İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə18/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   14   15   16   17   18   19   20   21   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

doğru demişlər ki, yelkənlərini açmış freqatdan, dördnala çapan atdan 



və rəqs edən qadından gözəl heç nə yoxdur. 

Votren: 


-

 

Dünən səadətin zirvələrində, hersoginyanın yanında olan qadın 



bu  gün  səhər  səfalətin  son  pilləsində,  sələmçi  yanında!  Paris  qadını 

belədir,  -  dedi.  -  Ərləri  onların  cilovsuz  zinətlərini  təmin  edə 

bilmədikdə arvadlar öz bədənlərini satmağa başlayırlar. Özlərini sata 

bilmədikdə  isə  onlar  ancaq  parlamaq  üçün  öz  doğma  analarını  belə 

soyub  qarət  edirlər.  Bir  sözlə,  onlar  hər  bir  şeyə,  hər  bir  cinayətə 

hazırdırlar. Bu, qoca dünyanın köhnə adətidir. 

Rastinyakı dinlədikcə aydın bir gündüzün günəşi kimi üzü gülən 

Qorio ata, Votrenin acı sözlərini eşidər-eşitməz, dərhal məyus oldu. 

Madam Voke: 

-

 



Bəs  sizin  sərgüzəştiniz  hanı?  -  deyə  soruşdu.  -  Siz  onunla 

söhbət  etdinizmi?  Hüquq  elmini  öyrənmək  niyyətində  olub-olma-

dığını soruşdunuzmu? 

Ejen cavab verdi: 

-

 

O,  məni  görmədi,  lakin  gecə  saat  ikidə  baldan  qayıdan  Paris 



qadınlarının  ən  gözəllərindən  birinə  səhər  saat  doqquzda  de-Qre 

küçəsində  rast  gəlmək  qəribə  deyilmi?  Bu  cür  sərgüzəştlərə  ancaq 

Parisdə rast gəlmək mümkündür! 

Votren: 


-

 

Yox, canım! Bundan da əyləncəli sərgüzəştlər var! - dedi. 



Madmazel Tayfer atası ilə görüşəcəyi fikrinə daldığından söhbətə 

çox  az  qulaq  asırdı.  Madam  Kutür  işarə  elədi  ki,  süfrədən  durub, 

paltarını  geyinməyə  getsin.  Xanımlar  çıxdıqdan  sonra  Qorio  ata  da 

onları təqib etdi. 

Voke Votrenə və başqa kirayənişinlərə xitabən: 

-

 



Gördünüzmü? Gördünüzmü?  -  dedi.  -  Onun  bu  cür qadınların 

sayəsində müflis olduğu aydın məsələdir. 

Tələbə: 

-

 



Mən heç zaman qrafinya de Resto kimi bir gözəlin Qorio ata 

ilə yaşamasına inanmaram! - dedi. 

Votren Ejenin sözünü kəsərək: 

-

 



Biz sizi qətiyyən inandırmaq niyyətində deyilik, - dedi. - Parisi 

yaxşı  tanımaq  üçün  siz  hələ  çox  cavansınız.  Bir  az  da  keçər  və  siz 

başa  düşərsiniz  ki,  Parisdə 

ehtiras  düşkünü

 

dediyimiz  qadınlar  da 



var. 

56 


downloaded from KitabYurdu.org


Madmazel  Mişono  bu  sözləri  eşidər-eşitməz  diqqətlə  qulaq 

asmağa başladı və mənalı bir şəkildə Votrenə tərəf baxdı. O lap boru 

səsi eşidən alay atına bənzəyirdi. 

Votren diqqətlə Mişonoya baxaraq öz sözünü kəsdi və: 

-

 

Belə-belə işlər, - dedi. - Bəlkə, bizdə də bu cür bəzi ehtiraslara 



təsadüf etmək olar? 

Qoca bakirə, çılpaq heykəlləri görən bir rahibə kimi başını aşağı 

saldı. 

Votren isə davam edərək: 



-

 

Budur,  -  dedi,  -  bu  adamlar  beyinlərindəki  fikirdən  elə  bərk 



yapışırlar  ki,  onları  bundan  qopara  bilməzsən.  Onlar  müəyyən  su 

üçün  susamışlar,  müəyyən  bir  quyudan,  bəzən iylənmiş  bir  quyudan 

su içməyə can atırlar və bu quyunun suyunu içmək üçün arvadlarını, 

uşaqlarını  belə  satmağa,  ruhlarını  da  şeytana  satmağa  hazırdırlar. 

Bəzən  adamlar  üçün  bu  quyu  -  qumar,  birja,  şəkil,  yaxud  həşərat 

toplamaqdan,  musiqidən  ibarətdir.  Bəziləri  üçün  də  bu,  ağızlarını 

şirinlədə  biləcək  bir  qadındır.  Bu  cür  adamlara  dünyanın  bütün 

qadınlarını  təklif  etsəniz,  hamısını  rədd  edərlər;  onlara  ancaq 

ehtiraslarını təmin edə bilən həmin qadın lazımdır. Çox vaxt bu qadın 

qətiyyən  onları  sevməz,  onlarla  qaba  rəftar  edər  və  nəşə  tör-

töküntülərini  çox  baha  qiymətə  satar,  bununla  belə,  mənim  dəcəl 

kişilərimə bu, təsir etməz: onlar həmin qadına son ekülərini

1

 vermək 


üçün  son  yorğanlannı  lombarda  apararlar.  Qorio  ata  da  o  cür 

kişilərdəndir.  O,  hər  şeyini  gizli  saxladığından,  qrafinya  da  onu  ələ 

keçirmişdir.  Yüksək  zadəgan  həyatı  belədir!  O,  əcaib,  zavallı  bir 

adamdır,  o  yalnız  qrafinyanı  düşünür.  Ehtiraslarının  xaricində  isə 

özünüz  yaxşı  görürsünüz  ki,  o,  vəhşi  heyvandan  başqa  bir  şey 

deyildir.  Siz  bu  barədə  onunla  söhbətə  başlasanız,  üzü  almaz  daşı 

kimi  parlayacaqdır.  Onun  sirrini  anlamaq  çox  da  çətin məsələ  deyil. 

O,  bu  səhər  gümüş  şeylərini  yenidən  tökdürməyə  aparmışdı.  Mən 

onun  de-Qre  küçəsində  Qob-  sek  dayının  yanına  girdiyini  öz 

gözlərimlə  gördüm.  Yaxşı  diqqət  edin!  O,  Qobsekin  yanından 

gəldikdən  sonra  bu  axmaq  Kristofu  qrafinya  de  Restonun  yanına 

göndərdi, Kristof isə məktubun ünvanını bizə göstərmişdi: məktubun 

içində  ödənilmiş  bir  veksel  vardı.  Aydın  şeydir  ki,  qrafinyanın  da 

qoca sələmçinin yanına 

1

 

E kü

 - köhnə fransız pulu 

57 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

getməsi işin çox təcili olduğunu sübut edir. Qorio ata iltifat göstərib 



qrafinyanın borcunu özü ödəmişdir. Bu işi başa düşmək üçün çox da 

böyük ağıla ehtiyac yoxdur. Mənim gənc dostum, bu, onu göstərir ki, 

qrafinya  gülüb-oynadığı,  nazlandığı,  şaftalı  çiçəkləri  ilə  fərəhləndiyi 

və  barmaqcığazları  ilə  paltarının  ətəklərini  yığışdırdığı  zaman 

özünün, yaxud oynaşının vaxtı ötmüş veksellərini yada saldıqca ürəyi 

tir-tir əsirmiş. 

Tələbə: 

-

 



Siz  məndə  həqiqəti  öyrənmək  üçün  qüvvətli  bir  arzu  oyadır-

sınız,  -  dedi,  -  mən  lap  sabah  qrafinya  de  Restonun  yanına  get-

məliyəm! 

-

 



Çox  ola  bilsin  ki,  siz  orada  öz  iltifatının  əvəzini  almaq  üçün 

gəlmiş olan Qorio ataya rast gələcəksiniz. 

Ejen nifrətlə dedi: 

-

 



Demək, sizin Paris iyrənc bir bataqlıqdır. 

-

 



Həm  də  əyləncəli  bir  bataqlıq,  -  deyə  Votren  əlavə  etdi.  - 

Ekipajlarda  gəzə-gəzə  bu  bataqlığa  bulaşanlar  abırlı  adamlardır, 

piyada  gəzə-gəzə bulaşanlar  isə  fırıldaqçılardır.  Əgər  bədbəxtlikdən, 

cüzi bir şeyi oğurlamış olsanız, sizi görünməmiş bir şey kimi Ədalət 

sarayının  meydanına  çıxararlar.  Lakin  bir  milyon  oğurlamış  olsanız, 

sizin yaxşı adam olduğunuzu bütün məclislərdə danışarlar. Bu əxlaqı 

davam  etdirmək  üçün  biz  jandarmlara  və  məhkəməyə  ildə  otuz 

milyon pul veririk. Bəd deyil! 

Madam Voke: 

-

 



Necə? Qorio ata qızıllanmış gümüş fincanını  yenidən tökdür-

mək üçün satmışdır? - deyə bağırdı. 

Ejen soruşdu: 

-

 



O qabın qapağında iki qumru quşu yox idi ki? 

-

 



Elədir ki var. 

Ejen dedi: 

-

 

Demək,  o,  bu  gümüş  nəlbəki  ilə  fincanı  çox  sevərmiş,  çünki 



onları əzdiyi zaman ağlamışdı. Mən bunu təsadüfən gördüm. 

Voke cavab verdi: 

-

 

Qorio ata onları həyatından da artıq sevirdi. 



Votren: 

-

 



Görürsünüzmü,  bizim  bu  əcaib  Qorionun  ehtirası  nə  qədər 

qüvvətlidir! Bu qadın onu necə qızışdırmaq lazım gəldiyini bilir. 

58 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə