Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   2   3   4   5   6   7   8   9   10   ...   51

 
24 
Amma 
çoxdankı  düşmənçilik,  paxıllıq  ürəyini 
doldurmuşdu. Öz qəbiləsinin himayə etmək, Əbu Bəkrin qızı 
Aişə  ilə  (ki,  əmisi  qızı  idi)  –  Peyğəmbər  (s)-dən  sonra  – 
evlənmək  fikrinə  düşməkdən  savayı  heç  nə  düşünmürdü, 
amma Quran onun qarşısını almışdı. 
Bəli,  Təlhə  Osmanın  kənarında  yer  tutdu.  Onunla  bir 
xəlifə kimi beyət etdi. Çünki Osman həmişə ona hədiyyə və 
pay 
verirdi. 
O, 
xilafət  taxtına  oturduqdan  sonra 
müsəlmanların  beytül-malının  saysız-hesabsız  qapısını 
Təlhənin  üzünə  açdı.

Təlhənin  gəliri,  sürüləri,  nökərlərinin 
sayı  çoxaldı.  İş  o  yerə  çatmışdı  ki,  onun  yalnız  İraqdakı 
sürülərindən gələn gündəlik gəliri min dinara çatmışdı. 
İbni  Səd  özünün  “Təbəqat”  kitabında  deyir:  Təlhə 
dünyadan  getdiyi  zaman  onun  var-dövləti  otuz  milyon 
dirhəm idi. Onun yalnız nəqd pulu iki milyon iki yüz dirhəm 
və iki yüz min dinar idi. Qalan malı bağ, torpaq idi. 
Elə  bunlar  Təlhənin  baş  qaldırıb  qiyam  etməsinə  də 
səbəb oldu. O, başqalarını da ayağa qaldırıb Osmanı aradan 
götürmək, onun yerinə keçmək fikrinə düşdü. 
Ola  bilər  ki,  möminlər  anası  Aişə  onu  bu  fikrə  salmış 
olsun  və  bu  sevdanı  onun  qəlbində  yetişdirsin.  Çünki  o  özü 
Osmanı  yıxmaq  üçün  əlindən  gələni  edirdi,  xilafətin  əmisi 
oğlu Təlhəyə yetişəcəyində də heç bir şəkki yox idi. Osmanın 
ölüm  xəbərini  və  xalqın  Təlhə  ilə  beyət  etməsini  eşitdikdə, 
çox  sevinib  dedi:  O  uzun  saqqal  kişi  gedib  yox  olsun.  Sağ 
olsun barmaqlı kişi! Sağ olsun uşaqların qəhrəman atası! Sağ 
olsun öz əmim oğlu! Sağ olsun atan! And olsun Allaha, onlar 
bilirdilər ki, Təlhə bu məqama layiqdir. 
Bəli,  bu,  Təlhənin  Osmana  verdiyi  bir  paydır.  Onun 
vasitəsilə  var-dövlətə  çatdıqdan  sonra  xilafət  eşqinə  düşüb 
                                                 
1
  “Təbəri”,  4-cü  cild,  səh.  405;  “İbni  Əbil-hədid”,  2-ci  cild,  səh. 
161;  Taha  Hüseyn  “Fitnətül-kubra”  kitabının  149-cu  səhifəsində  qeyd 
etmişdir ki: Təlhə Osmandan əlli  min dinar borc aldı. Bir gün ona dedi: 
“Malın  hazırdır,  bir  nəfəri  göndər  aparsın.”  Osman  dedi:  “Ey  Əbu 
Mühəmməd!  O,  sənin  əli  açıqlığının  qarşısında  hədiyyədir.”  Deyilənə 
görə, Osman daha iki yüz min dinar Təlhəyə bağışladı. 


 
25 
onu öldürdü. Xalqı onun əleyhinə qaldırdı. Öz işində o qədər 
təkid  edirdi  ki,  hətta  mühasirə  zamanı  onun  üçün  su 
aparmağa belə qoymadı. 
İbni  Əbil-Hədid  deyir:  Osman  mühasirədə  olduğu 
zaman  deyirdi:  Vay  olsun  mənə!  O  Həzrəmi  oğluna 
(Təlhəyə) necə qızıllar verdim! İndi o mənim qanımı tökmək 
istəyir!  Xalqı  məni  öldürmək  üçün  ayağa  qaldırır! 
Pərvərdigara!  Onu  həyatda  xoşbəxt  etmə,  bu  həddi  aşmanı 
ona dadızdır. 
Bəli,  bu  həmin  Təlhədir  ki,  əvvəldə  xilafəti  Əlinin 
əlindən  çıxarmaq  üçün  Osmanın  tərəfdarı  idi.  Onu  xilafətə 
çatdırdı. Osman da ona çoxlu qızıl və gümüş verdi. İndi isə 
xalqı  onun  əleyhinə  qaldırıb  ölüm  hökmünü  verir,  hətta 
suyun  belə  ona  çatmasının  qarşısını  alır.  Cansız  bədən 
gətirildiyi  zaman  onu  müsəlman  qəbristanlığında  belə 
basdırmağa  qoymur  və  axırda  “Kokəb”  adlanan  yəhudi 
qəbristanlığında dəfn edirlər.
1
 
Bundan  sonra  gördük  ki,  Osman  öləndən  sonra  həmin 
Təlhə  birinci  adamdır  ki,  Əli  (ə)-a  beyət  edir  və  sonra 
yenidən  beyətini  sındıraraq  Məkkədə  öz  əmisi  qızı  Aişəyə 
qoşulur.  Qəflətən  Osmanın  qanını  tələb  etməyə  başlayır. 
İlahi! Bundan böyük töhmət olarmı? 
Bəzi  tarixçilər  bu  hadisəni  başqa  cür  qiymətləndirmək 
istəmişlər.  Onlar  Əli  (ə)-ın  Təlhəni  Kufə  və  onun  ətrafına 
hakim  təyin  etməməsini  Təlhənin  beyət  sındırmasına  və 
dünən beyət etdiyi imamın əleyhinə müharibəyə  qalxmasına 
dəlil  gətirmişlər.  Bu,  dünya  malına  olan  eşq  ilə  yaşayan, 
axirətini  dünyaya  satan,  pul  və  məqamdan  başqa  heç  nə 
düşünməyən bir kəsin adətidir. 
Taha  Hüseyn  deyir:  Beləliklə,  o,  hakimiyyətin  əleyhinə 
olanlar  arasında  özünəməxsus  mövqeyə  malik  idi.  Nə  qədər 
ki,  pul  və  qüdrətə  malik  idi,  razı  idi.  Ondan  artıq  tamaha 
düşdüyü zaman müxalifətçilik etdi, öldürdü və öldü.
2
 
                                                 
1
 “Tarixi Təbəri”, 4-cü cild, səh. 405, Mədaini və Vaqidi (Osmanın 
öldürülməsi). 
2
 “Əl-fitnətul-kubra”, Taha Hüseyn, 1-ci cild, səh. 150. 


 
26 
Bu  həmin  Təlhədir  ki,  dünən  imam  Əli  (ə)-la  beyət 
etmiş və bir neçə gün sonra Allah Rəsulunun zövcəsi Aişəni 
özü ilə Bəsrəyə qədər çəkmişdi. Günahsızları öldürdü. Xalqı 
Əli  (ə)-ın  hidayətindən  çıxmağa  çağırıb  hədələdi.  Azad 
surətdə  beyət  etdiyi  zəmanə  imamı  ilə  heç  bir  xəcalət 
çəkmədən müharibəyə başladı. 
Bütün 
bunlara 
baxmayaraq 
imam 
müharibə 
başlamamışdan  bir  az  öncə  onun  dalınca  adam  göndərib 
müharibə  meydanında  görüşdü  və  ondan  soruşdu:  Sən 
mənimlə beyət etmədinmi? Mənim itaətimdən çıxmağına nə 
səbəb oldu? 
Dedi: Osmanın qanını tələb etmək! 
Əli  (ə)  buyurdu:  “Allah  biz  iki  nəfərin  arasından 
Osmanın  qanına  bais  olanı  öldürsün.”  İbni  Əsakirin 
rəvayətində  gəlmişdir  ki,  sonra  dedi:  “And  verirəm  səni 
Allaha! Allah Peyğəmbərindən eşitmədinmi ki, buyurdu: Hər 
kəsin ki, mən rəhbəriyəm, Əli onun rəhbəridir. Pərvərdigara! 
Onun dostları ilə dost, düşmənləri ilə düşmən ol!” 
Dedi: Bəli. 
Həzrət  ona  dedi:  Bəs  nə  üçün  mənimlə  müharibə 
edirsən? 
Dedi:  “Osmanın  qanını  tələb  etmək  üçün!”  Əli  (ə)-ın 
cavabı  bu  oldu:  “Allah  bizdən  Osmanın  qanına  bais  olanı 
öldürsün.”  Allah  Əli  (ə)-ın  duasını  qəbul  etdi  və  Təlhə  elə 
həmin  gün  öldürüldü.  Mərvan  ibni  Həkəm  onu  Əli  (ə)-la 
müharibəyə gətirmişdi, özü də onu öldürdü. 
O  həmin  Təlhədir  ki,  fitnə  yaradıb  həqiqəti  tərs 
cilvələndirdi.  Öz  əhdinə  vəfa  etməzdi.  Haqqın  səsini 
eşitmirdi.  Əli  (ə)  həqiqəti  ona  xatırlatdı,  höccəti  ona  tamam 
etdi.  Lakin  o,  sözündən  dönmədi,  böyun  əymədi.  Yolundan 
çıxıb digərlərini də yoldan çıxartdı. Bu fitnəyə görə Osmanın 
qətlində  əli  olmayan  bir  çox  insanlar  tələf  oldu  ki,  onların 
çoxu  nə  Osmanı  tanıyır,  nə  də  həyatları  boyu  Bəsrədən 
kənara çıxmışdılar. 
İbni  Əbil-Hədid  yazır:  Təlhə  Bəsrəyə  gəldiyi  zaman 
Abdullah  ibni  Həkim  Təmimi  onun  yanına  gəldi  və  ona 
yetişən  məktublar  haqqında  söhbət  açdı.  Təlhəyə  dedi:  Ey 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə