Hüseynqulu sarabski KÖHNƏ baki



Yüklə 0,89 Mb.
səhifə5/24
tarix28.01.2022
ölçüsü0,89 Mb.
#83214
1   2   3   4   5   6   7   8   9   ...   24
3A.H.Sarabski-Köhnə Bakı-Lat

Od üstiindən lullanmaq




'/ A Kosa-kosa golsənə, ? ü Golib salara vcrsənə,

Çömçəni doldursana,

Kosanı yola salsana.

* * *


Ay uyruğu, uyruğu,

Saqqalı it quyruğu.

Kosam bir oyun cylər,

Quzunu qoyun cylər,

Yığar Şabran düyüsün, Mahmudun toyun eylər.

* * *


Novruz, Novruz bahara, Güllər-güller nahara, Bağçanızda gül olsurı,

Gül olsun, bülbül olsun,

Bal olsun, həm yağ olsun, Evdokilər sağ olsun.

Verenə oğul versin, Vennəyeno qız versin,

Xamm dursun ayağa,

Kosanm payın vcrsin.

* * *


Mormər hovuzun dörd qırağmda, Bülbiillər oxur şax budağında.

Hər ne istəsəm xudadan allam, Dəllek diikanım yadına sallam.

; Dellok dükam bütün çıraqban, Məclisə geder olində qelyan. Qurbanın olum, yaşıl çuxalı, Dərbəndlisen, yoxsa burah?





Katta ıcosa




Bu nəğmə ile qaytağı oynayan Kosa “Kosa mürd” söyləndikdə yerə yıxıhb uzanardı. Onunla aşağıdakı sual-cavab başlanardı:

  • Kosa, hardan gəhnisen?

  • Qubadan.

  • Ne getirmişdin?

  • Qax, qoz!

  • Qax, qozu neylədin?

  • Satdım.

  • Puiumı neylədin?

  • Arvad aldım.

  • Arvadı bəs neylədin?

  • Döydüm öldü!,,

Kosanm bu sözünə cavab olaraq, yenə xor halında aşağıdakı sözlər oxunardı.

Başın sağ olsun, Kosa,

Canın sağ olsun, Kosa.

Arşın uzun, bez qısa Kəfənsiz öldün, Kosa.

Sonra uşaqlar iki dəstəye ayrılardı. Birinci destə aşağıdakı sözleri oxuduqca ikinci dəstə həmin sözleri təkrar ederdi:

Bazarda üzüm,

Mələk saİmanı,

Nimçəyə düzum,

Mələk salmanı.

Bir ala gözüm,

Mələk salmanı.

Bazarda dibçek,

Mələk salmanı.

Al suyun içək,

Melək salmam.

Sallama birçək,

Melek salmanı.

Bazarda it var,

Məlek salmanı.

Quyruğıında bit var,

Mələk salmam.

Təndirdə küt var,

Mələk salmanı.

Mahmlar bitdikdən sonra Kosa papağını açıb ev yiyesindən və baş- qalanndan pay yığar, uşaqlarla aşağıdakı mahnmı oxuya-oxuya həyət- dən çtxardı:

Bahar gəldi, bahar gəldi, xoş gəldi,

Xəstə könül onu görcək dincəldi.

Sizin bu tezə bayramınız mübarek,

Aymız, gününüz, həftəniz mübarək.

Bayramda damlan gəzib nünnünü getmək adeti da vardı. Bakı evlə- rinin əksəriyyəti alçaq, bir mərtəbəli evler olduğundan küçədən onla- rın darnma çıxmaq asan idi. Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəxin bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadece, evin darmndan, bacasmdan evə sallar, özünü tamtdınna- maq meqsedile şəhadət barmağım bumuna vurmaqla nünnünü səsi çıx^rıb ev yiyəsini xəbərdar edərdi. Bele nünnünü gəzənlər qətiyyən boş qaytanlmazdı. Onlann torbasına hökmən bir şey salmaq lazım idi.

Bayram axşamları arvadlar əlvan xonçalarla qebiristanlığa gedər- diler. Qəbiristanda her kəs öz xonçasını ölüsünün qəbri üzerine düzer ve sonra oxşayıb ağlamağa başlardı.

Görərdin ki, bir qadın ucadan oxşayır:


  • Əlinin gümüş qələminə, başımn oynaq papağına, ağır gəlişine anan qurban.

Bİr başqası onun ağzından alardı:

  • Qıfıllı qapına, bəzenmeyen süfrənə, yanmayan çırağına, başı belalı xalan qurban.

Arabir bayatı da deyərdilər:

Gəlmişəm görəm səni,

Dərmişəm hörəm sənİ,

Əlimdə açanm yox,

Bir açam görəm səni.

* * *


Arxamı dağa verrsm,

Dağdan da dağa verrəm,

Bilsom haçan gələrsen,

Canım sadağa verrəm.

* * *

Men aşiq adı qardaş,



Ağzımın dadı qardaş.

Çağırram hay vermozson,

Tutaram yadı qardaş.

Qəbir üstündə qadınlann ürək yandıran oxşama səsleri, mollaların Quran və yasin oxumalan ölgün şüalar saçan güneşin dağlar arxasında gizlənmesinə qeder davam edordi. Sonra hər kəs Öz evinə qayıdardı.

Bayram axşamının gecesi bütün aile evə toplaşardı. Qeləmkar süf- rə ortalığa döşenerdi. Evin yuxan başında uşaqların atası ÜçÜn xüsusi döşəkcə salınardı. Sufrə üstə hazırlanmış xonçaya el uzatmağa kimsə- nin ixtiyarı yox idi. Kiçik yaşlı uşaqlardan birisi ara-sıra xına ilə boyanmış elini yemİş götürmək üçün qorxa-qorxa xonçaya uzatdıqda, böyük bacısı onun əli üstə vurub yavaş səslə: “çək əlini, ağa döyər”, - deyib onu qorxudardı, Evin kişisi icazə verməyincə heç kəsin ixtiyan yoxdu ki, əlini xonçaya uzatsın. Kişi isə hələ məşğuldur. O, bir bu- caqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. Onun qır- xılmış başında paxlava çekili ağ araqçın, eyninde qara şaldan beli büzmeli don, tİrmə döşlüklü, belində ağbanı qurşaq, ayağmda gen lifəli qara mahud şalvar və qırmızı badanıı putah corab vardır, O, heç tələsmir, namazını bitirdikden sonra “Həvİl haləna ila əhsənül hal” duasını oxuyur. Bu halda 18 yaşh böyük oğul tələsik evə daxil olub, küçelərde tüfəng atıldığını, beloüklə ilin təhvil olduğunu xəbər verir. Ata qoltuğundan üstü güləbətİn çəkili saat qabrnı çıxanr, gümüş saatı- mn qapağnu açıb saata baxır, ilin təhvil otmasına hələ bir neço dəqİqe qaldığını bildırir, canamazı büküb yığışdınr. İrəli gəlib süfre başında salınmış döşekce üste oturaraq, arxasına qoyulmuş nazbalışa söykenir. Hamı xonçamn başına toplaşdıqdan sonra bir qeder bayram yemişin- don yeyir, analan südlüplov qazanım yerə qoyur, hər uşağın payını öz boşqabına tökerək verir. Südlüplov yeyildikden sonra süfirə yığılır.

Sübh açıla-açılmaya moscidlənn minarələrindən sübh azanmın sesi eşidilərdi. İçərişəhərdə Cümə məscidində Moila Qasım adlı bir azançı var idi. Hündürboylu, qarasaqqallı olan bu şəxsin başında ağ, Təbriz araqçını olardı. Hərdənbir şəbkülah da qoyardı. Döşüaçıq kəya- nisi topuğundan bir qarış yuxan, qırmızıya çalan san döşlüyü, belində üstü sarı ipəklə çəkilmiş naxışlı ağ qurşağı, qıçında genbalaqtı ağ kətandan, lifeli yalınqat tumanı var idi. Ayağına qara meşinden dikda- ban Təbriz dübəndisi və bezi vaxt san rengli neleyin geyərdi. Həmin şəxs əcaib bir şoxs idi. Günə baxmaqla vaxtı düzgün söylərdi. İttifaqen birisi ondan soruşsaydı ki, Molla Qasım əmi, saat neçədir? - Güne baxıb deyərdi: - Saat on birdir. Saata baxdıqda isə düz on bir tamam olduğunu görərdilər. Onun gur səsi vardı. Qədim musiqiçilər bilər. Bu adam “Rühül-ərvah”, “EXigah”, “Nəva” (klassik muğam adlarıdır - red.) ilə azan verərdi. Molla Qasımm azanı Bakı camaatını yuxudan oyadardı. Şehordə yavaş-yavaş heyat canlanardı. Küçelərdə uşaqlann rengbərəng paltarlan, xrnaya boyanmış kekil-birçekleri, heyderili baş- ları və tinlerdə dəstə-dəstə olub, əlvan yumurta döyüşdürenlər gözə çarpardı. Ara-sıra tapança da atılardı,

Bayram günii evlerdə. Bayram günü heyət ve otaq qapılannın açıq saxlanması ev sahibinin evdə olduğunu bİIdirerdi. Həyetlerin bəzi- ləri qırlı, bəziləri boş torpaq olardı. Bəzi həyətlərdə su quyusu ve çarhovuz gorünərdi.

Həyətin o biri tərəfində nazik bır daş divarboyu qapı-pəncərəsi bİr- birinden hündür, alçaq damı, şirəli mətbəx, yanmda isə dord bir tərəfı metr yarım ehenglenmiş toyuq hini, bəzi həyətlərdə it damı da görmək olardı. Mətbəxin damında ehengle ağardılmış qoşa alçaq bacalar nezeri celb edərdi. Mətbəxdə mütləq tendİr, biri böyük, digeri kiçjk iki ocaq, bir küre olardı. Mətbəxin divarlannda xırda taxçalar, tendirle üzbeüz divann içinde beş çərək enində üç arşm hündürlüyü olan suaxan görmək olardı. Suaxan nedir? Uşaqlan çox vaxt burada çimdi- rib yuyundurardılar. Suyu böyük mis qazanda isiderdilər. Bəzən, gece ev sahibləri də burada yuyunardı. Mətbəxin taxçalannda, təndir üstə qazan, yuxayayan, mis qablar, aşsüzən, divara söykənmiş məcməyilər, üstünde et döymek üçün et taxtası, qiyməkeş, taxtadan qayrılmış höv- sər tabağı, yene o böyüklükde, bir çərək dərinliyində xemir tabağı, divarlarda asılmış elek, xelbir, qaşıq, səbət ve şalbanlardan asılan qış-










Köhm) haKilılar




dan qalmış balqabaq, kudu. rısa ilo soğan, quru soıdabı balıq, dosto ilo qurumuş qarğıdalı, nann süpürgo, bezdon qab dəsmalları nozoro çar- pardı. Evin kənarında (başmaq çıxarılan yer) pala/. parçası salınardı. Otaq qiymotli xalılarla döşənerdi. Divarları ağardılmjş otağm künclori xırda döşokçolor (dör döşoyi), bezən do Tobrizdon vo ürdobildon gotirilmiş ağ, abı butalı kiftandazlarla döşenərdi. Otağm divarlanndakı camaxatanda, böyük saııdıqların üsto ipok, zər-zərüzlü olvan yorğan- döşoklor vo qu tüklıi balışlar düzülordi. Taxçalarda xırda mücrülorin üstiindo olvan, çin-çin ipok boğçalar qoyulardı. İki camaxatamn ara- sında, döşomodon bir qədər yuxan, bir cüt bodonnüma ayna, iki tax- çanm arasında divar saatı, saatın sağ vo solunda maral başları, hoyoto açılımş poncorolorin sütunlarında iso qırmızı xoruz şokilli ağ, el-üz dosmalları asılardı. Burada ara-sıra moxmor, üstündo gülobotin çokil- miş daraqqabı, saatqabı da nozori eolb cdordi.

Otağın biilün divarlarmda lomo olardı. Lomoyə ikiçin əlvan-zorli çini kasa vo boşqab düzülordi.

Ləməyo bozon bürünc aftafa-loyon, çini gülabzon, dayaz diişbo- roxor (supnik), dərin plov nimçolori vo bozon do olvan, yağlı boyalarla çokilon rosınlorlə bəzənmiş domir podnoslar düzülordi. Lomonin kiinc- lori böyiik düşboroxor və qeyri bu kimi cv lovazimatı ilo bozonordi. Poncorodon sarı şamdanlar, bozi evlordə iso saxsıdan çil-çıraq (tunc rongli) asılardı. Evin ortasına. xalının üstüne böyük qolomkar süfro döşonordi. Siifroyo zorli nimçolordo şokorçöroyi, şokorbura. paxlava, noğul, nabat, piisto, badam, olvan boyanrnış yumurla, kasalarda islan- mış albuxara, - bunu yemok üçün naxışlı laxta qaşıqlar diizordilor. Süfronin ortasında ara-sıra boşqablarda yaşıl somoni qoyardılar. Somo- nini bayramdan bir həftə qabaq isti otaqlarda, nimçolordo bir qarış göyorderdilor. Yuxanda saydığımız şimiyyatlardan başqa, süfrədə tut qıırusu, miyanpur, innab, loblobi, kişmiş, səbzo, alma, portağal da olar- dı. Evdo bayram görüşüno golonlori qobul etmok üçün evin ya böyük oğlu, va bacıoğlu, yainki, qardaşoğlu tomiz, ycni bayram paltarım gcyib, xmalı olindo gülabzən qapı ağzında, oli döşündo, ayaq üsto daya- nıb, golonlorin olino giilab səpor, görüşdiikdon sonra onlara ycr toklif cdordi. Ev sahibi him-cimlo homin adama işaro cdordi ki, qonaq üçün çay gotirsin. Rayraın zamam hil, darçın, zoncofıl, qohvo çayı da ver- mok adol idi. Bundan olavə, şorbot də vcrərdilor. Bayram görüşünə golənloro süfrodo olan şirniyyatdan yeməyi loklif cdər vo onlarla söh- betə başlardılar. Bu zaman yan otaqdan evin kiçik uşaqları, yeniyetme qızlar, uşaqların anası, gəlenin kim olduğunu bilmək üçün qapı ara- sından baxardılar, O dəqiqe uşaqların üst-başını qaydaya salıb Keblə Novruzqulu əmi ilə bayramlaşmağa göndərərdilər. Uşaqlarm galdiyini görən Kəbiə Novruzqulu qollarını uşaqlara doğru uzadıb barmaqlarını terpedərək özünə təref çağırardı,

-Po„, qede... qəde... qedə... gel emininyamna...

Uşaqlar da utanar, bir ayağı geder, bir ayağı gehnez bİr-birinİ itə- ləyərək, onun yanına gələrdilər. Kəblə Novruzqulu bunlan öpüb, sığallayıb, hərəsinin ovcuna bir ağ pui bayramlıq basardı. Bayramlaş- mağa gələnlər yerin azaldığmı görüb xudahafizləşib gedərdilər ki, başqa gələnler üçün yer açılsın. Bayram bu qayda ile üç gün davam edardi.

Üç günden sonra qadınlar işə başlardı. Bir həftə de qadıniar bay- ram ederdi. Novruzdan bir ay ve ya ay yarım keçməmiş hər məhel- lenin cahıllan pul qoyub şəhərin ətrafina seyre çıxardılar. Bu yerler: Yasamal üstü, Biləceri qayası, Pirvənzəli üstü və Bibiheybətden ibarət idi, Burada da onlar bezən həftelerlə çalıb-oynamaqla vaxtlannı keçi- rerdiler. O yere qonaq gedən genclər, xəcaletli olmamaq üçün ya bir kelle qənd, bir girvənke çay, ya bir qoyun, ya da ki, bir deste çalğıçı aparardılar. O zaman esas etibarile Quba meydanı, Kömür meydanı, Şamaxı yolundan ibarət olan geniş meydançalarda çox vaxt Dağıstan- dan gəlmiş cavanlar camaata tamaşa verərdilər. Onlar iki möhkom şalbanı bir-birinə çatıb yerə maili surətdə basdırdıqdan sonra ikısini də elece 10-15 metr məsafədən sancardılar. Sonra şalbanların yuxandakı haçalarma kəndir bağlayıb birinden o bırİne uzadardılar. Tanm çəken- dən sonra həmin kendiri möhkəmcə bağlardılar.

Bİr genc əline uzun, şüvul bir ağac - müvazinət ağacı (ləngər) ala- raq, ip üste qalxar, zumaçımn çaldığı havanın ahəngi İlə kendirin üs- tünde rəqs ederdi. Kəndİr üstə oynanan reqsler “Qaytağı”, “Tek- çalma” və sairədir. Rəqslərin ahəngi altında oynayana və atıhb düşenə rustambaz ve ya kendirbaz deyərdİler. Onun telxeyi de olardı. O, çuxanı tərsinə geyib boynundan və qollarmdan zmqırov asar, üzünə deri- dən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. Təlxək hərdən yuxanya xitabən:

Can qardaş!

Hünər kimin üçündür?

Hünər sənin üçündür.

Əger sen ip üstünde bir “Qaytağı” oynasan bura yığılan ağaiar bizə cib xorcliyi verərler. Usta, balabanı köklo!

Bu qayda ile oyun uzun zaman davam ederdi.

Bayram günlerində oyunlardan biri də cızıq tuması oyunu idi.

“Cızıq turnası” oyunu. Geniş küçəlerin birindo, yerdə 5-6 kvadrat sajın dövrə çəkərdilər. Cızıq tuması oyununda iştirak edenler iki dəs- təyə bölünərdi. Çevrənin kənannda olan uşaqların elinde tuma olardı. (Uşaqlar qurşaqlannı beilərinden açıb eşer, düyünlərdilər ki, ona da tuma deyərdilər). Onlar çalışmalı idilər ki, kenardakılara təpik vursun- lar, kənardakılar İsə ellərində olan tuma ilə daxildəkilən doysüntər. Feqət her kəs ayağını cızıqdan içeri və ya kənara qoysaydı, onu vurar- dılar ki, İçeri girsin ve yaxud ayağını xaricə qoysaydı, onu da turna ile döyerek ıçori qovardılar. Əgər xaricdokilərdən birinə tepik dəysoydi, o zaman desteler yerlərini dəyişməli ıdiler. Bu oyuna cızıq tııması deyərdiler. Cızığın içinə girməyə birinci dəfe heç kos razı olmazdı. Bu sebebdən cızıq tumast oyununun mahnısi vardı. Həmin mahnının axı- rıncı kəlməsi hansı dəstəyə düşsəydi, o destə azad idi. O biri dəstə cızığın içərisinə girməli idi.

Motala - motal, terse motal,

Yağ atar, qaymaq tutar.

Hacı oğlu Mustafanm*

Qoltuğunda bir top atar.

# * *

Əkil-bəkil quş idi,



Divara qonmuş idi.

Getdim onu tutmağa,

O məni tutmuş idi.

Meydana salmış idi.

Meydanın ağaclan,

Bar gətirib uclan.

Çəpər çekdim, yol açdım.

Qızıl gülə dolaşdım.

Bir destə gül dərməmiş,

Anası gəldi, mən qaçdım.

* * *

İynə-iynə, ucu düymə,



Şam ağacı, qotur keçi,

Happan-huppan,

Yığıl-yırtıl,

Su iç qurtul.

Beziləri mahnını bele oxuyardı:

Dumbulu çala-çaİa getdim bağa,

Bİr destə qızlar ilə oynamağa,

Ə1 atdım kiçik qızm məməsinə,

Böyüyü haray çəkdi nənəsinə,

Nenesi xəncer-bıçaq o böyrümə, bu böyrümə, Böyrümü tuta-tuta getdim həcə,

Həc dedi: canm çıxstn gəlmə gecə.

Yeddi giin yeddi gecə ağlamışam,

Attmı çöllərdə bağlamışam,

Atıma kişmiş gərək, kişnəməye,

İtimə sümük gərək, gəmirməyə.

Əkilke-məkilkə Ştotdi namala.

Təbil-təbil, eşil-vəşil Adı val... padıval.

Atdım, matdım,

Mən səni aldatdım.

Sən gedərsən mən ağlaram dalınca,

Yaylıq ele meni apar yanmca.

Qoltuğunda bağlama, men gedirəm ağlama,

Gedərəm tez qayıdaram, özgəyə bel bağlama.

Yuxandakı mahnılann axın hər kəsdə qurtarsaydı, o dəstə azad idi, yəni cızığın kənannda tuma vurardı.

Şəhərin başqa bir tinində toplaşmış uşaqlar “Qələnder, ay qələn- dər” oyunu oynardılar.

Qələndər ay qələndər” oyunu. Bu oyunu belə oynardtlar: uşaq- lardan bir nefer nüfuzlusu “ana” (oyun başçısı) olardı. O, əlindəki tur- nanı uşaqlara verərek aşağıdakı tapmacam söylerdı:


  • Bir quşum var buxartana.

Xor:

  • Qələndər, ay qeləndər

  • Dimdiyi var buxartana.

  • Qəlondər, ay qələndər

  • Su içer buxartana.

  • Qelendər, ay qələnder

  • Gözləri var buxartana.

  • Qələndər, ay qelendər

  • Qanadları buxartana.

  • Qolondər, ay qələndər

  • Başı menim, ayağı sənin, tap görək!

Bu zaman uşaqlardan birisi yaxınlaşıb deyərdi:

  • Qarğa.

Ana:

  • Ver qarğaya (yəni bilmədüı).

Uşaq əiindeki tumanı tapmadığı üçün yoldaşına ötürərdi. O biri:

  • Ördək,

Ana:

  • Ver ördəyə.

Uşaq tumanı verərdi o bİrinə, Daha o birisİ:

  • Toyuq.

Ana:

  • Ver toyuğa.

Daha başqası:

  • Göyərçin.

Ana:

  • Palan (yoni tapmısan).

Uşaq tumanı alıb yanmdakı uşaqları döymayə başlardı. “Ana” ise “palaıı, palari’ deyərəkbir qədər davam etdİkdən sonraqəflətəndeyərdİ:

  • Yalan (yəni bəsdir),

Bu zaman uşaqlar əlində tuma olan uşağın dalınca yüyürüb tutar və qapazlamağa başlardılar. Əgər tumaçı vaxtında özünü “ana”nın yanına yetirse idi, o zaman oyun yenidən “ana”nm “palan” sözü ile başla- nardı. Hergah onu tutsaydılar, döyərək “ana”nın yanma gətirərdilər, oyun yenə lap əvəldən başlardı.

Belə maraqlı oyunlardan biri də xalq arasında “Kosaldıqaç” (kos aldın qaç) adı ilə məşhur olan oyundur,

“Kosaldıqaç” oyıınu. Bu oyunda bir istiqamətde üç məhollə işti- rak edərdi: birinci kos alan, ikinci isti mehəlla, üçüncii isə qaçan məhəllə idi. Kos alan məhəllədən isti məholləyedək mosafə 12 metr olardı. Qaçan mehəllə isti məhəllədən 90 metr aralı olardı. Kos alan məhelledə iki nefər dayanardı. Bunlardan biri kosu alardı, ikinci isa sağ eli ile kosu üfüqi istiqametdə berk vurardı. Özü ıse yüyürüb isti mehəlləde dayanardı. Bundan başqa oyunda iştirak edənlərdən bir neçə nefer də isti məhəllədə olardı. Bu vaxt kos verən kosu bir adam boyu yuxan atıb tutmah idi. İsti məhelledekilor fürsət tapıb bir baş qaçan mehəlləyə yüyürərdiler. Bu yüyürüş zamanı kosu alıb tutan həmin kosla bunlardan birini vurmalı idi. Əlİndən başqa, kos harasından doy- səydi, o, məğlub olurdu. Hergah qaçanlardan biri kosu eliylə geri qay- tarsaydı, o zaman kos verenin yoldaşı kosu tutub qaçanlardan başqasmı vurmalı idİ. Bedeninə dəysəydı, o, məğlub olurdu. Hergah o da əli ile qaytarmış olsaydı, kosu verənin yoldaşı uzaqlara, kosun daimca yüyü- rərdi. O zaman uşaqlar yüyüriib isti mehəlledə dayanardılar. Kos verə- nin yoldaşı kosu gətirdikdən sonra oyun yenidən başlanardı.

“Gizlənpaç (gizlənqaç)” oyunn. Oyunda on neferdon on beşədək uşaq iştirak edə bilerdi. Uşaqlardan bir nəfər “Clzıq tuması” oyu- nundakı mahnılardan bırini oxuyardı. Mahmmn axın kime düşsə idi, o azad hesab olunardı. Axıra düşen gözlərini yumub ta onlar gizlənənə- dek gÖzləməlİ idi. Onlar gizlendikdən sonra gözlərini açıb, gizlənənləri tapmah idi, Onlardan birisinİ tapsaydı, o gerək yeniden gözünü yumaydı və oyun təzedən başlanaydı. Hərgah gizlenənlər aşkara çıxıb qaçsay- dılar, gözlerini yuman uşaq onlan qovmalı və birinİ tutmalı idi. Qaçan- lar yüyüro-yüyüre bu sözləri söylərdilər:

Gəl mənı tut, ştotdu,

Gəl meni tut, ştotdu

ve özlərini mehəlləyə çatdırmağa çalışardılar. Hərgah qovan iştirakçı onlardan birisini tutsaydı, tutulmuş oyunçu gözlərini yummalı idi. Hər- gah heç birisini tuta bilməseydi, o zaman təzədən özü gözlerini yum- malı, oyun yenidən başlanmah idi.

Oğru-oğru” oyunu. Oyunda iştırak edənlər öz aralannda bırıni “xan” seçərdilər. “Xan” uşaqlan iki dəstəyə bölüb birinə “oğru”, o biri- sinə isə “yasavul” adını vererdi, Oğrular qaçıb qapı dalmda, damda, təndirdə, tovləde, mətbəxdə gizlənərdilər. Onlar gizlin gctdikləri kimi, gizlın də gəlib özlərini “xan”a təslim etməli idilər. Hərgah yolda onlann birisini iiyasavul”lardan gören olsaydı, o tutulmuş hesab olu- nardı. Bir azdan sonra kimi gizli, kimi tutulmuş - hamısı gəlib “xan”m yanına cem olardılar. “Xan” tutulanlarm həresinə 5-10 tuma cəza və əllorine “yasavulluq” vərəqəsi verərdi. “Oğm”ları tutmuş “yasavul”lar bu dəfo tutulanlan evəz edər və “oğurluğa” gedərdilər. “Yasavur’ların borcu “oğru”ları axtarıb tapmaq idi. “Oğru”Iar tutulmasa və görünme- səydi, oyun yenidən başlana bilmezdi. Bəzən oyun 2-3 saat çəkərdi.

“Şumaqədər” oyunu. Şumaqodər oyunu yurnşaq şumlanmış yer- də oynanardı. Əvvelce bir parça yeri qazıyardılar, şumaqədərin ucunu sındırmasm deyə torpağı daşlardan temizlordılər. Sonra onu ayaqları ilə tapdalayıb döyəcləyərdilər. Uzun ağac parçalannm ucunu yonub iynə kimi şiş edərdilər. Hər oyunçu əlində üç ağac olmaq şərtilə, qazılmış ve hazırlanmış yerə gələrdi. Əlindəki ağaclardan birini yere vurardı, o biri yoldaşı ise öz ağacınt yerə elə vurmalı idi ki, həmin yero sancılmış ağac bunun zerbəsindən yerindən çıxsın ve özü də yerə möhkem sancılsın. Ağactn bir dəfə yerdən çıxanlmağı kifayət deyildi, gerek ağac yerindon ıkı defe çıxarılaydı, bıınun birinə borc, birinə də xerc deyerdilər. Bozon ağact yere vuranda hər iki ağac yerinden oynayıb düşərdi. Buna cağ deyordılor. Cağ salan oyunçu ycnidən yortmah (vur- malı) idi. Ağacı yerinden oynadtlmış adam müqabil tərəfə üzünü döndərib: “Cağ salmısan, yort!” - deyərdı. Hergah kim birinin ağacını bir dəfə yerindən çıxarsaydı, o zaman iki dəfə o bırinİn ağacmı yerin- den çtxarardı, həm xərcini, həm də borcunu verib ağaca sahib olardı. Horgah uduzan oyunçu uduzduğu ağacı vermeseydı, gərək elindeki- lərdən birisinı vereydi. Bu qayda ilə oyun xeyli davam ederdi.

“Aşıq-aşıq” oyunu. Bakının ən meşhur xörəyi bozbaş olduğu kimə məlum deyildı? Bozbaşı qoyun ətinden, özü də maça və döş hissə- sindən bişirərdilər. Bozbaşı ycdikdon sonra evin uşağı kasalara göz gəzdirərək sümükden aşıqlan çıxardıb bır yere yığardı. Aşıqlann irisi və xırdası olardı. Xırdasına aşıq, bir qodər irisinə İse maça deyərdilər.

Mənim əmim oğtanları tez-tez Həştərxana gedib gələrdilər. Həştər- xan qoyırnu çox iri olardı, onun aşığı bu biri aşıqlara nisbətən olduqca böyük olardı. Biz ona tapştrardıq ki, “əmi, gələndə Həştərxandan bizə Həştərxan maçası gətİr”. Həştərxandan qayıdan gəmiçileT də məse- ləni başa düşüb, hərəsi zənbilində bizim üçün 2-3 iri maça gətirər və bizə bağışlardı. O maçalardan hansı uşaqda olsa idi, o biri uşaqlar oyun zamanı onunla şərik olmağa çalışardılar,

Bezen aşığın dik üzünü ovub oranı orinmiş qurğuşun ile doldurar- dılar ki, ağır olsun. Bir para aşığın dik üzünü süıtardilər ki, atan zaman tez sürüşüb yerdə düzülmüş aşıqlara berk dəysin və aşığı sıradan çıxarsın.

Oyun bele başlanardı: 3 metr dİametrində dövrə cızıq çəkərdilər. Onun lap ortasında yarım arşınlıq düz bİr cızıq çəkib aşıqlan onun üstünə düzərdilər, 5 və ya 6 addım cızıqdan kənarda məhəllə qerar edərdilər. Aşıqlar buradan atılmalı idi. Hər şey hazır olandan sonra aşığı bəs birinci olaraq kim vurmalı idİ?

Oyunu oynayanlarda bele adlar var idi: şah, ardıcıl, danaqovan. Bunlardan bİrİncisi şah, ikincisi ardıcıi, iiçüncüsü ise danaqovan hesab olunardı və həmin qayda ile də aşıqları vurtnah idilər Oynayanların maçalanm birisi yığıb ovcunda qatışdınb yere tullardı. Birinci dəfə kimin maçası alçı dursaydı, o, şah hesab olunardı, tkinci dəfo kimin maçası alçı dursaydı, o, ardıcıl, üçüncüsü isə danaqovan adlanardı. Oyuna baş- tarkən təyin edilmiş məsafədən aşığı atıb, cızığa düzülmüş aşıqları srradan çıxarardılar. Hərgah birinci dəfə atan aşıqiardan bir neçəsıni sıradan çıxarsaydı, o, şahlığmda davam ederdi. Əger o, bacarmasa və aşıqlan ikinci atan və ya danaqovan çıxarsaydı, o, şah təyin edilərdı. Aşıqları hüduddan çtxaran hem aşığı mənimsər, həm də cızığın qıra- ğından aştq atmaq hüququna malik olardı. Əgər o, buradan aşiqlari vurabilməsə, fəqət maçası alçı dursaydı, həminyerdən bİr də vunnağa haqqı vardı. Üçüncü dəfə vura bilmeseydi, ardıcıl, onun dalınca da danaqovan vuımalı idi. Vunılan aşıqlardan kim neçəsini cızıqdan çıxar- saydı, aşıqlar onun xüsusi malı hesab olunurdu. Əgər bir oyunçımun maçası Həşterxan ve qurğuşunlu olsa və özü də yaxşı oynayan olmuş olsaydt, bİr oyunda 6 və ya 7 aşıq udardı. Hər oyunçu yerə ya cüt və ya tək aşıq qurmalı idi. Birden beşədek aşıq qurmaq olardı. Oyun, işti- rak edenlerden birinin aşıqlan qurtarıncaya qədar davam ederdi. Aşığı qurtaran adam oyundan kənar edilərdi. Beləliklə, axıra hamım udmuş oyunçu qalar ve oyun qurtarardı.

Qoz-qoz” oyunu. “Qoz-qoz” oyunu da həmin qanunlarla olardı. Fəqət yero düzülən aşıqların əvəzinə adama 10 qoz qurardılar ki, onun da cızığı boyük olardı, məsafələri isə uzaq təyin edilərdi.

Pula-pula” oyunu. Divarm dibinə torpaq töküb, başıaşağı bir yoxuş əmələ gətirərdilər. Torpaqdan müeyyən çəpər çəkib hüdudladıqdan sonra yuxan başda bir dairəvi çuxur (Azərbaycanın bəzi rayonlannda buna həbə deyərdilər) qazılardı. Ona şah pula deyərdilər, onun sağ və solunda aşağı tərəfdə iki dənə də yan pula qazılardı. Onlann da mər- kezinde, şah pulanın qarşısında, orta pula qazılardı. Cəmi 5 pula olardı. Oyunda iştirak edənlarden biri şah paılaya doğru iki-ıki və ya bir-bir qoz atardı. Horgah şah pulada dörd, yan pulalarda iki qoz olsa ve boş qalsa İdi, o vaxt şah puladakı qozlardan iki və yan pulalardan bir qoz onun olardı. Deməli, şah pulada ikı, yan pulalarda bir-bir, cemi dörd qoz onun olardı. Bundan sonra o, ikınci dəfo qoz atmağa ixtiyar əldə edərdi. Hərgah qoz pulalara tek-tek düşsəydi, o vaxt pulaya ncçə tok qoz düşmüşso yoldaşlarına o qedər qoz verməli və növbədə axırmcı durmalı idi. Bəs oyuna birincİ dəfə kim başlamah idi? Burada “aşıq- aşıq” oyununda olduğu kimİ maça atardılar, kimin maçası alçı dur- saydı, oyuna birinci o başlardı.

* # *


Novrazdan iki ay yarım keçmiş havalar istiloşmoyə baştardı. Kəblə Novruzqulu gün batan zaman dükandan pendir, kÖhne sirko-badımcan, sirkə-sarımsaq, soğan, kartof, dükanın köhnədən qalan və işo getmə- yen xınm-xırdasından yığıb, iki-üç tabaq çörəyi alıb qırmızı yaylığa yığar, dükanı bağladıqdan sonra bağlamanı götürüb asta addımlarla evə gəter, heyoto keçerək:

  • Ay arvad, al bulan! - deyerdi.

Ana İlə qız evdən bayıra çıxar, kişini içəri aparardılar, divann dibində onun altına döşək, dalına yastıq qoyub rahatlayardılar. Kişi bir stəkan çay içdikdən sonra sözə başlardı:

  • Ay arvad, pəncərəni aç, havalar yavaş-yavaş deyişir, bağa köç- mək lazımdır. Sənə nə lazımdırsa deyinən, səhər dükandan göndərim.

Arvad kişinin yerini saldıqdan sonra, taxçam-boğçanı axtanb yamaq- yırtığını tikərdi, Səhər tezdən kişi yuxudan oyanardı. Qara mahud şal- varmı, tirmə döşlüyünü, kəyani donunu geyib, qurşağıtıı bağladıqdan sonra destemaz alar, namaz qıldıqdan sonra qarabuğdayı sifətini iki tərefdon səliqə ilə örtmüş qara saqqaİım darayar, ağ araqçınmm üstün- dən əmirİ papağını başma qoyub oğlunu çağırardı:

  • Adə Kərim, Kərim...

Arvad elə başa düşərdi kİ, kişi oğlunu döyəcək, ona görə də tez gəlib kİşiyə yalvarmağa başlayardı:

  • Sabah, sabah nə xeyir eləmişik, nə şər!.. Uşağı döyməginən. Əlin dəstəmazlıdır, xeyir olsun, uşağı qat qabağına apar bazara. Hər ne almalısan ver, getirsin.

Kerim Keblə Novruzqulu ile dükana gederdi. Kişinin alış-verişo başı qarışar, uşaq isə onu gözləyər, moliaxanasmın vaxtı keçərdi.

  • Adə, Kərim, sən get mollaxanaya, mon şcyləri özgosilo gön- derərəm.

  • Ay ata, bımu səbərdən deyəydin də, men də çıxıb gedəydim mol- laxanaya, indi mən hara gedim? Vaxt keçib.

Foqət atasından cavab almadığından bir ayağı gedər, bir ayağı get- məzdi, Nə isə qorxa-qorxa golib mollaxanaya çıxardı. Keçih Öz yerin- də eyleşer, moüa uşaqların dərslərindon qurtarandan sonra:

  • Kerim, nöşün gecikmisen?

Kərim qorxudan ağlaya-ağlaya:

  • Vallah molla əmi, atam səhər moni aparıb dükanda saxladı, vaxt da kcçdi.

  • Yalan deyirsən, namərbut, görosən harda aşıq-aşığa başın qarı- şıbmış.

Çox deyib az eşitdikdən sonra çubuqla falaqqa işə düşərdi.

Keçmİşdə gözüaçıq adamlar oğlunu aparıb mollaya tapşırardı. Uşaq böyüyor, cvdo anası, bacısı və qonşu uşaqlar onun əlindən zara gələr- dilər. Uşağm atası mollaya deyordi:



  • Ay moüa, uşağı men bura gətirmişəm ki, küçələrdon ol-ayağı yığılsın. Əlindəbir az savadı olsun. Əti senin, sümüyü mənim. Yenə sənə tapşırıram ki, sözünə qulaq asmadı döy, uşaq döyülmek ile ölmez.

Molla uşağt gözünün ucu ile süzüb deyərdi:

  • Keç oyləş uşaqların corgosindo.

Uşaq bİr az oturandan sonra molla ona tapşırardı:

  • Sabah atana deynən sənə bir elifba çerəkəsi alsm.

Atası səhər çərəkə alıb uşağa verərdi.

KÖhnə məscid hücrəlori qışda soyuq, yayda isə həddən artıq istİ olardı. Hücrənin yeri torpaq idi. Bura cvlərdə işlənib köhnəlmiş nimdaş həsirlər ilə doşənər, həsirlərin altı tozla dolu olardı, Birə elindən tərpon- mekolmazdı. Heruşaq evdənbir döşəkcə gətirərdi ki, yer onu əzməsin. Qışda da herəsi bir manqal gətirərdi ki, özünü soyuqdan qorusun. Mol- laxananın müəyyən vaxtı yox idi. Mollanın kefi istədiyi vaxt dərs oxu- yardılar. Səhər saat 9-dan saat 12-yə kimi, günorta iki saat tənəffüs- dən sonra saat 2-dən yenə də gün batana kimi uşaq məsciddə qalardı.

Bİrİnci dərs “Hüvəlfettahüləlim” dərsi olardı. Molla barmağım əlifın üstünə qoyub bumunda danışdığı və əlif deyə bilmədiyi üçün əlif yerinə ənif deyərdi. Uşaq da onun dediyini təkrar edərdi. Molla təzodon deyərdi:


  • Mon deyəni demə, ənif de.

Uşaq da onun dediyini tekrar edərdi:

  • Ənif.

Mollanın acığı tutar. Uşağa bir qapaz vurub söyərdi:

  • Korazehin oğlu korazchin.

Uşaq karıxıb bildiyini də unudardı və ağlamağa başlardı. Molla köh- nə şəyirdlərindən birİnİ çağınb ona tapşırardı ki, apanb ona əlif hərfini öyrətsin. Bu uşaq bir İ1 tamam məktəbə gedərdi, amma hürufatı yaxşı tantya bilməzdi. Dərsin üsulu olmazdı. Uşaqlara orob qiraətilo dors verərdilər.

Bır “əbcəd” kəlməsini molla uşağa belə başa salardı: “Əlif-zəber- o! Beyzebər-be! Cimzəber-cə! Dalzən ced-ebced”. Bele ders üsulu uşaqların zehnini kütleşdirib onların istedadını mehv ederdi.

Ders evezine bu “mektebdə” uşaqlan ölüncə döyerdilər.

Bir qəder diribaş ve zirək uşaqlar mollanın xelfəsi olardılar (xəlfə, yəni komekçi), Oxuyan uşaqlan molla daim evinə, qulluğa göndərərdi. Mollanın arvadı bunlara ev süpürtdürər, su daşıtdırar, odun yardırar, qab-qaşıq yudurdardı. Onlar mollanın arvadmm satıl və boğçasım hamama aparardılar. Mollanm arvadı üçün iş görən uşaqlar, sevinə- sevinə mollaxanaya gələrdilər. Mollanın arvadına acığı tutanda acığını şəyirdlərə tökərdi, Bu zaman məşhur falaqqa işe düşərdi.

Falaqqa bir metr uzunluğunda ağac idi. Ortasında V4 metr fasiləli iki dcşik var idi. O deşiklerə ip bağlamrdı. Uşağın ayağını iki deşiyin ara- sma qoyar, ipi onun ayağına salar, sonra ağacı burardılar. Uşağın ayağı orada möhkəm sıxıltmş olardı. Əzgil ağacından, nar ağacından nazik çubuqlar hazırlardılar. Mollanın gücü çatdıqca uşağın ayağına və daba- nına çubuqla çııpardı. Belə ki, bəzən uşaqlann dımaqlarmdan qan sızardı.

Uşaqların çoxusu heftələrlə yeriyo bilmozdi, mollaxanadan evlə- rinə diz-dizi gedərdilər. Çox vaxt molla uşaqları qatara salardı, yoni şəyirdlərin hamıst falaqqaya salımb çubuqla çırpılardı. Quranı çıxana kimi uşaqların halı belə acınacaqh olardı.



Quran Çixma. Quranı oxuyub qurtarmağa Quran çıxma deyərdilər. Ouşaq qoçaq idi ki, belo bir şoraitdə oxuyub Quran çıxaydı. Axşam Quran çtxmış uşaq atasına deyərdi ki, men sabah Quranı xətm edəce- yəm. Atası bazardan noğul, nabat, püstə, badam, qənd, çay, xına alıb, bir podnosa yığar, molla üçün xonça hazırlardı. Səhər uşaq mollaxa- naya gedər, Quramn axınncı surosini əzbərdən oxuyardı. Qxuyub qur- tarandan sonra xelfə: “Fetəbarək əllahü əhsənülxaliqin, Molla yesin sütlü plov balığın, xəlfə yesin qırmızıca qazmağın, şəyird yesin qır- mızıca çubuğu”, - deyib Quran çıxan uşağın papağmı götürüb yere çırpardılar. Şəyirdlərden biri papağı götürüb Quran çıxan uşağın evlə- rınə qaçardı. Uşağın anası papağı gətirən uşağa xonça verib yola salardı. Həmüı uşaq xonçani mollaxanaya gətirerdi. Molla xonçanı görüb gülüm- serdi və uşaqları o gün azad edərdİ.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə