İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə25/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   21   22   23   24   25   26   27   28   ...   231

sevincindən asudə nəfəs aldı. Bunu da qeyd etmək lazımdır ki, sevən 

bir qadın eşq əyləncələrinə hər zaman yeni rəng verməkdənsə, şübhə 

üçün  bəhanə  icad  etməklə  daha  mahir  olur.  Ayrılıq  təhlükəsi  baş 

verdikdə isə o, məhəbbət nəşəsinin iyini hələ uzaqdan duyan Vergili 

atından daha tez hər bir hərəkətin mənasını başa düşə bilir. Siz əmin 

ola  bilərsiniz  ki,  madam  de  Bosean  öz  səmimiyyəti  ilə  dəhşətli 

görünən  biixtiyar,  xəfif  bir  titrəməni  duymuşdu.  Ejen  Parisin  bir 

xüsusiyyətindən xəbərsiz idi: siz kimə təqdim edilirsinizsə, hər halda, 

ər,  arvad,  hətta  uşaqların  həyatı  haqqında  ailə  dostlarından  məlumat 

toplamalısınız  ki,  pis  vəziyyətə  düşməyəsiniz,  yaxud  polyakların 

məcazi  bir  şəkildə  söylədikləri  kimi,  düşdüyünüz  bataqlıqdan  sizi 

çıxarmaq  üçün  arabaya  beş  kəl  qoşmağa  məcbur  olmayasınız.  Əgər 

Fransada  yersiz  söhbətlərin  xüsusi  bir  adı  yoxdursa,  buna  səbəb 

yalnız hər dedi-qodunun geniş yayıldığı bir ölkədə bu cür söhbətlərin 

qeyri-mümkün sayılmasıdır. Yalnız Ejen kimi, artıq bir dəfə qrafinya 

de  Restonun  evində  bataqlığa  düşmüş  və 



“arabaya  beş  kəl 

qoşmağa”

 imkan belə tapmayan bir gənc, madam de Boseana təqdim 

olunmaq  üçün  gələrək,  yenidən  arabaya  kəl  qoşmaqla  məşğul  ola 

bilər. Lakin birinci dəfə o, cənab de Trayla qrafinya de Restonu çox 

təngə  gətirdiyi  halda,  bu  dəfə  markiz  d’Ajuda-Pintonu  çətin 

vəziyyətdən xilas etmiş olurdu. 

Ejen  açıq-qırmızı  və  boz  rənglərə  çalan,  bəzəkli  kiçik  salona 

daxil  olarkən  (bu  salonda  zinət  yalnız  zəriflik  təsiri  bağışlayırdı), 

portuqaliyalı qapıya tərəf cumaraq: 

-

 



Əlvida! - dedi. 

Madam de Bosean gözlərini markizdən ayırmadan: 

-

 

Axşama  qədər,  eləmi?  -  deyə  soruşdu.  -  Bəs  siz  bizimlə 



Bufonlara getməyəcəksinizmi? 

Markiz qapının dəstəyindən tutub: 

-

 

Mümkün olmayacaq, - deyə cavab verdi. 



Madam  de  Bosean  ayağa  durdu  və  Rastinyaka  əhəmiyyət  ver-

mədən  markizi  yanına  çağırdı.  Bu  fövqəladə  sərvətin  parıltısı  qar-

şısında  mat  qalan  Rastinyak,  “Min  bir  gecə”  nağıllarının  həqiqət 

olduğuna  inanmağa  hazır  görünürdü.  Rastinyak,  onu  sezməyən 

qadının qarşısında harada gizlənəcəyini bilmirdi. 

Vikontessa  şəhadət  barmağını  qaldırdı  və  qəşəng  əda  ilə  bar-

mağını aşağı salaraq, öz qarşısında əyləşmək üçün markizə yer 

77 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

göstərdi.  Onun  bu  hərəkətində  ehtirasın  elə  qəddar  bir  qüdrəti  hiss 



olunurdu ki, markiz qapının dəstəyini buraxıb, yaxınlaşdı. Ejen qibtə 

ilə ona baxırdı. 

“Bəli,  kiçik  karetin  sahibi  budur.  Bir  parisli  xanımın  nəzər-diq-

qətini çəlb etmək üçün, doğrudanmı, qızğın atlara, lakey paltarlarına, 

bol qızıla malik olmalısan?” 

Zinət iblisi onun qəlbini yaralamışdı, o, qazanc qızdırması içində 

çırpınır, qızıl ehtirasından boğazı quruyurdu. Ejenin ixtiyarında üç ay 

üçün  ancaq  yüz  otuz  frank  var  idi.  İndiki  vəziyyəti  ilə  əldə  etməli 

olduğu  məqsədin  belə  sürətlə  bir-birinə  qarşı  qoyulması  onun 

pərişanlığını daha da artırırdı. 

Vikontessa gülərək: 

-

 



Nə  üçün  siz  italyanların  yanına  gələ  bilməyəcəksiniz?  -  deyə 

soruşdu. 

-

 

İşim var! Mən ingilis səfirinin evinə nahara çağırılmışam. 



-

 

Nə olar, nahardan sonra gələrsiniz! 



Yalan  danışmağa  başlayan  şəxs  istər-istəməz  bir  yalanın  üstünə 

başqasını qoymağa məcburdur. Markiz d’Ajuda güldü və: 

-

 

Siz bunu tələb edirsiniz? - dedi. 



-

 

Əlbəttə, tələb edirəm. 



Markiz  hər  qadına  təsəlli  verə  biləcək dalğın  bir  nəzərlə  vikon- 

tessaya baxaraq: 

-

 

Elə mən də sizin bu sözü söyləməyinizi istərdim, - deyə cavab 



verdi. O, vikontessanın əlini öpüb çıxdı. 

Ejen isə madam de Boseanın, nəhayət, onu xatırlayacağını zənn 

edərək,  saçlarına  sığal  verdi,  təzim  üçün  əyildi.  Lakin  vikontessa 

birdən-birə  ayağa  durdu,  özünü  qalereyaya  doğru  ataraq,  pəncərəyə 

yaxınlaşdı, ekipaja minən d’Ajudaya baxdı, onun haraya sürməyi əmr 

etdiyinə qulaq asdı, lakeyin sürücüyə bu sözləri söylədiyini eşitdi: 

-

 

De Roşfidin evinə. 



Eşitdiyi  sözlər,  markizin  sürətlə  karetə  minməsi  bu  qadın  üçün 

ildırım çaxmasına, göy guruldamasına bərabər idi. Onu dəhşətli qorxu 

bürüdü.  Yüksək  cəmiyyətdə  ən  dəhşətli  fəlakətlərin  əlaməti  başqa 

şəkildə  olmaz.  Vikontessa  yataq  otağına  çəkilib  stolun  yanında 

əyləşdi, zərif bir kağız götürüb, bu sözləri yazdı: 

“Siz ingilis səfarətxanasmda deyil, Roşfidgildə nahar etdiyinizə 

görə mənə izahat verməyə borclusunuz



Sizi gözləyirəm

”.

 

78 


downloaded from KitabYurdu.org


O,  əlinin  ixtiyarsız  titrədiyindən  əyri  çıxan  bir  neçə  hərfi 

düzəltdi, K.

 

imzasını qoydu (bu isə “Burqundiya Marası"demək idi) və 



zəngi çaldı. 

Dərhal onun hüzuruna gələn lakeyə: 

-

 

Jak,  -  dedi,  -  saat  səkkizin  yarısında  cənab  de Roşfidin  evinə 



gedib,  markiz  d’Ajudanın  orada  olub-olmadığını  soruşarsınız.  Əgər 

markiz  orada  olsa,  bu  məktubu  ona  verməyi  xahiş  edərsiniz.  Cavab 

lazım  deyil.  Əgər  markiz  orada  olmasa,  qayıdarsınız  və  məktubu 

mənə qaytararsınız. 

-

 

Cİlyahəzrəti salonda gözləyirlər. 



Vikontessa qapını açaraq: 

-

 



Bəli, - dedi, - bəli, yadıma düşdü. 

Ejen  özünü  son  dərəcə  narahat  hiss  etməyə  başlayırdı.  Xoş-

bəxtlikdən, nəhayət, vikontessa göründü və elə bir iztirabla bu sözləri 

söylədi ki, Ejenin ürəyi sancdı: 

-

 

Bağışlayın,  mən  bir-iki  kəlməlik  məktub  yazmalı  idim,  indi 



sizin ixtiyarınızdayam. 

Madam  de  Bosean  “o,  madmazel  de  Roşfıdlə  evlənmək  fikrin-

dədir”  düşündüyü  halda,  nə söylədiyinin  fərqinə  varmırdı.  “Lakin  o, 

sərbəstdirmi?  Bu  izdivac  bu  axşamdan  gec  olmayaraq  pozulmalı, 

yoxsa mən... Bəli! Sabah bu barədə söhbət belə ola bilməz”. 

Ejen: 


-

 

Kuzina... - deyə sözə başladı. 



Vikontessa tələbəyə lovğa nəzər salaraq: 

-

 



Nə var? - deyə soruşdu. 

Ejen qupquru qurudu. 

Ejen bu “nə var” sualının nə demək olduğunu anladı. O, bu son 

üç saat ərzində bir çox şeylər öyrənmişdi, artıq ehtiyatlı tərpənirdi. 

Ejen qızararaq yenə başladı: 

-

 



Madam...  -  O,  bir  az  duruxdu,  lakin  özünü  düzəldib,  yenə 

sözünə  davam  etdi:  -  Məni  bağışlayın.  Mənim  sizin  himayənizə  o 

qədər  ehtiyacım  vardır  ki,  sizin  qohumluğunuzun  bir  zərrəsi  belə 

mənə ziyan verməzdi. 

Madam de Bosean acı təbəssümlə güldü: onun üfüqlərində artıq 

göy gurultusunun səsləri eşidilirdi. 

Ejen sözünə davam edərək: 

-

 



Əgər  siz  mənim  ailəmin  vəziyyətini  bilsəydiniz,  -  dedi,  - 

himayə  göstərdikləri  adamların  qarşısına  çıxan  maneələri,  lütf 

göstərib 

79 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə