Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

 
30 
Peyğəmbərin dünyadan getməsindən iyirmi beş il sonra 
Əli (ə) Qüreyşi o Həzrətin zəmanəsi halına necə qaytarsın? O 
Həzrət  (öz  zəmanəsində)  Bilal  Həbəşi  ilə  əmisi  Abbasın 
arasında  heç  bir  fərq  qoymadan  onların  gəlirini  eyni 
miqdarda  qərar  vermişdi.  Qüreyş  bu  bərabərliyi  Allah 
Rəsulundan  qəbul  etmirdi.  O  Həzrətin  əməlini  tarixin 
araşdırdıqda,  Qüreyşin  bu  işə  görə  o  Həzrətlə  müxalifət 
etməsinin şahidi oluruq. 
Təlhə və Zübeyrin qiyam etməsinin səbəbi də elə bu idi. 
Onların  beytül-maldan  olan  gəlirini  başqaları  ilə  bərabər 
etmiş,  istədikləri  məqamları  onlara  verməmişdi.  Bundan 
əlavə,  yığdıqları  mala  görə  onlardan  hesab-kitab  etmək 
istəyirdi.  Müstəzəf  millətin  əldən  getmiş  və  tarac  olmuş 
malını qaytarmaq fikrində idi. 
Zübeyr Əli (ə)-ın xilafətində Bəsrə fərmandarlığından və 
başqalarından  üstün  olma  məqamından  naümid  olduqdan 
sonra  təzə  xəlifənin  onun  saysız-hesabsız  malından  hesab 
çəkməsindən qorxub dostu Təlhə ilə onun yanına gəldi. Ümrə 
səfərinə görə şəhərdən çıxmaları üçün icazə istədilər. Əli (ə) 
onların  hədəfini  başa  düşüb  buyurdu:  Allaha  and  olsun! 
Onlar  ümrəyə  getmək  istəmirlər.  Onlar  hiylə  və  kələk 
ardıncadırlar. 
Zübeyr  də  Əbu  Bəkrin  qızı,  arvadının  bacısı  Aişəyə 
qoşuldu.  Onu  Təlhə  ilə  Bəsrəyə  tərəf  apardı.  Aişə  “Hovəb” 
itlərinin  səsini  eşitdiyi  zaman  qayıtmaq  istədi.  Onlar  əlli 
nəfər  gətirib  pul  vasitəsilə  yalandan  şəhadət  verdirdilər  ki, 
bura  Hovəb  deyildir!  Beləliklə,  Ümmül-möminin  Allaha  və 
ərinə itaətsizliyə davam etdi və onlarla Bəsrəyə getdi. Çünki 
Zübeyr öz zirəkliyi ilə başa düşürdü ki, o Aişə təklikdə o iki 
nəfərdən daha çox xalqa təsir qoya bilər. 
Onlar  iyirmi  beş  il  təbliğ  etmiş,  xalqa  belə 
göstərmişdilər ki, o, Peyğəmbərin sevimlisi, Əbu Bəkrin qızı 
Hümeyradır  və  dinin  yarısı  ondadır.  Təəccüblü  burasıdır  ki, 
Zübeyr  də  Osmanın  qanını  tələb  etmək  üçün  ayağa 
qalxmışdı.  Bu  elə  bir  halda  baş  verdi  ki,  təqvalı  səhabələr 
onun Osmanın ölümündə əlinin olduğunu deyirdilər. 


 
31 
İmam Əli (ə) döyüş meydanında ona buyurdu: Sən özün 
Osmanı  öldürüb  məndən  onun  qanının  intiqamını  almaq 
istəyirsən?
1
 
Məsudinin  ibarətində  deyilir  ki,  Həzrət  ona  buyurdu: 
Təəccüblüdür! Nə baş verib ki, qiyam etmisən? 
Dedi: Osmanın qanını tələb etmək üçün. 
Əli (ə) ona buyurdu: Allah bizim ikimizdən hər kəsi ki, 
Osmanın qanına baisdir, öldürsün. 
Hakim özünün  “Müstədrək” kitabında belə  yazır:  Təlhə 
və  Zübeyr  Bəsrəyə  gəldilər.  Camaat  onlara  dedi:  Nə  üçün 
gəlmisiniz? Dedilər: Osmanın qanını almaq istəyirik. Hüseyn 
dedi:  Sübhanəllah!  Bu  camaatın  ağlı  yoxdur  ki,  sizə  deyələr 
Osmanı sizdən başqa heç kəs öldürməyibdir? 
Zübeyr  də  dostu  Təlhə  kimi  Osmana  kələk  gəlmişdi. 
Xalqı onu öldürməyə dəvət etmişdi. Sonra öz istəyi ilə imam 
Əli  (ə)-la  beyət  etmiş  və  beyətini  pozmuşdu.  Daha  sonra 
Osmanın qanını almaq üçün Bəsrəyə gəlmişdi. 
Bəsrəyə  gəldikdən  sonra  orada  baş  verən  cinayətlərdə 
iştirak  etmişdi.  Yetmiş  nəfər  şəhərin  gözətçilərindən  qətlə 
yetirmiş və beytül-malı qarət etmişdilər. Tarixin qeyd etdiyi 
kimi,  Bəsrənin  hakimi Osman  ibni  Hüneyflə sülh imzalamış 
və  Əli  (ə)  ora  gələnə  qədər  onun  hörmətini  saxlamağa  söz 
vermişdilər. 
Amma  sözlərinin  üstündə  durmayıb  –  Osman  ibni 
Hüneyf camaatla namaz qıldığı zaman – onlara həmlə etmiş, 
əl-ayaqlarını  bağlayıb  öldürmüşdülər.  Osman  ibni  Hüneyfi 
öldürmək  istəmişdilər,  amma  Mədinənin  hakimi  olan  Səhl 
ibni  Hüneyfdən  qorxub  bu  işdən  əl  götürmüşdülər.  Onların 
qorxusu  bundan  idi  ki,  əgər  onlar  Osman  ibni  Hüneyfi 
öldürsəydilər,  onun  qardaşı  da  Mədinədə  onların  ailəsi  ilə 
həmin  işi  görə  bilərdi.  Sonda  Osmanı  bacardıqları  qədər 
döyüb  bığ  və  saqqalını  yolmuş,  zindana  salmış,  beytül-malı 
dağıdaraq qırx nəfər gözətçini isə öldürmüşdülər. 
                                                 
1
  “Tarixi  Təbəri”,  4-cü  cild,  səh.  509;  “Əl-kamil”,  İbni  Əsir,  3-cü 
cild, səh. 102. 


 
32 
Taha Hüseyn bu xəyanət haqqında deyir: Bunlar Əli (ə)-
la 
əhdlərini  sındırmaqla  kifayətlənmədilər.  Osmanla 
bağladıqları  sülhü  də  ayaq  altına  qoydular.  Bəsrə 
camaatından  onların  əməllərinə  etiraz  edənləri  də 
öldürdülər.
1
 
Əli  (ə)  Bəsrəyə  gəldiyi  zaman  onlarla  müharibə  etmək 
əvəzinə  Qurana  dəvət  etdi.  Onlar  müxalifət  etdilər.  Onlar 
üçün  Quran  gətirəni  də  öldürdülər.  İmam  bunu  gördükdə, 
Təlhə ilə olduğu kimi Zübeyrlə də danışıb buyurdu: 
Ey  Zübeyr!  Yadındamı  Allah  Rəsulu  ilə  Bəni  Qənəm 
yanından keçdikdə, o mənim üzümə baxıb gülümsədi və mən 
də  gülümsədim.  Sən  dedin:  Əbu  Talibin  oğlu  öz  naz  və 
təkəbbüründən əl çəkmir. Peyğəmbər sənə buyurdu: Sakit ol! 
O,  təkəbbür  etmir,  bir  gün  gələr,  sən  onunla  müharibə 
edərsən. Bu elə bir haldadır ki, sən ona zülm etmiş olarsan.
2
 
İbni  Əbil-hədid  Əli  (ə)-dan  bir  xütbədə  gətirmişdir  ki, 
Həzrət 
buyurur: 
Xudaya! 
Zübeyr, 
mənimlə 
olan 
qohumluğunu  kəsdi,  beyətini  sındırıb  düşmənimə  kömək 
etdi. Hər nə cür istəyirsənsə, onun şərrini məndən uzaq et!
3
 
İmam Əli (ə)-ın “Nəhcül-bəlağə”sində Təlhə və Zübeyr 
haqqında  gəlmişdir:  Pərvərdigara!  O  iki  nəfər  məndən 
ayrıldılar və mənə zülm etdilər. Beyətimi pozub xalqı mənim 
üstümə  qaldırdılar.  Belə  isə  onların  bağladığını  sən  aç, 
istədiklərini qoyma olsun. İstədikləri hər nə pisliyi etdilərsə, 
onlara göstər. Mən döyüşdən qabaq tövbə etmələrini istədim. 
Onlarla  döyüşü  gecikdirdim.  Yaxşılıq  və  salamatlığı 
istəmədilər.
4
 
Döyüşdən  qabaq  onlar  üçün  göndərdiyi  məktubda 
gəlmişdir:  Ey  ağalar!  Öz  fikrinizdən  qayıdın,  bura  qədər 
                                                 
1
  “Əl-fitnətul-kubra”,  Taha  Hüseyn,  2-ci  cild,  səh.  465;  “Tarixi 
Məsudi”, 2-ci cild, səh. 368. 
2
 “Tarixi Təbəri”, 4-cü cild, səh. 502; “Tarixi ibni Əsəm”, 2-ci cild, 
səh. 310. 
3
 “Nəhcül-bəlağənin şərhi”, İbni Əbil-hədid, 1-ci cild, səh. zo6. 
4
  “Nəhcül-bəlağənin  şərhi”,  Mühəmməd  Əbdüh,  2-ci  cild,  səh.  21; 
“Şərhi ibni Əbil-hədid”, 1-ci cild, səh. 310. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə