçün  Allaha  yal-

varmaq yaxşı işdir, - dedi. - Lakin bu azdır. Sizin bu köpəkbalığına, 

söylənildiyinə  görə,  üç  milyona  sahib  olan  və  sizə  cehiz  belə  ver-

məyən bu vəhşiyə bütün həqiqəti söyləyəcək bir dostunuz olmalıdır. 

İndiki zamana görə gözəl qızların da cehizi olmalıdır. 

-

 



Zavallı  uşaq,  -  deyə  madam  Voke  ona  acıdı.  -  Mənə  qulaq 

asın, göyərçin, sizin dəhşətli atanız öz başına çox bəlalar açacaqdır. 

Bu  sözləri  eşitdikdə  Viktorinanın  gözləri  yaşardı,  dul  arvad  isə 

madam Kutürün işarəsini duyaraq sözünü kəsdi. 

Kriqs-komissarın dul arvadı yenidən sözə başlayıb dedi: 

-

 



Heç  olmasa,  bir  dəfə  onu  görə  bilsəydik,  heç  olmasa,  mən 

onunla  danışa  bilsəydim  və  arvadının  son  məktubunun  məzmununu 

ona yetirə bilsəydim, yaxşı olardı. Mən məktubu poçtla göndərməyə 

cəsarət etmədim. O, mənim xəttimi tanıyır. 

Votren madam Vokenin sözünü yarımçıq qoyaraq: 

-

 



Ah,  ey  məsum,  bədbəxt  səfil  qadınlar,  -  dedi,  -  siz  nə  hala 

qaldınız!  Bir  neçə  gündən  sonra  mən  sizin  işlərinizlə  məşğul  olaca-

ğam; hər şey düzələr. 

Viktorina yaşarmış və hərarətli gözlərini ona doğru çevirərək: 

-

 

Ah,  cənab  Votren,  -  dedi,  lakin  onun  bu  baxışı  Votrenin 



sakitliyinə qətiyyən təsir etmədi. - Əgər siz mənim atamla görüşməyə 

imkan  tapa  bilsəniz,  ona  söylərsiniz  ki,  yer  üzündə  mənim  üçün  ən 

qiymətli  şey  atamın  məhəbbəti  ilə  anamın  namus  və  şərəfidir.  Əgər 

siz onun sərt qəlbini yumşalda bilsəydiniz, mən sizin üçün daim dua 

edərdim. Mənim minnətdarlığıma əmin ola bilərsiniz... 

Votren istehzalı bir əda ilə oxudu: 



Vaxta ki dolaşdım bütün dünyanı... 

Bu  zaman  Puare,  madmazel  Mişono  və  Qorio,  ehtimal  ki, 

dünəndən  qalmış  qoyun  əti  üçün  Silviyanın  hazırladığı  sousun  iyini 

duyduqlanndan,  aşağı  mərtəbəyə  endilər.  Kirayənişinlər  bir-birini 

salamlayıb  stolun  ətrafında  oturduqları  zaman  saat  onu  vurdu, 

küçədən tələbənin ayaq səsləri eşidildi. 

53 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Silviya: 



-

 

Lap yaxşı oldu, cənab Ejen, - dedi. - Bu gün siz hamı ilə bir-



likdə səhər yeməyini yeyərsiniz. 

Tələbə hamı ilə salamlaşıb Qorio atanın yanında əyləşdi. Qoyun 

ətindən iri bir parça götürdü və çörəkdən kəsərək: 

-

 



Başıma qəribə bir sərgüzəşt gəlibdir, - dedi. 

Ejen  çörəyi  kəsdiyi  zaman  Voke,  adəti  üzrə,  gözləri  ilə  çörək 

parçasının çəkisini təyin edirdi. 

Puare heyrətlə: 

-

 

Sərgüzəştmi!? - dedi. 



Votren isə Puareyə xitabən: 

-

 



Siz  niyə  təəccüb  edirsiniz,  qoca  kaftar?  -  dedi.  -  Cənab  Ejen 

sərgüzəştlər üçün yaranmışdır. 

Madmazel Tayfer ehtiyatla gənc tələbənin üzünə baxdı. 

-

 



Sərgüzəştinizi  bizə  nağıl  ediniz,  -  deyə  madam  Voke  xahiş 

etdi. 


-

 

Mən  dünən  kuzinalarımdan  birisi  olan  vikontessa  de  Bosea- 



nın verdiyi balda idim - otaqları ipəklə döşənmiş ehtişamlı mülkündə. 

Müxtəsər, o, bizim üçün gözəl bir bayram düzəltmişdi. Mən lap kral 

kimi şənlənirdim... 

Votren Ejenin sözünü kəsərək: 

-

 

Kral kimi yox, 



çalıquşu

 

kimi... - dedi. 



Ejen qızışdı: 

-

 



Siz bununla nə demək istəyirsiniz? 

-

 



Mən  “

çalıquşu

 

kimi  şənlənirdiniz”,  deyirəm,  çünki  çalıquşu 



krallara nisbətən daha şən yaşayır. 

Hər şeyə “bəli-bəli” deyən Puare: 

-

 

Doğru  buyurursunuz,  -  dedi,  -  mən  qayğısız  bir  quş  olmağı 



kral olmaqdan üstün tutaram, çünki... 

Tələbə, Puarenin sözünü kəsərək: 

-

 

Həmin  balda,  -  deyə  davam  etdi,  -  mən  birinci  gözəllərdən 



olan füsunkar bir qrafinya ilə rəqs edirdim. Mən ömrümdə onun qədər 

gözəl  qadına  rast  gəlməmişəm.  Saçlarını  şaftalı  çiçəyi  ilə  bəzəmiş, 

belinə  bir  dəstə  təzə,  rayihədar  çiçək  sancmışdı.  Hələ  bu  harasıdır! 

Rəqsdən  ilham  alan  bir  qadını  təsvir  etmək  mümkün  deyil,  onu  öz 

gözlərinlə  görməlisən.  Bu  gün  səhər  doqquzda  mən  bu  ilahə 

qrafinyanı  bir  daha  gördüm.  O,  piyada  de-Qre  küçəsi  ilə  gedirdi, 

ürəyim döyünməyə başladı, mən elə zənn etdim ki... 

54 


downloaded from KitabYurdu.org


Votren burada tələbəni dərin baxışla süzərək davam etdi: 

-

 



...o,  buraya  gəlir...  Daha  doğrusunu  istəsəniz,  sələmçi  Qob- 

sek  dayının  yanına  gedirdi.  Əgər  siz  təsadüfən  Paris  qadınlarının 

qəlbinə  girəcək  olsanız,  orada  əvvəlcə  sələmçiyə,  sonra  isə  oynaşa 

rast gələcəksiniz. Qrafinyanızın adı Anastazi de Resto, yaşadığı küçə 

isə Elder küçəsidir. 

Tələbə de Restonun adını eşitdiyi zaman diqqətlə Votrenə baxdı. 

Qorio  ata  kəskin  bir  hərəkətlə  başını  yuxarı  qaldırdı  və  hamını 

heyrətdə  buraxan  aydın,  lakin  təlaşlı  bir  nəzərlə  söhbət  edənlərə 

baxdı. 

Qorio kədərli səslə: 



-

 

Kristof çox gec gəldi: o artıq oraya getmişdir! - dedi. 



Votren Voke cicinin qulağına tərəf əyilərək: 

-

 



Mən doğru tapmışam, - deyə pıçıldadı. 

Qorio xörəyini könülsüz yeyir, yediyinə əhəmiyyət belə vermirdi. 

O heç vaxt bu qədər dalğın, laqeyd olmamışdı. 

Ejen soruşdu: 

-

 

Cənab Votren, hansı məlun onun adını sizə söyləmişdir? 



-

 

Aha! Belə oldu! Qorio ata o adamı çox yaxşı tanıyır. Bəs mən 



niyə tanımayım? 

Tələbə: 


-

 

Cənab Qorio! - deyə çığırdı. 



Zavallı qoca: 

-

 



A? Nə? Demək, o, dünən çox gözəl görünürdü? 

-

 



Kim? 

-

 



Madam de Resto. 

Madam Voke Votrenə sarı dönərək: 

-

 

Bircə baxın, qoca simicin gözləri od kimi necə alışdı, - dedi. 



Madmazel Mişono tələbəyə pıçıldadı: 

-

 



Yoxsa onun saxladığı bu qadındır? 

-

 



Bəli,  bəli!  O  nə  qədər  gözəl,  nə  qədər  gözəldir!  -  deyə  Ejen 

davam edir. Qorio ata isə susamış bir nəzərlə ona baxırdı.  - Madam 

de Boseanın özü olmasaydı, mənim ilahə qrafinyam balın sultanı ola 

bilərdi:  gənclər  yalnız  onun  üzünə  baxırdı.  Onun  kavalerləri  siyahı-

sında  mən  ancaq  on  ikinci  yeri  tutdum.  Onu  bütün  kadrillərə  dəvət 

edirdilər.  Bütün  başqa  qadınlar  paxıllıqdan  ona  hiddətlənirdilər. 

Dünənki balda xoşbəxt qadın vardısa, o da yalnız o idi. Tamamilə 

55 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə