Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   2   3   4   5   6   7   8   9   ...   51

 

“Mənim  Şeytanım  vardır  ki,  mənim  damar  və  dərimdə 
gəzir.” 
İslam alimləri Quran haqqında öz şəxsi nəzərinə əsasən 
söz  deyən  hər  bir  kəsi  kafir  bilmişlər.  Bildiyimiz  kimi 
Peyğəmbər (s) heç vaxt öz şəxsi nəzəri və qiyas üzündən söz 
deməmişdir. Bundan əlavə Əbu Bəkr deyirdi: “Məni sünnətə 
əməl etməyə məhkum etməyin ki, ona gücüm çatmaz.” Əgər 
Əbu  Bəkrin  sünnətə  gücü  çatmamışsa,  onun  ardıcılları 
özlərini hansı haqla əhli-sünnə adlandırırlar?! 
Bəlkə  də  sünnətə  gücü  çatmamasının  səbəbi,  sünnətin 
ona  Peyğəmbərin  yolundan  azmasını  xatırlatması  olmuşdur. 
Belə deyilsə, onda Allahın kəlamını necə təfsir etmək olar ki, 
buyurur: 
 ٍجَرَح  ْنِم ِنيِ دلا يِف ْمُكْيَلَع َلَعَج اَمَو
 
“Allah dində sizin üçün çətinlik qoymamışdır.”
1 
 َرْسُعْلا ُمُكِب ُدي ِرُي َلاَو َرْسُيْلا ُمُكِب ُ  للّا ُدي ِرُي
 
“Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir.”
2 
 ِإ اًسْفَن ُ  للّا  ُفِ لَكُي َلا
 اَهَعْسُو َّلا
 
“Allah hər bir nəfsə imkanından artıq təklif etmir.”
3 
اوُهَتناَف ُهْنَع ْمُكاَهَن اَمَو ُهوُذُخَف ُلوُسَّرلا ُمُكاَتآ اَمَو
 
 “Peyğəmbər sizə hər nə versə, götürün və hər şeydən 
sizi saxladısa, dayanın.”
4 
Əbu  Bəkrin  “Peyğəmbərin  sünnətinə  gücüm  çatmaz” 
deməsi həqiqətdə bu ayələri rədd etmək deməkdir. Əgər Əbu 
Bəkrin  –  ilk  xəlifənin  o  zamandan  Peyğəmbər  (s)-in 
sünnətinə gücü çatmırdısa, onda bu günün müsəlmanlarından 
Allahın  Quranda  və  sünnətdə  gəlmiş  hökmlərinə  əməl 
etmələrini necə tələb etmək olar?! 
Bununla belə, hətta ehtiyaclı və zəif müsəlmanların belə 
bacardığı  bəzi  asan  işlərdə  Əbu  Bəkrin  Peyğəmbər  (s)-in 
                                                 
1
 “Həcc” surəsi, 78-ci ayə. 
2
 “Bəqərə” surəsi, 185-ci ayə. 
3
 “Bəqərə” surəsi, 286-cı ayə. 
4
 “Həşr” surəsi, 7-ci ayə. 


 
10 
sünnəti  ilə  müxalifətçilik  etməsini  görürük.  Əbu  Bəkr 
Peyğəmbər  (s)-in  həcdə  yerinə  yetirdiyi  və  həmişə  əməl 
olunmasını  tapşırdığı  qurban  kəsməni  tərk  edir.  Bütün 
müsəlmanlar  bildikləri  halda,  Əbu  Bəkr  –  müsəlmanların 
xəlifəsi bunu niyə görə tərk edir?! 
Şafei  öz  kitabında  və  bir  çox  başqa  mühəddislər  qeyd 
etmişlər  ki:
1  Əbu  Bəkr  və  Ömər  həcdə  qurban  kəsmirdilər. 
Çünki istəmirdilər ki, xalq onlara iqtida etsin və elə bilsinlər 
ki, qurbanlıq vacibdir! 
Bu  düz  dəlil  yürütmək  deyildir  və  dəlili  də  yoxdur. 
Bütün  səhabələr  Peyğəmbər  (s)-dən  qurbanlığın  vacib  deyil, 
sünnət  olmasını  öyrənmişdilər.  Digər  tərəfdən,  tutaq  ki, 
camaat onun vacib olmasını güman etsəydilər, nə ola bilərdi? 
Biz  Peyğəmbər  (s)-in  qarşısını  aldığı,  nə  vacib  və  nə  də 
müstəhəb  olan  Ömərin  təravih  namazını  bidət  qoymasını 
bilirik,  lakin  buna  baxmayaraq,  əhli-sünnətin  bir  çoxu  onu 
vacib bilirlər. 
Ola  bilsin,  Əbu  Bəkr  və  Ömər  Peyğəmbər  (s)-in 
qurbanlıq  sünnətini  kənara  qoymaqla  xalqa  göstərmək 
istəyirdilər  ki,  Peyğəmbərin  gördüyü  işlərin  hamısı  vacib 
deyildir.  Beləliklə,  onları  bir  kənara  qoyub,  etinasız 
yanaşmaq olar! 
Beləliklə, onların “Quran bizə kifayətdir” və Əbu Bəkrin 
“Peyğəmbərdən  heç  nə  nəql  etməyin  və  Allahın  Kitabı 
bizimlə  sizin  aranızdadır,  onun  halalını  halal  və  haramını 
haram sayın” dedikləri düz çıxır. 
Demək,  Əbu  Bəkr  üçün  bir  nəfər  Peyğəmbər  (s)-in 
sünnətindən  qurbanlıq  üçün  dəlil  gətirsə,  Əbu  Bəkr  belə 
cavab  verəcək:  Peyğəmbərin  sünnətindən  hədis  demə, 
qurbanlıq hökmünü Allah kitabında mənə göstər! 
Bundan  sonra  həqiqət  ardınca  olan  hər  bir  şəxs 
Peyğəmbər  sünnətinin  onların  arasında  nə  üçün  tanınmamış 
qalmasını dərk edər və başa düşər ki, Allah və Peyğəmbərin 
hökmlərinin  şəxsi  qiyasla  dəyişdirilməsində  hədəf  nə 
                                                 
1
  “Əs-sünənül-kubra”,  Beyhəqi,  9-cu  cild,  səh.  265;  “Cəmul-
cəvame”, Süyuti, 3-cü cild, səh. 45. 


 
11 
olmuşdur? Öz xeyirlərinə və istədikləri ilə düz tutuşdurmağa 
çalışmışlar. 
Bunlar  tarixdən  ələ  gətirdiyimiz  nümunələrdir  və  Əbu 
Bəkrin  Peyğəmbər  (s)-in  sünnəti  ilə  etdiyi  rəftarının  çox  az 
hissəsini göstərir. Onun əlində sünnətin xar olması açıqlanır, 
yandırılması  bəyan  olunur.  Belə  ki,  bunun  haqqında  ayrıca 
bir kitab yazmaq olar. 
Elminin  əsası  bundan  artıq  olmayıb,  Peyğəmbər  (s)-in 
sünnəti ilə bundan artıq davranışa malik olmayan bir şəxsin 
müsəlmanların  örnəyi  və  inandıqları  adlandırılıb,  onun 
ardıcıllarına  da  əhli-sünnət  demək  olarmı?!  Həqiqi  əhli-
sünnət  sünnətə  göz  yummaz  və  onu  yandırmaz!  Heç  vaxt! 
Əksinə olaraq ona əməl edib ehtiram göstərər: 
 ُ للّا ُمُكْبِبْحُي يِنوُعِبَّتاَف َ  للّا  َنوُّب ِحُت ْمُتنُك نِإ ْلُق
 ْمُكَل  ْرِفْفَيَو 
 ْا ْوَّلَوَت نِإف َلوُسَّرلاَو َ  للّا ْاوُعيِطَأ ْلُق ٌمي ِحَّر ٌروُفَغ ُ  للّاَو ْمُكَبوُنُذ
  َني ِرِفاَكْلا ُّب ِحُي َلا َ  للّا َّنِإَف
 
“De:  Əgər  Allahı  sevirsinizsə,  mənə  itaət  edin  ki, 
Allah  da  sizi  sevsin  və  günahlarınızı  bağışlasın  və  Allah 
bağışlayan  və  rəhmlidir  (mehribandır).  De:  “Allah  və 
Peyğəmbərə itaət edin, əgər üz çevirsələr, həqiqətən Allah 
kafirləri sevmir.”
1
 
2-ÖMƏR İBNİ XƏTTAB 
Keçən bəhslərdən aydın olduğu kimi, o, Peyğəmbər (s)-
in  qiymətli  sünnəti  ilə  müxalifətçilik  etməkdə  qəhrəmandır. 
O  həmin  kəsdir  ki,  həyasızcasına  “Peyğəmbər  sayaqlayır, 
Allahın  kitabı  bizə  bəsdir”  cümləsini  işlətmişdir.  O, 
(Peyğəmbər)  heç  vaxt  həvayi-həvəs  üzündən  söz  demir”  – 
(ayəsinə  göz  yummuşdur.  Ömər  bu  ümmətin  yolunu 
azmalarının baisi olmuşdur.

                                                 
1
 “Ali-İmran” surəsi, 31-32-ci ayə. 
2
  Bu  sözə  dəlil  Peyğəmbər  (s)-in  buyruğudur:  “Sizin  üçün  elə  bir 
məktub yazacağam ki, ondan sonra heç vaxt azmayasınız.” Həmçinin İbni 
Abbasın sözüdür ki, deyir: “Əgər o məktub yazılsaydı, bu ümmətdən iki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə