I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

79 
 
2.
 
İdarəetmənin  zəif  və  güclü  olduğu  sahələrin  analizi  üçün  daxili 
mənbələrin analizi; 
3.
 
Xarici  və  daxili  mühitin  analizlərinin  uyğunlaşdırılması  vasitəsilə 
məqsədlərin formalaşdırılması. 
Gələcəkdə ortaya çıxacaq şərtlərə uyğun idarəçilik strategiyasının üzərində 
duran  Peter  F.Drucker  “Gələcək  üçün  İdarəçilik  düşüncəsi  və  TMK-lar” 
startegiyasını irəli sürmüşdür. Druckerin TMK-larla bağlı praqnozları bunlardır:
92
 

 
Dövlət və hökumətlər uğur mərkəzi olmaqdan çıxacaqlar. 

 
İqtisadiyyat beynəlxalq mövqe qazanacaq; bazarlar qloballaşdığı bir 
vaxtda TMK-lar birləşəcək və bütün dünyaya yayılmağa çalışacaq. 

 
Beynəlxalq  ticarət  əvəzinə  dünya  investisiya  yatırımları  amili  önə 
çıxacaq,  ixracata  əsaslanan  strategiyalar  əvəzinə  uyğun  ölkələrə 
sərmayə ayırmaq  ön plana keçəcək. 

 
Sənaye  sektorundan  daha  çox  xidmət  sektorundakı  TMK-lar 
qloballaşacaq. 

 
Ucuz  işçi  qüvvəsi  istifadə  etmək  və  xammal  qaynaqlarına  sahib 
olmaq rəqabətdəki üstünlük səbəbi olmaqdan çıxacaqlar. 

 
Pulun  və  elmin  vətəni  qalmayacaq;  elm  və  maliyyə  mərkəzi  olan 
ölkələr  və  təşkilatlar  bu  xüsusiyyətləri  ilə  üstünlük  qazanacaq. 
Üstünlük öyrənən cəmiyyətlərin və öyrənən təşkilatların olacaq. 

 
İqtisadi  tənəzzüldən  qurtulmağın  yolu  elm  və  xidmət  sahələrinin 
məhsuldarlığının artırılması olacaq. 

 
Mənfəət  məqsədi olmayan  TMk-lar  yeni  cəmiyyətdə  daha  təsirli  rol 
oynayacaq. 
 
 
 
 
                                                           
92
 Dinçer, Ömer; a.g.e., s. 117-120. 


80 
 
III FƏSİL  Beynəlxalq maliyyə qurumları və transmilli korporasiyaların 
müasir beynəlxalq əməkdaşlığa töhfəsi 
3.1 Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əlaqələri 
  1991-ci  ilin  18  oktyabrında  Azərbaycan  müstəqilliyini  bütün  dünyaya 
bəyan  etdi.  Gənc  respublika  beynəlxalq  münasibətlər  sisteminə  daxil  oldu. 
Azərbaycan  öz  mövcudluğunu  qorumaq,  müstəqilliyini  təmin  etmək  üçün 
beynəlxalq təşkilatlara sıx əməkdaşlıq fəaliyyətinə başladı. 1992-ci ildən etibarən 
Azərbaycan beynəlxalq təşkilatlara üzvlüklə bağlı  müraciət etdi.
  Lakin bu bəzən 
uzun  müddət  və  prosedurlar  tələb  edirdi.  Xüsusilə,  beynəlxalq  maliyyə 
təşkilatlarına  üzv  olmaq  üçün  müəyyən  şərtlər  irəli  sürülürdü.  1993-cü  ildə 
prezident Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanın yeni tarixində 
dönüş  baş  verdi.  Heydər  Əliyev  mükəmməl  və  effektiv  xarici  iqtisadi  siyasət 
həyata  keçirməyə  başladı.  Ölkəyə  kapital  qoyuluşu  artdı,  Azərbaycan  xarici 
investorların etibarını qazandı. 
Azərbaycan  ilk  dəfə  BMT-nin  çərçivəsində  onun  ixtisaslaşmış  qurumları 
olan  beynəlxalq  maliyyə  təşkilatları  ilə  əlaqələr  qurmağa  başladı.  1992-ci  ilin 
sentyabrında  DB-na  daxil  oldu.  Eyni  ildə  Çoxtərəfli  Sərmayə  Qoyuluşunun 
Sığortalanması  üzrə  Agentliyə  üzv  qəbul  olundu.  Məhz  ümummilli  liderimiz 
Heydər  Əliyevin  həyata  keçirdiyi  məqsədyönlü  siyasət  nəticəsində  1995-ci  ildə 
Azərbaycan  BİA  və  BMK-nın  üzvü  oldu.  Azərbaycan  üzv  qəbul  olunduqdan 
sonra  DB  ölkədə  azad  bazar  iqtisadiyyatının    qurulmasına  çalışırdı.  DB 
Azərbaycanın  əkinə  yararlı  torpaqlarının  özəlləşdirilməsi  və  bölüşdürülməsində 
başlıca  rol  oynayıb.  Azərbaycan  DB-nın  İcraçı  Direktorlar  Şurasında  19  qrup 
üzvü çərçivəsində təmsil olunur. Azərbaycan digər 7 ölkə ilə birlikdə İsveçrənin 
rəhbərlik etdiyi qrupdadır.  
Azərbaycan  BVF  ilə  1992-ci  il  sentyabrın  18-dən  əməkdaşlıq  edir. 
İndiyədək  BVF  Azərbaycan  Respublikasına  altı  proqram  çərçivəsində  kredit 
ayırıb,  lakin  2005-ci  ildən  başlayaraq  BVF  ilə  əməkdaşlıq  məsləhətləşmələr 
səviyyəsində  həyata  keçirilir,  belə  ki,  Azərbaycan  hökuməti  fonddan  kreditin 


81 
 
alınmasından imtina edib. BVF tərəfindən  Azərbaycan hökumətinə təqdim edilən 
kreditlər müqavilədə nəzərdə tutulan vaxtda hər  il gecikdirilmədən ödənilir. Odur 
ki,  bu  müddət  ərzində  Azərbaycan  hökuməti  ilə  BVF   arasında  səmərəli 
əməkdaşlıq  münasibətləri  formalaşıb.  Bu  fakt  isə  Azərbaycan   iqtisadiyyatının 
dinamik  inkişaf  mexanizminə  malik  olmasından  xəbər  verir.  BVF-nin 
Azərbaycan  hökuməti  ilə  danışıqlarında  ölkədə  sənayenin  inkişaf   etdirilməsi, 
dövlət banklarının  özəlləşdirilməsi, su  və  enerji təchizatı  problemlərinin  həlli və 
bu sistemlərdə islahatların aparılması zərurəti, dövlət strukturunda islahatlar,  neft 
gəlirlərinin  səmərəli  istifadəsini  təmin  etmək,  Neft  Fondunun   fəaliyyətində 
şəffaflıq və sair istiqamətlər prioritet təşkil edir. 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  bu  beynəlxalq 
maliyyə  qurumu  ilə  əməkdaşlığa  böyük  önəm  vermişdir.  Bakıda  səfərdə  olan 
Beynəlxalq Valyuta Fondunun direktoru Kamdessu 12 mart 1996-cı ildə Heydər 
Əliyevlə  görüşüb  və  danışıqlar  aparıb.  Görüşdən  sonra  birgə  mətbuat 
konfransında Heydər Əliyev danışıqların Azərbaycan Respublikası ilə Beynəlxalq 
Valyuta  Fondunun  gələcək  əməkdaşlığına  həsr  olunduğunu,  Beynəlxalq  Valyuta 
Fondunun dünyanın ən böyük maliyyə  mərkəzi olduğunu bildirib. O bildirib ki, 
BVF  Azərbaycanda  iqtisadi  islahatların  keçirilməsi,  iqtisadiyyatda  struktur 
dəyişikliklərin aparılması, özəlləşdirmə və başqa bu cür tədbirlər üçün kreditlərlə 
maliyyə yardımı edir. 
4 dekabr 1998-ci ildə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Devid 
Quen  Heydər  Əliyevlə  görüşüb.  Devid  Quen  BVF  ilə  Azərbaycan  arasında 
əlaqələrin  yüksək  səviyyədə  olduğunu  bildirib.  O,  qeyd  edib  ki,  Azərbaycanda 
iqtisadi artım müşahidə olunur, infilyasiya məqbul səviyyədədir və ümumiyyətlə, 
iqtisadi  sahədə  uğur  əldə  olunub,  manatın  məzənnəsi  sabit  səviyyədə 
qalmaqdadır.
93
 
Heydər Əliyev Azərbaycana indiyə qədər göstərilən yardımlara və səmərəli 
əməkdaşlığa görə təşəkkür edərək, bu əməkdaşlığın davam etdiriləcəyini bildirib: 
                                                           
93
 Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-X kitablar. Bakı, 1996-2001 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə