Hüseynqulu sarabski KÖHNƏ baki


ISBN10 9952-34-008-7 ISBN13 978-9952-34-008-2



Yüklə 0,89 Mb.
səhifə2/24
tarix28.01.2022
ölçüsü0,89 Mb.
#83214
1   2   3   4   5   6   7   8   9   ...   24
3A.H.Sarabski-Köhnə Bakı-Lat

ISBN10 9952-34-008-7 ISBN13 978-9952-34-008-2

© “ŞƏRQ-QƏRB”, 2006



"\

Azərbaycaa Respublikasmın Prezidenti İLHAM ƏLİYEVtN ‘Azərbaycan dilində latın qrafıkası ilə kütləvi nəşrlərin həyata keçiriiməsi haqqında”

12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kıtabxanalarına hədiyyə edilir



İNSTİTUTDAN'

Azərbaycan milli opera sənətimn bamJəmdən biri - Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) 1879-cu ildə Bakı şəhərində dənizçi ailəsində anadan olmuşdur.

Atası facianə surətdə həlak olduqdan sonra o, çox ağır və acınacaqlı həyat keçirmiş və kiçik yaşlanndan işləməyə başlamışdır. Gənc Hüseynqulu papaq- çı şeyirdi, gəmide yunqa, tikintilərdə palçıqdaşıyan, daşyonan işləmiş və nəhayət, su satmaqla məşğul olmuşdur.

H.Sarabski 1903-cü ıldən həvəskar artistlərin təşkil etdiyi dram cəmiy- yətlərinin işinde iştirak etməyə başlayır. Burada o, Nəcef bəy Vezirov, Əbdür- rəhim bəy Haqverdiyev, Cahangir Zeynalov, Hüseyn Əreblinski, Mirzağa Əliyev, daha sonra Üzeyir Hacıbeyov, Müslüm Maqomayev və Zülfüqar Hacıbəyovla tanış olur və onlarla dostluq etməyə başlayır.

1903-cü ildəıı 1908-ci ilədək o, dram tamaşalannda bir sıra rollarda çıxış edir və 1906-cı ildə təşkil olunan “Nicat” maarif cemiyyətinin işinde uzun illər fəal iştirak edır.

Gözel səsi olaıı H.Sarabski 1908-ci il yanvann 12-də (25-də) tamaşaya qoyulmuş Azərbaycamn birinci milli operası - dahi bəstəkanmız Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasmda Məcnun rolunda çıxış edir. O vaxtdan başlayaraq, Hüseynqulu Sarabski opera sənətinin ustad- lanndan biri kimt tanınmağa başlayır. Məcnun, Şeyx Sənan, Şah Abbas, Zöhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıl, Mərcan bəy, Sərvər, tacir Əsgər rollarmda məharətlə çıxış edir, onlann ölməz obrazını yaradır.

Bundan başqa o, rejissor kimi bir çox opera, operetta və dram tama- şalanna quruluş verir.

Azərbaycan xalqmın istedadlı oğlunun melahetli səsi 40 ildən artıq bir müddət ərzində Azərbaycan opera səhnəsindən eşidilir.

Azərbaycan klassik musiqi sənətinin ustadlanndan biıi olan Sarabski, eyni zamanda “Dağlar” və “Muğan” kimı populyar mahnıların müəllifidir.

Sonralar H.Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatnnda səhnə fəaliyyətini davam etdirir və eyni zamanda Ü.Hacıbəypv adına Azərbaycan Dövlet Konservatoriyasında muğam sənətindən dərs deyir, Respublikamızın



1 Azərbaycan Milli Elmlər Akadentiyasınm Tarix İnstitutu

artist və xanəndələrinin bir çoxu H.Sarabskİnin tələbəsi olmuşdur. 0, ömrü- nün son illərində Respublika Xalq YaradıcıUğt Evinə rəhbərlik etmişdİr.

H.Sarabski 1934-cü ildə Azerbaycan Mərkəzi İcTaiyyə Komitəsinin üzvü, 1938-ci ildə isə Azarbaycan SSRAli Sovetinin deputatı seçilir. O, Azərbaycan SSR Ali Sovetinin əfv komissiyasının üzvü idi. H.Sarabski dəfə- lərlə Azərbaycan SSR AIi Məhkəməsinin xalq iclasçısı seçilmişdir.

İncəsenət sahesində uzunmüddətli və səmərəli fəaliyyətinə görə RSarabskiyə 1922-ci ildə Azerbaycan SSR əmekdar artisti, 1932-ci ildə isə Azerbaycan SSR xalq artisti fexri adı verilmişdir. 1938-ci ildə Moskvada keçi- rilən Azərbaycan ədəbiyyatt və incəsəneti ongünlüyünden sonra H.Sarabski “Qırmızt Əmək Bayrağt” ordeni ilə, Böyük vəton müharibəsi illərində isə “Qafqazm müdafiəsinə görə” medab ilə təltif olunur.

H.Sarabski 1945-ci il fevralm 16-da vəfat etmişdir.

H.Sarabskinin hertərəfli istedadı adəbi yaradıobq sahəsində də özünü göstərirdi. Onun yazdığı “Cohalət”, “Axtaran tapar”, “Nə doğrarsan aşına, o çıxar qaşığına” dram əsərləri həlo inqilabdan evelki dövrdə Azərbaycan səh- nesinde tamaşaya qoyulmuşdu. O, “Azərbaycan milli kostyumu”, “Azərbay- can teatr tarixinin oçerkləri”, “H.Əreblinskinin tercümeyi-halı” və 1926-cı ildə çap olunmuş “Bir aktyorun xatiraləri” adlı osərlərin müəüifidir.

H.Sarabski, oxuculara təqdim edilən “Köhnə Bakı” əserini 1938-ci ildə yazmışdır. Kitabda inqilabdan əvəlki Bakının həyat ve məişət tarixinin bəzi meselətəri öz əksini tapmışdır. Bu və ya dıgər tnəsələnin işıqlandınlmasmda müəllif etnoqrafik materiallardan istifadə etmişdir. Kitab, müəllifm şahidi oldu- ğu hadiseleı haqqmda xatirelərdən ibarotdir. Orada verilmiş materiallar kapi- talist Bakısı tarixinin və şəhər əhaüsinin etnoqrafiyasımn öyrənilmesi baxı- mmdan böyük əhəmiyyet kəsb edir.

H.Sarabskinin “Köhnə Bakı” kitabınm yeni nəşri görkəmli aktyor, icti- mai xadim və sonətkann unudubnaz xatirəsinə dəyərli hediyye və xalqımızm tarixi keçmişinin öyrənilməsinə yardımçı olacaqdır,



ÖN SÖZ

XX əsr Azerbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsİyyətlərİ sıra- sında öz yeri, öz mövqeyi olan sənətkar. Adı əsrin yeniləşən, dəyişən, müasir- ləşən sənət aleminin simvollanndan birİnə çevrilən, əsrİn səsinə sas verən, sənət fədailərindən biri. O, səhnəmizin efsanevi Məcnunudur, Sənətini musiqi incisi - “Leyli və Məcnun’’ operasından başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyetini, onun ucalığını dərk edərək yaşamış, sənətinə, peşəsinə vurğuüluğu ilə nəsillərə nümunə olmuş ve olacaqdır.

Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda anadan olmuşdur. Onun taleyi de, sənət yolu da daxilən bütöv, mətin, qarşısma qoyduğu moqsədə gedən yolda hər cür maneələri dəfedən, ən əsası isə sevdiyi işinə, peşesine vurğun- luğunu ömriinün son amnadək saxlayan böyük bir aktyorun və böyük bir şexsiyyetin həyat tarixçəsidir.

Uşaqhqdan Hüseynquiu Sarabski musiqiyə böyük həvəsi vo məlahetli səsi ilə seçilirdi. Özünün xatirələrinde yazdığı kimi, “Məhərrəmlİk vaxtında dini havalar oxuyar, mersiyə deyər, münacat çəkər, eyni zamanda el şənlik- lərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi”. 12 yaşh Hüseynqulu ilk dəfə teatr tamaşasına baxır: bu hevəskarların ifasında “Xan Sarabi” adı ilə qoyulmuş Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani- Lənkəran” komediyası idi, Əsil soyadı Rzayev olan Hüseynqulunun sonralat götürdüyü səhne texəllüsü - Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. EIə o gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşdı. Azorbay- canda milli dramaturgiyanm əsasmı qoymuş Mirzə Fətəli Axundzadənin əsəri Azərbaycanın ilk opera artistinin taleyində onu əbədiiəşdirən ada tekan verdi.

Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edenlerin tenesinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzulan vo xəyallanna doğm İnamla gedirdi. Kiçık yaşlarından ağır zəhmətə qatlaşan - dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu yeni əsrin səsini eşidirdi. O oxumaq, tohsİl almaq istəyi ilə özünü oda-közə vurur, qazandığmı kitaba, dəftərə verirdi. O, ziyalı, müəl- lim, təhsilli insanlan özünə nümunə seçirdi, onlara bənzomək isteyirdi. İlk dəfə gördüyü teatr tamaşası ise onun həyat seçimini bircə anın içində dəqiq- leşdirdi. O, həmişəlik səhnəyə bağlandı. Hüseynqulu Sarabskinin teatra gəl- məsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərin- dən, tanmmış ziyalılardan Nəriman Nermıanovun, Əbdürrəhimbəy Haqverdi- yevin, Rəhimbəy Melikovun, həmkarlan - Cahangir Zeynalovun, Hüseyn

Əreblinskinin və başqalannın böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu oynayan Hüseynqulu son- ralar teatr səhnəsinde M.F.Axundzadənin, Ş.Şamilin, N.Vəzirovun, Ə.Haqver- diyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli obraz yaradır. O, yalnız milli repertuarda deyil, Şekspirin, Heynenin, Şillerin, Qoqolun Azərbaycan diline torcümə edilmiş əsərlərinde də çıxış edİrdi. Məhz Henrix Heynenin “Əlmənsıır” pyesində ərəh səyyahınm rolunda çixış edərkən oxuduğu təsir- edici “Hicaz” muğamı onu Azərbaycan mədeniyyetinin yeni bir aləminə - musiqili teatra, operaya getirdi. Məhz bu tamaşa zamanı Sarabski, o zamanlar Azərbaycamn və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində İşləyən Üzeyir bəy Hacıbeyovun diqqətini celb etdi. Bu, zirvəye gedən yolun baş- lanğıcı oldu. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi poten- siahnı hiss edərək onu öz operasmda baş rola - Məcnun roluna dəvət etdi. Bu rol ilə Hüseynqulu Sarabski, sözün əsil mənasmda, ümumxalq məhəbbəti qazandı, Bu rol bəlkə də aktyorluq sənətinə həle də “oyunbazlıq” kimi baxanlann teatra münasibətini kökündən dəyişdirən tekan oldu. Aktyorun özünün yaz- dtğı kimi, “vaxtı ilə onu barmaqla göstəren, ona tənə ilə baxanlar indi onu Mecnun deye çağjraraq alqışlayır, hörmətlə qarşılayırdılar”. O, səhnədə 30 ildən artıq bir müddətdə 400 dəfə bu rolun sehrini yaşadı. Azərbaycan sehnəsinin efsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı. Əziz Şorif, Sarabskinin Məc- nunu haqda yazırdı: “Sarabskİnin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz mehəbbetindən, öz Leyli- sindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin en incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi kj, hönkürtümü çətin boğa bilirdim. Lakin goz yaşlanm durmadan axırdı. Qəlbimi iso qoribo hıssler doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Mecnun surətini səhnədə tam menası ilə canlandırdı”.

Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin mnsiqili teatr ənənələrınin kesişdiyi muğam operasraın tarixini Hüseynqulu Sarabski- siz tosəvvür etmək mümkün deyil. 0, milli opera tarixində Ü.Hacıbəyovun opera vo operettalannda - Kərəm (“Əsli və Kərəm”), Şeyx Sənan (“Şeyx Sənan”), Şah Abhas (“Şah Abbas və Xurşidbanu”), Sohrab (“Rüstəm və SÖhrab”), Sərvər (“O olmasın, bu olsım”), Marcaıı bəy (“Ər və arvad”), Əsgər (“Arşın mal alan”), M.Maqomayevin “Şah tsmayıl”mda Şah İsmayıl, Z.Hacıbəyovun “Aşıq Qərib”ində Aşıq Qərib rollanmn ilk ifaçısı kimi ad qoydu. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapır- dı. Mecnunu ifa edərkən tamaşaçılar göz yaşlannı saxlaya bilmirdilər. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçılan riqqətə gətirir, Kərəm obrazını yaradanda yandınb-yaxırdı... O, Üzeyir Hacıbəyov, Müslüm

Maqomayev, Zülfuqar Hacıbeyovla birlikdə çiyin-çiyinə yeni musiqi tarixini yaradanlanndan biri idi.

Hüseynquhı Sarabskinin şirin, məlahətli səsinin bənzərsiz çalarlan var idi. Müasİrlərinin yazdığma görə bu ses həmişe həzin və yumşaq səslənərdı. Sanki ürəyidağlı Məcnunun pərişan qətbinin yanğısı həmişəlik Sarabskinin səsine hopmuşdu. Tesadüfi deyil ki, o, muğamlardan “Hicaz”ı, “Bayaü Şiraz”ı, “Segah”ı, “Şüştər”i, “Şikesteyi fars”ı, xalq mahnılanndan “Üçtelli duma” və “Sona bülbüllər”i ifa etmeyi xoşlardı. Operada fəaliyyəti onun müğəımi- xanendə kimi ifa tərzinə özünəməxsus cəhətlər aşılamışdır. Səhnəden gelən cehetler-aydın diksiya, tələffüz, dinləyici auditoriyasmı hiss etmək, səs diapa- zonu yüksək olmasa da məlahetli sesə malik Sarabskini musiqı'sevərlərə ürək- dən sevdirirdi. Eyni zamanda Sarabskinin bəstələdiyi “Muğan”, “Dağlar”, “Laylay” mahnılan da böyük sənətkann musiqi yadigarlandır.

“Müsəlman opera truppası” ve “Müsəlman dram truppası”nm yaradıcıla- rıdan biri olan H.Sarabski rejissor kimi Ü.Hacıbəyovun “Riistam və Söhrab” operasına, “Ər və arvad”, “Arşın mal alan” operettalarma, C.Məmmədqulu- zadanin “Ölüler” komediyasına quruluş vermişdir. H.Sarabski dramaturgiya sahesinde də qəlemini sınamış, 1906-cı ildə onun “Axtaran tapar”, 1908-ci ildə “Cəhalət” pyesləri tamaşaya qoyulmuşdur. Aktyorun arxivində “Nə doğ- rarsan aşına, o çıxar qaşığma”, II dünya müharibasi dövründe yazıldığı tex- min editən “Sayıq olmalı” dram əsərləri vardtr.

Bakıda “Şerq konsertiəri”ndə, Azərbaycanın hüdudlanndan kənarda keçiri- len konseıtlərdə çıxış edən Sarabski mədəniyyət xadimi kimi də müəyyən İşlər görürdü. 0,1932-ci ildə Respublika xalq yaradıcılığı evinin təşkilində yaxm- dan iştirak etmiş və ömrünün axınna kimi onun rəhberi vəzifəsitıdə işləmişdir.

Öz sənətinin sirlerini genclərə Öyrətməyi, müəllimliyi şərəfli peşə kimi seven Hüseynqulu Sarabski Azərbaycan Dövlet Konservatoriyasmda (indiki Balu Musİqi Akadetniyası), A.Zeynallı adma Orta İxtisas Musiqi Məktəbində (indiki Musiqİ Kolleci) muğam senetinden ders demişdir. Azərbaycanm tanrn- mış raüğenniləri və xanəndeləri - Hüseynağa Hacıbababəyov, Memmedtağı Bağırov, Əlövset Sadıqov, Heqiqet R2ayeva, Şövkət Ələkbərova, Sara Qədi- mova, Tükəzban İsmayılova onun yetinneleri olmuşlar.

H.Sarabski 1945-cı il fevialm 16-da ölüm yatağmda olarkən sənət dost- lan Qurban Pirimovu və Leyli rolunun ifaçısı müğənni Həqiqət Rzayevanı yanına çağınrmış və gözlərini Qurbana dikərək titrək səslə deyir: “Qurban çal, son dəfə Leylini dinlemək isteyirem”. Qurbamn tannı, Həqiqətin səsini eşiden müğənni əbədi olaraq gözlərini yumur...


  1. Sarabskinin öz dövrü haqqmda xatirələri - “Köhnə Bakı”, “Bir aktyo- run xatirələri” kitablan da XX əsr Azerbaycan medeniyyet tarixini öyrənmek üçün deyərli, unikal məltımatlarla zəngİn qiymətli menbelardir.

XX əsrin əvvəllərində Azərbaycan tarixinin çeşidli olaylarını - kiçik bir ailədən tutmuş, böyük bir şəhər həyatma kimi hemin dövriin müasirinin gözü ile eks etdiren eserlər o tjədər də çox deyil. “Köhnə Bakı” sadəcə bir aktyo- run xatirələri, onun diqqətini çəkən və maraqlandrran məqamlann, hadisə- lərin cəlbedici, esİI bestseller üslublu təqdimatı deyil. Bu kitab Bakuun on əlametdar, möhtəşəm tarixə dönmüş həyatının sankı “güzgüsüdür”. Hüseyn- qulu Sarabski Bakınm, özünün adlandırdığı kimi, “köhnə Bakınm” rənga- reng, tekrarolunmaz boyalarla işlənnıiş tarixi, bedii, kutturoloji-etiıoqrafik səciyyəsini verir. Köhnə Bakı sankı yüz min bucaqdan işıqlandmlır; kitabı vəroqlodikcə, oxııcu özünü səriştəli bolodçinin müşayiəti ilə virtual bir gəzin- tido hiss edir. Kohnə Bakııun, artıq həm adlan, həm də özləri tarixə çevrilmiş dansqal, dolanbac küçe ve döngələrini, bazar və binalarını gəzir, İçərişəhəri dolaşır. Burada yaşayan insanlarla görüşür. Onlann həyati, məişəti, dərdləri, sevincləri, zarafatlan, işi-peşəsi Uə tanış olur. Bir söztə, Bakmın XX əsrin eveUerindeki tarixini, həyatmı yaşayır.

Hüseynqulu Sarabski sənət adamı idi. Qüvətli müşahideçilik qabiliyyeti ilə Bakıda qeyd olunan bayramlan, merasimləri etnoqrafık təfərrüatlan ilə çatdınr. H.Sarabskinin gözündən adi bakılı ailəsinin məişəti, olayları da yayın- mır. Burada o, artıq ədib-yazıçı kimi çıxış edir: onun qəiəme aldığı əhvalatlar kiçik hekaye-novellalan xatırladır.

Bütün dəbdəbəsi, rəngarəngliyi ilə ətraflı təsvır edilən No'hruz bayramı- nın ənənələri də böyük maraq doğunır, bayram şimiyyatlarmın bişirilməsinin tesviri diqqeti cəlb edir. Süfrəsiııin çeşidləri, uşaq və yeniyetməlerin eylon- cələri, “Cızıq tuması” oyunu, bu oyun zamanı oxunan mahnılar, “Qeləndər, ay qeləndər” oyunu, axır çərşənbəler, səməni bişirmə...

Kitabda Bakı həyatmın spesifık səhıfəiəri - bağa köçme, bağ məişəti, bağ oyunlan (“Tağı külah, Nağı ser” oyunu), qocalarm bağ məşğuliyyətləri və s. öz əksini tapır. Kitabm qehrəmanları - Koblə Novruzqulu, onun oğlu Kerim, Nurcahan xala, Gülperi, qocalardan suraxanılı Ətbənde oğlu Vehşi, Qaraçı, maştağalı Ağa Nur Qəni, qalabəyi Qasım bəy, Prator adlı rüşvətxor pristav, qaçaq Bahadır oğlu Xanbala, qaçaq Ağa Rəhim nevəsı Hüseynqulu, qaçaq Candadaş, Məşədt Püste bacı kimi insanlar maraq doğurur. Köhne Bakmın böyük bir toy mərasiminin silsiləsi də elə gənc Gülporinin taleyi baxmıından açılır: qızı görmə, moşvəret, elçılik, kəbinkesmə, cehiz, nişan, qız toyu, nəha- yət oğlan toyu... Bütün bu mərhaleləri H.Sarabski maraqh bir həmsöhbət kimi ıncələyir. Adaxlıbazlığın maraqlı bir cəhəti də oxucunun diqqetini çəkir: “Suraxanıda, ümumiyyətlə, Azərbaycanda evlənmek adatlərində belə bir dəb var idi ki, adaxlı oğlan axşamlar qızı görmək üçün adaxlıbazlığa gedər, onunla söhbət edər, görüşər, yayhqdakı şimidən, qoğaldan verer vo qayıdardı”. Bu misralar Ü.Hacıbəyovun “O olmasın, bu olsun” musiqilı komediyasında

Məşədi İbadın adaxlıbazlığmın bir el adətı olduğuna şahıdlik edir. Bakı kənd- lərinds bozon adamlann həyatını əsil cəhənnəmə döndərən ədavət və qısqanc- bğm nümunəsi kimi H.Sarabskinin söylədiyi əhvalatlar da köhnə Bakı həya- tının bir səhifəsi idi. Il.Sarabski, ümumiyyətlo, Bakı kəndlərini - Suraxanı, Zabrat, Maştağa, Şüvəlan əhvalatlannı, o kondlərin sakinlərini də qələmi ilə tarixin yaddaşına yazır. Adi sakinlərin həyat tarixçələrini, söz-söhbetlərini oxuduqca köhnə Bakımn sanki əhvali-ruhiyyəsini hiss edirsən, adət etdiyin, bozon də əsil mənasına varmadığın misallann, zərb-məsəl vo kotamların (meselən, “hamam suyu ilə dost nıtmaq”), kökünün haradan gəldiyini anlayır, nece deyərlər, kökünü tapırsan.

Bakıda məhenemlik vaxtı oynanılan şəbih tamaşalan haqda bilgilor, sadəcə adi oxucular üçün deyil, mütəxəssıslər - musiqi tarixçiləri üçün də maraqhdır, Məlum olduğu kimi, H.Sarabski özü do goncliyində mərsiyə oxumuş, şəbih- lərdə iştirak etmişdir. Ü.Hacıbəyovun Azərbaycanda milli operanın yaranma- sına nümunə olmuş ömoklardən biri adlandırdığı şəbihlərin icra tərzi, hazır- lanması, mozmunu, ümumiyyətlə, doğurduğu emosional-bədii təsiri haqqmda



  1. Sarabskinin yazdıqları mənbəşünashq materialı kimi elmi maraq doğurur.

Kitabda Azərbaycanda uşaq və gənclərın asudə vaxtlanm keçirmək üçün oynadığı oyunlar haqqmda geniş məlumat verılir. Bu oyunlann bir çoxu artıq tarixe çevrilib, bəziloriso bu gün do məişetdedir. Novruz bayramındakı “Mil”, “Sino”, “Zorxana”, “Qundaq-qundaq”, “A1 bunu”, “Benövşə”, “Yoldaş, soni kim apardı”, “Habudu getdi, Şahbudu gəldi” oyunlan da kitabda tosvir olunur; ümumilikdə, Sarabskı 16 xalq oyununun icrası, xarakteri, məzmunu haqda məlurnat verir, H.Sarabski hər bir oyunun qaydasını təfərrüatı ilə izah edir.

“Köhııə Bakı” osori müollifin şexsi müşahidələrinin nəticəsi olaraq 1938-ci ildo qoləmə alınmışdır. Əsərdə keçən esrin evelindekİ Bakı həyatının - məra- simlerin, oyunların, müxtəlif məişət lövhələrinin təsviri çağdaş dövrümüzün baxış bucağından daha maraqlı göriinür ve elə bu baxımdan da osor indi də öz dəyərini və aktuallığını qoruyub saxlamaqdadır.




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə