Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar



Yüklə 31,33 Kb.
səhifə1/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
  1   2   3   4   5   6   7   8   9   ...   21
Suallar - SPPSde melumatin tehlili (1)


SPSS proqramında məlumatın təhlili

  1. Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar.

Konkret sosioloji tədqiqat modeli və tədqiqatın mahiyyəti: sosial tədqiqatlar reallığı öyrənmək üçn ən mükəmməl vasitəsidir. Cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərin öyrənilməsi və həll yollarının işlənib hazırlanması sosioloji tədqiqatın əsas mqsədini təşkil edir. Yəni sosial tədqiqat problemi öyrənən, onun həlli yollarını təklif edən, həmçinin gələcək üçün inkişaf perspektivlərini müəyyənləşdirən elmi-metodoloji fəaliyyətdir. Tədqiqatçı bu və ya digər məqsədlə araşdırma apararaq real vəziyyəti təsvir edə, yeni nəzəriyyə işləyib hazırlaya, yaxud mövcud olanı sınaqdan keçirə bilər ki, hər bir halda yekun nəticə öyrənilən məsələ haqda yeni informasiyanın yaradılması ilə nəticələnir. Sosioloji tədqiqat vasitəsi ilə tədqiqat obyektinin hansısa parametrini ölçmək üçün beş əsas suala cavab vermək lazımdır: “nəyi, necə, niyə, hansı şəraitdə, kimdən soruşmaq olar”. Bu suallar tərtiblə “tədqiqat predmeti”; “metod, ölçmə mexanizmi və instrument”; “tədqiqatın məqsədi”; “tədqiqatın keçirilməsi şəraitini”; “tədqiqatın obyekti, statistik toplu və seçmə qrup”un xüsusiyyətlərini özündə ehtiva edir.

Konkret sosioloji tədqiqatın keçirilməsində “nəyi öyrənirik” sualına cavab olaraq ilk öncə, problem və həmin problemin öyrənmək istədiyimiz aspektlərini müəyyən etməliyik. Sonra öyrənmək istədiymiz aspektləri əks etdirən əsas indikatorlar-əlamətlər müəyyən edilməli və həmin əlamətlərin ölçülməsinə hesablanmış suallar hazırlanmalıdır.




  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə