1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGISTRATURA MƏRKƏZI”
Əlyazması hüququnda
Əhmədova Ulduz Cavanşir qızının
“Kommersiya banklarının vasitəçilik əməliyyatlarının təkmilləşdirilməsi”
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı: 060403 – Maliyyə
İxtisaslaşma: Bank işi
Elmi rəhbər
Magistr proqramının rəhbəri
Dos. Babayev A.A.
Dos. Babayev A.A.
____________________
____________________
“Bank işi”
kafedrasının müdiri
Prof. Məmmədov Z.F.
____________________
Bakı – 2015
2
MÜNDƏRİCAT
GİRİŞ ....................................................................................................................... 3
FƏSİL 1. Kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji
əsasları ..................................................................................................................... 6
1.1. Müasir şəraitdə kommersiya banklarının mahiyyəti və fəaliyyəti ………....... 6
1.2. Kommersiya banklarının fəaliyyət prinsipləri və funksiyaları ....................... 13
1.3. Kommersiya banklarının vasitəçilik əməliyyatlarının mahiyyəti və
istiqamətləri ........................................................................................................... 20
Fəsil II. Kommersiya banklarının ayrı-ayrı vasitəçilik əməliyyatlarının
iqtisadi xarakteristikası .......................................................................................... 26
2.1. Lizinq əməliyyatlarının əsas elementləri, növləri və həyata keçirilməsi ........ 26
2.2. Faktorinq və forfeytinq əməliyyatları ............................................................. 46
2.3. Trast əməlliyyatları ......................................................................................... 59
Fəsil 3. Lizinq – Azərbaycanda vasitəçilik əməliyyatlarının ən perspektivli
istiqamətidir ........................................................................................................... 71
Nəticə ..................................................................................................................... 83
İstifadə olunmuş ədəbiyyat ............................................................................. 86
3
GİRİŞ
Mövzunun aktuallığı.
Məlum olduğu kimi banklar öz fəaliyyətlərində tarixən
formalaşmış özünəməxsus xüsusiyyətlərə və mühüm əhəmiyyətə malik əməliyyat-
ları yerinə yetirirlər: fıziki və hüquqi şəxslərin kreditləşdirilməsi, kassa və hesab-
laşma əməliyyatları, investisiyaların həyata keçirilməsi və s. Son vaxtlar kommer-
siya bankları qeyd olunanlardan əlavə vasitəçilik əməliyyatlarını da icra etməyə
başlamışlar.
Mahiyyət etibarilə vasitəçilik əməliyyatları da digər əməliyyatlar kimi banka
mənfəət gətirən əməliyyatlardır. Lakin digər əməliyyatlardan fərqli olaraq vasitə-
çilik əməliyyatlarında yalnız iki tərəf deyil, əlavə olaraq digər fıziki və ya hüquqi
şəxslər iştirak edirlər.
Vasitəçilik əməliyyatları öz mahiyyətinə görə həm bankların, həm də müştə-
rilərin mühüm maraq dairəsindədir. Buna səbəb aşağıdakılardır:
vasitəçilik əməliyyatları əvvəlcədən təklif olunmuş xidmətlər əsasında quru-
lur və tənzimlənir, vasitəçilik əməliyyatlarının təqdim olunma qaydası, artıq onla-
rın konkret olaraq təklif olunduğu məqamda bank tərəfındən işlənmiş olur;
bir çox hallarda ənənəvi əməliyyatlardan fərqli olaraq banklar tərəfındən
həyata keçirilən vasitəçilik əməliyyatları müştərinin tələbatına daha çox uyğun
gəlir;
vasitəçilik əməliyyatlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə əla-
qədar bankın bu əməliyyatlara meylli olması onun müştəri dairəsi genişləndirir;
vasitəçilik əməliyyatları öz mahiyyətinə görə ənənəvi əməliyyatların bir çox
növlərini özündə birləşdirir ki, bu da həm kommersiya bankının universallığım
təmin edir, həm də bank risklərinin diversifikasiyasına imkan yaradır;
vasitəçilik əməliyyatlarmın kompleks xarakteri ilə bağlı bütövlükdə bank
fəaliyyitinin səmərəliliyi yüksəlir, nəticədə fəaliyyətdən əldə olunan gəlirin məb-
ləği artır;
bir çox hallarda vasitəçilik əməliyyatlarının artırılması bankların fəaliyyə-
tində yeni xidmət və fəaliyyət sahələrinin yaranmasını şərtləndirir.
4
Bir qayda olaraq kommersiya banklarının vasitəçilik əməliyyatları sırasında
daha çox lizinq, faktorinq və forfeytinq, həmçinin trast əməliyyatları fərqləndirilir.
Araşdırmalar aydın göstərir ki, postsovet illərində Azərbaycanda kommersiya
banklarının vasitəçilik əməliyyatları sahəsindəki fəaliyyətinin ən inkişaf etmiş
istiqaməti məhz lizinq fəaliyyətidir. Biz də vasitəçilik əməliyyatlarının həm nəzəri
ənənəsindən, həm də Azərbaycandakı praktiki reallıqlardan irəli gələrək tədqiqa-
tımızda vasitəçilik əməliyyatları məhz bu istiqamətlərinə, onların da arasında
konkret olaraq lizinq fəaliyyətinə üstünlük vermişik.
Magistr dissertasiyasının məqsədi kommersiya banklarının vasitəçilik əmə-
liyyatlarının nəzəri və praktiki aspektlərinin açıqlanması və təhlili, həmçinin Azər-
baycanda onların konkret istiqamətlərinin təkmilləşdirilməsi perspektivlərinin mü-
əyyən edilməsidir.
Bundan irəli gələrək aşağıdakı vəzifələr qoyulmuşdur:
- kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsas-
larının işıqlandırılması, onların mahiyyətinin və strukturunun, funksiya və növ-
lərinin dəqiqləşdirilməsi;
- vasitəçilik əməliyyatlarının bank xidmətləri bazarındakı əsas istiqamətləri-
nin öyrənilməsi;
- vasitəçilik əməliyyatlarının kommersiya banklarının ənənəvi fəaliyyətinə
təsirinin mahiyyəti və əhəmiyyətinin öyrənilməsi;
- Azərbaycanda kommersiya banklarının vasitəçilik əməliyyatlarının konkret
istiqamətlərinin inkişaf perspektivlərinin, mümkün təkamül yollarının öyrənilməsi.
Tədqiqatın predmetini kommersiya banklarının vasitəçilik əməliyyatları za-
manı yaranan iqtisadi münasibətlərinin öyrənilməsi təşkil edir.
Tədqiqatın obyekti. Magistr dissertasiyasının obyektini kommersiya bank-
larının vasitəçilik əməliyyatları təşkil edir.
Tədqiqatın metodoloji əsasını dialektik məntiq, sistemli və kompleks yanaşma
müddəaları təşkil edir. İşdə elmi abstraksiya, təhlil və sintez, qruplaşdırma və
müqayisə metodlarından istifadə edimişdir.