Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   2   3   4   5   6   7   8   9   ...   51

 
12 
Həmçinin  o,  Zəhra  (əleyha-salam)-ı  həmişə  inciməyə 
çalışmış,  əziyyət  verib,  onu  qorxutmağa,  onun  vəhşətə 
düşməsinə  səbəb  olmuşdur.  Evinə  həmlə  edərək  uşaqlarını 
qorxutmuşdur. 
O,  Peyğəmbərin  sünnətindən  hər  nə  yazılmışdısa,  yığıb 
yandırmış,  xalqa  Peyğəmbər  (s)-dən  hədis  söyləməkdən 
qadağan  etmişdi.  Ömər  bütün  ömrü  boyu  –  o  Həzrətin 
sağlığında  belə  –  onun  sünnətini  ayaq  altına  qoymuş, 
Üsamənin  qoşununun  hərəkət  etməsinin  qarşısını  almışdı. 
Əbu Bəkrə kömək bəhanəsi ilə Üsamə ilə hərəkət etməmişdi. 
O, 
“müəllifətu 
qülubihim” 
payında 
Quranla 
müxalifətçilik edib, onların payını verməmişdi. 
Həcc  və  qadınların  mütəsində  Quran  və  sünnətlə 
müxalifətçilik etmişdi. 
Bir dəfəyə üç təlaq vermə hökmündə Quran və sünnətlə 
müxalifətçilik etmiş, onu üç təlaq hesab etmişdi. (Halbuki bir 
məclisdə yalnız bir təlaq sayılır.) 
Təyəmmümün  vacib  olmasında  Quran  və  sünnətlə 
müxalifətçilik  etmiş  və  “su  olmayan  zaman  namaz  qılmaq 
vacib deyildir”, – demişdir! 
Müsəlmanların  işində  casusluq  etməmək  məsələsində 
Quran və sünnətlə  müxalifətçilik  etmiş və  bu  bidəti  İslamda 
qoymuşdu! 
Azanın  bir  qismətini  kənara  qoyub  başqa  bir  şeyi  ora 
əlavə etməklə Quran və sünnətlə müxalifət olmuşdu. 
Xalid  ibni  Vəlidi  hədd  cari  edəcəyi  ilə  hədələməsinə 
baxmayaraq,  sonda  Quran  və  sünnətlə  müxalifətçilik  edərək 
bu həddi yerinə yetirmədi. 
Müstəhəb  namazın  camaatla  qılınmasının  qarşısını 
almaq  göstərişinə  baxmayaraq,  Peyğəmbərin  sünnəti  ilə 
                                                                                                    
nəfər  belə  ixtilaf  etməzdi.”  Ömər  həmin  o  kəsdir  ki,  Peyğəmbər  (s)-in 
məktub  yazmasının  qarşısını  almış,  onu  sayıqlamaqda  (nəuzubillah) 
müttəhim  etmişdi!  O,  belə  etmişdi  ki,  Peyğəmbər  (s)  məktub  yazmaqda 
israr  etməsin.  Belə  isə,  məlum  olur  ki,  o,  ümmətin  (haqq)  yoldan 
çıxmasına səbəb olmuş və onları hidayət olmaqdan məhrum etmişdir. 


 
13 
müxalifətçilik  edib  bu  bidəti  “təravoh”  namazında  həyata 
keçirdi və rəvaclandırdı. 
Beytül-mal  bağışlaması  məsələsində  Peyğəmbər  (s)-in 
sünnəti  ilə  müxalifətçilik  edib  müsəlmanlar  arasında  fərq 
qoydu  və  İslamda  ümmətin  təbəqələrə  bölünməsi  bidətini 
həyata keçirdi. 
Öz nəzərinə əsasən, şura məclisi yaratmaqla Peyğəmbər 
(s)-in sünnəti ilə müxalifətçilik edib, bunu Əbdürrəhman ibni 
Ovfa tapşırdı!! 
Təəccüblü  burasıdır  ki,  bütün  bunları  görə-görə  əhli-
sünnət onu məsum həddinə çatdırır və deyirlər: “Onun ölümü 
ilə ədalət də öldü!” 
Həmçinin onun haqqında nəql edib deyirlər: Onu qəbrə 
qoyduqları  zaman  iki  mələk  gəlib  ondan  sual  etmək 
istəyəndə,  Ömər  onların  üstünə  qışqırıb  dedi:  “Sizin 
Allahınız  kimdir?”  Onlar  dedilər:  “Bu,  Faruqdur.  Allah 
bunun vasitəsilə haqq və batili ayırır!!!” 
Bu,  həqiqətdə  Bəni-Üməyyənin  İslam  və  müsəlmanları 
ələ  salıb,  onlara  rişxənd  etməsi  deyilmi?  Bu  cür  şeyləri 
özünün  tünd  əxlaqı  ilə  məşhur  və  Peyğəmbər  (s)-in  sünnəti 
ilə müxalif olan adam üçün düzəltməmişdirmi?
1
 
Elə  bil  ki,  öz  əməlləri  ilə  deyirdilər:  “Mühəmmədin 
zəmanəsi keçmiş və bizim zəmanəmiz çatmışdır. Biz hər nə 
istəyiriksə, din adı ilə ixtira edir və hər nə istəyiriksə, deyirik. 
Siz özünüzün  və inandığınız Peyğəmbərin  istədiyinin əksinə 
olaraq  bizim  nökərimiz  olmusunuz.”  Sizin  fikrinizcə,  bu, 
intiqam alma deyilmi? 
Bu  yolla  yenidən  Qureyşin  –  başda  Bəni-Üməyyə 
olmaqla  (ki,  həmişə  İslamla  mübarizə  edib  vuruşmuşdur) 
rəhbər olmasının təzələnməsi deyildirmi? 
                                                 
1
 Müslüm öz “Səhih” kitabının 4-cü cildinin 59-cu səhifəsində qeyd 
etmişdir:  İbni  Abbas  və  İbni  Zübeyr  iki  mütə  (həcc  və  qadın)  barəsində 
ixtilaf  etdilər.  Cabir  ibni  Abdullah  dedi:  Biz  Peyğəmbərin  sağlığında 
onların hər ikisini edirdik. Bundan sonra Ömər bizi o iki işdən çəkindirdi 
və biz də daha etmədik. 


 
14 
Ömər  ibni  Xəttabın  Peyğəmbərin  sünnətini  aradan 
aparmağa  çalışması,  Peyğəmbərin  qarşısında  onunla 
müxalifətçilik  etməsi  və  onu  ələ  salması  məsələsinə  diqqət 
etdikdə,  heç  də  Qüreyş  tərəfindən  onların  başçılığını  öz 
öhdəsinə götürməsi qeyri-mümkün sayılmır. Onların onu öz 
böyük  rəhbərləri  bilməsi  də  istisna  olunmur.  Çünki  İslam 
meydana  gəldikdən  sonra,  o,  Qüreyşin  deyən  dili  və  İslama 
müxalif  qəhrəman  olmuşdu.  Peyğəmbər  (s)  dünyadan 
getdikdən  sonra  öz  böyük  hədəflərinə  yetişmək,  arzularını 
həyata  keçirərək  qüdrət  sahibi  olmaq  və  cahiliyyət  adət-
ənənələrini geri qaytarmaq üçün o, bir vasitə idi. 
Təsadüfi deyildir ki, Ömər ibni Xəttab öz xilafəti zamanı 
Peyğəmbərin  sünnəti  ilə  müxalifətçilik  edərək  “məqami-
İbrahimi” (Məkkədə) cahiliyyət zamanında olduğu yerdən də 
arxaya keçirdi. 
İbni  Səd  “Təbəqati-kubra”  kitabında  və  bir  başqa 
tarixçilər  qeyd  etmişlər  ki,  Peyğəmbər  Məkkəni  fəth  etdiyi 
zaman  “məqami  İbrahimi”  Həzrət  İbrahim  və  İsmailin 
zamanlarında olduğu kimi Kəbəyə yapışdırdı. Belə ki, ərəblər 
cahiliyyət  zamanı  onu  oradan  geri  çəkmiş,  indiki  yerə 
qoymuşdular. Ömər ibni Xəttab qüdrətə çatdıqdan sonra onu 
– Peyğəmbərin və Əbu Bəkrin zamanında evə yapışmış halda 
olmasına baxmayaraq – bu günkü yerinə gətirdi. 
Sizi  and  verirəm  Allaha!  Peyğəmbər  (s)-in  Həzrət 
İbrahim  və  İsmailin  rəftarını  diriltmək  sünnətini  aradan 
aparıb  yenidən  cahiliyyət  adətini  həyata  qaytarmaq  üçün 
Ömər ibni Xəttabın dəlili vardırmı?! 
Belə olan təqdirdə, Qüreyş necə onu rəhbərliyə çatdırıb, 
onun  üçün  fəzilət  və  məqamlar  düzəltməsin?  Onu  xilafətə 
çatdıran  dostu  Əbu  Bəkr  onun  kimi  olmamış,  zəiflik 
göstərmişdi.  Buxari  də  bu  mətləbi  rəvayət  etmişdir.  Amma 
Ömər Əbu Bəkrdən fərqli olaraq xilafəti ələ keçirən kimi öz 
şücaətini işə salıb bu yolda çox zəhmət çəkdi. 
Bu,  onun  İslamda  qoyduğu  bidətlərin  azacıq  bir  hissəsi 
idi.  Bütün  bunlar  Quran  və  Peyğəmbərin  sünnəti  ilə 
müxalifdir.  Əgər  bidət  və  şəri  hökmlərdə  şəxsi  nəzərlərinə 
əməl və xalqı da bu işləri görməyə məcbur etməsini nəzərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə