I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   27   28   29   30   31   32   33   34   35

100 
 
                                                      
Nəticə 
 
Beləliklə,  beynəlxalq  maliyyə  qurumları  yarandığı  anda  əsas  məqsədləri 
dünya  ölkələrini  2-ci  dünya  müharibəsindən  sonra  dirçəltmək  idisə,  hal-hazırda 
ən başlıca məqsədləri yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Qurumların 
fəaliyyəti də məhz bu məqsədə çatmaq üzərində cəmlənib. DB ölkələrə kreditlər, 
qrandlar,  yardımlar  vermək  yolu  ilə  onların  inkişafına  dəstək  olur.  Bank  öz 
xərclərini  heç  bir  kənar  maliyyələşdirmə  mənbəyi  olmadan  ödəyir.  Onun  5 
qurumu  inkişafın  ayrı-ayrı  aspektləri  üzrə  ixtisaslaşsa  da,  hamısının  ümumi 
məqsədi  kimi  yoxsulluğun  ləğv  edilməsi  çıxış  edir.  DB  öz  kapitalını  beynəlxalq 
maliyyə  bazarlarında  “AAA”  reytinqli  istiqrazlarını  reallaşdırmaqla  artırır.  DB 
üzv  ölkələrin  hökumətləri  ilə  birlikdə  layihələr,  proqramlar  hazırlayır,  eyni 
zamanda  ölkələrin  həyata  keçirdikləri  proqram-layihələri  maliyyələşdirir.  DB 
eyni zamanda onun tərəfindən  maliyyələşdirilən layihələrin həyata keçirilməsinə 
nəzarət  edir.  Beləliklə,  DB  müasir  BİM  sistemində  mühüm  iqtisadi  təşkilat 
olmaqla  dünya  iqtisadiyyatının  tam,  stabil  inkişaf  etməsinə  səbəb  olur.  Ancaq 
Bretton-Vuds  maliyyə  sistemləri  hal-hazırda  effektiv  fəaliyyət  göstərə  bilmir. 
Artıq 70 ildən çoxdur ki, BVF və DB dünyanın başlıca maliyyə institutları olaraq 
qalırlar.  Bu  müddət  ərzində  onlar  kasıb    ölkələrdə  neoliberallaşma,  heteredoks 
ticarət  və  özəlləşdirmə  siyasəti  həyata  keçirirlər.  Bunun  səbəblərindən  biri  kimi 
bank əməliyyatlarında ənənəvi olaraq valyuta kimi dollardan istifadə olunmasıdır. 
Marşall planı nəticəsində dollar həm də  Avropa dövlətlərinə də  daxil olmuşdur. 
Bu onun mövqeyini möhkəmləndirdi. Bildiyimiz kimi, dolların arxasında çox az 
əmtəə  və  qızıl  ehtiyatı  durur.  Asiyanın  və    Latın  Amerikasının  inkişaf  edən 
bazarlarının  daim  valyutaya  ehtiyacı  var.  Bütün  bunlar  ABŞ-ın  hədsiz  gəlir 
qazanmasına  səbəb  olur.  Buna  görə  də  ABŞ  hələ  də  dünya  maliyyə  sistemində 
lider  rolunu  saxlayır.  Beynəlxalq  valyuta  sistemi  stabilliyini  qorumaq  üçün 
beynəlxalq  maliyyə  qurumları  reformasiya  olunmalı  və  dəyişmiş  tələbatlara 
uyğunlaşdırılmalıdır. 


101 
 
 
Liberallaşdırma  və  özəlləşdirmə  siyasəti  dövlətlərin  öz  öhdələrinə 
buraxılmalıdır,  heç  bir  dövlət  buna  məcbur  edilməməlidir.  Çünki  “kənardan 
inkişafı idxal etmək alınmır”. BVF və DB-nın ölkələrə nə etmək lazım olduğunu 
əmr  etməli  olduğu    günlər  arxada  qalıb.  BVF  və  DB  borc  vermə  şərtlərini  və 
maliyyə    öhdəliklərini  azaltmağa  söz  versələr  də,  onlar  sadəcə  yenidən 
quruplaşdırılır  və  ya  digər  adlarla  adlandırılırlar.  BVF  etiraf  edir  ki,  kapital 
bazarının  liberallaşdırılması bəzən daha çox qeyri-sabitliyə  gətirib çıxarır. BVF-
nin  Afrika  ilə  bağlı  proqramlarının  uğursuzluğa  düçar  olmasının  səbəbi  onların 
dövlətlərə  demək  olar  ki  məcburi  surətdə  yeridilməsi,  yəni  bərabərhüquqlu 
tərəfdaşlar  kimi  danışıqlar  aparılmamasıdır. Bu  layihələr  kasıbları  daha da  kasıb 
edir. BVF və DB-nın fəaliyyətində aclıq problemini həll edilməməsidir. Dövlətlər 
borclarının çoxluğundan və strukturi uyğunlaşmadan əziyyət çəkirlər. 
 
BVF-nin  tədqidçiləri  qeyd  edirlər  ki,  Bretton-Vuds  sistemi  yarandığı 
dövrdə  olan  kapital  qıtlığı  şəraiti  ilə  hazırki  şərait  üst-üstə  düşmür.  BVF 
beynəlxalq maliyyə sisteminin stabilliyini təmin etmək üçün kifayət qədər resursa 
malik  deyil.  Aydındır  ki,  artıq  onu  “axırıncı  müdafiə  verə  biləcək  kreditor” 
adlandırmaq olmaz. BVF bəzən elə şərtlərlə kredit verir ki, bu ölkədəki vəziyyəti 
daha da ağırlaşdırır. 
 
Son  illərdə    inkişaf  etməkdə  olan  ölkələr  öz  vəziyyətlərini  yaxşılaşdırmaq 
üçün  əməkdaşlıq  etməyə  çalışırlar.  Məsələn,  Braziliya  və  Argentina  “BVF  ilə 
danışıqlar  aparılmasının  adi  prinsipləri”  barədə  razılıq  imzalayıblar.  Başqa 
nümunə  kimi  120  BVF  üzvünün  imzaladığı  kommunikeni  göstərmək  olar.  Bu 
ölkələr  BVF-nin  baş  direktorunun  seçilmə  prosesinin  daha  açıq  və  şəffaf 
keçirilməsini tələb edirlər. Adətən baş direktoru ABŞ  və Avropa nümayəndələri 
bağlı  qapılar  arxasında  seçirlər.  Hal-hazırda  Bretton-Vuds  institutlarının  idarə 
edilməsi  debatlarda  ən  çox  müzakirə  edilən  mövzulardır.  Ənənəvi  şüar  olan  bir 
ölkə - bir dollar sistemi qəbul edilmir. 
Dünya  Bankının  kreditlərinin  uzun  müddətli  və  simvolik  faizlə  verilməsi 
müharibə  şəraitindən  və  keçid  dövrü  problemlərindən  dolayı  maliyyə 


102 
 
mənbələrinin  tapılması  imkanlarının  az  olması  səbəbi  ilə  Azərbaycan  üçün  çıxış 
yollarından biri olmuşdur. Uzun illər baxımsızlıqdan yararsız hala düşmüş və ya 
dünya standartlarına cavab verə bilməyən infrastruktur, neft ölkəsi olaraq dünya 
arenasına  çıxmağa  hazırlaşan,  eyni  zamanda  bir  çox  infrastruktur  layihələrinin 
mərkəzindəki geostrategiyalı mövqedə yer alan Azərbaycan üçün yolverilməzdir. 
Ona  görə  də  dövlətimizin  beynəlxalq  maliyyə  qurumları  ilə  əməkdaşlığı 
respublikanın sosio-iqtisadi inkişafına müsbət təkan verəcəkdir.  
Beləliklə,  beynəlxalq  maliyyə  qurumlarının  müasir  beynəlxalq  münasibətlər 
sistemində  rolunun  effektivliyini  artırmaq  üçün  düşünürəm  ki,  aşağıdakı 
məsələlərə xüsusi diqqət artırılmalıdır:  

 
Beynəlxalq  maliyyə  qurumlarının  müasir  tələbatlara  cavab  verməsi 
üçün  onlarda  struktur  islahatları  aparılmalıdır.  Həmçinin  bəzi 
dövlətlər əməkdaşlığa daha ciddi əmək sərf etməlidirlər.
      

 
İcra ilə bağlı məsələlərə daha çox diqqət ayırmaq.  
Bank  mövcud  layihələrin  icrasına  diqqəti  artırmalı  və  yalnız  o  halda  yeni 
kreditləri  nəzərdən  keçirməlidir  ki,  mövcud  icra  vəziyyəti  buna  zəmanət  versin.
 
İcra vəziyyətinin əhəmiyyətli dərəcədə ləngidiyi layihələri Bank və Hökumət ləğv 
etməyi  nəzərdən  keçirməlidir  ki,  daha  tez  uğurun  əldə  oluna  biləcəyi  layihələrə 
daha yaxşı diqqət yetirsin. 

 
Yeni layihələri seçərkən daha diqqətli olmaq.  
Eyni  zamanda,  Bank  inkişafa  yüksək  ehtiyacı  və  Bankın  müqayisəli  üstünlüyə 
malik olduğu, ancaq hökumətin məhdud səviyyədə sahib çıxdığı digər sahələrdə 
daha məhdud dəstəkləyici rol oynamaqdan yayınmamalıdır. 

 
Yeni layihələr üçün daha güclü hazırlıq süzgəcini tətbiq etmək.  

 
Biliklərin bölüşdürülməsi və siyasi kursla bağlı dialoq üçün daha konkret 
mexanizmlərə doğru Bankın tədbirlərini yenidən tarazlaşdırmaq. 
Transmilli  korporasiyalar  anlayışının  özü  nisbətən  cavan  olsa  da,  onun 
dünyaya  və  beynəlxalq  münasibətlər  sisteminə  verdiyi  töhfələr  daha  təkmil  və 
kifayət  qədər  həcmli  görünür, bunu  rəqəmlər  də  sübut  edir:  bütün  dünya  sənaye 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə