I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

85 
 
rifahının artırılmasıdır. Baxmayaraq ki, Azərbaycanın ÜMM-nun əsas hissəsi neft 
sektorunun payına düşür, burada yalnız əhalinin 1%-i çalışır. 
Hər  il  Bankın  personalı,  Azərbaycan  iqtisadiyyatının  analizini  aparır  və 
hesabatlar  dərc  edir.  Dünya  Bankının  hesabat  və  digər  sənədlərinə  çıxış  Bakıda 
yerləşən  İctimai  İnformasiya  Mərkəzi  vasitəsilə  əldə  edilir.  Bundan  başqa,  bu 
sənədlər həmçinin, Axundov adına Milli Kitabxanaya da yerləşdirilir. 
Birinci  Struktur  İslahatlar  Krediti  (SAC  1),  1997-ci  ildə  təsdiq  edilmiş  və 
özündə  ticarətin  liberallaşması,  özəlləşdirmə,  qanunvericilik  və  bank  işi 
islahatlarını  cəmləşdirir.  Həmçinin  SAC1-ə  Rusiyanın  maliyyə  böhranında 
yaranan  əlverişsiz  effektlərin  aradan  qaldırılması  üçün  7  milyon  ABŞ  dolları 
ayrılmışdır.  İqtisadi  islahat  proqramında  struktur  islahatların  tezləşdirilməsinə 
yardım məqsədilə İkinci Struktur İslahatlar Krediti (SAC2), 12 mart 2002-ci ildə 
təsdiq  edilmiş  və  bunun  üçün  60  milyon  ABŞ  dolları  ayrılmışdır.  SAC  2-də 
dövlətin  maliyyə  durumunun  yaxşılaşdırılması,  yoxsulluğun  aradan  qaldırılması, 
iqtisadi  inkişafın  tezləşdirilməsi  üçün  dövlətin  sərf  etdiyi  xərclərin  səmərəli 
istifadə  olunması,  müəssisələr  və  xarici  investisiya  üçün  əlverişli  şəraitin 
yaradılması,  əhalinin  təmiz  su  ilə  təmin  olunması  və  s.  gözlənilirdi.  31  dekabr 
2005-ci  ilə  qədər  Beynəlxalq  İnkişaf    Assosiasiyasının  Azərbaycana  ayırdığı 
maliyyə və texniki yardımların siyahasına aşağıdakılar aiddir: 

 
Bakının su təchizatı layihəsi

 
Ümumi reabilitasiya layihəsi; 

 
Mütləq ətraf mühitin qorunması layihəsi; 

 
Pilot rekonstruksiya layihəsi; 

 
Mədəniyyət irsinin qorunması layihəsi; 

 
Kənd təsərrüfatı layihəsi; 

 
Ümumi nəqliyyat layihəsi; 

 
Səhiyyə sektorunun inkişafı layihəsi; 

 
Kənd yerlərində sərmayə mühitinin yaradılması layihəsi  


86 
 

 
Məcburi  köçkünlərin  yaşayış  şəraiti  və  gəlir  imkanlarının 
dəstəklənməsi layihəsi (2011-2015-ci illər)
 
 

 
Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi (2011-2015-ci illər) 

 
  Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək layihəsi (2011-
2016-cı illər) 

 
və s. 
Yoxsul  ailələrin  reabilitasiyası  proqramı  Azərbaycanda  bir  neçə  pilot 
rayonda  keçirilir.  Amma  elə  mexanizmlər  işlənilməlidir  ki,  həmin  yardımların 
verilməsi əlavə korrupsiya elementlərinə yol açmasın.  
Dünya  Bankının  Azərbaycana  ayırdığı  ilk  kredit  neft  sektoruna 
istiqamətlənmişdir.  Neftin  Azərbaycan  iqtisadiyyatındakı  çəkisi  və  yeri  diqqətə 
alındıqda  həmin  kreditin  iqdisadiyyata  nə  qədər  əhəmiyyətli  olduğu  aydın  olur. 
Dünya  Bankı  tərəfındən  ayrılan  kreditlər  də  xarici  investisiya  kimi  iqtisadiyyat 
üçün eyni müsbət töhfələr verir. Bank kreditlərinin ayrı bir xüsusiyyəti isə, həmin 
kreditlərin  uzun  müddətli  və  çox  az  faizli  olmasıdır.  Dünya  Bankı  Azərbaycana 
kreditləri  35  il  müddətinə  və  faizsiz  verir,  hökumət  Banka  ildə  0,75%  xidmət 
haqqı ödəyir.
 
96
 
Dünya  Bankı  Qrupunun  Azərbaycan  üzrə  Ölkə  Tərəfdaşlıq  Strategiyası 
(ÖTS) 2011-ci il maliyyə ilindən 2014-cü il  maliyyə ilinə qədər 4 illik müddəti 
əhatə  etmişdir.  ÖTS  Azərbaycanın  orta  müddətdə  üzləşdiyi  çağırışlar  əsasında 
qurulur. O, iki istiqamət üzrə nəticələrin əldə edilməsinə yüksək diqqət yetirir: (i) 
rəqabətli  qeyri-neft  sektorunun  qurulması  və  (ii)  insan  və  sosial  xidmətlərin 
gücləndirilməsi.  Həmin  iki  istiqamət  müstəqil  inkişaf  məqsədlərini  təşkil  edir, 
lakin,  eyni  zamanda,  bir-birini  gücləndirir.  Bundan  əlavə,  əvvəlki  ÖTS-dan 
çıxarılmış  nəticə  göstərir  ki,  dövlət  investisiyalarının  artım  tempi  institusional 
potensialın  mümkün  artım  tempindən  yüksəkdir,  və  bununla  rüşvətxorluq  üçün 
imkanların yaranması və icranın ləngiməsi ilə nəticələnir.  
                                                           
96
 Məmmədov M., İbadov E. Beynəlxalq iqtisadi təşkilatlar, Bakı 2008 


87 
 
Azərbaycan  üzrə  Dünya  Bankının  yardım  proqramı  əsas  4  başlıca 
istiqamətdədir: 
–  Ölkədə  əsaslı,  tərəfsiz  özəl  sektorun  istiqrarlı,  fasiləsiz  inkişafına    yönəlik  
siyasi və struktur mühitin yaradılması. 
–  Böhranlı    iqtisadi  sektorlarda,  xüsusiylə    kənd  təsərrüfatı  sektorunda 
rəqabətliliyin artırılması. 
– Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi. Bu məqsədə çatmaq  üçün 
sosial  yardımların  məqsədli  istiqamətdə  aparılması,  sosial  xidmətlərin 
səmərəliliyinin    artırılması  və  əhalinin  yaşayış  səviyyəsinin  yüksəldilməsi  üzrə 
dövlət  strategiyasının  hazırlanıb  həyata  keçirilməsi  mövzuları  üzərində 
dayanılacaqdır. 
–  Ölkədaxili  istehsalın  artırılması.  Təhsil  sektoru  ilə  bağlı,  kənd  təsərrüfatının 
inkişafı  və  tarixi  abidələrin  bərpa  olunması,  təmiri  layihələri  üzərində  son  işlər 
görülmüş  və  ya  nəzərdə  tutulmuşdur.  Azərbaycan  Hökumətinin  bu  sahədə 
əlverişli  mövqe  göstərməsi  Dünya  Bankının  Azərbaycan  üzrə  bir  çox  layihə 
proqramını həyata keçirmək fürsətini vermişdir.  
Dünya  Bankı  2008-ci  il  aprel  ayının  30-da  Azərbaycanın  magistral 
avtomobil  yollarının  müasirləşdirilməsi  və  yenidən  qurulması  üçün  300  milyon 
ABŞ  dolları  həcmində  kredit  ayırıb.  Bu  barədə  bankın  məlumatında  bildirilir. 
Kredit  10  illik  güzəşt  dövrü  ilə  40  il  müddətinə  ayrılıb.
97
 Kredit  Şərq-Qərb    və 
Şimal-Cənub  marşurtları  üzrə  avtomobil  yollarının  qurulmasında  istifadə 
olunacaq.
98
 
2010-cu  il  11  avqustda  Dünya  Bankı  və  Azərbaycan  Respublikasının 
Hökuməti  arasında  Üçüncü  Magistral  Yol  Layihəsinin  maliyyələşdirilməsi 
məqsədilə  70  mln  ABŞ  dolları  ekvivalentində  BİA  krediti  və  171,6  mln  ABŞ 
dolları məbləğində BYİB krediti üzrə sazişləri imzalanıb. Bakı–Şamaxı yolunun 
genişləndirilməsindən başqa bu layihə magistral yol şəbəkəsinin inkişafı və idarə 
                                                           
97
 Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009 
98
 
Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009.  
 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə