İBTİDAİ İcma quruluşU


-1210  Atabəy Əbu Bəkrin hakimiyyəti. Əbu Bəkrin



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

1191-1210 

Atabəy Əbu Bəkrin hakimiyyəti. Əbu Bəkrin dövründə İsfahan, Rey vilayətləri və İraqın bir hissəsi Eldənizlər 

dövlətindən  ayrıldı,  mərkəzi  hakimiyyət  uğrunda  ara  müharibələri  Eldənizlər  dövlətinin  tənəzzülünü 

sürətləndirdi, Qutluc İnanc Xarəzmşah Təkəşə sığınaraq Xorasan, Rey və Həmədanı ələ keçirdi 



1194   

Şəmkir və Beyləqan vuruşması.  Gürcüstan və Şirvanşahların  birləşmiş qoşunlarının Əbu Bəkri  məğlubiyyətə 

uğratması 

XII əsrin II yarısı 

Cümə Məscidi və Darülmülkün (Eldənizlər sarayının) inşa edilməsi 



1203   

Gürcü qoşunlarının Dəbili qarət etməsi və Qərbi Azərbaycan torpaqlarının Gürcüstana qatılmaq təhlükəsinin 

yaranması 

1210-1211 

Gürcü  qoşunlarının  Azərbaycan  torpaqalarına  dağıdıcı  basqın  etməsi.  Bu  yürüş  zamanı  gürcülər  Naxçıvanı 

mühasirəyə  alsa  da  ələ  keçirə  bilmədilər.  Naxçıvandan  sonra  gürcü  qoşunları  Təbriz  istiqamətində  hücumu 

davam  etdirərək  Mərəndi  talan  etdilər  və  Təbrizi  mühasirəyə  aldılar.  Təbriz  hakimi  Zahidə  Xatın çoxlu  pul, 

daş-qaş və sənətkarlıq məhsulları verməklə Təbrizi gürcülərin təcavüzündən qurtardı. Miyanə, Uşan və Ərdəbil 

şəhərini isə gürcülər qarət etdilər 



1210-1225 

Atabəy Özbəyin  hakimiyyəti. Özbəyin dövründə dövlət işləri onun iştirakı olmadan həll olunmağa başlandı, 

ölkədə  daxili  çəkişmələri  daha  da  artdı,  İraqi-Əcəmə  müvəffəqiyyətsiz  yürüş  edildi,  Azərbaycan  gürcü  və 

monqolların hücumuna məruz qaldı, Eldənizlər dövlətinin süqutu daha da sürətləndi 



 

 

ŞİRVANŞAHLAR DÖVLƏTİ 

 

1063-1096 

Şirvanşah I Fəribürzun hakimiyyəti 



1066   

Şirvanşahlar dövlətinin Səlcuqlar tərəfindən işğal edilməsi. Səlcuqlar tərəfindən Şirvanşahlar dövlətinin işğal 

edilməsi nəticəsində Şirvanşahlar səlcuqlardan asılı  vəziyyətə düşdü və bununla da Azərbaycan torpaqlarının 

Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesi başa çatdı 



1097-1107 

 

Şirvanşah II Mənüçöhrün hakimiyyəti   



1107-1120 

 

Şirvanşah I Afridunun hakimiyyəti 



1117 

Demetrenin Şirvana hücum edərək Şirvanşahların qoşunlarını məğlubiyyətə uğratması 



1120 

Gürcü çarı IV Davidin Şirvana hücum edərək Şirvanşahların qoşunlarını məğlubiyyətə uğratması 



1120-1160 

Şirvanşah III Mənüçöhrün hakimiyyəti. III Mənüçöhrün dövründə Şirvan – Gürcüstan münasibətlərində dönüş 

yarandı, Şirvanşahlar dövləti Səlcuq imperatorluğu ilə ittifaqdan çıxaraq onlara illik bac verməkdən imtina etdi 

1121 

Didqori döyüşüGürcülərin və onların müttəfiqlərinin (qıpçaq türkləri, alanlar və Qərbi Avropa səlibçilərinin) 

birləşmiş qüvvələrinin Səlcuq qoşunlarını məğlub etməsi 

1122 

Tiflisin gürcülərin əlinə keçməsi və Tiflis müsəlman əmirliyinin ləğv edilməsi  



1123 

Sultan Mahmudun Şirvana hücumu. Hücum nəticəsində Sultan Mahmudun məğlub olaraq Şirvanı tərk etdi 



1123-1124 

IV Davidin Şirvan torpaqlarına yürüşü. Yürüş nəticəsində  Şirvanşahların paytaxtı Şamaxı,Gülüstan və Buğurd 

qalaları ələ keçirildi, gürcülər Şirvanın mühüm şəhər və qalalarında güclü qarnizonlar qoyub geri qayıtdılar 

1125 

IV Davidin ölümündən sonra gürcülərin Şirvanı tərk etməsi  



XII əsrin 30-50-ci illəri 

Şirvanşahlar dövlətinin Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilməsi 



1160   

Tamarın Şirvanşahlar dövlətində saray çevrilişi etməyə cəhd göstərməsi 



1160-1196 

Şirvanşah I Axsitanın hakimiyyəti. I Axsitan hakimiyyəti illərində Dərbənd hakimliyini Şirvanşahlar 

dövlətindən asılı vəziyyətə saldı, Dərbənd səddini təmir etdirdi, Səlcuqlarla dostluq münasibətlərini bərpa etdi, 

Atabəylər dövləti ilə dostluq münasibətləri qurdu, Gürcüstan çarlığı ilə mehriban qonşuluq əlaqələrini davam 

etdirdi, paytaxtı Şamaxıdan Bakıya köçürtdü, dövlətin müdafiə qüdrəti artdı,  Şirvanşahlar dövləti iqtisadi 

inkişaf və mədəni tərəqqi etdi  



1173 

Şirvanşahın hərbi qüvvələrinin Gürcüstanda mərkəzi hakimiyyətə qarşı qiyamı yatırmaqda çar III Georgiyə 

kömək etməsi 

1175 

Azərbaycana hücum edən slavyan donanmasının Şirvanşahın hərbi qüvvələri tərəfindən darmadağın edilməsi. 

Slavyanlarla  eyni  zamanda  hücum  edərək  Şabran  və  Dərbəndi  ələ  keçirən  qıpçaqların  I  Axsitan  tərəfindən 

məğlub edilərək ölkədən qovulması 



1192 

Şamaxıda baş vermiş zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxtının Bakıya köçürülməsi 



XII əsr 

Buğurd, Mərdəkan, Gülüstan və Qız qalalarının inşa edilməsi 



 

 

AZƏRBAYCANA XIII-XIV ƏSRLƏRDƏ 

 

MONQOLLARIN AZƏRBAYCANA YÜRÜŞLƏRİ. CƏLALƏDDİNİN AZƏRBAYCANDA HAKİMİYYƏTİ

  

 

1220-1222 

Cəba və Sabutayın rəhbərliyi ilə monqolların Azərbaycana kəşfiyyat xarakterli I yürüşü. Yürüş zamanı 

monqollar Təbrizə  və Gəncəyə hücum etsələr də bu şəhərləri işğal edə bilmədilər. Beyləqan və Şamaxı isə 

talan edildi.  Gürcüstansa iki dəfə monqollar tərəfindən tutuldu



 

1221 

Monqolların Təbrizə  və Gəncəyə uğursuz hücum etməsi 



1222 

Monqolların Şirvana hücumu 




1223 

Kalka  çayı  sahilində  döyüş.  Monqolların  rus-qıpçaq  qoşunlarını  məğlubiyyətə  uğratması.  Lakin  İdilboyunda 

bulqarlarla döyüşdə monqollar məğlub olaraq Monqolustana qayıtdılar 

1225 

Xarəzimşah Cəlaləddinin Azərbaycanı, o cümlədən Şirvanı tutması 



1225-1231 

Azərbaycanda Xarəzimşah Cəlaləddin dövlətinin mövcud olması 



1225 

Xarəzimşah Cəlaləddin tərəfindən Atabəylər dövlətinin varlığına son qoyulması 



1227 

Xarəzimşah Cəlaləddinin Marağada Ağsunqurilər sülaləsinin hakimiyyətinə son qoyması 



XIII əsrin 20-ci illəri 

Şəkinin Şirvanşahlar dövlətinin tabeliyinə keçməsi 



1231 

Gəncədə Bəndər üsyanı. Üsyan Cəlaləddin tərəfindən yatırıldı, üsyan başçılarından isə 30 nəfər, o cümlədən 

Bəndər edam olundu. Cəlaləddinə qarşı Gəncədən başqa, Xoy, Mərənd, Naxçıvad, və üç dəfə Təbrizdə də xalq 

azadlıq hərəkatı baş verdi və onlar da qəddarlıqla yatırıldı 



1231 

Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyətinin başa çatması 



1231-1239 

Cormağun noyonun başçılığı ilə monqolların Azərbaycana II yürüşü   

 

1235 

Gəncənin monqollar tərəfindən işğal olunması 



1239 

Monqolların II yürüşü zamanı tamamilə dağılmış Gəncə şəhərinin bərpa olunmağa başlanması 



1239 

Monqolların Şirvanı və Dərbəndi ələ keçirməsi. Dərbənd şəhərinin tutulması ilə bütün Azərbaycanın monqollar 

tərəfindən istilası və monqolların II yürüşü  başa çatdı 

1239-1256 

Azərbaycanın  Ali  monqol  xaqanlığının  tərkibinə  qatılması.  Ali  Monqol  Xaqanlığının  hakimiyyəti  dövründə 

Azərbaycan  Ali  Monqol  Xaqanlığının  canişinləri  tərəfindən  idarə  edildi,  Arqun  ağa  –  Xorasan,  İraqi-Əcəm, 

Şirvan  da  daxil  olmaqla  Azərbaycan,  Gürcüstan,  Lur  və  Kirmana  canişin  təyin  olundu,  Azərbaycanın  əksər 

torpaq  sahələri  və  otlaqları  monqol  canişinlərinin  ixtiyarına  keçdi,  yerli  feodalların  əksəriyyəti  torpaq 

malikanələrindən məhrum edildi, yerli feodalların bir qismi isə monqolların vassalına çevrildi 



 

 

MONQOLLARIN AZƏRBAYCANA III YÜRÜŞÜ. AZƏRBAYCANIN HÜLAKÜLƏR DÖVLƏTİNİN TƏRKİBİNƏ QATILMASI 

 

1253 

Hülakü xanın başçılığı ilə Müke xanın Ön Asiyaya qoşun göndərməsi 



1254 

Monqollar tərəfindən Azərbaycanda əhalinin siyahıya alınması 



1256 

Monqolların  Azərbaycana  III  yürüşü. Monqolların  III  yürüşü  nəticəsində  Azərbaycanın  Hülakülər  dövlətinin 

tərkibinə qatıldı 

1258 

Bağdadın Hülakülər tərəfindən tutulması və Abbasilər xilafətinin süqut etməsi 



1258-1357 

Beşinci Monqol Ulusu adlanan Hülakülər (Elxanilər) dövlətinin mövcud olması 



1258-1265 

Hülakü  xanın  hakimiyyəti.  Hülakü  xan  hakimiyyəti  dövründə  hərbi-köçəri  əyanların  tez-tez  baş  verən 

qiyamlarını  yatırmaqla  geniş  əraziyə  malik  iqtisadi  cəhətdən  güclü  və  mərkəzləşmiş  dövlət  yaratdı,  köçmə 

zadəganlara arxalanaraq bütün ali hakimiyyət orqanlarını şahzadə və əmirlər arasında böldu, şahzadə Yuşmut 

Arran  hakimi  təyin  olundu,  Azərbaycanın  şimal  sərhədlərinin  mühafizəsini  möhkəmləndirmək  məqsədi  ilə 

burda  güclü  monqol  hərbi  dəstələri  məskunlaşdırıldı,  Hülakü  dövləti  öz  qüdrətini  və  vahidliyini  qoruyub 

saxladı, lakin feodalların getdikcə güclənməsi mərkəzi hakimiyyətə qarşı mübarizəni gücləndirdi, Azərbaycan 

torpaqları uğrunda Hülakü və Qızıl Ordu arasında müharibələr başladı 



1259 

Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasının tikilməsi 



XIII əsrin 50-ci illəri 

Monqolların III yürüşü nəticəsində Şirvanşahlar dövlətinin müstəqilliyini itirməsi 



XIII əsrin 60-cı illəri 

Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu xanları arasında müharibələrin başlanması 



1263 

Elxanilərlə Qızıl Ordu dövləti arasında ilk toqquşma baş verməsi. Qızıl Ordu dövlətinin bu hücumu nəticəsində 

Dərbənd şəhəri tutuldu. Lakin Qızıl ordulular tezliklə geri oturduldu 

1288;  1290 

Qızıl Ordu xanlarının Azərbaycana növbəti yürüşləri. Hər iki yürüşdə Qızıl ordulular məğlub edilərək ölkədən 

qovuldu 

XIII əsrin sonları 

Keyxatu xanın ölkədə pul islahatı keçirməsi 



1295 

Qazan xanın Qarabağda padşah elan olunması 



1295-1304 

Qazan xanın hakimiyyəti. Qazan xan hakimiyyəti dövründə İslam dinini qəbul edərək Mahmud təxəllüsü aldı, 

Azərbaycanın şimalında monqol feodallarının qiyamını yatıraraq mərkəzi hakimiyyəti möhkəmləndirdi 

1297-1298 

Qazan xanın Azərbaycanın şimalında monqol feodallarının qiyamını yatırması 



1303 

Qazan xanın fərmanıyla kəndlilərin bir yerdən başqa yerə getməsinin qadağan olunması. Bu fərmanla kəndlilər 

öz yaşayış yerlərinə təhkim olunurdular 

XIV əsrin əvvəlləri 

Təbrizdə Əlişah məscidinin (“Ərk qalası”nın) inşa edilməsi 



1304-1316 

Məhəmməd  Olcayut  xanın  hakimiyyəti.  Olcayutun  hakimiyyəti  illərində  mərkəzi  hakimiyyət  daha  da 

qüvvətləndi və ölkədə feodal çəkişmələri azaldı 

1316-1335 

Əbu Səidin hakimiyyəti 



1316-1357 

Çobanilərin Hülakü səltənətini ələ keçirməsi 



1318 

Xorasanda mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi və bundan istifadə  edən Qızıl Ordu qoşunlarının 

Elxanilər dövləti üzərinə hücuma keçərək  Kür çayının sahilinə qədər irəliləməsi 

1319 

Usta Yusif ibn Əhmədin hal-hazırda London şəhərinin Viktoriya və Albert muzeyində saxlanılan bədii kasanı 

düzəltməsi 

1319 

Gürcüstanda mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi 



1319-1325 

Əmir Çobanın rəhbərliyi ilə Qızıl Ordu dövlətinə müvəffəqiyyətli yürüşlər təşkil olunması 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə