I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

64 
 
Tamamilə  aydındır  ki,  hökumətlərin  şöhrətpərəst  ambisiyalarının  digər 
xüsusiyyətlərini üstələməsi onları transmilli təsirlərə və TMK-lara uyğunlaşmağa 
məcbur  edir.  Əgər  dövlətlər  və  onun  səlahiyyətli  hökuməti  öz  sərəncam  vermə 
imkanlarını  daha  da  artırmağa  çalışırsa,  onda  dövlətlərarası  siyasətlə  yaxından 
maraqlanmalı,  bu  siyasətə  nəzarəti  şəxsən  həyata  keçirməli  və  transmilli 
münasibətlərə  cəlb  olunmalıdır.  Ancaq  onlar  tam  nəzarətə  “pul  ödəmək” 
istəmirlər  və  buna  görə  də  TMK-ların  nisbi  muxtariyyəti  ilə  barışmalı  olurlar. 
Analitiklər  onların  davranışlarını  müəyyən  etmək  üçün  əvvəlcə  TMK-lar 
haqqında detallı bilgilərə sahib olmalıdır. 
Nəzəriyyəçilər mərkəzi-dövlət paradiqmasını irəli sürərkən, transmilli təsir 
və  bu  təsiri  ardıcıl  qurulmuş  əlaqələr  şəbəkəsi  şəklində  özündən  keçirərək 
dünyaya  “sırıyan”,  əks  etdirən  TMK-lar  barədə  unutmayıblar,  əlbəttə  ki,  çox 
gözəl  anlayırlar  ki,  dünya  arenasında  dövlətlərlə  yanaşı  digər  aktorlar  fəaliyyət 
göstərir. Yenə də transmilli münasibətləri dövlətlər arası siyasi sistemdən çıxarıb 
atırlar,  belə  əsaslandırırlar  ki,  onların  birbaşa  siyasi  təsir  dairəsi  böyük  deyil, 
bilvasitə təsiri isə milli xarici siyasət məsələlərinə, daxili faktorlara ayırd edirlər. 
Bu son baxış müstəsna olaraq dövlətlərin davranış terminlərindəki siyasətin 
izahına  qismən  də  olsa  əsaslanır.  Dövlətlər  yalnız  dövlətlərin  daxil  olduğu 
beynəlxalq təşkilatlar yolu ilə, ya da ki birbaşa fəaliyyət göstərən vacib aktorlar 
olaraq qalmaqdadır. Dövlətlər monopol və milli eqoistik zəmində təşkil olunmuş 
gücdür ki, yekun silah və potensial razılaşmaların resurs mənbəyi sayılır. TMK-
ların və transmilli təsirin dövlətlərarası siyasətin sırasından istisna etmək düzgün 
yanaşmadırmı  və  mərkəzi-dövlət  paradiqması  bütün  həlli  gözlənən  tələblərə 
cavab  verirmi?  Məsələnin  belə  qoyuluşunda  şübhəli  məqam  ondan  ibarətdir  ki, 
dövlətlər  həmin  beynəlxalq  siyasi  arenaya  çox  vaxt  daxili  simasını  gizlətmək 
üçün  TMK-ların  tövsiyyə  etdiyi  “bürüncəklərdə”  çıxır.
66
 Əgər  biz  bu  teoremin 
institusional  izahından  çıxış  etsək,  bu  yeni  varlığın  daha  geniş  izah  olunmasına 
ehtiyac aydın hiss edilir. Klassik model isə adətən dünya siyasətini fəaliyyət və 
                                                           
66
 Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ- ность стран”. Москва: 
МГУ им. Ломоносова 


65 
 
dövlətlərin  təsiri  kimi  müəyyənləşdiriblər.  Dövlətlərin  daxili  siyasətini  araşdıran 
tədqiqatçı-alimlər  dövlətin  müstəsna  rolundan  əl  çəkib,  cəmiyyət  tərəfindən 
mütləq qərar qəbul etmə prosesinə diqqəti cəmləyiblər. Bu kontekstdə TMK-lara 
uyğun  izah  tapmağa  çalışsaq,  gərək  əvvəlcə  cəmiyyətin  ümumi  razılığını  ifadə 
edən qərarların beynəlxalq transmilli müstəvidə yerini müəyyənləşdirməliyik. Bu 
gün müasir TMK-lar tərəfindən ambivalent-ikili standart tövsiyyə olunur, sonrakı 
inkişaf  mərhələlərində  tövsiyyəni  tamamlayan  fəaliyyət  növləri  bütün  aspektləri 
ilə yalnız bir fiqur marağından çıxış edir. Bir tərəfdən TMK-lar dünya iqtisadi və 
siyasi  məkanının  liberallaşdırma  və  demokratikləşmə  ilə  yüklənməsində 
maraqlıdır,  digər  tərəfdən  isə  qlobal  miqyasda  fəaliyyət  göstərən  azad  bazar 
qanunları TMK-ların daxilində işləmir. Bu ziddiyyətin hərəkətverici qüvvəsi bir 
tərəfdən  beynəlmiləlləşmə  və  liberallaşma,  digər  tərəfdən  isə  yeni  siyasi  və 
iqtisadi  qanun  müəyyən  etmə  niyyəti  güdən  qloballaşma  prosesi  üçün  də 
xarakterikdir. 
Dünya  siyasətini  beynəlxalq  sistemin  vacib  aktorları  arasında  siyasi 
əlaqələrin  bütün  növləri  kimi  izah  edirik,  burada  vacib  aktor  dövlət 
sərhədlərindən  kənarda  digər  aktorlarla  siyasi  münasibətlərə  girən,  dünyanın 
əhəmiyyətli  resurslarına  nəzarəti  əlində  saxlayan,muxtar  individ  və  təşkilatlar 
nəzərdə tutulur. Belə aktorlar vacib deyil ki, dövlət və ya TMK-lar olsun. TMK-
lar  digər  vacib  aktorların  davranış  istiqamətlərini  dəyişmək  məqsədilə  iqtisadi 
boykot, təyyarələrin zəbt olunması və kilsədən qovulmadan istifadə edən zaman, 
onda  onun  fəaliyyəti  siyasi  müstəviyə  keçir.  Məsələn,  transmilli  neft 
kompaniyaları  istehsalçı  ölkələrdə  elə  iş  aparırlar  ki,  stabilliyi  qoruya  bilsinlər, 
yuxarıdakı prizmalardan çıxış etsək, onlar siyasi aktorlar sayılır.
67
 
Əgər  TMK-ların  yeritdiyi  planlı  siyasətin  təsiri  zəif,  müxtəlif  səpgili 
olsaydı,  onu  heç  bir  xüsusi  qənaətə  gəlmədən,  çətin  mənalandırılan  və 
sadələşdirilmiş  sxemlər  şəklində  rədd  edilən, heç kimin  qəbul etmədiyi  dünyaya 
aid etmək olardı. Lakin transmilli münasibətlər daha vacibdir. Əgər hətta biz bir 
                                                           
67
 Государство и транснациональные компании // Проблемы теории и практики управления/ Шиман М.: 
М, 1999. 


66 
 
sıra hökumətlərin siyasət və imkanları barədə qabaqcadan xəbər tutsaydıq da belə, 
bu  yenə  də  bizə  TMK-ların  cəlb  olunduğu  sistemin  gələcək  xarakteri  və 
nəticələrini  dəqiq  söyləməyə  imkan  verə  bilməzdi.  Ayrı-ayrı  dövlətlər  bəzi 
mənada  transmilli  güclərlə  toqquşma  zamanı  “udurlar”,  ancaq  onların  vəziyyəti 
həmin bu korporasiyaların qərar və hərəkətinə bağlı olduğundan, bu da onların tez 
bir  vaxtda  siyasətlərinin  dəyişməsinə  səbəb  olur  ki,  daha  sonra  baha  başa  gələn 
konfrontasiyadan qaçmaq mümkün olsun. Beləliklə də, belə qənaətə gəlmək olar 
ki, mərkəzi-dövlət paradiqması nəinki müasirliyin tələblərinə cavab vermir, eləcə 
də transmilli münasibətlərdə öz əksini tapan tələblərə çox zəif şəkildə cavab verir. 
 
2.3 Qloballaşma dövründə TMK-ların rolu 
Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələrinin kəşfi, dünya 
iqtisadi  bazarının  formalaşması,  kütləvi  miqrasiyalar,  beynəlxalq  əlaqələrin  və 
mübadilənin  intensivləşməsi  ölkələrin  və  millətlərin  bir-birlərindən  təcrid 
olunmuş şəkildə mövcudluğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə 
artır,  beynəlxalq  münasibətləri  tənzimləyən  dünya  sistemləri  yaradılır,  qarşılıqlı 
mədəni  təsirlər  artır,  böyük  məsafələr  asanlıqla  qət  edilir,  zamanın  gedişi 
sürətlənir,  dünya  bütöv,  vahid  bir  tam  halını  almağa  başlayır.  Texnoloji  inkişaf 
nəticəsində  müasir  dövrdə  dünya  “qlobal  kənd”,  cəmiyyət  “elm  cəmiyyəti”    və 
insanın əldə edə bildiyi vaxt isə “tarixin sonu” olaraq adlandırılmışdır və nəticədə 
qloballaşma insanın idarəsi xaricində inkişaf edən tarixi bir dövrdür.
68
 
Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı 
mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni maraqlarının qalan bütün dünya 
üzərində  dominantlığı  kimi  qiymətləndirirlər.  Bu  dominantlıq  varlı  və  kasıb 
ölkələr,  regionlar  arasında  bərabərsizliyin  davam  etdirilməsi  anlamına  gəlir. 
Burada  problem  yalnız  kəskin  bərabərsizliyin  davam  etməsi  deyil,  həm  də 
dünyanın  ''Koka-Kolonizasiyası''dır.  Belə  ki,  Üçüncü  Dünyanın  əhalisi  qlobal 
iqtisadiyyata  standartlaşmış  məhsulların  passiv  istehlakçıları  kimi  qoşulurlar. 
                                                           
68
 
Camilleri, Jozeps A. Ed.(2002), Democratizing Global Governance, Gordonsville,USA: 
Palgrave Macmillian 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə