I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   27   28   29   30   31   32   33   34   35

88 
 
edilməsi  sisteminin  təkmilləşdirilməsində  hökumətə  kömək  etmişdir.  Bura 
magistral  yollarda  müasir  maliyyələşdirmə  və  istismar  praktikasının  tətbiqi  də 
daxildir

 Beynəlxalq  Maliyyə  Korporasiyasının  Texniki    yardım  sahəsində 
layihələrinə aiddir: 
-Azərbaycanda və Mərkəzi Asiyada lizinqin maliyyələşdirilməsi  fondu nəzdində 
texniki yardım proqramı; 
-Lizinqin inkişafı üzrə layihə; 
-Korporativ idarəetmə üzrə layihə; 
-Kiçik və orta  biznesin inkişafı proqramı; 
-Azəriqazbank və Rabitəbanka texniki yardım layihəsi; 
-Bakı fond birjasının  və Qiymətli  kağızlar üzrə dövlət komitəsinin institusional 
gücləndirilməsi. 
  İnvestisiyalar  sahəsində  Azərbaycan  nüfuzlu  beynəlxalq  təşkilatlarla  da 
sıx  əməkdaşlıq  edir  və  onlardan  kredit,  eləcə  də  digər  formalarda  vəsaitlər  cəlb 
olunur. Bu sahədə Dünya Bankı ilə əməkdaşlıq daha çox diqqəti cəlb edir. Dünya 
Bankının  maliyyələşdirdiyi  layihələrin  miqyası   genişdir.  Bu  sosial  müdafiə 
sisteminin,qaçqın  və  məcburi  köçkünlərin  rifahının  yaxşılaşması,  eləcə  də  iri 
infrastruktur layihələridir. 
Azərbaycanda  əlverişli  investisiya  mühitinin  olması  beynəlxalq  maliyyə 
qurumlarının  hesabatlarında  da  öz  əksini  tapır.   Dünya  Bankı  və  Beynəlxalq 
Maliyyə  Korporasiyası  Azərbaycanı  2009-2010-cu  illərdə  biznes  mühitin 
yaxşılaşdırılmasına  dair  islahatların  aparılması  üzrə  ən  islahatçı  ölkə  elan  edib. 
Dünya  İqtisadi  Forumu  tərəfindən   2010-2011-ci  illər  üçün  hazırlanmış  “Qlobal 
Rəqabətlilik  Hesabatı”nda  Azərbaycan    MDB  ölkələri  arasında  yenə  də  birinci, 
makroiqtisadi  sabitlik  altindeksi  üzrə  isə  14  pillə  irəliləyərək  139  ölkə  arasında 
13-cü yerdə qərarlaşmışdır.
99
 “Standart and Poors” Beynəlxalq Reytinq Agentliyi 
                                                           
99
 
http://azertag.az/xeber
   


89 
 
2009-2010-cu illər üzrə ölkə reytinqini “Stabil”dən “Pozitiv”ə yüksəltmiş, “Fitch 
Ratings” Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir. 
Son  dörd-beş  il  ərzində,  Azərbaycan  inkişaf  sahəsində  çox  müsbət 
nəticələri əldə etmişdir, o cümlədən: 

 
2005-ci  ildə  1.270  ABŞ dolları  təşkil  edən  adambaşı  ÜMG  (Bankın  Atlas 
metoduna əsasən) dörd dəfə artaraq 2009-cu ildə 4.820 ABŞ dolları təşkil 
etmişdir . 

 
2008-ci  ildə  səviyyəsi  16%-dən  aşağı  olmaqla,  yoxsulluğun  kəskin 
azaldılması  

 
Çox  yoxsul  təbəqələrin  50%-dən  artıq  hissəsinə  ünvanlı  sosial  yardımın 
göstərilməsi;  

 
Benefisiarların  97%-dən  artıq  hissəsinə  pensiya  və  sosial  sığorta 
müavinətlərinin plastik kartlar vasitəsilə ödənilməsi 

 
Dövlət  Neft  Fondunda  (ARDNF)  vəsaitin  yığılması  vasitəsilə  neft 
gəlirlərinin ehtiyatlı və səmərəli idarə edilməsinin və gələcək nəsillər üçün 
saxlanmasının təmin edilməsi. Azərbaycan Hasilat Sənayelərinin Şəffaflıq 
Təşəbbüsü  (EITI)  çərçivəsində  2009-cu  ildə  şərtləri  yerinə  yetirən  ölkə 
kimi dünyada ilk təsdiq olunmuş ölkə olmuşdur.  

 
Müəssisələrin  qeydiyyatı  sahəsində  ciddi  irəliləyişlər  əldə  olunmuşdur. 
Müəssisənin qeydiyyata alınması üçün tələb olunan vaxt 2007-ci ilin Doing 
Business  Hesabatında  qeydə  alınmış  51  gündən  2010-cu  ilin  Hesabatında 
qeyd olunduğu kimi, 8 gün müddətinə qədər azalmışdır.  
Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə  Korporasiyasının  birgə  hazırladığı 
“Doing Business” hesabatı, bu sahədə ən nüfuzlu sənədlərdən hesab edilir. Əgər 
2009-cu ili əhatə edən hesabatda reytinq 181 ölkə üzrə hazırlanmışdırsa, 2010 və 
2011-ci illəri əhatə edən hesabatlarda bu qiymətləndirmə 183 ölkə üzrə aparılmış 
və  metodologiyada  dəyişikliklər  edilmişdir.
100
 “Doing  Business  2011”  hesabatı 
                                                           
100
   Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2011” hesabatı. 


90 
 
dünyanın 183 ölkəsi üzrə reytinqə təsir edən 9 göstərici olmaqla aparılmış təhlili 
əhatə etmişdir. 
101
 
183  ölkənin  yer  aldığı  biznes  mühitə  dair  “Doing  Business  2011” 
hesabatında Azərbaycanın yeri son iki ildə olduğu mövqedən 1 pillə irəliləyərək 
54-cü yerə yüksəlmişdir. Hesabatda 2006-cı ildən bəri 5 il ərzində Azərbaycanın 
biznes  mühiti  üzrə  əhəmiyyətli  islahatlar  apardığı  və  biznes  mühitinin 
təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilir.
102
 
 
2007-ci  ilin  fevral  ayında  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 
İlham  Əliyev  “Doing  Business”  hesabatının  müəlliflərindən  biri  cənab  Simeon 
Djankovu qəbul etmiş və bu görüşdən sonra qeyd olunan hesabatda Azərbaycanın 
reytinqinin  yaxşılaşdırılması  ilə  bağlı  aidiyyəti  dövlət  orqanlarına  müvafiq 
göstərişlər vermişdir.  
Beynəlxalq  maliyyə  təşkilatlarının  Azərbaycanla  son  illərdə  əməkdaşlıq 
istiqamətlərinə diqqət etsək, daha çox vəsait qeyri-neft sektoruna və daha dəqqiq 
desək,  sosial  və  sahibkarlıq  sahələrinin  inkişafına  yönəlmişdir.  Çünki, 
iqtisadiyyatın  əsas  hissəsinin  neft  sektorundan  asılı  olması  gələcək  inkişafa 
təhlükə törədə bilər. Beynəlxalq təşkilatların araşdırmalarına görə Azərbaycanda 
indiyə  qədər  müxtəlif  layihələr  üzrə  ən  çox  layihələr  həyata  keçirən  Dünya 
Bankıdır.  Keçirilən  araşdırmalar  göstərir  ki,  hökumət  daha  çox  kiçik  və  orta 
sahibkarlığın inkişafı üzrə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı davam 
etdirməlidir.  Araşdırma  zamanı  sorğuda  iştirak  edən  mütəxəssislərin  50%-i 
sahibkarlığın  inkişaf  etdirilməsi  üçün  daha  çox  sərmayələrin  cəlb  olunmasını 
düşünür.  Əldə  olunan  daha  bir  maraqlı  faktı  da  qeyd  etmək  lazımdır  ki, 
Azərbaycan  iqtisadiyyatının  inkişaf  etməsinə baxmayaraq  gələcəkdə də  davamlı 
əməkdaşlığı vacibdir. 
 Son illər Azərbaycan iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı ulu öndər 
Heydər  Əliyevin  uzaqgörənliklə  müəyyən  etdiyi  sosial-iqtisadi  inkişaf 
strategiyasına  əsaslanır,  ölkəmiz  bütün  sahələrdə  böyük  nailiyyətlərə  imza  atır, 
                                                           
101
 Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2011” hesabatı. 
102
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2011” hesabatı.   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə