I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

82 
 
"...Azərbaycan  dövlətində  iqtisadi  islahatları  həyata  keçirməyi  iqtisadi 
siyasətimizin  strateji  istiqaməti  kimi  qəbul  etmişik.  Sadəcə,  bu  sahədə  bizim 
fikirlərimiz  üst-üstə  düşür,  bu  barədə  məsələlərə  münasibətimizdə  ziddiyyətlər 
yoxdur.  Əksinə,  biz  yaxşı  əməkdaşlıq  edirik  və  siz  də  əməkdaşlığımızın  uğurlu 
olduğunu görərək bizə daha da çox yardım etməyə çalışırsınız...". 
17  dekabr  2001-ci  il  tarixdə  Heydər  Əliyev  BVF-nin  şöbə  müdirinin 
müavini  Con  Uykman-Li  və  onu  müşayiət  edən  nümayəndə  heyəti  ilə  görüşüb. 
Con  Uykman-Linn  BVF-nin  Azərbaycandakı  missiyalarının  məqsədlərini 
açıqlayıb:  "...Missiyamızın  bir  məqsədi  illik  göstəriciləri  nəzərdən  keçirməkdir. 
Bu,  Beynəlxalq  Valyuta  Fondunun  digər  ölkələrdə  də  keçirdiyi  bir  prosesdir. 
Missiyamızın  ikinci  məqsədi  isə  iqtisadi  islahatların  həyata  keçirilməsi 
məsələsidir.  İqtisadi  islahatlar  yoxsulluğun  aradan  qaldırılmasını  və  ölkənin 
bundan sonrakı inkişafını təmin etməyi nəzərdə tutur". Con Uykman-Linn iqtisadi 
islahatların  Azərbaycandakı  nəticələrinin  ruhlandırıcı  və  müsbət  xarakter 
daşıdığını bildirib. Heydər Əliyev və bütün Azərbaycan hökumətinin əldə olunan 
nəticələrlə fəxr edə biləcəyini nəzərə çatdırıb.
94
 
Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamına  əsasən "Yoxsulluğun 
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın  hazırlanması məqsədilə 
dövlət  komissiyası  yaradılıb.  Proqramın  hazırlanması  məqsədilə  İqtisadi  İnkişaf 
Nazirliyi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə sıx əməkdaşlıq  edib. 25 
oktyabr  2002-ci  il  tarixdə  Bakıda  "Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf 
üzrə Dövlət Proqramı"nın  təqdimatına həsr edilmiş ümummilli konfrans keçirilib. 
Konfransda  BVF-nin  Azərbaycan   nümayəndəliyinin  rəhbəri  Maykl  Meredin 
iştirak edib. Konfransın açılış mərasimində çıxış edən  Heydər Əliyev cəmiyyətin 
hərtərəfli  inkişaf  etdirilməsi  məqsədilə  bazar   iqtisadiyyatına  müvafiq  iqtisadi 
sistemin yaradılmasının Azərbaycan  dövləti qarşısında duran vacib məsələlərdən 
biri  olduğunu  vurğulayıb.   O,  müzakirə  edilən  yoxsulluq  probleminə  toxunaraq 
deyib: "Respublikamızın həm  iqtisadiyyatını, həm də xalqın güzəranını çox yaxşı 
                                                           
94
 Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-X kitablar. Bakı, 1996-2001 


83 
 
gələcək  gözləyir.  Biz  bunu   indiyə  qədər  gördüyümüz  işlərin  əsasında  təmin 
etmişik və gələcəkdə görəcəyimiz  işlər bunların hamısını tamamlayacaqdır. Neft 
sektorundan böyük gəlirlər  gözlənilir. Bu, Azərbaycanın milli sərvətidir." 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  də  bu  təşkilatla 
əlaqələrin  inkişaf  etdirilməsinə  önəm  verir.  26  may  2004-cü  ildə  İlham  Əliyev 
Beynəlxalq  Valyuta  Fondunun  Yaxın  Şərq  və  Mərkəzi  Asiya  ölkələri 
Departamentinin  şöbə  müdiri  Con  Uikman-Linnin  başçılıq  etdiyi  nümayəndə 
heyətini qəbul edib. İlham Əliyev Con Uikman-Linnin Bakıda keçirdiyi səmərəli 
görüşlərdən  məmnun  olduğunu,  xüsusilə  neft  sektorunda  Beynəlxalq  Valyuta 
Fondu  ilə  Azərbaycan  arasında  əməkdaşlığın  gündən-günə  inkişaf  etdiyini 
vurğulayıb.  Prezident  bildirib  ki,  fondun  köməyi  və  məsləhətləri  Azərbaycan 
üçün  çox  faydalıdır,  BVF,  habelə  digər  maliyyə  qurumları  ilə  Azərbaycanın 
əməkdaşlığı  bundan  sonra  da  inkişaf  edəcək.  Con  Uikman-Linn  Azərbaycan 
hökumətinin  yoxsulluğun  azaldılmasına  dair  proqramını  yüksək  qiymətləndirib, 
eyni  zamanda,  bildirib  ki,  Beynəlxalq  Valyuta  Fondu  bu  işdə  Azərbaycan 
hökumətinə  öz  köməyini  əsirgəməyəcəkdir.  Azərbaycanın  neft-qaz  sektorunda 
əldə etdiyi uğurları yüksək qiymətləndirən Con Uikman-Linn xüsusilə şəffaflığın 
təmin  olunması  sahəsində  Neft  Fondunun  fəaliyyətini  zəruri  amil  kimi 
dəyərləndirib. 
15 dekabr 2005-ci ildə İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın 
Şərq  və  Mərkəzi  Asiya  üzrə  Departamenti  direktorunun  müavini  Julian 
Berenqautun  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul  edib.  Azərbaycanın 
Beynəlxalq  Valyuta  Fondu  ilə  əməkdaşlığından  məmnunluğunu  ifadə  edən, 
ölkənin  iqtisadi  sahədə  böyük  nailiyyətlər  qazandığını  bildirən  İlham  Əliyev 
büdcə artımını, qlobal enerji layihələrinin həyata keçirilməsini və digər uğurların 
iqtisadi inkişafın əsas göstəriciləri kimi dəyərləndirib. 
Hazırda  Beynəlxalq  Valyuta  Fondu  Azərbaycanla  yeni  formatda 
əməkdaşlıq  etməyə  başlayıb.  Bundan  sonra  Fond  Azərbaycanda  ayrıca 
nümayəndə saxlamayacaq. 


84 
 
Azərbaycanın iqtisadi inkişafına dəstək olan beynəlxalq maliyyə təşkilatları 
həm  iqtisadi,  həm  də  sosial  sahələrdə  layihələr  həyata  keçirməklə  bank  sektoru, 
yoxsulluğun  aradan  qaldırılması,  yerli  istehsalat,  sahibkarlıq,  təhsil,  neft-qaz 
istehsalı və daşınması, ətraf mühitin qorunması, infrastrukturun yaxşılaşdırılması, 
orta və kiçik sahibkarlığın inkişafında böyük rol oynamışlar. Beynəlxalq maliyyə 
təşkilatları yalnız yatırım deyil, həm də məsləhət xidməti layihələrində də iştirak 
edirlər.  Qeyd  etmək  lazımdır  ki,  son  yeddi  il  ərzində  Azərbaycanda 
investisiyaların səviyyəsi $9 mlrd.  təşkil edir ki, bunun da $6  milyardını xarici 
investisiya  və  $3  milyardını  yerli  investisiya  təşkil  edir.  Bu  keçid  iqtisadiyyatı 
olan  ölkələr  arasında  ən  yüksək  göstəricidir.  Xarici  investisiyalar  əsasən  enerji 
sektorunda cəmləşmişdir.  
Daha  çox  özəl  sektorun  inkişafı  məqsədi  daşıyan  AYİB  Azərbaycanda  9 
yerli  kommersiya  bankı  ilə  işləyir.  Ümumiyyətlə,  infrastrukturanın  inkişafına, 
nizamnamə  kapitalının  təşkili üçün  Bank 15 illiyə  kredit verir.  Bank  sektorunun 
inkişafında  rolu  olan  təşkilatlardan  biri  də  BMK-dır.  Azərbaycanda  BMK-nın 
yatırımları  əsasən  neft  və  qaz,  maliyyə,  istehsalat  və  aqrobiznes  sahələrində 
həyata keçirilir.  
1992-ci  ildən  Dünya  Bankının  üzvü  olan  Azərbaycanda  1995-ci  ildən 
başlayaraq ümumi həcmi üç milyard Amerika dollarını keçən qırxdan çox layihə 
həyata keçirilmişdir. 1 yanvar  2011-ci ilə qədər : Cəmi 50 layihə üçün  t
əxminən 
3 milyard 
 500  milyon Amerika dolları ayrılmışdır.  
Azərbaycanda  Dünya  Bankının  məqsədi  sosial  xidmətləri  yaxşılaşdırmaq, 
ətraf  mühiti  müdafiə  etmək  və  uzunmüddətli  iqtisadi  inkişafın  əsaslarını 
yaratmaqda  yardım  etməkdir. 
95
Bankın  dəstəklədiyi  bütün  inkişaf  layihələri 
ölkənin  ümumi  inkişaf  strategiyasının  ayrılmaz  hissəsidir.  Xüsusilə  də  neft 
mənbələrindən  yaranan  gəlirlərin  idarəolunması,  iqtisadi  inkişaf  üçün  əsasın 
genişləndirilməsi  və  sosial  xidmətlərin  yaxşılaşdırılmasına  yönəlmiş  yardımlar 
Dünya Bankının əsas strategiyasına daxildir. Əsas məqsəd Azərbaycan əhalisinin 
                                                           
95
   Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə