I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

22 
 
 
BVF qısa, orta və qismən uzunmüddətli kreditlər verir. BYİB-na üzv olmaq 
üçün  mütləq  BVF-na  üzv  olmaq  lazımdır.  BVF-nun  hal-hazırda  188  üzvü  var. 
2012-ci il aprel ayının 14-də   Cənubi Sudan Beynəlxalq Valyuta Fonduna (BVF) 
və Dünya Bankına (DB) üzv qəbul edilib. Cənubi Sudan  BVF və DB-nin 188-ci 
üzvü olub. 
 
Fondun quruluşu aşağıdakı kimidir: 
 
1.Müdirlər Şurası.Müvəqqəti komitə.İnkişaf üzrə Komitə. 
 
2.İcraçı Direktorlar Şurası 
 
3.BVF-nun ödəmə balansının statistikası üzrə komitəsi 
 
4.Sərəncamverici Direktor. 
 
Ali orqan Müdirlər Şurasıdır. Onun səlahiyyətləri çərçivəsinə yeni üzvlərin 
qəbulu,  kvotalara  yenidən  baxılması,  xalis  gəlirin  bölüşdürülməsi,  digər 
beynəlxalq  təşkilatlarla  əməkdaşlıq,  icraçı  direktorların  seçilməsi,  üzvlərin 
valyuta  prioritetlərinin  dəyişdərilməsinin  təsdiq  və  s.  daxildir  .  Hər  dövlət  bir 
idarəedici  və  onun  müavini  ilə  təmsil  olunur.  Əksər  hallarda,  idarəedicilər 
ölkələrin maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri və ya uyğun məsuliyyətli 
şəxslərdir. Beş illik müddətə təyin olunurlar. İldə bir dəfə toplanır. BVF səhmdar 
cəmiyyət kimi təşkil olunmuşdur. Ona görə də, hər bir dövlət Fondun kapitalında 
olan payına uyğun olaraq Fondun siyasətinə təsir göstərmək imkanına malikdir. 
Hər  bir  Fondun  kapitalında  payından  asılı  olmayaraq,  250  bazis  səsə  malikdir. 
Bundan başqa, ödədiyi hər bir 100 min maliyyə vahidinə görə 1 səs də qazanır. 
Xüsusi hallarda, səsvermə günündə borc verən dövlətlər hər 400 min dollara görə 
bir  səs  qazanır.  Bu  digər  üzv  dövlətlərin  səsinin  azalması  hesabına  başa  gəlir. 
Qərarlar bir qayda olaraq, adi səs çoxluğu ilə qəbul olunur. Bəzi qərarlar 70% səs 
çoxluğu,  ən  vacib  qərarlar  isə  85%  səs  çoxluğu  tələb  edir.  Ai  ölkələri  26,7% 
səsvermə hüququna malikdir. ABŞ-ın 18,2% səsvermə hüququ var. Almaniya və 
Yaponiya hər biri 5,5%, Rusiya 2,9% səsvermə hüququna malikdir. Burdan belə 
nəticə  çıxarmaq  olar  ki,  praktiki  olaraq  ABŞ  və  Aİ  Fondda  qərarların  qəbulu 


23 
 
prosesinə  nəzarət  edirlər.  Ümumiyyətlə  isə  inkişaf  etmiş  ölkələrin  payına  bütün 
səslərin 60,3%-i düşür.
16
 
 
Şuranın  əsas  alt  qurumlarından  biri  də  beynəlxalq  valyuta  siyasəti  üzrə 
Müvəqqəti Komitədir. Bu komitə 1974-cü ildə yaradılıb.
17
 24 üzvdən ibarətdir və 
ildə 3 dəfə toplanır. Məsləhətverici funksiya daşıyır. Komitə Beynəlxalq valyuta 
sisteminin  idarə  edilməsi  və  dəyişən  şərtlərə  uyğunlaşdırılması,  onu  gözləyən 
təhlükələr  və  Fondun  nizamnaməsinə  edilməli  olan  dəyişikliklərə  aid  məruzə 
hazırlayır.  Nizamnaməyə  əsasən  Müvəqqəti  Komitənin  qərar  qəbul  etmək 
səlahiyyəti yoxdur. İcraçı Direktorların təyin olunması və seçilməsi 2 ildə bir dəfə 
olur.  İlkin  yarandığı  dövrdə  12  üzvü  olsa  da,  hal-hazırda  24  icraçı  direktordan 
ibarətdir. Fondun kapitalında ən çox payı olan yeddi dövlət ayrıca nümayəndə ilə 
təmsil  olunmaq  hüququna  malikdir.  Bura  Almaniya,  Böyük  Britaniya,  Çin, 
Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və Yaponiya aiddir. Ən çox kvotaya sahib olan 
5  ölkə  öz  nümayəndəsini  təyin  etmək  hüququna  malikdir:  ABŞ,  Almaniya, 
Yaponiya, Fransa,  Böyük Britaniya. Qalan 19 icraçı direktor digər üzv dövlətlər 
tərəfindən  hər  2  ildən  bir  seçilir.  BVF-nun  üzvləri  Fonda  qızıl  və  valyuta 
ehtiyatları,  iqtisadiyyatın  vəziyyəti,  ödəmə  balansı,  xarici  invstisiyalar  haqda 
məlumat  verməlidirlər.  Üzvlük  ölkələr  üçün  Fondun  müəyyən  etdiyi  şərtlər  və 
zaman  çərçivəsində  açıqdır.  Hal-hazırda  ABŞ  artıq  monopolist  şəkildə  Fondun 
siyasətini  müəyyənləşdirə  bilmir.  Bu  sahədə  onun  rəqibləri  Qərbi  Avropa  və 
Yaponiyadır. BVF-da qərarlar faktiki olaraq “10-lar” (Belçika, Niderland, Böyük 
Britaniya, Almaniya, İtaliya, Kanada , ABŞ, Fransa, İsveçrə,Yaponiya) və ya “7-
lər”qrupu (Belçika, Niderland və İsveçrəni çıxmaqla) tərəfindən qəbul olunur. 
 
BVF  kredit  əməliyyatlarını  ancaq  üzv  dövlətlərin  maliyyə  orqanları  ilə 
mərkəzi  banklar,  valyuta  stabilləşdirilməsi  fondları  həyata  keçirir.  Fond  öz 
üzvlərinə  ödəmə  balansının  müvəqqəti  çətinliklərini  həll  etməkdə  maliyyə 
yardımı  edir.  Bazar  İqtisadiyyatına  keçidlə  əlaqədar  ödəmə  və  ticarət 
                                                           
16
  Герчикова И. Н. « Международные економические организации: регулирование 
мирохозяйственных связей и предпрнимателской деятельности». Стр.: 115 
17
 «Основы международных валютно-финансовых и кредитных отношений» Учебник 
под редакции В. В.  Кругулова. Стр.: 408 


24 
 
sistemlərində  problemlə  qarşılaşan  dövlətlərə  4-10  illik  kreditlər  verir.  BVF  öz 
üzv  dövlətləri  ilə  əlaqələrini  regional  bölmələri  vasitəsilə  həyata  keçirir:  Afrika,  
Avropa, Orta Şərq, Orta Asiya, Cənub-şərqi Asiya və Sakit okean regionu. 
 
  1.2  Digər beynəlxalq maliyyə təşkilatları     
1930-cu  ildə      Avropa  dövlətləri  sırf  kommersiya  əməliyyatlarının  həyata 
keçirilməsi  məqsədilə,  mərkəzi  banklar  arasında  valyuta  əməkdaşlığını  təşkil 
etmək  üçün  Beynəlxalq  Hesablaşmalar  Bankını  yaratdılar.  Bank  Haaqa 
müqaviləsinə  əsaslanır.  Bu  müqavilə  altı  dövlət  –  Belçika,  Böyük  Britaniya, 
Almaniya, İtaliya, Fransa və Yaponiya imzalamışdı. Həmçinin bu ölkələr bankın 
yerləşdiyi  İsveçrə  ilə  də  xüsusi  konvensiya  bağladılar.  Hal-hazırda  Beynəlxalq 
Hesablaşmalar  Bankının  33  üzvü  var.  Bura  Qərbi  Avropanın  bütün  dövlətləri, 
Şərqi  Avropanın  6  dövləti  ABŞ,  Yaponiya,  Avstraliya,  CAR  və  s.  ölkələr 
daxildir.  Bankın  əsasını  qoyan,  onun  ilk  kapital  bazasını  təmin  edən  ölkələr 
arasında 6 Avropa dövlətinin mərkəzi bankları ilə yanaşı ABŞ-ın da kommersiya 
bankları  da  var  idi.  Buna  baxmayaraq,  BYİB  və  BVF-dan  fərqli  olaraq,   
Beynəlxalq  Hesablaşmalar  Bankında  ənənəvi  liderlik  rolu  Qərbi  Avropa 
ölkələrinə məxsusdur.   
Milli  banklar  BHB-nın  həm  yaradıcıları,  həm  rəhbərləri,  həm  də 
alıcılarıdırlar.  BHB-nı  “mərkəzi  bankların  beynəlxalq  bankı”  da  adlandırırlar. 
BHB-nı beynəlxalq maliyyə əməkdaşlığı sahəsində ən qədim  beynəlxalq təşkilat 
da  adlandırımaq  olar.  Səhmdar  cəmiyyət  kimi  təşkil  olunub.  Bankın  fəaliyyəti 
beynəlxalq  hüquqla  tənzim  olunur,  o  öz  fəaliyyətini  səmərəli  təşkil  etmək  üçün 
lazım  olan  bütün  immunitet  və imtiyazlardan  istifadə  edir.  Bank  əməliyyatlarda 
ancaq  qızıla  dönərliliyi  olan  valyutadan  istifadə  etməyə  çalışırlar.  BHB  əgər 
həmin  ölkənin  mərkəzi  bankının  etirazı  yoxdursa,  istənilən  ölkənin  kommersiya 
bankları,  kooperativ  birlikləri  və  ayrı-ayrı  şəxslərlə  əməliyyatlar  apara  bilər. 
Məqsədi  mərkəzi  bankların  əməkdaşlığına  nail  olmaq,  beynəlxalq  maliyyə 
əməliyyatlarının  həyata  keçirilməsi  üçün  daha  da  münbit  şərait  yaratmaq  və 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə