İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə20/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   16   17   18   19   20   21   22   23   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Puare yaxşıca kötək yedi! 

-

 

Puare kələyə düşdü! 



Votren dedi: 

-

 



Voke ciciyə əla qiymət verilməlidir. 

Muzey məmuru: 

-

 

Bu səhərki dumana diqqət verdinizmi? 



Byanşon dedi: 

-

 



Bu, qəzəbli və görünməmiş bir duman idi: Qorio kimi boğu-

cu, malxulyalı, yaşıl, qalın bir duman. 

Rəssam izah etdi: 

-

 



Buna  Qoriorama  deyərlər,  çünki  onun  içində  heç  bir  şey 

görmək mümkün deyil. 

-

 

Ey, milord Qouriott, bu, sizin haqqınızdadır. 



Stolun  axırında,  xidmətçilərin  girib-çıxdığı  qapının  yanında 

əyləşmiş  Qorio  ata  başını  qaldırdı  və  bəzən  büruzə  verdiyi  köhnə 

alverçi adəti üzrə, salfetin altındakı çörək parçasını iylədi. 

Voke öz bağırtısı ilə süfrə ətrafında əyləşənlərin, boşqabların və 

qaşıqların səsini batıraraq, qəzəblə dedi: 

-

 



Yoxsa, sizcə, çörək yaxşı çörək deyil? 

-

 



Əksinə,  xanım,  -  Qorio  cavab  verdi.  -  Bu  çörək  əla  Etamp 

unundan bişirilmişdir. 

Ejen soruşdu: 

-

 



Siz bunu necə təyin etdiniz? 

-

 



Ağlığına, tamına görə. 

Madam Voke dedi: 

-

 

Burunun  tamına  görəmi?  Siz  ki  çörəyi  burnunuzla 



iyləyirdiniz.  Siz  o  qədər  qənaətli  olmağa  başlamışsınız  ki,  axırda 

mətbəxin iyi ilə dolanmaq üçün çarə tapacaqsınız. 

Muzey məmuru bağırdı. 

-

 



Onda  bu  ixtira  üçün  patent  tələb  edərsiniz,  böyük  sərvət 

qazanarsınız. 

Rəssam: 

-

 



Kifayətdir,  -  dedi,  -  o,  bunu  vermişel  fabrikantı  olduğunu 

sübut etmək üçün eləyir. 

Muzey məmuru yenə soruşdu: 

-

 



Demək, sizin burnunuz burun deyil, kolbadır? 

Byanşon: 

62 

downloaded from KitabYurdu.org




-

 

Necə? Kol?.. - soruşdu. 



-

 

Kol-bax... 



-

 

Kol-paq... 



-

 

Kol-basa. 



-

 

Kol-rama. 



Bu  cavablar  yaylım  atəşinin  sürəti  ilə  bütün  salona  yayıldı  və 

əcnəbi dili başa düşməyə çalışan bir adam kimi, zavallı Qorio ata da 

mənasız bir nəzərlə qonşularına baxdıqca, daha çox gülüşməyə səbəb 

oldu. 


Qorio yanında əyləşdiyi Votrendən soruşdu: 

-

 



Kol?.. 

Votren: 


-

 

Kol-paq, qoca, kolpaq, - deyə cavab verdi və Qorionun başına 



elə  bir  qapaz  ilişdirdi  ki,  onun  papağı  gözlərinin  üstünə  düşdü.  Bu 

gözlənilməz  hücumdan  özünü  itirən  zavallı  qoca  bir  müddət 

hərəkətsiz donub-qaldı. 

Kristof,  Qorio  atanın  şorbanı  yeyib  qurtardığını  zənn  edərək, 

boşqabını yığışdırdı; odur ki Qorio papağını qaldırıb, qaşığını götür-

düyü  zaman  qaşığı  boşqaba  deyil,  boş  yerə  dəydi.  Yenə  qəhqəhə 

gurladı. 

Qoca: 


-

 

Cənab Votren,  -  dedi,  -  bu, axmaq  zarafatdır,  siz  bir  də  belə 



şeyə yol versəniz... 

Votren onun sözünü kəsərək: 

-

 

Onda bu, sizə baha oturar. 



Rəssam: 

-

 



Cəhənnəmdəmi?  -  deyə  soruşdu.  -  Cəza  alan  yaramaz  uşaq- 

lann oturduğu qaranlıq bir guşədə! 

Votren Viktorinaya xitabla: 

-

 



Madmazel,  -  dedi,  -  siz  nə  üçün  xörək  yemirsiniz?  Görünür, 

atanız çox tərs adam imiş. 

Madam Kutür cavab verdi: 

-

 



O, dəhşətli bir şeydir. 

Votren dedi: 

-

 

Madmazel  Viktorina  xörək haqqının qaytarılmasını  tələb  edə 



bilər:  o,  qətiyyən  xörək  yemir.  Ehe,  diqqət  edin:  Qorio  atanın  mad-

mazel Viktorinaya necə baxdığını görürsünüzmü? 

63 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qoca artıq yemirdi, ancaq gözlərini zavallı qızın üzünə dikmişdi: 



qızın  üzündə  atası  tərəfindən  rədd  edilsə  də,  yenə  atasını  sevən  bir 

qızın iztirabı duyulurdu. 

Ejen, Byanşona tərəf dönərək, pıçıltı ilə: 

-

 



Əzizim,  -  dedi,  -  biz  Qorio  ata  haqqında  səhv  etmişik.  Qall 

sistemini ona tətbiq et, sonra nəticəsini mənə söylərsən. Mən bu gecə 

onun  qızıllanmış  gümüş  qabını  mum  kimi  əzdiyini  öz  gözlərimlə 

gördüm.  O  zaman  onun  gözlərində  xariqüladə  hisslər  görünürdü. 

Məncə,  onun  taleyi  çox  əsrarəngizdir,  hər  halda,  öyrənməyə  dəyər. 

Bəli,  Byanşon,  sən  nahaq  yerə  gülürsən,  mən  qətiyyən  zarafat 

etmirəm. 

Byanşon cavab verdi: 

-

 

Mən  də  etiraf  edirəm  ki,  bu  şəxs  təbabətə  aid  bir  hadisədir. 



Əgər o, arzu edərsə, mən onun bədənini yara da bilərəm. 

-

 



Yox, yox, sən onun başını yoxla. 

-

 



Bu mümkün deyil, onun axmaqlığı, bəlkə, sirayətedicidir. 

Ertəsi  gün,  saat  üçə  yaxın,  Rastinyak  zərif,  qəşəng  geyimdə 

qrafinya de Restonun yanına yola düşdü. O, yolda gənclərin həyatına 

zinət  verən,  onları  həyəcanlandıran  çılğın  ümidlərə  dalmışdı.  Belə 

dəqiqələrdə  gənclər  heç  bir  maneə,  heç  bir  təhlükə  ilə  hesablaşmır, 

hər  şeydə  müvəffəqiyyət  qazanacaqlarına  inanır,  öz  həyatlarına 

xəyalatla  bəzək  verir,  cilovsuz  arzulara  əsaslanan  planları 

pozulduqdan  sonra  isə  dərhal  iztirab  çəkməyə  başlayır  və  özlərini 

bədbəxt  zənn  edirlər.  Onlar  bu  qədər  təcrübəsiz  və  cəsarətsiz  olma-

saydılar,  cəmiyyətdə  intizam  qeyri-mümkün  olardı.  Ejen  ehtiyatla 

yeriyirdi ki, geyimi toza batmasın. Həm də o, qrafinya de Resto ilə nə 

danışacağını  düşünür,  ağıllı  cümlələr  axtarır,  xəyalında  yaratdığı 

söhbətdə  cavablar  fikirləşib  tapırdı.  Taleyran*  üslubunda  necə  ifa-

dələr və cümlələr hazırlayır, öz gələcəyini əsaslandırmaq istədiyi eşq 

etirafı  üçün  münasib  olan  müxtəlif  xırda  hadisələrə  ümid  bəsləyirdi. 

Bununla  belə,  zavallı  tələbənin  üst-başı  toza  bulaşdı.  Pale-Royalda 

şalvarını və çəkmələrini təmizləməyə məcbur oldu. 

Ehtiyat üçün götürdüyü yüz suluq pulu xırdalayaraq fikirləşirdi: 

-  Əgər  varlı  olsaydım,  karetə  minib  gedər  və  sərbəst  fikirləşə 

bilərdim. 

64 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə