2
Elmi redaktoru
: dos. Əzim Piriyev
Rəyçilər:
hüquq üzrə fəlsəfə doktoru,dosent
Oruc Məmmədov
hüquq üzrə fəlsəfə doktoru,dosent
Nazim Əliyev
pedaqoji elmlər namizədi, dosent
Sabir Əmirxanov
tarix elmlər doktoru, dosent
İkram Ağasiyev
Metodik vəsait ali tədris ocaqlarında bakalavr pillə-
sində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Nəzakət Səlimova. İşgüzar yazışmalar. Metodik vəsait.
Azərbaycan dilində. Bakı, 2017, 108 səh.
3
Giriş
XX əsrin sonlarında Azərbaycan Respublikasında
dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk illərdə ciddi
siyasi, iqtisadi, sosial və idarəçilik problemləri yarandı.
Bu problemlərin aradan qaldırılmasına təminat müstəqil
ideya, möhkəm iradə və cəsarət tələb edirdi. Bu uzaqgörən
müdriklik və siyasi iradə Ümummilli
liderimiz görkəmli
siyasi xadim Heydər Əliyev tərəfindən ortaya qoyuldu.
Onun səyi nəticəsində ictimai-siyasi həyatımızda köklü
dəyişikliklər əldə edildi. Bu dəyişikliklər elm və təhsil sa-
hələrində də daha bariz şəkildə özünü göstərdi. Ümummili
lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilininin
tətbiqi sahələrinin genişlənməsi, onun dövlət dili
kimi sta-
tusunun möhkəmləndirilməsi və zaman keçdikcə istifadə
dairəsinin artması bu sahədə köklü islahatların həyata ke-
çirilməsi zəruriətini yaratdı. Elə bu səbəbdən də Ümum-
milli liderin təşəbbüsü ilə 12 noyabr 1995-ci il tarixli refe-
rendumla müstəqil Azərbaycan Respublikasının Konstitu-
siyasının qəbul edilməsi ilə xalq öz mövqeyini ortaya qoy-
du və milli dövlətçilik tariximizdə yeni bir mərhələ açıldı.
Qəbul edilmiş yeni Konstitusiya dövlət qurucululğunda,
ictimai-siyasi, iqtisadi və mədəni, habelə ayrı-ayrı sahələr
üzrə qanunvericiliyin
mənbəyi olaraq, cəmiyyətimizin in-
kişafına güclü təkan verdi. Referendum yolu ilə qəbul
edilmiş yeni Konstitusiyada xalq bir daha Azərbaycan di-
linin Azərbaycan Respublikasının dövlət dili olması müd-
dəasına yekdilliklə səs verərək, öz iradəsini ortaya qoydu.
Ümummilli lider H. Əliyevin əsas amallarından biri
Azərbaycan dilinin daha da təkmilləşdirilməsi və onun tət-
4
biqi imkanlarının genişləndirilməsi idi. Elə bu məqsədlə
də Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fər-
man qəbul edildi. Həmin
fərmanda qeyd edildiyi kimi,
“Hər bir xalqın dili onun milli varlığını, ictimai siyasi
təfəkkürünü, tarixini, mədəniyyətini, müəyyən edən başlı-
ca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mər-
hələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üz-
ləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır gün-
lərində belə onun milli mənliyini,
xoşbəxt gələcəyə olan
inamını qoruyub möhkəmləndirmişdir.
Fərmanda qeyd edildiyi kimi, ölkəmizin orta və ali
məktəblərində Azərbaycan dilinin müasir dünya standart-
larına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab
verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir
çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda,
kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin
normalarına lazımınca əməl edilmir