İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

1032-1033 

Şirvanın slavyanların növbəti hücumuna məruz qalması. Bu yürüşdə slavyanlarla birlikdə alanlar və sərirlər də 

iştirak  edirdilər.  Yürüş  nəticəsində  Şirvanşahların    paytaxtı  Yezidiyyə  (Şamaxı)  şəhəri  ələ  keçirilərək  qarət  

edildi,  Şirvanda  10  min  nəfərə  qədər    adam    qılıncdan  keçirildi.  Lakin  Dərbənd  hakimi  əmir  Mənsur  ibn 

Maymun  onları ağır məğlubiyyətə uğratdı 

1033 

Alan və slavyanların Dərbənd hakimi Mənsur ibn Maymundan  qisas  almaq məqsədi ilə yenidən Azərbaycana 

yürüşə başlaması. Lakin bu dəfə də onlar  məğlubiyyətə  uğradılar 

1062 

Gürcü çarı  IV Baqratın alanlarla  ittifaq  bağlayaraq onları Azərbaycana hücuma sövq etməsi 

 

 

 



AZƏRBAYCAN XI ƏSR -XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ 

 

AZƏRBAYCAN  BÖYÜK SƏLCUQ İMPERİYASININ TƏRKİBİNDƏ. ELDƏNİZLƏR DÖVLƏTİ 

 

1038-1157 

Böyük Səlcuq imperatorluğunun mövcud olması 

1038-1044 

Bütün Xorasan və Xarəzmin səlcuqlar tərəfindən tutulması 



1040-1063 

Səlcuq sultanı I Toğrulun hakimiyyəti 



1040 

Dəndənakan döyüşü. Səlcuqların Qəznəvilər dövlətini məğlub etməsi 



1040 

Mərv şəhərində toplanan Böyük qurultayda səlcuqların Şərqdə və Qərbdə yeni hərbi əməliyyatlara başlamağa 

qərar verməsi 

1042-1051 

Qərbi İranın Səlcuqlar tərəfindən tutulması  



1043 

Səlcuq dövlətinin paytaxtının Nişapurdan Rey şəhərinə köçürülməsi 



1048  18 sentyabr 

Səlcuq – Azərbaycan türk qoşunlarının Bizans, erməni və gürcü feodallarını məğlub etməsi 



1054   

Rəvvadilər və Şəddadilər dövlətinin Səlcuqlardan asılı vəziyyətə düşməsi 



1055 

Səlcuqların Bağdadı tutaraq İraqı özlərinə tabe etməsi.  Səlcuqların Abbasilər xilafətini özündən asılı vəziyyətə 

salması. Abbasilərin I Toğrulu “şərqin və qərbin hökmdarı” kimi tanıması 

XI əsrin ortaları 

Azərbaycanın iqtisadi həyatında Gəncə, Naxçıvan, Beyləqan, Təbriz və Şamaxı şəhərlərinin rolunun artması 



XI əsrin ortaları  

Azərbaycan türk dilinin bütün ölkə ərazisində vahid ünsiyyət dilinə və ədəbi dilə çevrilməsi 



1066   

Səlcuqların  Şirvanşahlar  dövlətini    özlərinə  tabe  etməsi.  Azərbaycan  torpaqlarının  Böyük  Səlcuq 

imperatorluğunun tərkibinə qatılması prosesinin başa çatması 

1072-1092 

Səlcuq sultanı I Məlikşahın hakimiyyəti 



1118-1157 

Səlcuq  hökmdarı  Sultan  Səncərin  hakimiyyəti.  Səlcuq  imperatorluğunun  faktiki  olaraq  ayrı-ayrı  müstəqil 

dövlətlərə parçalanması 

1118-1194 

İraq Səlcuq sultanlığının mövcud olması. İraq Səlcuq sultanlığının ərazisi İraqı, İranı və Kür çayından 

cənubdakı Azərbaycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir hissəsini əhatə edirdi 

1136 

Şəmsəddin Eldənizin Arran hakimi təyin edilməsi ilə Eldənizlər dövlətinin əsasının qoyulması 



1136-1225 

Eldənizlər (Atabəylər) dövlətinin mövcud olması 



1136-1175 

Şəmsəddin  Eldənizin  hakimiyyəti.  Eldəniz  hakimiyyəti  dövründə  xırda  feodal  mülklərini  aradan  qaldıraraq 

bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi, öz adına pul kəsdirdi, 50 min nəfərlik daimi nizami ordu 

yaratdı,  İraq  Səlcuq  sultanlığını,  gürcü  torpaqları  və  Şirvanşahlar  dövlətini,  Hilat,  Fars,  Xuzistan,  Mosul, 

Kirman və Təbəristan hakimlərini Eldənizlərdən  asılı vəziyyətə saldı, Atabəylər dövləti Yaxın və Orta Şərqin 

ən qüdrətli dövlətlərində birinə çevrildi, əl – Cibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey 

Eldənizlər dövlətinə birləşdirildi,  

1139 

Gəncədə zəlzələ baş verməsi. Gəncə qala qapılarının gürcülər tərəfindən qənimət kimi Gürcüstana aparılması 



1160 

Şəmsəddin Eldənizin “Böyük atabəy” titulu alması.  Eldənizin oğulluğu Arslan şahın (1161-1176) sultan elan 

edilməsinə nail olması. Eldənizin Bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başlaması 

1161 

Gürcü feodallarının Dəbil şəhərinə hücum etməsi 



1162 

Yusif İbn Küseyr türbəsinin inşa edilməsi 



1175-1186 

Məhəmməd  Cahan  Pəhlavanın  hakimiyyəti.  Pəhlavan  hakimiyyəti  dövründə  mərkəzi  hakimiyyəti 

möhkəmlətdi,  mühüm  dövlət  vəzifələrinə  ən  yaxın  adamlarını  təyin  etdi,  Azərbaycanın  qərb  torpaqlarını  ələ 

keçirməyə  çalışan  gürcü  feodallarını  dəfələrlə  məğlub  etdi,  Təbrizi  Ağsunqurilər  sülaləsinin  əlindən  alaraq 

Azərbaycanın iqtisadi və siyasi mərkəzinə çevirdi, müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini 

qırdı, atası kimi 50 min nəfərlik daimi nizami süvari ordu  yaratdı, Abbasi xəlifələri Eldənizlər dövlətinin daxili 

işlərinə qarışa bilmədilər 

1175 

Məhəmməd Cahan Pəhlavanın paytaxtı Naxçıvandan Həmədana köçürməsi 



1176 

Məhəmməd Cahan Pəhlavanın İraq Səlcuq sultanı III Toğrulun (1176-1194) atabəyi olması 



1186 

Möminə xatun türbəsinin inşa edilməsi 



1186-1191 

Atabəy Qızıl Arslanın hakimiyyəti 



1187 

Qoşaminarə abidəsinin inşa edilməsi 



1190 

Həmədan döyüşü. Qızıl Arslanın qələbə qazanaraq III Toğrulu oğlu Məlikşahla birlikdə əsir alması 



1191 

Qızıl Arslanın Xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etməsi. Atabəylərin sultan titulunu ələ keçirməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə