I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   2   3   4   5   6   7   8   9   ...   35

13 
 
 BYİB-nın quruluşu aşağıdakı kimidir:
7
 
 
1. Müdirlər Şurası 
 
2. İcraçı Direktorlar Şurası və komitələr 
 
3. İnkişaf komitəsi 
 
4. Prezident 
 
Müdirlər  Şurası  BYİB-nın  ali  orqanı  sayılır.  Bütün  səlahiyyətlər  ona 
məxsusdur.  Hər  bir  dövlət  burada  bir  idarəedici  və  onun  müavini  ilə  təmsil 
olunur.  Onlar  beş  ilə  təyin  edilirlər,  təkrar  təyinat  mümkündür.  İdarəedicilər 
dövlətin nazirlər səviyyəsində məsul şəxsləri olur. Müdirlər Şurası adətən ildə bir 
dəfə təklikdə, həmçinin  BVF-nun  İdarəedicilər  Şurası  ilə birgə  müşavirə keçirir. 
Bankın  ümumi  siyasətini  müəyyənləşdirir.  Həmçinin  yeni  üzləri  qəbul  edir, 
bankın  nizamnamə  kapitalının  həcmi  barədə  qərar  verir,  təmiz  gəliri 
müəyyənləşdirir.  Statut  razılaşması  ilə  ancaq  onun  səlahiyyətləri  çərçivəsinə  aid 
olan  bəzi  xüsusi  səlahiyyətləri  çıxmaqla,  (yeni  üzvlərin  qəbulu,  nizamnamə 
kapitalın artırılması və ya azaldılması, üzvlüyün dayandırılması kimi məsələlər), 
öz  səlahiyyətlərini  İcraçı  Direktorlar  Şurasına  verir.
8
 Əgər  xüsusi  bir  prosedur 
nəzərdə tutulmayıbsa, İdarəedicilər Şurasında  qərarlar adi səs çoxluğu ilə qəbul 
olunur.  Hər  bir  ölkənin  səs  payı  nə  qədər  səhmlərə  malik  olmasından  asıldır. 
Səslərin  17,42%-i  təkcə  ABŞ-a  məxsusdur.  Təəssüfedici  hal  odur  ki,  eyni 
miqdarda  səs  faizinə  həmçinin  140  inkişaf  etməkdə  olan  ölkə  malikdir.  İcraçı 
Direktorlar  Şurası  Bankın  operativ  fəalyyətinə  cavabdehdir.  Onlar  bankın 
siyasətini  müəyyənləşdirir,  borc  və  kreditlər  haqqında  təklifləri  qiymətləndirir, 
hesabları  auditor  yoxlamasından  keçirir  və  s..  İdarəçilər  Şurasının  24  üzvü  var. 
Ən  çox  səhmlərə  malik  olan  beş  idarəçi  direktora  malikdir.  Qalan  19  yerdə 
ölkələr  qrup  şəklində  təmsil  olunurlar.  Dövlətlər  istədikləri  şəkildə  qruplaşa 
bilərlər.  Çox  vaxt  coğrafi  cəhətdən  qonşu  olan  ölkələr  qruplar  yaradırlar.  Lakin 
siyasi  və  mədəni  faktorlar  da  nəzərə  alınır.  Bir  qayda  olaraq  digər  19  ölkənin 
                                                           
7
 “ Beynəlxalq iqtisadi təşkilatlar” Müzəffər Məmmədov, Elçin İbadov, Bakı 2008 dərslik 
8
 Х. А. Шреплер « Международные економические организации» Изд-во 
«Международные отношения». Москва, 1999. Стр.: 71 


14 
 
içində  Çin,  Rusiya  və  Səudiyyə  Ərəbistanı  ayrıca  bir  nümayəndəyə  malik  olur. 
Bu onunla əsaslandırılır ki, hər biri güclü və nüfuzlu iqtisadiyyata malikdir. Ona 
görə də hər hansı qrup daxilində təmsil olunması kifayət etmir. Qalan üzvlər isə 
qrup  şəklində  təmsil  olunur.  İcraçı  Direktorlar  Şurası  öz  fəaliyyətində  bir  çox 
komitələrə  əsaslanır:  kadr  siyasəti  üzrə  komitə;  reqlamentin  hazırlanması  üzrə 
komitə;  effektiv  xərcləmə  və  büdcə  praktikasıyla  bağlı  komitə;  birgə  auditor 
komitəsi;  inzibati  məsələlər  üzrə  komitə;  müvvəqqəti  komitələr.  İnkişaf  üzrə 
Komitə BYİB ilə BVF-nun İdarəedicilər Şuralarının nazirlər komitəsidir. Nazirlər 
və ya uyğun səlahiyyətli məsul şəxslərdən ibarət 24 üzvü var. Komitə kasıblığın 
azaldılması,  özəl  sektorun  inkişafı,  inkişaf  etmiş  ölkələrin  siyasətinin  inkişaf 
etməkdə  olan  ölkələrə  təsiri  kimi  məsələlərə  baxır.  DB  ilk  yarananda  məhz  bu 
qurum Avropanın rekonstruksiyasına cavabdeh idi. 1948-1952-ci illərdə Marşall 
Planı  BYİB-nın  vasitəsilə  həyata  keçirilmişdi.  Beynəlxalq  Maliyyə 
Korporasiyasına,  İnvestisiya  Təminatı  üzrə  Beynəlxalq  Agentlik  və  İnvestisiya 
Mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəzə üzv olmaq üçün birinci 
BYİB-na üzv olmaq lazımdır. Prezident bir qayda olaraq ən çox səhmə sahib olan 
dövlət  - ABŞ-dan olur. ABŞ prezidenti bankın prezidentliyinə namizəd təklif edir 
və  İdarəedicilər  Şurası  onu  seçir.  Səlahiyyət  müddəti  beş  ildir.  O,  nə  idarəedici, 
nə  direktor,  nə  də  müavin  ola  bilməz.  Prezident  İcraçı  Direktorlar  Şurasının 
nümayəndəsi hesab  olunur.  Onlar  onu  vəzifəyə  təsdiq  edir  və  ya  vəzifədən  azad 
edir. Bankın kapitalı 1994-cü ildə 165 milyard dollar olmuşdur ( tərkibinə uyğun 
olaraq  kapitalı  184  milyard  dollar  olmalı  idi.).
9
 60-cı  illərə  qədər  daha  çox  varlı 
inkişaf etməkdə olan ölkələrə kredit verib. Sonralar inkişaf etməkdə olan ölkələrə 
də  kredit  verməyə  başlayıb.  Beynəlxalq  Maliyyə  Korporasiyası  və  Beynəlxalq 
İnkişaf  Assosasiyası  inkişaf  etməkdə  olan  ölkələrə  kredit  vermək  məqsədilə, 
BYİB-nın filialları kimi yaradılmışdı. Bank əsasən 2 tipli kreditlər verir: 
                                                           
 
9
 «Основы международных валютно-финансовых и кредитных отношений» Учебник под 
редакции В. В.  Кругулова. Изд-во ИНФРА-М. Москва, 2000. Стр.: 408 


15 
 
 
1.  Bazar  qiymətlərinə  uyğun  gələn  faizlər  vermək  imkanında  olmayan 
inkişaf etməkdə olan ölkələrə borc verir. 
 
2. BİA vasitəsilə beynəlxalq maliyyə bazarlarından kredit almaq qabiliyyəti 
olmayan ölkələrə kredit verir. BYİB orta və aşağı gəlirli ölkələrə kredit verir. Bu 
zaman  ölkənin  kredit  qabiliyyətli  olub-olmadığı  nəzərə  alınır.  Həmçinin  texniki 
dəstək və məsləhət verir, informasiya ilə təmin edir, treyninqlər keçirir. BYİB öz 
maliyyə  vəsaitlərini  öz  üzvlərindən,  beynəlxalq  kapital  bazarlarından,  bank 
gəlirlərindən əldə edir. 
 
1995-ci ildə Bank öz fəaliyyətinin 4 əsas istiqamətini elan etdi: 
 
1.  İnkişaf  etməkdə  olan  ölkələrin  tələbatını  ödəmək  üçün  kifayət  qədər 
resursların cəlb olunmasına nail olmaq
 
2. İnkişafa vahid yanaşma müəyyən etmək
 
3.  Həm  qlobal,  həm  də  lokal  səviyyədə  DB-nın  tərəfdaşlarının 
möhkəmləndirilməsi və genişləndirilməsi; 
 
4. Bankın fəaliyyətinin möhkəmləndirilməsi. 
 
DB 1994-cü ildə Vaşinqton, London, Paris, Tokioda üzv dövlətlərdə həyata 
keçirilən  layihələr  haqqında  məlumat  təqdim  edən  informasiya  mərkəzləri  açdı. 
Orada  rəsmi  sənədlərlə,  ekspertizaların  nəticələri,  ətraf  mühitin  mühafizəsi  ilə 
bağlı proqramlar və s. ilə tanış olmaq olar. 
 
BİA  1960-cı  ildə  yaradılıb.  Öz  nizamnaməsi  və  maliyyə  bazası  olduğuna 
görə  rəsmi  olaraq  müstəqil  sayılır.  Lakin  faktiki  olaraq,  BYİB  tərəfindən  idarə 
olunur,  onun  filialı  hesab  olunur.  BYİB-nın  prezidenti  eyni  zamanda,  BİA-nın 
prezidentidir. BİA BMT-nin nəzdində ixtisaslaşmış qurumdur. BİA-nın aşağıdakı 
məqsədləri var: 
 
1.İqtisadi  inkişaf uğrunda əməkdaşlıq; 
 
2.Əmək məhsuldarlığının artırılması; 
 
3.Üzv inkişaf etməkdə olan ölkələrdə həyat şəraitinin yaxşılaşdırılması. 
Assosiasiyanın və BYİB-in rəhbər orqanları müştərəkdir. BYİB-in prezidenti, 
müdirləri və direktorları BİA-da analoji vəzifələri tuturlar. BİA-da «çəkili» səslər 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə