76
kapital qoyuluşudur. İnvestisiyalar müddətinə görə üç cür olur: uzunmüddətli,
qısamüddətli və ortamüddətli. Qoyuluş istiqamətinə görə isə, fiziki, insan kapitalı
və texnoloji kapital kimi növlərə ayrılır. İnvestisiyalar həm yerli investorlar, həm
də xarici investorlar tərəfindən həyata keçirilir. Bunlar da rezidentlər və qeyri-
rezidentlərdir. Kapitalın beynəlxalq hərəkəti zamanı rəsmi və şəxsi invsetisiyalar
baş verir. Rəsmi dedikdə, dövlət xətti ilə həyata keçirilən investisiyalar başa
düşülür. Şəxsi investisiyal isə mikro iqtisadiyyat səviyyəsində həyata keçirilən
investisiyadır.
Charles Kegley və Eugene Vittkopf Transmilli korporasiyaların müsbət və
mənfi tərəflərini belə qruplaşdırmışlar:
87
Müsbət tərəfləri
Mənfi tərəfləri
1. Dünya ticarət həcmini artırırlar.
1. Rəqabət və sərbəst inkişafı azaldan
oliqopolistik
2.
İqtisadi yeniliklərə yol açan
araşdırmaları vardır.
2. Ev sahibi ölkə üçün daxili sərmayəni
artırır (yerli sənayeni investisiya
sərmayəsindən məhrum edir).
3. İşçilərin təhsil səviyyəsini inkişaf
etdirir.
3. İnfilyasiyaya səbəb olacaq kartellərin
yaranmasına səbəb olur.
4. Gəlir və rifah yaradırlar.
4. Az inkişaf etmiş ölkələrə uyğun
olmayan texnoloji ixrac edirlər.
5. Az inkişaf etmiş ölkələrə inkişaf
etmiş texnologiyanı gətirirlər.
5. Borclu yaradır və zəif olanı borc
verəndən asılı hala gətirir.
Xarici kapitalı olan müəssisənin bu formalarda fəaliyyəti mövcuddur:
filial - bu elə müəssisədir ki, qeyri-rezident olan investora təmamilə
məxsus olsun.
qız kompaniya - burada isə qeyri-rezident 50%-dən çox kapitalı
özündə cəmləşdirir.
87
Deniz Ülke Arıboğan, Globalleşme Senaryosunun Aktörleri, İstanbul: Der Yayın Evi,1997,səh.175
78
köklü olaraq dəyişikliklər baş verdiyinin şahidi oluruq. Bunlardan biri də elmi
tədqiqat, təcrübə konstruktor işləridir. Belə ki, transmilli korporasiyaların elmi
tədqiqatlar ilə bağlı olan bölmələri müxtəlif ölkələrdə yerləşəcəklər. Son illərdə
TMK-ların yayılması nəticəsində bu şirkətlərin idarəçiliyinə xüsusilə çox yaxşı
təhsil almış, təcrübəli ödənişlə çalışan profisionallar gətirilməkdədir.
88
Bu şəxslər
“qlobal idarəçilər” (global manager) adlandırılır.TMK-lar 4 fərqli idarəçi seçimi
edə bilərlər:
89
1.
Ana ölkədən;
2.
Ev sahibi ölkədən;
3.
Üçüncü ölkədən;
4.
Yuxarıdakı seçimlərdən ən az ikisinin birlikdə tərcih olunması.
Amerikan TMK-ları üzərində aparılan araşdırmalara görə çox şirkətin
işçiləri ev sahibi ölkənin vətəndaşlarından ibarətdir. Bunun səbəbləri
aşağıdakılardır:
90
Xaricə bir amerikalı və ailəsini göndərmək ailə başına 30 min dollara
başa gəlir.
Amerikalılar üçün yaşayış təzminatları xeyli yüksəkdir. (Məsələn,
Sinqapurda bir çox Amerikan şirkəti amerikalı işçilərə ayda 500
dollar , bəzən daha çox əlavə maaş verirlər)
Az inkişaf etmiş ölkədə 20 min dollardan az ödənişlə işə götürmək
üçün könüllü və təcrübəli Amerikan idarəçilərin tapılmasında
yaranan çətinlik. (Xarici şöbələrin bu məbləği ödəmək üçün bəzən
heç gücü də çatmır.)
TMK-lar strateji planlaşdırma apararkən aşağıdakıları nəzərə almalıdırlar:
91
1.
Fürsətləri və təhdidləri nəzərə alaraq beynəlxalq xarici mühiti analiz
etmək;
88
Deniz, Nevin; Global Eğitim,
Türkmen Kitabevi, İstanbul 1999, s. 92
89
Phatak, Arvind V.; Managing Multinational Corporations,
Praeger Publishers,
New York
1974., s. 190.
90
Phatak, Arvind V.; a.g.e., s. 192
91
http://www.ozyazilim.com/ozgur/marmara/uluslararasi/stratejikplan.htm , (15 Temmuz 2009)