Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

 
45 
Peyğəmbər  (s)-dən  sonra  xalqa  ən  layiqli  rəhbərdir  və  bunu 
da  Məhəmməd  ibni  Əbu  Bəkrə  olan  məktubunda 
xatırlatmışdı. (Tezliklə onu qeyd edəcəyik.) 
Görəsən  Müaviyə  Səd  və  Ümmü  Sələmədən  hədisi 
eşitdikdən  sonra  Əli  (ə)-ı  söyməkdən  əl  çəkdimi?  Xeyr! 
Əksinə  bundan  da  artıq  öz  azğınlığını  davam  etdirib 
günahları ilə fəxr etdi. Xalqı bu işə məcbur edirdi, uşaqlar bu 
tərbiyə  ilə  böyüyür,  qocalar  beləcə  dünyadan  gedirdi.  Bu  iş 
səksən, bəlkə daha çox illər boyunca davam etdi. 
 ْا ْوَلاَعَت  ْلُقَف  ِمْلِعْلا  َنِم  َكءاَج اَم  ِدْعَب نِم  ِهيِف  َكَّجآَح  ْنَمَف
 َّمُث ْمُكَسُفنَأو اَنَسُفنَأَو ْمُكءاَسِنَو اَنءاَسِنَو ْمُكءاَنْبَأَو اَنءاَنْبَأ ُعْدَن
 
  َنيِبِذاَكْلا ىَلَع ِ  للّا ُةَنْعَّل لَعْجَنَف ْلِهَتْبَن
 
“Sənə  göndərilən  bilikdən  sonra  buna  dair  səninlə 
mübahisə edənlər olsa, onlara de: Gəlin biz də oğlanlarımızı, 
siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; 
biz  də  özümüzü  siz  də  özünüzü  çağıraq!  Sonra  dua  edib 
yalançılara Allahın lənət etməsini diləyək.”
1
 
7-ƏBDÜRRƏHMAN İBNİ OVF 
Onun  adı  cahiliyyətdə  Əbdu  Əmr  idi.  Peyğəmbər  onun 
adını  Əbdürrəhman  qoymuşdu.  O,  Bəni  Zöhrədən  olub  Səd 
ibni Əbi Vəqqasın əmisi oğludur. Böyük səhabələrdən və ilk 
mühacirlərdəndir. Peyğəmbərlə birlikdə bütün müharibələrdə 
olmuşdur.  Ömər  ibni  Xəttabın  xilafət  üçün  təyin  etdiyi  altı 
nəfərdən biridir. Demək olar ki, həmin şuranın rəis və başçısı 
təyin  olmuşdu.  O,  demişdi:  Əgər  aranızda  (xilafəti  təyin 
etmədə)  xilafət  olsa,  Əbdürrəhman  ibni  Ovf  olan  tərəfdə 
olun!  Əhli-sünnətin  dediyinə  görə,  on  nəfər  behişt  müjdəsi 
olanlardan biridir. 
Əbdürrəhman ibni Ovf – necə ki, məşhurdur – Qüreyşin 
böyük  ticarətçilərindəndir.  Özündən  sonra  böyük  sərvət 
qoymuşdur. Tarixçilərin dediyinə görə, min at, yüz dəvə, on 
min qoyun, iyirmi su daşıyan dəvə ilə sulanmalı olan torpaq 
                                                 
1
 “Ali-İmran” surəsi, 61-ci ayə. 


 
46 
özündən  sonra  qoymuşdu.  Dörd  arvadının  hər  biri  səksən 
dörd min miqdarında irs aparmışdır.
1
 
Əbdürrəhman  ibni  Ovf  Osman  ibni  Əffanın  yeznəsidir. 
O,  Əqəbə  ibni  Əbi  Muitin  qızı  Ümmü  Gülsümü  almışdı  ki, 
Osmanın anadan bir olan bacısıdır. 
Tarix  kitablarını  vərəqləyərkən  Əli  (ə)-ın  xilafətdən 
uzaqlaşdırılmasında  onun  böyük  rola  malik  olmasını  bildik. 
O,  iki  xəlifənin  sünnəsinə  əsasən  əməl  etməni  şərt  etmişdi. 
Qabaqcadan  bilirdi  ki,  Əli  (ə)  bu  şərtə  razı  olmayacaqdır. 
Çünki  onların  hər  ikisi  kitab  və  sünnətin  xilafına  iş 
görmüşdü. 
Bu  öz  növbəsində  sabit  edir  ki,  Əbdürrəhman  ibni  Ovf 
cahiliyyət  bidətlərini  saxlamaq  üçün  təəssübkeşlik  edirdi. 
Peyğəmbərin  sünnəsindən  uzaq  idi.  Peyğəmbər  (s)-in  pak 
ailəsinin ziddinə olub, xilafətin Qüreyşdə qalmasında böyük 
zəhmət çəkmişdi. 
Buxari  öz  “Səhih”inin  “əhkam”  kitabında  –  “xalq 
imamla necə beyət etməlidir?” – məsələsində qeyd etmişdir: 
Müsəvvər dedi: Əbdürrəhman gecə bir miqdar yatandan 
sonra  mənim  yanıma  gəlib  qapını  döydü.  Mən  yuxudan 
ayıldım. Dedi:  Görürəm  ki,  yatmısan. Allaha and olsun! Bu 
gecə  gözümə  yuxu  getməyibdir.  Get  Zübeyr  və  Sədi  gətir, 
onlarla  məşvərət  edim.  Mən  o  iki  nəfəri  çağırdım.  O  iki 
nəfərlə məşvərət etdi. 
Sonra dedi: Əlini də çağır. Onu da çağırdım. Onunla da 
gecə  yarısına  qədər  yavaş  söhbət  etdi.  Sonra  Əli  onun 
yanından  qalxdı.  Amma  o  hələ  də  Əli  ilə  söhbəti  davam 
etdirmək  istəyirdi.  Əbdürrəhman  niyə  görəsə  Əlidən 
qorxurdu.  Sonra  dedi:  Osmanı mənim  yanıma  çağır.  Onu  da 
çağırdım.  Onunla  da  təklikdə  çox  söhbət  etdi.  Azan  səsi 
ucaldığı zaman onlar bir-birindən ayrıldılar. 
Camaat  sübh  namazını  qılıb  qurtardıqdan  sonra  o  qrup 
minbərin yaxınlığında cəm oldu. O, şəhərdə olan mühacir və 
ənsarın  ardınca  yolladı.  Qoşun  başçılarını  da  çağırdı.  O  il 
                                                 
1
 “Təbəri və Məsudi, 3-cü cild, səh. 333; Məsudi və İbni Səd, 3-cü 
cild, səh. 89; “Fitnətul-kubra”, Taha Hüseyn, səh. 138. 


 
47 
onlar  da  Ömərlə  həccə  gəlmişdilər.  Hamı  yığıldıqdan  sonra 
Əbdürrəhman  şəhadət  verdi  və  sözə  başladı:  Ey  Əli!  Mən 
xalqın  nəzərini  öyrəndim  və  gördüm  ki,  Osmandan  savayı 
heç kəsi istəmirlər. Elə isə öz əleyhinə heç kəsin əlinə bəhanə 
vermə. 
Sonra  üzünü  Osmana  tutub  dedi:  “Mən  səninlə  Allahın 
kitabı,  Peyğəmbərin  sünnəsi  və  ondan  sonra  iki  xəlifənin 
etdiyi rəftar əsasında beyət edirəm.” Əbdürrəhman, mühacir, 
ənsar, qoşun başçıları və müsəlmanlar beyət etdilər. 
Təhqiq  əhli  bu  rəvayətdən  başa  düşər  ki,  Buxarinin 
dediyinə  görə,  bu  xəyanət  bir  gecəyə  hazırlanmışdı. 
Həmçinin Əbdürrəhman ibni Ovfun nə qədər zirək olması və 
Ömərin öz seçimində yayınmaması məlum olur. 
Ravinin,  yəni  Müsəvvərin  sözünə  diqqət  edin:  Əlini 
onun  üçün  çağırdım.  Onunla  görüşdü.  Əli  onun  yanından 
qalxmaq istədi, amma Əlinin qalmasına hələ də ümidvar idi. 
Məlum  olur  ki,  Əbdürrəhman  ibni  Ovf  həmin  o  kəsdir 
ki, Əlini xilafətə çatmaq üçün ümidvar etmiş və onu bu yolla 
şurada  saxlayaraq  ümmətin  iki  dəstəyə  bölünməsinin 
qarşısını  almışdı.  Elə  Səqifədə  də  bu  cür  etmişdilər.  Bu 
ehtimalın  düzgünlüyünü  artıran  Müsəvvərin  sözüdür  ki, 
deyir: Əbdürrəhman Əlidən qorxurdu ki, bir iş görmüş ola. 
Əbdürrəhman  hiyləgər  rolunu  çox  gözəl  oynamışdı. 
Gecə  Əli  (ə)-ı  ümidvar  etmiş,  xilafətə  görə  onu  təbrik 
etmişdi.  Sübh  olduğu  zaman  qoşun,  qəbilə  başçıları  və 
Qüreyşin  rəhbərləri  gəldilər.  Gözlənilmədən  Əbdürrəhman 
öz  mövqeyini  dəyişib  dedi:  Xalq  Osmandan  savayı  heç  kəsi 
qəbul  etmir.  O  da  qəbul  etməlidir.  Belə  olmasa,  öz  əli  ilə 
özünə  qarşı  iş  görməyə  imkan  yaratmışdır.  (Yəni  onların 
seçdiyi xəlifə ilə beyət etməsə, onu öldürəcəklər.) 
Həmçinin  mühəqqiq  rəvayətin  sonunda  bu  nöqtəyə  də 
yetişə  bilər  ki,  Müsəvvər  deyir:  Yığıldıqları  zaman 
Əbdürrəhman  şəhadəti  dedi.  Sonra  əlavə  edərək:  “ey  Əli! 
Mən  xalqın  içində  axtarış  apardım,  gördüm  ki,  onlar 
Osmandan savayı heç kəsi qəbul etmirlər. Elə isə öz əleyhinə 
bəhanə ələ vermə” – dedi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə