İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə13/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   9   10   11   12   13   14   15   16   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ejen  Rastinyak,  ən  istedadlı  və  yaxud  çıxılmaz  bir  vəziyyətin 



nəticəsində qısa müddət üçün müstəsna adamlara məxsus qabiliyyətlə 

birdən-birə fəaliyyətə başlayan gənclərin, yəqin, tanış olduğu mənəvi 

vəziyyətə  qayıtmışdı.  Parisdə  yaşadığı  birinci  il  müddətində,  hələ 

fakültədə  ibtidai  dərəcələri  qazanmaq  üçün  çox  da  oturub  çalışmaq 

lazım gəlmədiyi bir zaman Ejen boş vaxtından istifadə edər və Parisin 

zahiri  hüsnündən  ləzzət  alardı.  Tələbə  hər  bir  teatrın  repertuarı  ilə 

tanış  olmaq,  Parisin  bütün  dolanbac  yollarını  öyrənmək,  adətlərlə 

tanış  olmaq,  dili  mənimsəmək,  paytaxt  nəşələrinə  öyrəşmək,  bütün 

ədəbli və ədəbsiz yerləri gəzib-dolaşmaq, maraqlı mülahizələrə qulaq 

asmaq  və  muzey  sərvətlərini  nəzərdən  keçirmək  istərsə,  qətiyyən 

vaxtı çatmaz. O, bu zamanlar hər boş şeyə xüsusi əhəmiyyət verər və 

böyük  həvəslə  bunlarla  maraqlanardı.  Onun  nəzərində  böyük  bir 

adam  vardır  ki,  o  da  “Kollec  de  Frans”ın  professorudur.  Bu 

professora da öz dinləyicilərinin səviyyəsində dura bilmək üçün maaş 

verirlər.  Tələbə  qalstukunu  yuxarıdan  bağlayar  və  Komik  operanın 

birinci yarusunda əyləşən bir qadının xatirinə gözəl əda ilə oturar. O, 

həyata yavaş- yavaş daxil olar, köhnə adətlərdən uzaqlaşar, öz həyat 

görüşlərini  genişləndirər,  nəhayət,  cəmiyyət  quruluşundakı  insan 

təbəqələrinin  ardıcıllığını  dərk  edər.  Günəşin  parlaq  şüaları  altında 

Yelisey  düzlərini  dolaşan  faytonların  içinə  baxmağı  sevən  hər  bir 

tələbə, bir az sonra artıq belə bir fayton sahibi olmaq arzusuna düşər. 

Ejen  dil  və  hüquq  elmləri  bakalavrı  dərəcəsini  aldıqdan  sonra 

tətilə getməzdən əvvəl, özü dərk etmədən, belə bir məktəbi keçməyə 

müvəffəq  ola  bilmişdi.  Artıq  onun  uşaqlıq  xəyallarından,  əyalət 

görüşlərindən  heç  bir  əsər  qalmamışdı.  Anlayışları  dəyişmiş, 

şöhrətpərəstliyi isə xeyli artmışdı. Odur ki öz ata-baba malikanəsində 

yaşadığı zaman hər şeyə ayıq nəzərlə baxırdı. Atası da, anası da, iki 

qardaşı, iki bacısı da, təqaüddən başqa heç bir sərvəti olmayan xalası 

da  kiçicik  Rastinyak  mülkündə  yaşamaqda  idi.  Təxminən,  üç  min 

franklıq mədaxili olan bu mülk, üzüm təsərrüfatındakı dəyişkənlikdən 

asılı  olmasına  baxmayaraq,  hər  il  Ejen  üçün  min  iki  yüz  frank  əzib 

çıxarmalı  idi.  Ejen,  ailəsinin  daim  ethiyac  içində  olduğunu  və  bu 

ehtiyacı  alicənablıqla  ondan  gizlətməyə  çalışdıqlarını  görürdü.  O, 

istər-istəməz,  uşaqlıqda  gözəl  görünən  bacıların,  xəyalında  yaratdığı 

gözəllik nümunəsini təcəssüm edən Paris 

42 


downloaded from KitabYurdu.org


qadınları ilə müqayisə edirdi. O ən ucuz ərzağın xırdaçı adamlara xas 

olan  bir  qayğı  və  qənaətlə  gizlədildiyini  görürdü.  O,  öz  ailəsi  ilə 

birlikdə  üzüm  cecəsindən  hazırlanmış  içki  içərdi.  Bir  sözlə, 

xatırladılması  bihudə  olan  bir  çox  hadisələr  onun  qəlbində  həyatda 

müvəffəqiyyət  qazanmaq  arzusunu  on  qat  artırmış  və  cəmiyyətdə 

qabağa  getmək  ehtirasını  oyatmışdı.  Alicənab  adamlara  məxsus  bir 

tərzdə,  o  da  yalnız  öz  şəxsi  xidmətlərinə  güvənmək  niyyətində  idi. 

Bununla belə, o, qəlbən, iliklərinə qədər cənublu olaraq qalırdı. Açıq 

dənizə çıxdıqdan sonra hansı sahilə doğru üzməyi, yelkənlərini hansı 

səmtə  çevirməyi  bilməyən  bir  gənc  kimi,  onun  da  qərarları  sabit 

olmayacaqdı.  Ejen  əvvəlcə  bütün  varlığı  ilə  çalışmaq  niyyətində  idi, 

lakin bir az sonra lazımi əlaqələr yaratmaq həvəsinə düşdü. Qadınlann 

cəmiyyət  həyatında  nə  qədər  böyük  nüfuza  malik  olduqlarını 

duyduqdan sonra o, özünə himayət göstərəcək bir qadın tapmaq üçün 

dərhal  əyan  məclislərinə  daxil  olmaq  fikrinə  düşdü. Ağıllı  və  həssas 

bir  gənc  isə  ağıl  və  xüsusilə  coşqunluqdan  başqa,  zərif  vücuda  və 

qadınları  düşküncəsinə  cəzb  edən,  bir  növ,  çılğın  gözəlliyə  malik 

olduqdan  sonra,  belə  qadınlara  rast  gəlməyə  bilərdimi?  Keçmişdə 

gülüşə-gülüşə bacıları ilə gəzdiyi düzləri dolaşarkən Rastinyak bu cür 

xəyallardan uzaqlaşa bilmirdi. Artıq bacıları da onun xeyli dəyişdiyini 

dedilər.  Vaxtilə  xalası  madam  de  Marsiyyak  sarayda  xidmət  edərdi. 

Onun yüksək kübarlar mühitində tanışlan vardı. Xalası öz xatirələrini 

tez-tez  və  cazibədar  şəkildə  ona  söylərdi.  Gənc  şöhrətpərəst, 

hüquqşünaslıq məktəbindəki müvəffəqiyyətlər qədər əhəmiyyətli olan 

cəmiyyətdəki  qələbələri  üçün  bu  xatirələrdə  bir  çıxış  nöqtəsi  tapdı. 

Ejen  hansı  qohumluq  münasibətlərini  yenidən  bərpa  etmək  mümkün 

olduğunu  xalasından  soruşdu.  Qocalmış  xanım  nəsil  ağacını 

silkələdikdən  sonra  bu  qərara  gəldi  ki,  varlı  qohumlannın  xudbin 

tayfası  içərisində  onun  bacısı  oğluna  yardım  göstərmək  üçün  az-çox 

münasib bir şəxs varsa, o da vikontessa de Boseandır. O, bu məqsədlə 

gənc xanıma köhnə üslubda bir məktub  yazaraq Ejenə verdi  və dedi 

ki,  vikontessanın  hüsn-rəğbətini  qazanmağa  müvəffəq  olarsa,  bu 

xanımın  vasitəsilə  başqa  qohumları  da  ələ  keçirə  biləcəkdir. 

Rastinyak  Parisə  gəldikdən  bir  neçə  gün  sonra  xalasının  məktubunu 

madam  de  Boseana  göndərdi.  Vikontessa  onu  bala  dəvət  etməklə 

cavab verdi. Bal ertəsi günə təyin edilmişdi. 

43 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

1819-cu il noyabrın axırlarında ailə pansionundakı işlərin ümumi 



vəziyyəti  bu  şəkildə  idi.  Bir  neçə  gün  sonra  madam  de  Boseanın 

balında  iştirak  edən  Ejen  evə  gecə  saat  ikidə  qayıtmışdı.  Tələbə 

itirdiyi vaxtı geri qaytarmaq üçün hələ rəqs edərkən belə səhərə kimi 

işləməyi  qəhrəmancasına  özünə  vəd  etmişdi.  Kübar  həyatının 

parıltıları  qarşısında  qəlbində  hiss  etdiyi  yalançı  qüvvənin  sehrinə 

qapılaraq,  ömründə  birinci  dəfə  Rastinyak  yaşadığı  məhəllənin 

sükunətində  öz  gecəsini  yuxusuz  keçirməyə  hazır  görünürdü.  O  gün 

Rastinyak  pansionda  nahar  etmədi.  Bu  surətlə  kirayənişinlər  onun 

yalnız  səhərə  yaxın  gələcəyini  fərz  edə  bilərdilər.  O,  doğrudan  da, 

adətən, Odeonda*, yaxud Pradoda* verilən ballardan ipək corablarını 

palçığa  bulayıb,  bal  tuflilərini  tapdaq-tapdaq  edib,  səhərə  yaxın 

qayıdardı.  Kristof  qapının  rəzəsini  çəkməzdən  əvvəl  qapını  açdı  və 

küçəyə göz gəzdirdi. Elə bu dəqiqədə Rastinyak göründü. O, içəriyə 

gurultusuz daxil oldu və xeyli səs-küy salan Kristofla birlikdə yuxarı 

mərtəbəyə  qalxdı.  Ejen  soyunub  gecə  başmaqlarını  ayağına  keçirtdi, 

köhnəcə  sürtukunu  geydi,  sobadakı  torfu  yandırıb,  tələsik  işləməyə 

hazırlaşdı. Kristof ağır ayaqqabılarının gurultusu ilə tələbənin çox da 

gurultulu olmayan hazırlığının səsini batırdı. 

Ejen  hüquq  kitablarına  qapılmazdan  əvvəl,  bir  neçə  dəqiqə 

dalğın-dalğın  oturdu.  O,  bir  az  əvvəl  vikontessa  de  Boseanı  gör-

müşdü. Vikontessa Paris əyan məclislərinin çariçası idi, onun evi Sen-

Jermen* məhəlləsinin ən xoş evlərindən biri sayılırdı. O, istər adı və 

istərsə  də  sərvəti  ilə  kübar  aləmin  yuxarı  təbəqələrinə  mənsub  idi. 

Xalası  de  Marsiyyakın  sayəsində  bu  yoxsul  tələbə  vikontessa 

tərəfindən yaxşı qəbul edilmişdi, lakin o, bu hüsn-rəğbətin nə demək 

olduğunu  özü  belə  başa  düşmürdü:  bu  qızıla  qərq  olmuş  salonlarda 

qəbul  edilmək  yüksək  zadəganlıq  haqqını  verən  bir  fərmana 

bərabərdi.  Ejen  ən  məhdud  məclislərdən  birində  özünü  göstərməklə 

artıq  hər  yerə  getmək  haqqını  qazanmış  olurdu.  Bu  məclisin 

parıltılarından  gözləri  qamaşan  Ejen  vikontessa  ilə  ancaq  bir  neçə 

kəlmə danışa bilmişdi ki, nəzərini rautda toplaşan Paris ilahələrindən 

biri  cəlb  etdi.  Bu  ilahə  gənclərin  dərhal  məftun  olduğu  qadınlardan 

idi.  CJcaboylu,  qəşəng  vücudlu  qrafinya  Anas-  tazi  de  Resto  öz 

gözəlliyi  ilə  bütün  Parisdə  şöhrət  qazanmışdı,  iri  qara  gözləri,  gözəl 

qolları, hamar baldırları olan, hərəkətindən od 

44 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə