İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə19/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   15   16   17   18   19   20   21   22   ...   231

Tələbə üst mərtəbədəki otağına qalxdı. Votren evdən çıxıb getdi. 

Bir neçə dəqiqə sonra madam Kutürlə Viktorina, Silviyanın çağırdığı 

ekipaja  mindilər.  Puare  qolunu  madmazel  Mişonoya  tərəf  uzatdı. 

Mişono  onun  qoluna  girib,  gün  batmamış  iki  saat  gəzmək  üçün 

Botanika bağına getdi. 

Yoğun Silviya: 

-

 

Lap  elə  bil,  evlənmişlər,  -  dedi.  -  Onlar  birinci  dəfədir  ki,  bu 



gün evdən birlikdə çıxırlar. Qupquru quruyublar, adama elə gəlir ki, 

çaxmaq daşı kimi bir-birinə toxunsalar, qığılcım çıxar. 

Voke gülə-gülə: 

-

 



Elə  olsa,  -  dedi,  -  madmazel  Mişono  şalından  əlini  üzə  bilər: 

şal qov kimi yanıb puç olar. 

Qorio  ata  saat  dörddə  qayıtdıqdan  sonra  hislənən  çıraqların 

işığında  gözləri  ağlamaqdan  qızarmış  Viktorinanı  gördü.  Madam 

Voke  cənab  Tayferin  yanına  səhərki  müvəffəqiyyətsiz  səfərin  heka-

yətinə qulaq asırdı. Qızı ilə bu qoca arvadın ziyarətləri Tayferi təngə 

gətirdiyindən,  məsələni  aydınlaşdırmaq  üçün  bunların  hər  ikisini 

qəbul etmişdi. 

Madam Kutür Vokeyə şikayətlənərək deyirdi: 

-

 



Təsəvvür  edin,  əzizim.  O,  Viktorinaya  əyləşməyi  belə  təklif 

etmədi, qız ayaq üstə qaldı. O, mənə əsəbiləşmədən, tamamilə soyuq 

bir  əda  ilə  söylədi  ki,  nahaq  yerə  zəhmət  çəkirik,  madmazel  (o,  bir 

dəfə də “qızım” demədi) onun gözündən düşmüşdür, nahaq yerə onun 

zəhləsini tökür (ildə bir dəfə! Onun nə qədər dəhşətli adam olduğunu 

görürsünüzmü!).  Sözlərindən  belə  məlum  oldu  ki,  Viktorinanın  heç 

bir  şey  tələb  etməyə  haqqı  yoxdur,  çünki  anası  ərə  getdiyi  zaman 

yoxsul  idi.  Bir  sözlə,  o  qədər  acı  sözlər  söylədi  ki,  biçarə  uşaq 

hönkür-hönkür  ağlamağa  başladı.  Qız  atasının  ayaqlarına  düşüb 

mərd-mərdanə söylədi ki, onun bu qədər israr etməyinə səbəb ancaq 

anasının xatirəsidir, indi isə o, atasının əmrinə sözsüz itaət edəcəkdir. 

O  ancaq  mərhum  anasının  vəsiyyətnaməsini  oxumağı  ondan  xahiş 

etdi,  məktubu  çıxarıb  ən  təsirli,  gözəl  sözlərlə  ona  verdi.  Doğrusu, 

onun bu sözləri haradan öyrəndiyini bilmirəm, görünür, Allah ona bu 

sözləri  təlqin  etmişdir.  Zavallı  uşaq  lap  ilhamla  danışırdı.  Mən  ona 

qulaq  asdıqca,  dəli  kimi  ağlayırdım.  Bilirsinizmi,  bu  dəhşətli  adam, 

qızı danışdıqca nə ilə məşğul idi? O, dırnaqlarını təmizləyirdi,  yazıq 

madam Tayferin göz 

59 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yaşları ilə islanmış məktubunu isə buxarıya atıb dedi ki: “Yaxşı!” O, 



qızını  yerdən  qaldırmaq  istədi,  lakin  Viktorina  onun  əllərindən 

yapışaraq öpürdü, o isə əllərini çəkirdi. Bu qədər də zülm olarmı? Elə 

bu zaman onun sarsaq oğlu içəri girdi, bacısına salam belə vermədi. 

Qorio ata: 

-

 

Nə dəhşətli adamdır! - dedi. 



Madam  Kutür  qocanın  sözlərinə  əhəmiyyət  vermədən  sözünə 

davam edərək: 

-

 

Sonra,  -  dedi,  -  ata  ilə  oğul,  tələsik  işləri  olduğunu  bəhanə 



edərək,  bizdən  üzr  istədilər  və  vidalaşıb  getdilər.  Bu  da  bizim 

ziyarətimiz! O, heç olmasa, öz qızını gördü. Onun öz qızını necə rədd 

edə  bildiyini  mən  qətiyyən  başa  düşə  bilmirəm.  Onlar  iki  damcı  su 

kimi bir-birinə oxşayırlar. 

Pansionda  yaşayan  kirayənişinlər  və  kənardan  gələnlər  bir-bir 

gəlir,  salamlaşır,  Paris  cəmiyyətinin  müəyyən  təbəqələrində  şən, 

tutarlı  söz  kimi  qəbul  edilən  boşboğazlığa  başlayırdılar:  bu  boş-

boğazlığın əsasını mənasız bir şey təşkil edirdisə, bunun məğzi, duzu 

söylənişində və hərəkətlərdə idi. Bu cür pozuq dil hər zaman dəyişir. 

Bunun  binasını  təşkil  edən  zarafat  bir  aydan  artıq  ömür  sürməz. 

Siyasi  hadisə,  məhkəmədə  baxılan  bir  cinayət  işi,  küçə  nəğməsi, 

aktyorların şıltaqlığı, bir sözlə, hər şey bu  müsahiblərin sözü, yaxud 

fikri  atmacaları  üçün  şərait  yaradırdı.  Panorama  nisbətən  optik 

illüziyanın  daha  yüksək  dərəcəsinə  müvəffəq  olan  diorama-  nın  bu 

yaxın  zamanlarda  ixtira  edilməsindən  sonra  bəzi  rəssamlıq 

emalatxanalarında  mənasız  bir  əda  ilə  sözlərin  sonuna  “rama”  əlavə 

etməyə  başlamışdılar  və  pansionerlərdən  olan  gənc  bir  rəssam  bunu 

meyvə gətirən calaq kimi “Vokenin evi”nə calamışdı. 

Muzey məmuru Puareyə xitabla: 

-

 



Hə,  cənab  Puare,  -  dedi,  -  sağlıqramanız  necədir?  -  Sonra 

verdiyi sualın cavabını belə gözləmədən, madam Kutürlə Viktorinaya 

tərəf dönərək: - Sevimli xanımlar, - dedi, - siz dərdli görünürsünüz. 

Rastinyakın dostu, təbib tələbə Oras Byanşon: 

-

 

Bəs biz nahar etməyəcəyik? Mənim mədəm 



isqie ad talones

səmtinə düşmüşdür. 



1

 Daban 

(lat.)

 

60 


downloaded from KitabYurdu.org


Votren də səsləndi: 

-

 



Bugünkü tələbəramamız qiyamətdir! Yaxşı, Qorio ata, bir az 

yerinizdən tərpənin. Belə də iş olar! Siz öz ayağınızla sobanın bütün 

məcrasını tutmuşunuz. 

Byanşon dedi: 

-

 

Adlı-sanlı cənab Votren, siz nə üçün “tələbərama” deyirsiniz? 



Bu, düz deyil, “tələmərama” deyilməlidir. 

Muzey məmuru etiraz edərək: 

-

 

Yox,  -  dedi,  -  elə  doğrudan  da  “tələbərama”  deməlidir.  Axı 



adətən, “tələ” deyərlər. 

-

 



Ha! Ha! 

Byanşon  Ejenin  boynundan  tutub,  onu  boğmağa  hazırlaşırmış 

kimi sıxaraq: 

-

 



Nəhayət, əlahəzrət markiz de Rastinyak, yalan-palan doktoru 

da gəldi! - deyə bağırdı. - Ey, tez olun, köməyə gəlin! 

Madmazel Mişono yavaşca içəri daxil oldu, sakitcə salam verdi, 

bir söz söyləmədən üç arvadın yanında əyləşdi. 

Byanşon Votrenə pıçıldadı: 

-

 



Bu  qoca  yarasanı  görəndə  ətim  ürpəşir.  Mən Qall  sistemini* 

öyrənirəm, onda Yəhudanın şişlərinə rast gəlirəm. 

Votren soruşdu: 

-

 



Siz onunla tanış idiniz? 

Byanşon cavab verdi: 

-

 

Ona  rast  gəlməyən  adam  tapılarmı?  Namusuma  and  içirəm, 



bu  rəngi  sarı-boz  qoca  bakirə  mənə  lap  iri  şalbanı  çürüdən  uzun 

qurdların təsirini bağışlayır. 

Votren bakenbardlarına sığal verə-verə: 

-

 



Bunun mənasını bilirsinizmi, oğlan? 

Bir gül kimi yaşadı o gül ancaq bir səhər: Güllərin 

qisməti bu*... 

Puare xörəyi təmkinlə gətirən Kristofun içəri girdiyini görərək: 

-

 

Aha, - dedi, - nəhayət, şorbarama gəlib çıxdı! 



Voke cavab verdi: 

-

 



Bağışlayın, bu, kələm şorbasıdır. 

Gənclər qəhqəhə çəkib güldülər. 

61 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə