I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   27   28   29   30   31   32   33   34   35

91 
 
iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə 
ölkə  iqtisadiyyatının,  o  cümlədən  nəqliyyat  sisteminin  inkişaf  konsepsiyası 
Prezident  İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam 
etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən 
perspektivli  sahələrdən  birinə  çevirmişdir.  Ötən  il  bütün  növ  nəqliyyat 
infrastrukturlarının  etibarlılığının  təmin  olunması,  nəqliyyatın  işinin  səmərəli 
təşkili  üçün  zəruri  tədbirlər  görülmüş,  nəzərdə  tutulan  infrastruktur  layihələrinin 
vaxtında  və  keyfiyyətlə  icra  edilməsinə  dövlət  başçısı  İlham  Əliyevin  şəxsi 
dəstəyi sayəsində nail olunmuşdur.    
 
3.2  TMK-ların  iqtisadi  qloballaşmaya  təsiri  və  bundan  Azərbaycana  düşən 
pay 
Son dövrlərdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət 
nəticələrin  əldə  olunmasına  şərait  yaratmışdır.  Azərbaycanda  makroiqtisadi 
sabitliyə,  dayanıqlı  iqtisadi  artıma  nail  olunmuş,  yoxsulluğun  azaldılmasında  və 
əhalinin  sosial  rifahının  yüksəldilməsində  ciddi  uğurlar  əldə  olunmuşdur.  Eyni 
zamanda,  sərbəst  bazar  iqtisadiyyatı  institutlarının  yaradılması  və  sahibkarlığın 
inkişaf  etdirilməsi,  innovasiyalara  əsaslanan  iqtisadiyyat  modelinin  bərqərar 
olması istiqamətində mühüm addımlar atılmışdır. Hazırda  əsas hədəfi çoxşaxəli, 
səmərəli  və  innovasiya  yönümlü  iqtisadiyyatın  formalaşdırılması,  əhalinin 
rifahının layiqli səviyyəyə çatdırılması, habelə elmin və mədəniyyətin inkişafında 
yeni  nailiyyətlərin  əldə  olunması  olan  iqtisadi  siyasət  ölkəmizdə  uğurla  davam 
etdirilməkdədir.  Dünya  İqtisadi  Forumunun  2013-cü  ildə  üzrə  “Qlobal 
rəqabətədavamlılıq hesabatında” Azərbaycanın dünyanın 144 ölkəsi arasında 39-
cu yeri tutması və MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olması milli 
iqtisadiyyatımızın  xarici  investisiyalar  üçün  cəlbediciliyinin  artdığını  göstərir. 
İnnovasiyalar  əsasında  inkişaf  mərhələsində  olan  bir  sıra  ölkələrin  təcrübəsi 
göstərir ki, innovativ iqtisadiyyatın qurulmasında dövlətlə yanaşı, böyük istehsal 
potensialına, müasir menecment sisteminə və əhatəli satış şəbəkələrinə malik olan 


92 
 
Trans  Milli  Korporasiyalar  (TMK)  da  yeniliklərin  yaranmasında  və 
kommersiyalaş-  masında  müstəsna  rol  oynayırlar.  İnnovasiya  sistemlərinin  əsas 
subyektləri  universitetlər  (bilik  yaradırlar),  dövlətlər  (bilikləri  maliyyələşdirir  və 
yaradır),  TMK-lar  və  onların  müxtəlif  ölkələrdəki  filiallarıdır.  Müasir  TMK-lar 
yeni  biliklərin  maliyələşdirilməsi,  yaradılması  və  kommersiyalaşdırılması 
sisteminin mühüm elementi hesab olunur.  
Xarici  bazarlara  giriş  istiqamətləri  və  bu  bazarlarda  fəaliyyət  üçün  
firmaların qarşısına müxtəlif alternativlər çıxır. Onu da qeyd etmək lazımdır ki, 
dövlət  daxilində  və  ixrac  ediləcək  ölkələrdəki    rəqabət  mühiti  firmalrı  xarici 
bazara girmək üçün bir neçə vasitədən istifadə etməyə məcbur edə bilər.
103
 
Transmilli şirkətlər bir ölkədə fəaliyyətə başladıqda yerli rəqiblərini aradan 
qaldırır,  yerli  sənayeni  inkişaf  etdirmək  istəyində  olan  kiçik  iş  adamlarının 
həvəslərini əzib keçirlər. Məsələn, dünyanın dörd bir tərəfindəki içki istehsalçıları 
“Coca-Cola” və “Pepsi” ölkələrinin bazarlarına daxil olanda “əzildilər”.
104
  
Transmilli  korporasiya  olan  Mc  Donalds  ucuz  işçi  qüvvəsi  ilə  xüsusilə 
Uzaq  Şərqi  özünə  məskən  etmişdir.  Bu  barədə  J.G.Allard    belə  demişdir:  “Mc 
Donalds-ın  payladığı  oyuncaqlar    gündə  16  saat  ərzində  yalnız  qarınlarını 
doydurmaq üçün  işlədilən çinli uşaqlar tərəfindən istehsal edilir.
105
 
Beynəlxalq  iqtisadi  təşkilatlarla  əlaqələrin  optimal  səviyyəsinə  nail 
olunması,  respublikanın  xarici  iqtisadi  fəaliyyət  strategiyasının  mühüm  tərkib 
elementlərindən biri kimi səciyyələnməlidir. Göstərilən istiqamətin zəruriliyi hər 
şeydən  əvvəl  həmin  qurumların  dünya  iqtisadiyyatının  inkişafında  əvəzedilməz 
rolu, eləcə də Azərbaycanın xarici investisiyalara olan böyük ehtiyacı, beynəlxalq 
iqtisadi  münasibətlər  sferasında  etibarlı  tərəfdaş  imici  qazanması  problemi  və 
sairə amillərlə şərtlənir. 
                                                           
103
 Akat, Ömer; Uluslararası Pazarlama Karması ve Yönetim, Ekin Yayınları (2. Baskı), Bursa 1998. 
104
 
Stiglitz, Joseph.E; Küreselleşme Büyük Hayal Kırıklığı, Plan B Yayıncılık, Çev: Arzu Taşçıoğlu & 
Deniz Vural, 3. Baskı, İstanbul, Kasım 2004.s.89  
105
 Allard, Jean-Guy; “Mc Donald’s Kaderiyle Yüz Yüze” 


93 
 
Azərbaycanın  beynəlxalq  iqtisadi  əlaqələrinin  təhlili  göstərir  ki,  90-cı 
illərin  ortalarına  kimi  ölkənin  xarici  iqtisadi  həyatında  müsbətə  doğru  heç  bir 
dəyişiklik baş verməmişdir.  
Apardığımız  tədqiqatlar  göstərir  ki,  əgər  1985-ci  ildə  bütün  maliyyə 
mənbələri  hesabına  investisiya  qoyuluşlarının  ümummilli  məhsulda  çəkisi  40% 
təşkil  edirdisə,  1992-ci  ildə  bu  rəqəm  17%,  1994-cü  ildə  isə  cəmi  4%  təşkil 
etmişdi. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə 
göstərilən  nisbətin  səviyyəsi  20-40%  arasındadır.  Əgər  respublikada  istehlak  və 
investisiya tələbatının dinamik olaraq artdığını, eləcə də struktur modernləşmənin 
qaçılmaz  olduğunu  nəzərə  alsaq,  onda  Azərbaycan  üçün  real  göstərici  40-50% 
hesab oluna bilər.
106
 
90-cı  illərin  ortalarında  4%-lik  göstəricinin  ölkə  iqtisadiyyatı  üçün  nə 
demək  olduğunu,  zənnimcə,  sübut  etməyə  heç  bir  zərurət  yoxdur.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  xarici  iqtisadi  fəaliyyət  subyektləri  tərəfindən  1994-cü  ildə 
ölkəyə cəmi 158 milyon dollar həcmində investisiya və kreditlər cəlb olunmuşdu. 
Lakin 
1994-1995-ci 
illərdən 
başlayaraq  iqtisadiyyata  investisiya 
qoyuluşlarında  köklü  müsbət  dəyişikliklər  baş  vermişdir.  Bu  müsbət  meylin 
yaranması  isə  şübhəsiz  ki,  sabiq  prezident  Heydər  Əliyevin  həyata  keçirdiyi 
sistemli  xarici  iqtisadi  siyasətin  məntiqi  nəticəsi  kimi  qəbul  edilməlidir.  1995-ci 
ildən  başlayaraq  bu  günə  kimi  xarici  investisiyaların  ölkə  iqtisadiyyatına  axını 
dinamik  şəkildə  artmağında  davam  etməkdədir.  Qəbul  edilən  xarici  birbaşa 
investisiyaların  böyük  əksətiyyəti  neft  sektoruna  yönəldilir.  Bununla  bərabər  bu 
gün  ölkəmizdə  qeyri-neft  sektorlarına  da  xarici  kapital  qoyuluşları  xeyli 
artmaqdadır.  Qeyri-neft  sektoruna  kapital  qoyuluşuna  artan  meyl  özünü  daha 
qabarıq şəkildə ərzaq, tütün məmulatları və tikinti məhsulları istehsalı sahəsində 
göstərir.  Bundan  başqa  neft  sektoruna  və  istehsalın  digər  sahələrinin  tələbatını 
ödəmə  istiqamətli    xidmət  sahələrinə  xarici  kapital  axının  güclənməsi  müşahidə 
olunmaqdadır. “Artur Anderson”, “Prays Vaterhaus”, “KPMC” və digər bu kimi 
                                                           
106
 Osman Nuri Araz , Elçin Süleymanov  “ Azərbaycan iqtisadiyyatı”. Bakı 2010 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə