İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

Suriyadan    Aran,  Şirvan  və  Dərbəndə  çoxlu  ərəb  tayfaları  köçürmüş,  ilk  dəfə  Arranda  paytaxtı    Bərdə  olan 

yarımmüstəqil feodal dövləti - əmirlik yaratmışdı 



801-860 

Məhəmməd ibn  Yezidin hakimiyyəti. Müəyyən müddət Cənubi Qafqaz valisi olmuş Məhəmməd ibn  Yezidin 

dövründə Məzyədilər Azərbaycanda daha da möhkəmləndilər və Məzyədilər sülaləsinin müstəqilliyi bir qədər 

artdı 


859 

Məhəmməd ibn  Yezidin Gəncəni bərpa etdirərək iqamətgahını buraya köçürməsi 



861 

Heysam ibn Xalidin  Şirvanı müstəqil  elan edərək Şirvanşah titulunu qəbul  etməsi 



861-1538 

Şirvanşahlar  dövlətinin  mövcud  olması.  Şirvanşahlar  dövləti  Xilafətin  dağılması    gedişində    Azərbaycanda 

yaranmış  ilk  müstəqil    və  nisbətən    güclü  feodal  dövlət  idi.  Şirvanşahlar  dövlətini  Məzyədilər  sülaləsi  idarə 

edirdi. Dövlətin əsasını Heysam ibn Xalid  qoymuşdu 



861-917 

Heysam ibn Xalidin hakimiyyəti.  Heysam ibn Xalid müəyyən müddət Cənubi Qafqaz valisi - əmiri olmuşdur, 

Şirvanı  müstəqil    elan  etmiş  və  müstəqil  Şirvanşahlar  dövlətinin  əsasını  qoymuşdu.  O,  ilk  dəfə  Şirvanşah 

titulunu qəbul  etmiş və Lahicanşahlığı  Şirvanşahlar dövlətinə birləşdirmişdi 



917 

Heysam ibn Xalidin  Lahicanşahlığı  Şirvanşahlar dövlətinə birləşdirməsi 



917-948 

Şirvanşah  Əbu    Tahirin  hakimiyyəti.  Onun  dövründə  Şirvanşahlar  dövlətinin  müstəqilliyi  daha    da  artdı  və 

ərazisi  genişləndi,  Azərbaycanın şimalındakı  xırda  feodal  mülklərinin  Şirvan  ətrafında birləşdirilməsi  davam 

etdirildi, dövlətin paytaxtı Şamaxı şəhərinə köçürüldü 



918 

Şirvanşah  Əbu    Tahirin  Şamaxını    bərpa  etdirərək  Şirvanşahlar  dövlətinin  paytaxtını  Gəncədən  buraya 

köçürməsi. Şirvanşahlar dövlətinin paytaxtının Yezidiyyə adlanmağa başlanması 

920 

Şamaxının Sündü kəndində günbəzli  məscid inşa olunması 



981-982 

Qəbələnin Şirvanşahlar dövlətinə birləşdirilməsi 



982 

Bərdənin Şirvanşahlar dövlətinə birləşdirilməsi 



983 

Şabranın Şirvanşahlar dövlətinə birləşdirilməsi 



988 

Dərbənd əmirliyinin Şirvanşahlar dövlətinə birləşdirilməsi 



X əsrin II yarısı 

Xursan və Tabasaranın Şirvanşahlar dövlətinə birləşdirilməsi. Şəki və Sanariyə hakimlərinin Şirvanşahlardan 

asılı vəziyyətə salınması 

IX-X əsrlər 

Ağoğlan  çayı  sahilində  Amaras  monastrının,  Gədəbəydə  qalaça,  Lerikdə  Oğlanqala,  Naxçıvanda  Əlincə 

qalasının inşa olunması 

 

 



SACİLƏR VƏ SALARİLƏR DÖVLƏTİ 

 

879-941 

Sacilər dövlətinin mövcud olması. Əbu Sac Divdad tərəfindən əsasını qoyulmuş dövlətin paytaxtı Marağa və 

Ərdəbil  şəhərləri  olmuşdur.  Sacilərin  hakimiyyəti  dövründə  bütün  Azərbaycan  torpaqları  ilk  dəfə  vahid 

dövlətdə birləşdirildi 

879-898 

Əbu Sac Divdadın hakimiyyəti.  Xilafət  qoşunlarında xidmət edən məşhur türk sərkərdələrdən olan Əbu Sac 

Divdad  xilafətdə  bir  sıra    mühüm  vəzifələr    tutmuş,  dəfələrlə  ərəb  qoşunlarının  ən  mürəkkəb  hərbi 

əməliyyatlarına  başçılıq  etmişdi 



898-900 

Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın adına pul  kəsilməsi 



IX əsrin sonları 

Arranın,  o  cümlədən  Bərdənin  Sacilərin  əlinə  keçməsi  və  məzyədilərin  buradakı  nümayəndələrinin  Şirvana 

köçməsi 

901-927 

Yusif  ibn  Əbu  Sacın    hakimiyyəti.  Yusif  ibn  Əbu  Sacın    hakimiyyəti  dövründə  Sacilər  dövləti  daha  da 

qüvvətləndi,  Xilafət  xəzinəsinə  xərac    göndərilməsi    tamamilə  dayandırıldı,  gürcü  qoşunları  dəfələrlə  

məğlubiyyətə uğradıldı,  Kaxetiya ələ keçirildi  və gürcü hakimləri  Sacilər dövlətindən asılı vəziyyətə düşdü, 

Şirvanşahlar  dövləti    Sacilərdən  asılılığı  qəbul  etdi,  Dərbənd  səddi  təmir  etdirildi,  Azərbaycan  torpaqlar  ilk 

dəfə vahid dövlətdə birləşdirildi 



912 

Yusif ibn Əbu Sacın Xilafət xəzinəsinə xərac  göndərməyi dayandırması 



941 

Sacilər  dövlətinin  sonuncu  hökmdarı  Deysəmin  Salarilər  tərəfindən  taxtdan  salınması  və  Sacilər  dövlətinin 

süqut etməsi 

941-981 

Salarilər  dövlətinin  mövcud  olması.  Paytaxtı  Ərdəbil  şəhəri  olan  Salarilər  dövlətinin  banisi    Mərzban  ibn 

Məhəmməd olmuşdur 

941-957 

Mərzban  ibn  Məhəmmədin  hakimiyyəti.  Onun  dövründə  Azərbaycanın  şimal-  qərb  torpaqları  Salarilər 

dövlətindən  asılı  hala  salındı,  Dərbənd  ələ  keçirildi,  Şirvanşahlar    dövləti    və  Şərqi  Gürcüstan    Salarilər 

dövlətinə tabe edildi, Xəzər dənizində ilk dəfə  Azərbaycanın ticarət  gəmiləri  üzməyə başladı,  yenidən bütün 

Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi 

957 

Mərzban  ibn  Məhəmmədin  ölümü.  Onun  oğulları    ilə  qardaşı  Vəhsudan  arasında  hakimiyyət  uğrunda  ara 

müharibələri və feodal hərc-mərciliyin başlanması 

962-981 

Sonuncu Salari hökmdarı İbrahim  ibn Mərzbanın hakimiyyəti  

 

 

 



 

 



 

 

 



RƏVVADİLƏR DÖVLƏTİ 

 

VIII əsrin sonları 

Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi  əmirliyinin yaranması 



981 

Əbülhica  Rəvvadinin  sonuncu  Salari  hökmdarı  İbrahim    ibn  Mərzbanı  taxtdan    salaraq  Salarilər  dövlətini 

süquta uğratması və Rəvvadilər dövlətinin  əsasının qoyulması 

981-1054 

Rəvvadilər  dövlətinin  mövcud  olması.  Rəvvadilər  dövlətinin  ərazisinə  Cənubi  Azərbaycan  torpaqları    və 

Muğan  hakimliyi  daxil idi. Dövlətin paytaxtı Ərdəbil sonra isə Təbriz  şəhəri olmuşdur 

981-988 

Əbulhica  Rəvvadinin hakimiyyəti 



1020-1059 

Rəvvadi hökmdarı Vəhsudanın hakimiyyəti 



X əsrin 20-ci illəri 

Oğuz  tayfalarının  Azərbaycana  yeni  axınlarının  baş  verməsi.  Oğuz  tayfalarının  Azərbaycana  yeni  axınları 

nəticəsində  Bizans  imperiyası  və  onun  dəstəklədiyi  erməni  və  gürcü  feodallarına  qarşı  mübarizə  aparan 

Azərbaycan türklərinin mövqeyi daha da qüvvətləndi 



1028 

Mahmud  Qəznəvinin  Xorasan  oğuzlarına  ağır    zərbə  vurması  nəticəsində  çoxlu  oğuz  ailəsinin  Azərbaycana  

köçməsi 

1054 

Sultan I Toğrulun başçılığı ilə səlcuqların Rəvvadilər dövlətinin varlığına son qoyması 



1108-1227 

Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin Marağada hakimiyyəti 

 

 

ŞƏDDADİLƏR DÖVLƏTİ 



 

951 

Məhəmməd ibn Şəddadın (951-979) Dəbil  əmirliyini yaratması 



971 

Məhəmməd ibn Şəddadın Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoyması 



971-1054 

Şəddadilər dövlətinin mövcud olması 



985-1030 

Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin hakimiyyəti. Onun hakimiyyəti dövründə Şədaddilər dövləti  daha da 

qüvvətləndi, Gəncə ətrafındakı bütün  xırda feodal mülkləri ləğv edildi, mərkəzi  hakimiyyət gücləndi, Dəbil 

Şəddadilər  dövlətinə  birləşdirildi,  gürcü    feodallarına  və  xəzərlərə    qarşı    uğurlu    mübarizə  aparıldı, 

Şədaddilərlə  Şirvanşahlar    arasında  sıx  əlaqə  və    qohumluq    münasibətləri    yarandı,  Araz  çayı  üzərində 

Xudafərin körpüsü inşa edildi 



1027 

Fəzl ibn Məhəmmədin Araz çayı üzərində Xudafərin körpüsünü inşa etdirməsi 



XI əsrin 30-cu  illəri 

Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması nəticəsində Şədaddilərin 

hərbi qüdrətinin daha da artması 

1030 

Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin  oğlu Musanın  Beyləqanda qiyam  qaldırmış qardaşı Əskuyəyə qarşı 

slavyanları köməyə çağırması 

1037 

Şəddadilərin Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vurması  



1038 

Bizans  və gürcü feodallarının  birləşmiş qüvvəllərinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdinin  

baş tutmaması  

1049-1067 

Şəddadi hökmdarı Əbüləsvar Şavurun hakimiyyəti. Onun dövründə Şədaddilər dövləti   daha da qüvvətləndi, 

Gürcüstan  və  Şirvanşahlar  dövləti  ilə  müharibə,  Dəbili  və  Ani  əmirliyini    müdafiə    etmək  üçün  erməni 

feodallarına  və  Bizans  imperiyasına  qarşı  mübarizə  aparıldı,  Gəncənin  ətrafına  hasar,  xəndəklər    çəkildi  və 

Gəncənin məşhur qala qapıları düzəldildi 

1054 

Əbuləsrav Şavurun Səlcuq sultanı I Toğrulun hakimiyyətini qəbul etməsi 



1063 

İbrahim Osman oğlu tərəfindən Gəncənin qala qapılarının düzəldilməsi 

 

 

SLAVYANLARIN AZƏRBAYCANA YÜRÜŞLƏRİ 



 

IX əsrin sonları 

Slavyanların Azərbaycana ilk hücumlarının başlanması 



X əsrin  əvvəlləri 

Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına basqınlarının genişlənməsi və aramsız xarakter  alması 



909 

Slavyanların  16  gəmi    ilə  Azərbaycana  hücum  etməsi.  Hücum  nəticəsində  Xəzər  dənizinin  cənubundakı 

Abaskun adası   və sahil məntəqələri  qarət edildi. Lakin  slavyanlar yerli əhali tərəfindən ağır məğlubiyyətə 

uğradıldı 



910 

Slavyanların Azərbaycana yürüşü nəticəsində Sarı adasında  və sahil  məntəqələrində yanğınlar  törədilməsi. 

Lakin  slavyanlar  Gilan  şahının    hərbi  qüvvələri  ilə    toqquşmada  məğlub  olaraq  geri  çəkildilər.  Geri  çəkilən 

slavyanlar bu  dəfə  Şirvanşahların qoşunları tərəfindən darmadağan edildilər 



914 

Slavyanların  Xəzərin  Azərbaycan    sahillərinə  və  Bakı  ətrafına  basqınlar  etməsi.    Lakin  slavyanlar  geri 

qayıdarkən  Xəzərin  şimal  sahillərində  müsəlman-türk  qoşunları  arasında  şiddətli    döyüşdə  darmadağın 

edildilərBu vuruşmadan təxminən 30 ilə qədər ruslar Xəzər sahillərində bir daha görünmədilər 



944 

Slavyanların Azərbaycana növbəti yürüşü. Bərdə faciəsinin baş verməsi 



987 

Dərbənd hakimi əmir Maymun ibn Əhmədin yerli əyanlara qarş mübarizədə slavyanları köməyə çağırması 



1030 

Xəzər sahillərinə  hücum edən slavyan drujinalarının  Bakı yaxınlığında və Kürdə,  Arazın qovuşduğu  yerdə 

Şirvanşahların qoşunlarını məğlub  etməsi 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə