Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   2   3   4   5   6   7   8   9   ...   51

 
21 
Səni  Allaha  and  verirəm!  De  görək  Əli  (ə)-dan  başqa 
kim  Peyğəmbər  sünnətinin  həqiqi  nümayəndəsi  olmuşdur? 
Həmçinin  qüdrətin  və  səhabənin  onunla  olmasına 
baxmayaraq  Əli  (ə)  heç  vaxt  sünnətdən  çıxmamışdır.  Əhli-
sünnətin  “Sihah”  kitabları  bu  sözə  şahiddir  ki,  o  (Allahın 
salamı  ona  olsun)  Peyğəmbər  (s)  sünnətini  diriltmək  üçün 
çox  zəhmət  çəkmişdir,  xalqı  ona  tərəf  yönəltməyə 
çalışmışdır.  Amma  özünün  dediyinə  görə  “bir  kəsin  sözə 
qulaq asanı və itaət edəni olmasa, yolu və çarəsi yoxdur.” 
O  zaman  onun  sözünə  qulaq  asıb  buyurduğuna  əməl 
edən  bir  kəs  yox  idi.  Yalnız  şiələr  idi  ki,  ondan  havadarlıq 
edir, sözünə itaət edib, hər şeydə ona müraciət edirdilər. 
Buradan məlum olur ki, səhabə Peyğəmbərin sünnətində 
dəyişiklik  etdiyi  üçün  Osmana  etiraz  etmədilər.  Onların 
“Səhih”  kitablarında  gördük  ki,  nə  cür  Peyğəmbər  (s)-in 
sünnəti ilə müxalifət etdilər. Amma Osmanın bidətləri ilə heç 
vaxt  müxalifətçilik  etməyib  yalnız  o  vaxt  onun  əleyhinə 
etiraz  səslərini  ucaltdılar  ki,  alçaq  dünyaları  təhlükə  altına 
düşmüşdü.  Ad-san  və  dünya  malı  üstündə  onunla  ixtilaf 
etdilər. 
Onlar  həmin  o  adamlardır  ki,  amansızcasına  Əli  (ə)  ilə 
müharibə etdilər. Çünki  onlara  məqam verməmişdi. Əksinə, 
nahaq  surətdə  beytül-maldan  ələ  gətirdikləri  pulları  geri 
qaytarmalarını  istəmişdi.  Bu  yolla  ehtiyacı  olan  insanların 
ondan  istifadə  etməsini  bildirmişdi.  “İndi  əgər  insafın  varsa, 
özün hökm et!” 
 ُمْأَي َ  للّا  َّنِإ
 مُتْمَكَح اَذِإَو اَهِلْهَأ ىَلِإ ِتاَناَمَلْا ْاوُّدؤُت نَأ ْمُكُر
 َ  للّا  َّنِإ ِهِب مُكُظِعَي اَّمِعِن َ  للّا  َّنِإ ِلْدَعْلاِب ْاوُمُكْحَت نَأ  ِساَّنلا  َنْيَب
 اًري ِصَب اًعيِمَس َناَك
 
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı 
və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm 
etmənizi əmr edir. Həqiqətən, Allah bununla sizə necə də 
gözəl  öyüd-nəsihət  verir!  Əlbəttə,  Allah  eşidəndir  və 
görəndir!”
1
 
                                                 
1
 “Nisa”, surəsi, 58-ci ayə. 


 
22 
Allah düz buyurmuşdur. 
4-TƏLHƏ İBNİ ÜBEYDULLAH 
Adlı-sanlı  səhabələrdəndir.  Ömərin  xilafət  üçün  təyin 
etdiyi altı namizəddən biridir. Ömər onun haqqında demişdir: 
“Xoş olduğu zaman mömin, acıqlı olduğu zaman kafirdir. Bir 
gün  insan,  bir  gün  isə  Şeytandır.”  Əhli-sünnətin  nəzərində, 
Peyğəmbər (s)-in haqqında behişt müjdəsi verdiyi on nəfərin 
biridir. 
Bu  insanın  haqqında  tarix  kitablarını  mütaliə  etdiyimiz 
zaman  onun  dünyapərəst  olması  və  dünyaya  görə  dinini 
satması  aydın  olur.  Ziyan  edənlərdən  və  qiyamət  günündə 
peşman olanlardandır. 
Bu həmin Təlhədir ki, Allah Peyğəmbərinə əziyyət edib 
deyirdi: “Əgər Allah Rəsulu ölsə, mən Aişə ilə evlənəcəyəm. 
Çünki  o,  mənim  əmim  qızımdır.”  Bu  söz  Allah  Rəsuluna 
çatdıqda, narahat oldu. “Hicab” ayəsi nazil olduqda, qadınlar 
hicab  örtdülər.  Təlhə  dedi:  “Mühəmməd  əmimiz  qızlarını 
bizdən  örtəcək  və  bizdən  sonra  bizim  arvadlarımızla 
evlənəcək?  Əgər  onun  başına  bir  iş  gəlsə,  arvadları  ilə 
evlənəcəyik.”
1
 
Peyğəmbər narahat olduğu zaman bu ayə nazil oldu: 
 ُهَجاَو ْزَأ اوُحِكنَت نَأ  َلاَو ِ َّللّا َلوُسَر اوُذ ْؤُت نَأ ْمُكَل َناَك اَمَو
  َناَك ْمُكِلَذ َّنِإ اًدَبَأ ِهِدْعَب نِم
 اًميِظَع ِ َّللّا َدنِع
 
“Sizin  haqqınız  yoxdur  Allah  Rəsuluna  əziyyət 
edəsiniz, nə də ondan sonra onun zövcələri ilə evlənəsiniz, 
bu, Allah yanında böyükdür (pisdir).”
2
 
Bu  həmin  Təlhədir  ki,  Əbu  Bəkr  ölümündən  qabaq 
vəsiyyətnamə  yazıb  Ömər  ibni  Xəttabı  öz  canişini  təyin 
etdiyi zaman onun yanına gəlib dedi: “Kobud və pis əxlaqlıq 
                                                 
1
 “Təfsiri ibni Kəsir”, 3-cü cild, səh. 513; “Təfsiri Qurtubi”, 14-cü 
cild,  səh.  228;  “Təfsiri  Alusi”,  22-ci  cild.  səh.  74  və  başqaları,  “Əhzab” 
surəsinin 53-cü ayəsinin təfsirində. 
2
 “Əhzab” surəsi, 53-cü cild. 


 
23 
bir adamı bizim üstümüzə təyin etdiyin üçün Allaha nə cavab 
verəcəksən?” Əbu Bəkr də pis sözlərlə onu söydü. 
Amma görürük  ki,  ondan  sonra  sakit olur,  təzə  xəlifəyə 
razı olur və onun dostlarına çevrilir. Var-dövlət yığır, nökər 
və  kəniz  alır,  görür  ki,  Ömər  onu  özündən  sonra  xəlifəliyə 
namizəd təyin edir. Təlhə də elə həmişə bu fikirdə olmuş və 
onun arzusunu etmişdi. 
Təlhə  o  kəsdir  ki,  Əli  (ə)-ı  tək  qoymuş  və  Osman  ibni 
Əffanın  dəstəsinə  qoşulmuşdu.  Bilirdi  ki,  əgər  xilafət  Əliyə 
çatsa, daha  onun  üçün heç  bir  ümid  yeri  qalmayacaqdır. Əli 
(ə) özü bu barədə buyurmuşdur: 
“Onların arasından biri kin üzündən üz döndərdi, başqa 
birisi  öz  yeznəsinə  rəy  verdi,  daha  başqa  rüsvayçılıqlar  da 
vardı...” 
Mühəmməd Əbdüh bu ibarətin şərhində deyir: Təlhənin 
Osmana  çox  istəyirdi.  Çünki  onların  arasında  bir  neçə 
qohumluq  əlaqəsi  var  idi.  Necə  ki,  ravilər  bu  haqda  qeyd 
etmişlər.  Onun  Osmanın  tərəfdarı  olmasına  Əli  ilə  etdiyi 
düşmənçiliyi  kafidir.  Təlhə  Təmim  qəbiləsindən  idi.  Bəni 
Haşim  və  Bəni  Təmim  bir-birindən  narazı  idilər.  Belə  ki, 
Əbu Bəkr onların arasından xəlifə olmuşdu.
1
 
Şəksiz,  Təlhə  “Qədir”  beyətində  olan  səhabələrdən  biri 
olmuş,  Peyğəmbər  (s)-in  buyurduğu  “Mən  kuntu  movlahu 
fəhaza  Əliyyun  movlahu”,  yəni  mən  hər  kəsin  mövlası  və 
rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir – kəlməsini 
də eşitmişdi. 
Həmçinin, sözsüz ki, Peyğəmbərin bu sözünü “Əliyyun 
məəl-həqqi vəl-həqqu mə Əliyyin”,  yəni “Əli haqla və haqq 
isə Əli ilədir” eşitmişdi. Xeybər müharibəsində də olmuş və 
Peyğəmbər (s)-in ələmi Əli (ə)-a verib buyurduğu: “o, Allahı 
və  Peyğəmbəri  sevir,  Allah  və  Peyğəmbər  də  onu  sevir” 
cümləsini  eşitmişdi.  Bilirdi  ki,  Əli  (ə)  Peyğəmbər  (s)  üçün, 
Harunun  Musa  üçün  olduğu  kimidir.  Əli  (ə)-ın  daha  bir  çox 
fəzilətlərini də bilirdi. 
                                                 
1
 “Nəhcül-bəlağənin şərhi”, Mühəmməd Əbdüh, 1-ci cild, səh. 187-
188, (“Şiq-şiqiyyə” xütbəsinin şərhi). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə