I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   27   28   29   30   31   32   33   34   35

94 
 
iri transmilli korporasiyaların nümayəndəlik və yaxud filiallarının Azərbaycanda 
fəaliyyət  göstərməsi  göstərilən  istiqamətlərdə  investisiyaların  cəlb  edilməsinin 
yüksələn xəttlə inkişaf etdiyini göstərir. 
Ölkəmizin  birbaşa  xarici  investisiya  axını  prosesində  ixracatçı  kimi  çıxış 
etməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Azərbaycanın bu prosesdə iştirakı 
hələlik  epizodik  xarakter  daşıyır.  Belə  ki,  bu  günə  kimi  fəaliyyəti  respublikanın 
tədiyyə  balansında  öz  əksini  tapan  yeganə  istehsal  müəssisəsi  ölkəmizin  Rusiya 
paytaxtında yerləşən şərabçılıq zavodudur. Bu müəssisə keçmiş SSRİ dövründən 
Moskva şəhərində fəaliyyət göstərirdi, lakin SSRİ parçalanandan bir neçə il sonra 
müəssisə fəaliyyətini dayandırmışdı. Cəmi bir neçə il bundan öncə öz fəaliyyətini 
yenidən  bərpa  etmiş  bu  müəssisədə  bu  gün  yüzlərlə  adam  çalışır.  50-60  adda 
spirtli  içki  Azərbaycanın  ticarət  markaları  ilə  istehsal  edilir.  Təsərrüfat 
subyektinin satış həcmi günü-gündən artır, çünki istehsal edilən məhsullar yüksək 
keyfiyyətlidir, yüksək səviyyədə də reklam olunur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  kapital  ixracatçısına 
çevrilməsi  milli-iqtisadi  mənafelər  baxımından  çox  sərfəli  olsa  da,  yaxın 
gələcəkdə belə bir prosesin başlanılması hələ ki gözlənilmir. Azərbaycanın milli 
dövlətçiliyinin  güclənməsi  və  milli  iqtisadiyyatının  inkişafı  ilə  paralel  olaraq 
həmin  biznes  subyektlərinin  fəaliyyəti  genişlənir,  inkişaf  edir.  Ona  görə  də,  bu 
istər  Azərbaycana  investisiya  cəlb  olunması,  istərsə  də  ölkəmizin  kapital 
ixracatçısına  çevrilməsi  prosesində  onun  potensial  inkişaf  imkanları  kimi 
qiymətləndirilməlidir. 
Dünya  ölkələrinin  təcrübəsi  sübut  edir  ki,  iqtisadiyyata  xarici 
investisiyaların cəlb olunması bir sıra mühüm üstünlüklərə malikdir: 
-Əvvəla,  birbaşa  xarici  investisiya  qoyuluşu  ölkədə  xalq  istehlakı  malları 
istehsalına  və  xidmətlərin  genişlənməsinə,  yeni  texnologiyalara,  idarəetmənin 
qabaqcıl  üsullarına  yiyələnməyə,  real  bazar  münasibətlərinə  uyğun  infrastruktur 
yaradılmasına şərait yaradır; 


95 
 
-İkincisi,  xarici  ölkələrdən  alınan  borc  və  kreditlərdən  fərqli  olaraq  xarici 
investisiya  xarici  borca  əlavə  ağırlıq  gətirmir,  əksinə,  onun  ödənilməsi  üçün 
vəsait əldə etməyə imkan yaradır; 
-Üçüncüsü,  birbaşa  xarici  investisiya  qoyuluşu  istehsal  və  elmi-texniki 
kooperasiya  hesabına  milli  iqtisadiyyatın  dünya  iqtisadiyyatı  ilə  daha  səmərəli 
inteqrasiyasını təmin edir.
107
 
Aydındır  ki,  Azərbaycan  Respublikası  xarici  investisiyaların  cəlb 
olunmasında  əsas  məqsəd  iqtisadiyyatın,  həmçinin  sahibkarların  potensial 
imkanlarını  reallaşdırmaq,  işgüzarlıq  fəaliyyətini  artırmaq,  ölkənin  milli 
sərvətlərindən və ehtiyatlarından səmərəli istifadə etməkdən ibarət olmalıdır. 
Beynəlxalq  təşkilatların  və  dövlətlərin  birbaşa  köməkliklərdən  istifadə 
edərək  milli  iqtisadiyyatın  dinamik  inkişafını  və  əhalinin  yüksək  həyat 
səviyyəsini  təmin  etmək,  bazar  münasibətlərinə  əsaslanan  səmərəli  təsərrüfat 
sistemi  yaratmaq və bir sıra digər problemlərin həlli üçün də bu yol  ən münasib 
variant kimi hesab edilməlidir. 
Aydındır ki, iri investorlar kapital ixracını həyata keçirməklə ilk növbədə 
öz iqtisadiyyatlarının və yaxud firmalarının iqtisadi inkişafını nəzərdə tuturlar. 
Beləliklə,  iqtisadi  cəhətdən  zəif  ölkələr,  o  cümlədən  Azərbaycan 
Respublikası  iqtisadi  inkişaf  üçün  son  dərəcədə  zəruri  olan  birbaşa 
investisiyaların  cəlb  eilməsi  üçün  əlverişli  şərait  yaratmalı,  başqa  sözlə 
“investisiya  iqlimi”ni  investorlar  üçün  əlverişli  etməlidirlər.  Ancaq  elə  məhz 
buradaca  bir-birinə  zidd  iki  problem  ortaya  çıxır:  bir  yandan  kapital  ixracının 
subyekti  olan  ölkələrin  milli  və  ya  dövlət  mənafelərinin  təhlükə  altına  düşmək 
problemi,  o  biri  yandan  isə  kapital  qoyuluşunun  obyekti  olan  ölkələrdə 
milliləşdirmə,  rekvizisiya  və  sairə  bu  tipli  tədbirlərini  həyata  keçirdikdə  xarici 
investisiyaların qorunması problemi. 
Dünya  İqtisadi  Forumun  (DİF)  indeks  göstəricilərinin  müasir  dinamikası 
Azərbaycan  iqtisadiyyatı  üçün  nəinki  mövcud  rəqabət  üstünlüklərinin 
                                                           
107
 Транснациональные корпорации и прямые иностранные инвестиции как основа глобализации // 
Долгов С.И. Глобализация экономики: новое слово или новое явление? - М., 1998. 


96 
 
saxlanmasının  önəmli  olduğunu,  həm  də  yeni,  yüksək  texnologiyalara  və 
«biliklərin  iqtisadiyyatı»na  əsaslanan  innovasiyalı  iqtisadiyyatın  tətbiqi  yolu  ilə 
daha  yüksək  üstünlüklərə  keçmək  və  bununla  milli  iqtisadi  təhlükəsizliyimizin 
təmini  üçün  mümkün  olan  hər  şeyi  etmək  haqqında  danışmağa  imkan  verir.
108
 
Bununla  yanaşı,  DİF-in  reytinqlərinin  təhlili  göstərir  ki,  bunu  yalnız  uğurlu 
makroiqtisadi  göstəricilər  hesabına  etmək  mümkün  olmayacaq.  Azərbaycanın 
müasir iqtisadiyyatının keyfiyyətli artımı ilə hər yeni addım daha çox qüvvə tələb 
edir  və  burada  ümumi  rəqabətqabiliyyətliliyinə  təsir  edən  bütün  amillərin  yalnız 
tarazlı  və  kompleks  yaxşılaşdırılması  bu  uğurun  zəmini  ola  bilər.  Milli 
iqtisadiyyatda  mövcud  innovasiya  meyillərini  qiymətləndirmək  üçün  son  illərin 
statistikasına  müraciət  edək.  İnnovasiya  məhsulunun  TMK-ların  miqyası  ilə 
müqayisədə çox kiçik olmasına rəğmən qeyri-neft sektorunda (emal sənayesində) 
innovasiya  məhsulunun  dəyərinin  artmasını  bu  istiqamətdə  aparılmaqda  olan 
tədbirlərin  kiçikmiqyaslı  ilkin  nəticəsi  kimi  qəbul  etmək  olar.  Aparılan  təhlil 
ölkəmizdə  innovativ  inkişafa  diqqətin  daha  da  artırılmasını  və  müvafiq  tədbirlər 
proqramının  həyata  keçirilməsinin  zəruri  olduğunu  göstərir.  Azərbaycanda 
aparılmaqda  olan  iqtisadi  siyasət  ölkəmizin  investisiyalar  üçün  cəlbediciliyini 
xeyli  artırır.  İnnovasiyalar  ölkənin  insan  kapitalının  inkişaf  etməsinə  şərait 
yaratmaqla,  hər  hansı  sahədə  məhsuldarlığı  artırmaqla  köməkçi  və  qohum 
sahələrin  də  inkişafına  impuls  verərək  daha  yüksək  və  dayanıqlı  iqtisadi  artımı 
təmin  etməklə  ölkənin  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsində  mühüm  rol 
oynayır. Müasir dövrdə innovasiyalı inkişaf qloballaşma prosesləri ilə bilavasitə 
bağlıdır.  Qloballaşma  elmi  biliklərin  və  texnologiyaların  ötürülməsi  və 
kommersiyalaşması üçün əlverişli zəmin yaradır. İnnovasiyaların yayılmasına iki 
səviyyədə  baxmaq  olar  :  1.  istənilən  elmi-texniki  biliklərin  və  istehsal 
təcrübəsinin  makrosəviyyədə  ötürülməsi;  2.  konkret  texnoloji  proseslərin  təkrar 
istehsalına  aid  olan  elmi-texniki  biliklərin  və  təcrübənin  ötürülməsi.
109
 
                                                           
108
 
http://vergiler.az/
 17 aprel 2015 
109
 
Cantwell J. (1997). “The globalization of technology: what remains of the product cycle model?” 
“Technology, globalization and economic performance”, Cambridge University Press.  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə