I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

67 
 
Başqa sözlə iqtisadi qloballaşma mədəni imperializmin əsaslarına söykənir. 
Bəziləri isə qloballaşmanı müsbət bir proses kimi qiymətləndirirlər. Onların 
bir  çoxu  qloballaşmanı  özü  ilə  bütün  dünya  əhalisinə  beynəlxalq  əmək 
bölgüsünün  və  bazar  iqtisadiyyatının  bəhrələrindən  yararlanmaq  imkanı  gətirən 
kapitalizmin  dünyanın  hər  bir  küncünə  və  köşəsinə  nüfuz  etməsi  kimi 
qiymətləndirirlər.  Qloballaşma  sərhədlər  üzərindən  iqtisadi,  siyasi,  sosial  və 
mədəni əlaqələrin intensivləşməsidir. 
İmmanuel Vollerşteynə görə isə qloballaşma qlobal əmək bölgüsü  ilə bir-
birinə bağlanmış kapitalist dünya iqtisadiyyatının qələbəsidir. Bu kapitalist dünya 
sistemi kapital toplamaq məntiqindən irəli gəlir.
69
 
Qloballaşma  kapitalist  istehsal  üsulunun  bütün  dünyanı  öz  sistemi 
çərçivəsində  düzənləmə  prosesi  kimi  də  qiymətləndirilir.  Kapitalist  istehsalının 
əsas  məqsədi  kapital  toplamaqdır.  Lakin  müəyyən  olunmuş  sərhədlər  daxilində 
daimi  mənfəəti  təmin  etmək  qeyri-mümkündür.  Buna  görə  də  kapitalist 
münasibətlərinin  iştirakçıları  fəaliyyətlərinin  ərazi  sferasını  genişləndirərək  yeni 
qazanc  mənbələri  axtarmaq  məcburiyyətindədirlər.  Məqsədi  bütün  dünyanı 
''kapitalizm  bayrağı''  altında  birləşdirmək  olan  bu  proses  qloballaşma  adını 
almışdır. 
M.Albrou  qloballaşmanı  dünya  xalqlarının  vahid  dünya  cəmiyyətində 
birləşdirən  bütün  proseslər,  bəşəriyyətin  ilk  dəfə  kollektiv  aktor  olacağı  bir 
cəmiyyət kimi xarakterizə edir. Qlobalizm o dəyərlərlə təyin olunur ki, onlar real 
dünyanı  –  5  milyardlıq  əhalini  əndişə  obyekti  kimi,  bütün  yaşayanları  dünya 
vətəndaşları, istehlakçılar və istehsalçılar kimi nəzərdə tutsun. Bir tək maraqla – 
qlobal  problemlərin  kollektiv  həll  edilməsi  marağı  ilə.
70
 Robertson  isə 
qloballaşmanı  həm  dünyanın  sıxılması  həm  də  dünyanın  vahid  tam  şəklində 
dərkinin  güclənməsi  ilə  əlaqələndirir.  ''Məsafənin  tiraniyasına''  teleqraf,  telefon, 
radio  və  televiziya  ilə  başlayan,  kompüter,  peyk  ötürücüləri,  faks  və  İnternetlə 
                                                           
69
“Dynamics of Global Crisis“ Immanuel Wallerstein with Samir Amin, Giovanni Arrighi and Andre Gunder 
Frank,1982, London 
70
 
Albrow M. Globalization, Knowledge and Society. – London: Sage,1990
 


68 
 
davam edən kommunikasiya inqilabı nəticəsində son qoyulur. Hava nəqliyyatı ilə 
birlikdə  bunlar  dünyanın  sıxılmasına  səbəb  olub.  Belə  ki,  informasiya  bir  anda 
ötürülə  bilər  və  insanlar  dünyanın  bir  ucundan  digər  ucuna  24  saatdan  çox 
olmayan  bir  müddətdə  çata  bilərlər.  Bu  effekt  coğrafiyaçı  Devid  Harvey 
tərəfindən ''zaman və məkan sıxlığı'' adlandırılmışdır.
71
 
R.Robertsonun  yanaşmasına  qarşılıqlı  asılı  vahid  dünyanın  yaranmasında 
çox  böyük  rolu  olan  iqtisadi  institutlar  və  kommunikasiya  texnologiyaları  da 
aiddir.  Bu  yanaşma  bəşəriyyətin  kollektiv  aktor  olması  və  ümumi  problemlərə 
kollektiv  həll  yolları  axtarması  ilə  məhdullaşmır.  Robertson  da  Olbrou  kimi 
diqqəti  siyasi  və  mədəni  ideyalar  (insan  hüquqları,  qlobal  ətraf  mühit  üçün  mə-
suliyyət,  kosmopolitalizm)  yönəltməyə  çalışır.  Qloballaşma  yalnız  siyasi 
iqtisadiyyatın  və  ya  beynəlxalq  münasibətlərin  subyektini  təşkil  edən  böyük 
transmilli  strukturları  deyil,  həm  də  bizim  dünyadakı  fəaliyyətimizi,  qavrayışı-
mızı, təcrübəmizi əhatə edir. Robertson qloballaşmanın millət daxilində baş verən 
kiçik  miqyaslı  hadisələrdən  fərqli  və  onlara  antoqonist  böyük  miqyaslı,  dünya 
mərkəzli bir proses olduğunu qəbul etmir. Onun fikrincə ''qlobal'' və ''lokal'' bir-
biri ilə konfliktdə deyillər. Onlar bir-birilərini itələyəcək nöqtəyə qədər qarşılıqlı 
təsir göstərirlər.
72
 
Bu  arqument  ''qlokalizasiya''  və  ya  ''lokal  qloballaşma''  anlayışlarını 
meydana çıxarır. Bunlar ilk olaraq 80-ci illərdə yapon biznes dairələrində qlobal 
şirkətlərin istehsalçıların fərqli tələblərini  qarşılamaq üçün xüsusi yerli şəraitlərə 
uyğun  məhsulların  hazırlanması  prosesinə  deyilirdi.  Robertson  daha  irəliyə 
gedərək  qlokalizasiyanı  və  ya  qloballa  lokalın  qarşılıqlı  nüfuzunu  qlobal 
cəmiyyətin  təyinedici  bir  cəhəti  kimi  səciyyələndirmişdir.  R.Robertsonun 
fikrincə,  qloballaşma  və  qlobal  ''sahə''  arasında  fərq  qoyulmalıdır.  Qlobal  sahə 
müxtəlif  növ  qarşılqlı  təsirlərin  və  dəyişikliklərin  baş  verdiyi  yeganə  sosial 
dünyadır. Qloballaşma isə vahid qlobal sahənin yaranmasını şərtləndirən amildir, 
lakin  o,  qlobal  sahənin  yeganə  komponenti  deyildir.  Digər  komponentlərə  isə 
                                                           
71
 “Spaces of Global Capitalism: Towards a Theory of Uneven Geographical Development” David Harvey  2006 
72
 Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992 


69 
 
millətlər,  başqa  cəmiyyətlər,  həmçinin  fərdlər  daxildir.  R.Robertsona  görə, 
qloballaşma  yalnız  strukturlar,  institutlar  və  şəbəkələrlə  bağlı  deyil,  həmçinin 
bizim sosial həyat və oradakı yerimiz haqqında düşüncə tərzlərimizlə bağlıdır. O, 
qeyd edir ki, dünyanın vahid cəmiyyət olması haqqında ideya ta əvvəllərə gedib 
çıxır. Bu, məsələn, Allahın Yerdəki Krallığı kimi düşüncələrdə əks olunmuşdur.
73
 
İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət 
uğrunda  kəskin  rəqabət,  mübarizə  təşkil  edir.  Onun  əsas  aktorları  transmilli 
şirkətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, böyük sənaye kampaniyalarının 
iqtisadi  və  maliyyə  maraqlarının  milli  sərhədləri  aşmağa  başladığı  dövrdən 
formalaşmağa  başlamışdır.  XX  əsrin  ikinci  yarısından  regional  transmilli 
şirkətlərin  qlobal  şirkətlərə  çevrilməsi  prosesi  başlandı.  Buna  xeyli  dərəcədə 
planetin  müxtəlif  hissələrini  vahid  informasiya  və  iqtisadi  məkanda  birləşdirən 
elektron rabitə vasitələri sahəsindəki inqilab təkan verdi. 
İqtisadi  qloballaşma  mərkəzləri  çox  böyük  miqyasda  fəaliyyət  göstərirlər. 
Öz  iqtisadi  gücünə  görə  bir  sıra  transmilli  şirkətlər  ayrı-ayrı  dövlətlərlə  rəqabət 
aparmaq  imkanına  malikdirlər.  Kapital  investisiyası  və  yeni  texnologiyalar 
üzərində  nəzarət  imkanları  onlara  hətta  çox  güclü  dövlətlər  üzərində  xüsusi 
fəaliyyət rıçaqları verir. Orta hesabla transmilli şirkətlərin xaricdən əldə etdikləri 
gəlirin  yarısı  onların  yerləşdiyi  ölkəyə  gətirilir.  Transmilli  şirkətlərin  çoxunun 
məhz  ABŞ  ərazisində  cəmlənməsi  müasir  dünyada  ABŞ-ın  mütləq  ticarət 
üstünlüyünün əsas səbəblərindən biridir. 
Firmalar xaricə çıxmazdan qabaq beynəlxalq mühiti yaxşı analiz etməli və 
qloballaşma  dövründə  “addımlarını  sağlam  atmalıdır”.  Əks  vəziyyət  şirkətlərə 
faydadan çox zərər gətirə bilər.
74
Robert Holtona görə beynəlxalq iqtisadiyyat ilə 
transmilli  iqtisadiyyat  anlayışları  arasında  fərq  qoyulmalıdır.  Beynəlxalq 
iqtisadiyyat  müəyyən  millətlərə  aid  institutlar  və  iqtisadi  aktorlar  tərəfindən 
həyata  keçirilən  milli  iqtisadiyyatlar  arasında  baş  verən  mübadilədir.  Sadə  dillə 
                                                           
73
 
Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992.
  
 
74
  Kotler, Philip - Armstrong, Gary; Principles of Marketing, Prentice Hall Inc. (2nd ed.), New York 1996, s. 263. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə