Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   43   44   45   46   47   48   49   50   51

 
156 
hamısı  sünnülərdəndir.  Bunu  bilmək  kifayətdir  ki,  İbni 
Ziyadın  imam  Hüseyn  (ə)-la  müharibədə  ordusunun 
sərkərdəsi Ömər ibni Səd ibni Əbi Vəqqas idi. Buna görə də 
sünnülər  imam  Hüseyn  (ə)  və  onun  köməkçilərini  öldürən 
səhabələr  üçün  Allahın  razılığını  diləyir,  onların  nəql 
etdikləri  rəvayətləri  qəbul  edirlər.  Hətta  onlardın  bəziləri 
Yezid ibni Müaviyəyə qarşı çıxıb  yürüş edən imam Hüseyni 
“xarici” adlandırırlar!!! 
Ötən  bəhslərdə  dediyimiz  kimi  sünnülərin  fəqihi 
Abdullah  ibni  Ömər  Yezidlə  beyət  edib  dedi:  “Mənə  tabe 
olan  şəxslərin  Yezidin  əleyhinə  çıxmağa  haqqı  yoxdur,  biz 
qalib gələn tərəfi himayə edirik.” 
Eləcə də sünnülər tarix boyu – Aşura faciəsindən indiyə 
kimi – Aşura günündə bayaram edir, ailələri üçün istirahət və 
şadlıq vəsaiti hazırlayır, öz mallarının zəkatını verir və həmin 
günün rəhmət və bərəkətli bir gün olduğunu elan edirlər. 
Bunların  hamısı  bizim  müddəamıza  canlı  bir  şahiddir. 
Onlar  həmişə  imam  Hüseyn  (ə)-a  ağlayıb  əzadarlıq  etməyi 
şiələrə  irad  tuturlar.  Hətta  bəzi  İslam  ölkələrində  Aşura 
facəsini  yad  etməyin,  o  Həzrətə  əzadarlıq  mərasiminin 
qurulmasının  qarşısını  alıb  dövlət  məmurları  silahla  əza 
saxlayanlara hücum çəkərək bəzilərini yaralayır, bəzilərini də 
qətlə yetirirlər. Bu işin səbəbini soruşduqda, bidətlə mübarizə 
apardıqlarını bildirirlər. 
Həqiqətdə onlar bidətlə  mübarizə etmirlər, əksinə onlar 
Əməvi  və  Abbasi  xəlifələrinə  itaət  edərək  Aşura  faciəsinin 
yadlardan  çıxarılması  üçün  var  qüvvələri  ilə  çalışırlar.  İş  o 
yerə  çatdı  ki,  imam  Hüseyn  (ə)-ın  qəbrini  açıb  əsər-
əlamətlərini  aradan  apardılar  və  o  Həzrəti  ziyarət  etməyin 
qarşısını  aldılar.  İndi  də  bu  işi  görməkdədirlər.  Çünki 
qorxurlar  ki,  haqqın  Əhli-beyt  (ə)-la  olduğunu  bilməyənlər 
bundan  agah  olub,  öz  rəhbərlərinin  cinayətkar  olduqlarını 
başa düşsünlər və haqq ilə batili, mömin ilə kafiri ayırd edə 
bilsinlər. 
Bununla  da,  bizə  bir  daha  aydın  oldu  ki,  şiələr 
Peyğəmbər  (s)-in  sünnəsinin  həqiqi  ardıcıllarıdır;  çünki  hər 
yerdə, hətta imam Hüseyn (ə)-a əzadarlıq edib ağlamaqda da 


 
157 
Peyğəmbər  sünnəsini  yaddan  çıxarmayıb  ona  əməl  edirlər. 
Mövcud  olan  çoxlu  rəvayətlərə  əsasən,  o  Həzrət  imam 
Hüseynin şəhadətindən əlli il öncə Cəbrailin vasitəsilə Aşura 
faciəsinin baş verəcəyini xəbər vermiş, ona görə kədərlənmiş 
və ağlamışdı. 
Həmçinin,  aydın  oldu  ki,  sünnülər  Yezid  ibni 
Müaviyənin  və  Bəni  Üməyyənin  tərəfdarları  olduğunu  isbat 
etmək  üçün  “Aşura”  günündə  şadlıq  və  bayram  edirlər. 
Çünki  həmin  gündə  imam  Hüseyn  (ə)-a  qalib  gəldilər  və  öz 
gümanlarına  görə  o  Həzrətin  inqilabını  söndürüb,  bütün 
çəkişmələri aradan qaldırdılar. 
Tarixdə  göstərilir  ki,  Yezid  və  Bəni  Üməyyə  həmin 
gündə  böyük  bir  bayram  keçirtdilər  və  sonra  onlar  üçün 
imam  Hüseyn  (ə)-ın  mübarək  başını  və  Əhli-beyt  əsirlərini 
gətirdikdə,  şadlıq  keçirib  İslam  Peyğəmbərini  məzəmmət 
etdilər və bu barədə bir neçə şer oxudular. 
Əhli-sünnənin  bəzi  “alimləri”  də  öz  rəhbərlərinə 
yaxınlaşmaq  məqsədilə  həmin  günün  mədhində  bir  çox 
hədislər  düzəltdilər  və  dedilər:  Aşura  günü  Adəmin 
tövbəsinin  Allah  dərgahında  qəbul  olunduğu,  Nuhun 
gəmisinin  nicat  tapdığı,  atəşin  İbrahimə  soyuq  olduğu, 
Yusifin  zindandan  xilas  olduğu,  Yəqubun  gözünün 
işıqlandığı, Musanın Firona qalib gəldiyi və asimandan İsaya 
maidənin (yeməklə dolu süfrənin) nazil olduğu gündür! 
Sünnülər və onların rəhbərləri bu rəvayəti elə bu günkü 
günlərdə  də  Aşura  günü  münasibətilə  oxuyururlar.  Lakin 
bunlar  dini  alim  paltarı  geyən  yalançıların,  fırıldaqçıların  və 
öz dinini dünyaya satanların düzəltdikləri hədislərdir. 
Hətta  bu  barədə  hədis  düzltməklə  yalanı  o  həddə 
çatdırmışlar  ki,  guya  Aşura  günündə  Həzrət  Peyğəmbər  (s) 
Məkkədən Mədinəyə hicrət etmiş, Mədinə yəhudilərinin oruc 
olduğunu görüb, onun səbəbini soruşduqda, demişlər: Bu gün 
Musanın  Firona  qalib  gəldiyi  gündür.  Sonra  Peyğəmbər 
buyurmuşdur:  Mən  sizə  Musadan  daha  layiqəm.  Bundan 
sonra  o  Həzrət  müsəlmanlara  göstəriş  verir  ki,  Tasua  və 
Aşura günlərini oruc tutsunlar. 


 
158 
Bu,  məhz  yalandır.  Çünki  yəhudilər  bizimlə  birgə 
yaşadıqları üçün, indiyə qədər onların Aşura adlı bir bayram 
keçirib  həmin  gündə  oruc  tutduqlarını  görməmiş  və 
eşitməmişik. 
Sünnü  alimlərindən  soruşa  bilərik  ki,  nə  üçün  Allah-
taala həmin günü Həzrət Mühəmməd (s)-dən başqa Adəmdən 
İsaya  qədər  olan  bütün  peyğəmbərlər  üçün  əziz  etmişdir? 
Həzrət  Peyğəmbər  (s)  üçün  isə  həmin  gün  əza  və  matəm 
günü olmuşdu; çünki nəvəsinin və xanədanının başını qoyun 
başı  kimi  kəsmiş,  qızlarını  da  əsir  tutmuşdular?!  Onlar 
Allahın Kitabından ayə oxuyaraq belə cavab verirlər: 
 َو ُلَعْفَي اَّمَع ُلَأْسُي  َلا
  َنوُلَأْسُي ْمُه
 
“Allahdan  gördüyü  işlər  barəsində  sorğu-sual 
olunmaz;  onlar  isə  (tutduqları  əməllərə  görə)  sorğu-sual 
ediləcəklər.”
1
 
Biz isə deyirik: 
 ْا ْوَلاَعَت  ْلُقَف  ِمْلِعْلا  َنِم  َكءاَج اَم  ِدْعَب نِم  ِهيِف  َكَّجآَح  ْنَمَف
 َنْبَأَو اَنءاَنْبَأ ُعْدَن
 َّمُث ْمُكَسُفنَأو اَنَسُفنَأَو ْمُكءاَسِنَو اَنءاَسِنَو ْمُكءا
  َنيِبِذاَكْلا ىَلَع ِ  للّا ُةَنْعَّل لَعْجَنَف ْلِهَتْبَن
 
“Sənə  göndərilən  bilikdən  sonra  buna  dair  səninlə 
mübahisə  edənlər  olsa,  onlara  de  ki:  “Gəlin  biz  də 
oğlanlarımızı,  siz  də  oğlanlarınızı;  biz  də  qadınlarımızı, 
siz  də  qadınlarınızı;  biz  də  özümüzü,  siz  də  özünüzü 
(bura)  çağıraq!  Sonra  (Allaha)  yalvarıb  yalançılara 
Allahın lənət etməsini diləyək!”
2
 
ƏHLİ-SÜNNƏT VƏ YARIMÇIQ 
SALAVAT 
Ötən  fəsillərin  birində  qeyd  etdik  ki,  bir  ayə  nazil 
olduqda,  Həzrət  Peyğəmbər  (s)  özü  həmin  ayəni  təfsir  edib, 
müsəlmanlara  kamil  salavat  göndərməyin  yolunu  öyrətdi, 
onları  yarımçıq  salavat  göndərməkdən  çəkindirdi  və  onun 
                                                 
1
 “Ənbiya” surəsi, 23-cü ayə. 
2
 “Ali-İmran” surəsi, 61-ci ayə. 


 
159 
Allah  dərgahında  qəbul  olmadığını  bildirdi.  Bununla  belə, 
sünnülər  yarımçıq  salavat  göndərməkdə  israr  edir  və  öz 
salavatlarında 
“Ali-Mühəmməd” 
(Mühəmməd 
(s)-in 
övladları)  ifadəsini  işlətmirlər.  Əgər  çarəsizlik  üzündən  onu 
desələr  də,  səhabələri  də  ona  əlavə  edirlər.  Əgər  onların 
qarşısında bir  nəfər “Səlləllahu  əleyhi və  alihi”  desə, dərhal 
həmin şəxsin şiə olduğunu bildirirlər. Çünki Peyğəmbər (s)-ə 
kamil salavat göndərmək şiələrə məxsusdur. 
Bu,  danılmaz  bir  həqiqətdir,  mən  öz  təhqiqlərimdə 
həmişə  buna  yəqin  etmişəm  və  hər  zaman  bir  yazıçının 
Mühəmməd (s) ifadəsindən sonra “Səlləllahu əleyhi və alihi 
və  səlləm”  cümləsini  kamil  şəkildə  yazdığını  gördükdə, 
dərhal  onun  şiə,  “Səlləllahu  əleyhi  və  səlləm”  formada 
yazıldığını  gördükdə  isə,  onun  sünnü  olduğunu  bilir  və 
şiələrin  həmişə  Peyğəmbər  (s)-in  şərif  sünnəsinə  əməl 
etdiyini,  sünnülərin  isə  həmişə  ondan  üz  çevirdiyini  və 
yarımçıq  salavat  göndərdiyini  başa  düşürəm.  Onlar  yalnız 
çıxılmaz vəziyyətdə qaldıqda, “alihi” ifadəsini artırır və Əhli-
beytin  səhabələrdən  artıq  məqam  və  fəzilətlərə  malik 
olmadıqlarını  bildirmək  üçün,  heç  bir  istisna  etmədən 
“səhabələr” ifadəsini də əlavə edirlər. 
Bunların  hamısı  Bəni  Üməyyənin  Əhli-beyt  (ə) 
qarşısında  tutduğu  mövqelərinin  və  onlarla  etdikləri 
düşmənçiliklərinin  nəticəsidir  ki,  onlara  salavat  göndərmək 
əvəzinə lənət deyir və camaatı da bu işə məcbur edirdilər. 
Lakin  sünnülər  müsəlmanların  içərisində  rüsvay 
olmasınlar  deyə,  bu  məsələdə  onlara  itaət  etmədilər,  Əhli-
beytə nalayiq sözlər deməkdən və lənət etməkdən əl çəkdilər, 
amma  ürəklərində  onlara  qarşı  olan  kin-küdurəti  və 
düşmənçiliyi  davam  etdirdilər.  Hər  bir  vasitəyə  əl  ataraq 
onların  nurunu  söndürmək,  səhabələrin  yanında  onların 
düşmənlərini 
uca 
tutmaq 
üçün 
əllərindən 
gələni 
əsirgəmədilər  və  onlar  üçün  həqiqətlə  uyğun  gəlməyən 
fəzilətlər  və  üstünlüklər  düzəltdilər.  Səbəbi  də  bundan 
ibarətdir  ki,  sünnülər  indiyə  qədər  Müaviyənin,  eləcə  də  bir 
çox  səhabələrin  Əhli-beyt  (ə)-a  təqribən  səksən  il  lənət 
göndərmələri haqqında heç bir söz demir, üstəlik onlar üçün 


 
160 
Allahdan  razılıq  diləyirlər.  Bir  sözlə,  səhabələrə  irad  tutan, 
onların  cinayətlərinin  üstünü  açan  hər  bir  müsəlmanı  kafir 
hesab edib, onun ölümünə fətva verirlər. 
Bəzi  hədis  düzəldənlər  Peyğəmbərin  səhabələrə 
öyrətdiyi  kamil  salavata  əlavə  sözlər  artırmasına  səy 
göstərmiş  və  bununla  da  Əhli-beytin  məqam  və  fəzilətinin 
azalmasını güman etmişlər. Belə ki, rəvayət edərək demişlər 
ki, belə salavat göndərin: “Əllahummə səlli əla Muhəmmədin 
və  ali  Muhəmməd  və  əla  əzvacihi  və  zurriyyətih!”  (İlahi, 
Mühəmmədə,  onun  ailəsinə,  zövcələrinə  və  övladlarına 
salavat göndər!). Halbuki təhqiq əhli salavata artırılan hissəni 
başa  düşüb,  Aişəni  Əhli-beytə  əlavə  etmək  istədiklərindən 
agah olur. 
Biz onlara deyirik: Əgər sizin sözünüzü və bu rəvayətin 
düzgünlüyünü  qəbul  edib,  möminlərin  anaları  sayılan 
Peyğəmbər  (s)-in  zövcələrinin  də  Əhli-beytdən  olduğunu 
desək,  bunun  səhabələrə  heç  bir  dəxli  yoxdur.  Mən  bütün 
müsəlmanları bu barədə mübahisə və müsabiqəyə dəvət edir 
və  onlardan  istəyirəm  ki,  buna  Qurandan  və  ya  sünnədən 
hətta  bir  dəlil  belə  gətirsinlər.  Lakin  bu,  qeyri-mümkün  bir 
işdir. 
Quran  və  sünnə  səhabələrə  və  onlardan  sonra  qiyamət 
gününə  qədər  dünyaya  gəlib  yaşayan  bütün  insanlara 
Peyğəmbər  və  onun  Əhli-beytinə  salavat  göndərməyə 
göstəriş  verir.  Bu,  onların  yüksək  məqam  və  fəzilətə  malik 
olmaqları,  eləcə  də  heç  bir  kəsin  onlardan  üstün  olmaması 
üçün kifayətdir.  
Əbu Bəkr, Ömər, Osman, səhabələr və dünyada yaşayan 
milyonlarla  müsəlmanlar  namaz  qılanda,  “Əllahummə  səlli 
əla Muhəmməd və Ali-Muhəmməd” – cümləsini deməsələr, 
namazları batil sayılır. Bunu Şafeinin nəzmə çəkdiyi şerdə də 
görmək olar: 
“Kəfakum min əzimiş-şəni ənnəkum, 
Mən ləm yusəlli ələykum la səlatə ləhu.” 
“Sizin məqam və mənzilətinizdə bu qədər bəsdir ki, 
Hər  kəs  sizə  salavat  göndərməsə,  onun  namazı  düzgün 
sayılmaz.” 


 
161 
Şafeini  nəzmə  çəkdiyi  bu  şerə  görə  şiəlikdəə 
ittihamlandırdılar.  Çünki  Bəni  Üməyyənin  və  Bəni  Abbasın 
siyasətləri bundan ibarət idi ki, hər kəs Mühəmməd və onun 
Əhli-beytinə  salavat  göndərsəydi,  yaxud  onların  fəzilətləri 
barəsində  bir  şer,  yaxud  bir  hədis  desəydi,  onu  şiəlikdə 
ittihamlandırırdılar! 
Bu barədə çoxlu danışmaq olar, lakin biz dediklərimizlə 
kifayətlənirik, əlavə məlumat əldə etmək istəyənlər bu haqda 
yazılan kitablara müraciət edə bilərlər. 
Əhəmiyyət  kəsb  edən  məsələ  budur  ki,  bu  fəsildə 
şiələrin  Peyğəmbər  (s)-in  sünnəsinin  həqiqi  ardıcılları, 
namazlarının kamil və düzgün olduğunu başa düşdük. Bunu 
hətta  şiələrin  müxalifləri  də  qəbul  edirlər.  Sünnülər  (öz 
alimlərinin dedikləri kimi) bu məsələ ilə əlaqədar Peyğəmbər 
sünnəsi  ilə  müxalifət  edib  namazlarını  və  salavatlarını 
yarımçıq yerinə yetirirlər. 
 ُ للّا  ُمُهاَتآ  اَم  ىَلَع  َساَّنلا  َنوُدُسْحَي  ْمَأ
 ْدَقَف  ِهِلْضَف  نِم 
 اًميِظَع اًكْلُّم مُهاَنْيَتآَو َةَمْك ِحْلاَو َباَتِكْلا َميِهاَرْبِإ َلآ آَنْيَتآ
 
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə 
görə  insanlara  həsəd  aparırlar?  Halbuki  Biz  İbrahim 
övladına da kitab və hikmət vermiş və onlara böyük mülk 
bəxş etmişdik.”
1
 
PEYĞƏMBƏRİN İSMƏTİ VƏ ONUN 
ƏHLİ-SÜNNƏYƏ OLAN TƏSİRİ 
Müsəlmanlaar  “ismət”  məsələsində  eyni  fikirdədirlər. 
Bu,  müsəlmanların  Peyğəmbər  (s)-in  hökmlərini  qeydsiz-
şərtsiz  qəbul  etməklərinin  əsas  amilidir.  Çünki  onların 
əqidələrinə  əsasən,  o  Həzrət  nə  deyirsə,  nəfsi  istəklər 
üzündən  deyil,  vəhyə  və  İlahi  ilhama  əsaslanmışdır.  Əgər 
Peyğəmbərin hökmləri və qəzavətləri öz şəxsi nəzərləri olub, 
Quran  və  vəhydən  ibarət  olmasaydı,  heç  kəs  ona  itaət 
etməzdi. 
                                                 
1
 “Nisa”, surəsi, 54-cü ayə. 


 
162 
Əgər insanların hamısı bütün hökmlərin Allah tərəfindən 
olub, həmin  hökmləri  camaata  çatdırmaq üçün Peyğəmbərin 
yalnız  bir  vasitə  olduğunu  qəbul  etsəydilər,  onda  şiə  hesab 
olunardılar.  İmam  Əli  (ə)  və  bir  çox  səhabələrin  əqidələri 
məhz  bu  olmuşdur.  Çünki  Peyğəmbərin  sünnəsini  olduğu 
kimi icra edib deyirdi: “Allahın hökmləri müqabilində ictihad 
edib nəzər vermək caiz deyildir.” 
Amma  əgər  bu  əqidədə  olsalar  ki,  Peyğəmbər  Qurani-
Kərimin  ayələrindən  başqa,  digər  əməlində  və  sözündə 
xətaya yol vermişdir, onda əhli-sünnətdən sayılardılar. Çünki 
onların  nəzərinə  görə,  səhabələr  Peyğəmbərin  sözləri  və 
hökmləri  müqabilində  ictihad  edib,  camaatın  məsləhəti  və 
həmin  dövrün  şəraiti  ilə  uyğun  gələn  hər  bir  məsələni  onun 
yerinə qoya bilərlər. Hakim olan şəxs məsləhət gördüyü hər 
bir  hökmü,  Peyğəmbərin  sünnəsi  ilə  müxalif  olsa  da  belə, 
icra edə bilər.  
Məlum  olduğu  kimi,  (Əli  (ə)-dan  başqa)  raşidin 
xəlifələrinin  məktəbləri  həmişə  Peyğəmbərin  sünnəsi 
müqabilində  qərar  tutan  ictihad  əsasında  qurulmuşdu.  Hətta 
Quran ayələri müqabilində də ictihad edirdilər. 
Onların  nəzərləri  risalə  fomasında  yığılmış,  sünnülər 
özləri  ona  əməl  etdikləri  kimi,  digər  müsəlmanların  da  ona 
əməl etmələrini lazım bilirlər. 
Biz “Düz danışanlarla birgə” və “Zikr əhlindən soruşun” 
adlı  kitablarımızda  Əbu  Bəkrin,  Ömərin  və  Osmanın 
ictihadları  barəsində  danışmırıq  və  Allahın  köməyi  ilə  bu 
haqda ayrıca bir kitab yazıb çap etmək istəyirik. 
Bildiyimiz  kimi,  sünnülər  İslam  şəriətinin  iki  əsas 
mənbəsinə  –  Quran  və  sünnəyə  digər  mənbələr  də  əlavə 
etmişlər.  O  cümlədən,  Əbu  Bəkr  və  Ömərin  sünnəsi, 
səhabələrin  ictihadı.  Buna  görə  də  bəzi  səhabələr  öz 
ictihadlarına  və  şəxsi  nəzərlərinə  istinad  edib  Həzrət 
Peyğəmbər  (s)-i  məsum  bilmir,  o  Həzrətin  nəzərlərini 
araşdırır və səhvini aradan qaldırırdılar! 
Buradan  aydın  olur  ki,  sünnülər  Peyğəmbər  (s)-in 
məsum olmamasını dedikdə, məqsədləri o Həzrətlə müxalifət 
etməyin  –  istər  bilərəkdən,  istərsə  də  səhvən  olduğunun  – 


 
163 
caiz  olmasıdır.  Buna  dəlil  gətirib  deyirlər  ki,  günahsız  olan 
və  səhv  etməsi  bizə  bəlli  olan  şəxsə,  həm  şəri,  həm  də  əqli 
baxımdan  itaət  etmək  vacib  deyildir  və  düzgün  olmayan 
nəzəri necə qəbul etmək olar? 
Bunun  müqabilində  şiələr  Peyğəmbərin  ismətini 
qeydsiz-şərtsiz  qəbul  edib,  ona  itaət  etməyi  vacib  bilirlər. 
Çünki  onların  əqidələrinə  görə,  Peyğəmbər  (s)  heç  vaxt 
səhvə,  xətaya  yol  vermir  və  heç  bir  halda  onunla  müxalifət 
etmək olmaz. Hər kəs onunla müxalifət etsə, sanki Allah ilə 
müxalifət etmişdir. Qurani-Kərimin çoxlu ayələrində də buna 
işarə edilmişdir. Aşağıdakı ayələri misal göstərmək olar: 
a) 
 
 َهَن اَمَو ُهوُذُخَف ُلوُسَّرلا ُمُكاَتآ اَمَو
اوُهَتناَف ُهْنَع ْمُكا
 
“Peyğəmbər  sizə  nə  (hökm)  verirsə,  onu  götürün 
(qəbul edin); nəyi qadağan edirsə, ondan əl çəkin.”
1
 
b) 
 
 َلوُسَّرلا اوُعيِطَأَو َ َّللّا اوُعيِطَأَو
 
“Allah və Peyğəmbərə itaət edin.”
2
 
v)
 
وُعِبَّتاَف َ  للّا َنوُّب ِحُت ْمُتنُك نِإ ْلُق
 ُ للّا ُمُكْبِبْحُي يِن
 
“(Ya  Peyğəmbər!)  De:  “Əgər  siz  Allahı  sevirsinizsə, 
mənim ardımca gəlin ki, Allah da sizi sevsin.”
3
 
Bu və digər ayələr Peyğəmbərin – məsum olduğu üçün – 
əmrinə  tabe  olub  əksinə  çıxmamağı  müsəlmanlara  vacib 
etmiş  və  buyurmuşdur  ki,  Peyğəmbər  Allahın  vəhyindən 
başqa bir şey demir. 
Deməli,  qəbul  etmək  lazımdır  ki,  Peyğəmbərin 
sünnəsinə əməl edənlər, onun məsum və günahsız, ona itaət 
etməyin vacib olduğuna inananlar məhz şiələrdir. 
Qəti  şəkildə  deyə  bilərik  ki,  sünnülər  Peyğəmbərin 
sünnəsinə  əməl  etmir  və  ondan  əl  çəkmişlər.  Çünki  o 
                                                 
1
 “Həşr” surəsi, 7-ci ayə. 
2
 “Ali-İmran” surəsi, 32-ci ayə. 
3
 “Ali-İmran” surəsi, 31-ci ayə. 


 
164 
Həzrətin  səhv  və  xəta  etdiyinə  inanır  və  onunla  müxalifət 
etməyi caiz bilirlər. 
  َني ِرِ شَبُم  َنيِ يِبَّنلا  ُ  للّا  َثَعَبَف  ًةَد ِحاَو  ًةَّمُأ  ُساَّنلا  َناَك
 ِ قَحْلاِب  َباَتِكْلا ُمُهَعَم َل َزنَأَو  َني ِرِذنُمَو
 
 اَميِف  ِساَّنلا  َنْيَب َمُكْحَيِل
 اَم  ِدْعَب  نِم  ُهوُتوُأ  َنيِذَّلا  َّلاِإ  ِهيِف  َفَلَت ْخا  اَمَو  ِهيِف  ْاوُفَلَت ْخا
 ْاوُفَلَت ْخا اَمِل ْاوُنَمآ  َنيِذَّلا ُ  للّا ىَدَهَف ْمُهَنْيَب اًيْفَب ُتاَنِ يَبْلا ُمُهْتءاَج
 َي ُ  للّاَو ِهِنْذِإِب ِ قَحْلا َنِم ِهيِف
 ٍميِقَتْسُّم ٍطاَر ِص ىَلِإ ءاَشَي نَم يِدْه
 
 “İnsanlar  tək  bir  ümmət  idilər. Allaha  müjdə verən 
və  xəbərdarlıq  edən  (əzabla  qorxudan)  peyğəmbərlər 
göndərdi,  insanların  arasındakı  ixtilafları  ayırd  etmək 
üçün  o  peyğəmbərlərlə  birlikdə  haqq  olan  Kitab  nazil 
etdi.  Halbuki  özlərinə  aşkar  dəlillər  gəldikdən  sonra 
aralarındakı  kin  və  həsəd  üzündən  (dində)  ixtilaf 
yaradanlar  Kitab  əhlindən  başqası  deyildir.  Onların 
ixtilaf  etdikləri  həqiqətə  Rəbbinin  izni  (iradəsi)  ilə  iman 
gətirənləri  isə  Allah  doğru  yola  hadayət  etdi.  Allah 
istədiyini doğru yola hidayət edər.”
1
 
Müsəlmanlar  arasında  ixtilaf  yaradanların,  qərəzli 
insanların, 
Allahın 
və 
Peyğəmbərin 
düşmənlərinin 
düzəltdikləri  töhmətlərin,  pak  Əhli-beytin  ardıcıllarının 
əqidələrini  sorğu-sual  altına  salmaq  məqsədilə  uydurduqları 
şayiələrin  heç  bir  xeyri  yoxdur  və  çəkdikləri  zəhmətlər 
faydasızdır. Çünki Allah-taala belə buyurur: 
 يِف  ُثُكْمَيَف  َساَّنلا  ُعَفنَي  اَم  اَّمَأَو  ءاَفُج  ُبَهْذَيَف  ُدَب َّزلا
 َلاَثْمَلْا ُ  للّا ُب ِرْضَي  َكِلَذَك  ِضْرَلْا
 
“Köpük  heç  bir  şey  olmadığı  üçün  aradan  gedər. 
İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah 
belə misallar çəkir!”
2
 
Uca  Allahdan  istəyirik  ki,  bizi  doğru  yola  hidayət, 
sevdiyi  və  bəyəndiyi  şeylərdə  müvəffəq  etsin,  Öz  qəzəbini 
bizdən  uzaqlaşdırıb  yüksək  kamallara  çatdırsın.  Bizim 
                                                 
1
 “Bəqərə” surəsi, 213-cü ayə. 
2
 “Rəd” surəsi, !7-i ayə. 


 
165 
zəhmətlərimizi  imam  Zaman  (ə)-ın  zühur  etməsi  ilə  sona 
çatdırsın və onun zühur etməsini tezləşdirsin! 
Nəhayət, aləmlərin Rəbbi olan Allaha həmd və şükürlər 
edir,  İslam  Peyğəmbərinə  və  onun  pak  və  məsum  Əhli-
beytinə  salam  və  salavat  göndərməklə  söhbətimizi  sona 
yetiririk! 
Allahın rəhmətini və Peyğəmbərin şəfaətini diləyən 
Məhəmməd Ticani Səmavi 
 
 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə