Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

 
27 
Əba  Məhəmməd!  Sənin  bu  məktubların  bizim  üçündür? 
Dedi: Bəli. 
Dedi:  Dünən  bizə  məktub  yazırdın  ki,  Osmanı  kənara 
qoyun, onu öldürün, indi ki, onu öldürmüsən, bizim yanımıza 
onun  qanını  tələb  etməyə  gəlmisən?  Allaha  and  olsun!  Bu 
sözə  yəqinin  yoxdur.  Dünyadan  başqa  heç  nəyi  istəmirsən. 
Belə  fikrin  vardısa,  nə  üçün  Əli  ilə  beyəti  qəbul  edib,  öz 
istəyinlə beyət etdin.  İndi beyəti sındırıb  yanımıza gəlmisən 
ki, bizi də öz fitnənə düçar edəsən? 
Bəli,  əhli-sünnət  və  camaat  kitablarının  Təlhə  ibni 
Übeydullahın haqqında yazdığı həqiqət bu idi. Bununla belə, 
deyirlər ki, o, on nəfər behişt müjdəsi olanlardan biridir! 
Onlar  elə  bilirlər  ki,  behişt  “Hilton”  hotelidir. 
Milyonerlər,  dəllallar  ora  gedirlər.  Ölən,  öldürən,  zalım, 
məzlum,  hamı  bir  yerə  yığılırlar.  Möminlər,  fasiqlər,  yaxşı 
əməl sahibləri, pis işlər görənlər bir-birilə görüşürlər. 
 ٍميِعَن َةَّنَج َلَخْدُي نَأ ْمُهْنِ م ٍئ ِرْما ُّلُك ُعَمْطَيَأ
 
“Onlardan  hər  biri  arzumu  edirlər  ki,  xoşbəxtlik 
behiştinə girsinlər?”
1
 
 ِلاَّصلا اوُلِمَعَو اوُنَمآ  َنيِذَّلا ُلَعْجَن ْمَأ
 يِف  َنيِدِسْفُمْلاَك ِتاَح
  ِراَّجُفْلاَك  َنيِقَّتُمْلا ُلَعْجَن ْمَأ  ِضْرَ ْلْا
 
“Yoxsa Biz iman gətirib yaxşı iş görənləri yer üzündə 
fitnə-fəsad  törədənlərlə  eynimi  tutacağıq?!  Yaxud 
Allahdan 
qorxub 
pis 
əməllərindən 
çəkinənləri 
günahkarlarla taymı edəcəyik?!”
2
 
  َنوُوَتْسَي  َّلا اًقِساَف َناَك نَمَك اًنِم ْؤُم َناَك نَمَفَأ
 
“Məgər  mömin  kimsə  ilə  fasiq  eynidirmi?!  Əlbəttə, 
onlar eyni ola bilməzlər.”
3
 
 ى َوْأَمْلا  ُتاَّنَج ْمُهَلَف  ِتاَحِلاَّصلا اوُلِمَعَو اوُنَمآ  َنيِذَّلا اَّمَأ
 ُلَمْعَي اوُناَك اَمِب  ًلاُزُن
  َنو
 
                                                 
1
 “Məaric”, 38. 
2
 “Sad” surəsi, 28-ci ayə. 
3
 “Səcdə” surəsi, 18-ci ayə. 


 
28 
 اوُجُر ْخَي نَأ اوُداَرَأ اَمَّلُك ُراَّنلا ُمُهاَوْأَمَف اوُقَسَف  َنيِذَّلا اَّمَأَو
 ِهِب مُتنُك يِذَّلا  ِراَّنلا  َباَذَع اوُقوُذ ْمُهَل َليِقَو اَهيِف اوُديِعُأ اَهْنِم
  َنوُبِ ذَكُت
 
“İman  gətirib  yaxşı  işlər  görənləri  etdikləri  əməllər 
müqabilində qonaq qalacaqları Məva cənnətləri gözləyir. 
Fasiqlərə gəlincə isə, onların məskəni cəhənnəm odudur. 
Onlar  hər  dəfə  oddan  çıxmaq  istədikdə,  yenə  ora 
qaytarılacaq  və  onlara:  “Dadın  yalan  hesab  etdiyiniz 
cəhənnəm odunun əzabını!” – deyiləcəkdir
.

5-ZÜBEYR İBNİ ƏVVAM 
O  da  böyük  səhabələrdən  sayılır.  İlk  mühacirlərdəndir. 
Allah  Peyğəmbəri  ilə  yaxın  qohumdur.  O,  Əbdül-Müttəlibin 
qızı  (Peyğəmbərin  bibisi)  Səfiyyənin  oğludur.  Əbu  Bəkrin 
qızı  Aişənin  bacısı  Əsma  ilə  ailə  qurmuşdu.  Ömər  ibni 
Xəttabın xilafət üçün təyin etdiyi altı nəfərdən biridir.
2
 Əhli-
sünnətin dediyinə görə,  behişt müjdəsi verilmiş on nəfərdən 
biridir. 
Onu hər yerdə Təlhə ilə bir yerdə görməyimiz təəccüblü 
deyildir.  Hər  vaxt  Təlhəni  xatırlayanda  Zübeyr  onunla, 
Zübeyri  xatırlayanda  isə  Təlhə  onunladır.  O  da  dünya 
üstündə  rəqabət  aparanlardan  biridir.  Qarınlarını  onunla 
doldurdular. Təbərinin dediyinə görə ölümündən sonra qalan 
malı əlli min dinar, min at, min nökər, Bəsrə, Kufə, Misir və 
bir çox başqa şəhərlərdə çoxlu torpaqları qalmışdı. 
                                                 
1
 “Səcdə” surəsi, 19-20-ci ayələr. 
2
 Bu qaydanın ixtiraçısı Ömər ibni Xəttabdır. Bu yolla Əli (ə) üçün 
rəqib  və  müxalifət  duzəltmək  istəmişdi.  Çünki  bütün  səhabələr  xilafətin 
Əli  (ə)-ın  haqqı  olduğunu  bilirdilər.  Qüreyş  nahaqdan  xilafəti  onun 
əlindən almışdı. Xanım Fatimeyi-Zəhra (əleyha-salam) bu barədə onlarla 
söhbət  etdikdə  dedilər:  Əgər  ərin  bundan  qabaq  gəlmiş  olsaydı,  onu 
başqasına  verməzdik.  Ömər  hətta  ölümündən  sonra  xilafətin  ona 
çatmasını  istəmirdi.  Elə  buna  görə  də  bu  yolla  onun  üçün  hər  birinin 
xilafətdə gözü olan rəqiblər düzəltdi. Dinlərini dünyalarına satdılar və heç 
bir xeyir də görmədilər. 


 
29 
Taha  Hüseyn  bu  barədə  yazır:  Zübeyrin  vərəsələri 
arasında  bölüşdürülən  malda  ixtilaf  edirlər.  Daha  az  hesab 
edənlərin  dediyinə  görə,  vərəsələr  öz  aralarında  otuz  beş 
milyon  bölüşdürmüşlər.  Orta  hesab  edənlər  isə  bu  rəqəmin 
qırx milyon olmasını xəbər vermişlər. 
Təəccüblü  deyildir.  Zübeyr  Fəstat,  İskəndəriyyə,  Bəsrə 
və  Kufədə  torpaqlara,  Mədinədə  isə  on  bir  evə  malik  idi. 
Bunlardan  əlavə,  mal-qara  və  əkinlərə  də  sahib  idi.

Amma 
Buxarinin  rəvayətinə  görə  ondan  yalnız  beş  milyon  iki  yüz 
min dinar miras qalmışdır.
2
 
Biz heç də səhabələrdən hesab çəkmək fikrində  deyilik. 
Mal-dövlətin haradan ələ gətirilməsini də açıqlayıb, nə qədər 
mal  yığmalarını  bəyan  etmək  istəmirik.  Ola  bilər  ki,  hamısı 
halal  yolla  ələ  gətirilmiş  olsun.  Amma  onların  (Təlhə  və 
Zübeyrin)  dünyaya  hərisliyini  gördükdə,  başa  düşürük  ki, 
onlar  Əmirəl-möminin  Əli  (ə)-la  beyətlərini  pozmuşlar. 
Çünki  Osmanın  onlara  –  müsəlmanların  beytül-malından  – 
verdiyi pulları Həzrət geri qaytarmaq istəyirdi. Elə bu zaman 
onların həqiqəti bizim üçün aydın olur. 
Həzrət imam Əli (ə) xilafətə çatdıqda, xalqı Peyğəmbər 
(s)-in  sünnətinə  qaytarmağa  başladı.  Bu  işdə  ilk  qədəm 
beytül-malın  bölünmə  məsələsini  islah  etmək  idi.  O  Həzrət 
ərəb və ya əcəm olmasından aslı olmayaraq hər bir müsəlman 
üçün üç dinar nəzərdə aldı. Bu, Peyğəmbər (s)-in bütün ömrü 
boyu gördüyü iş idi. Həzrət bu işi ilə Ömərin qoyduğu bidəti 
batil etdi. Ömər öz vaxtında iki bərabər əcəmə verdiyi qədər 
ərəbə verirdi. 
Xalqın Əli (ə)-ın əleyhinə qalxmağı üçün elə bu kifayət 
idi.  Onların  Peyğəmbər  (s)-in  sünnətindən  deyil,  Ömərin 
sünnətindən  xoşları  gəlirdi.  Biz  Qüreyşin  Ömərə  olan 
məhəbbətlərinin  səbəbində  bunu  qeyd  etməyi  yaddan 
çıxarmışdıq.  O,  Qüreyşi  başqa  müsəlmanlardan  da  üstün 
sayırdı. Ərəb milliyyətçiliyi, Qüreyş qəbiləçiliyi və burjaziya 
təbəqəsinin fəryadı hər tərəfə ucaldı. 
                                                 
1
 “Əl-fitnətul-kubra”, Taha Hüseyn, 1-ci cild, səh. 147. 
2
 “Səhihi Buxari”, 4-cü cild, səh. 53. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə