Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   2   3   4   5   6   7   8   9   ...   51

 
18 
müşrik  olmanızdan  qorxmuram,  qorxum  dünya  üstündə  bir-
birinizlə rəqabətə girməyinizdir.” 
Əli  (ə)  buyururdu:  Elə  bil  Allahın  bu  sözünü 
eşitməmişdilər ki: 
 يِف  اًّوُلُع  َنوُدي ِرُي  َلا  َنيِذَّلِل  اَهُلَعْجَن  ُةَر ِخ ْلْا  ُراَّدلا  َكْلِت
اًداَسَف  َلاَو  ِضْرَ ْلْا
 
  َنيِقَّتُمْلِل ُةَبِقاَعْلاَو
 
“Biz  bu  axirət  yurdunu  yer  üzündə  təkəbbürlük 
etməyənlərə  və  fitnə-fəsad  törətməyənlərə  qismət  edirik. 
(Ən gözəl) aqibət yalnız Allahdan qorxub pis əməllərdən 
çəkinənlərindir!”
1
 
Bəli,  Allaha  and  olsun!  Onu  eşitmişdilər  və  bilirdilər. 
Amma  dünya  onların  gözündə  gözəlləşmiş,  qəşəngliyi 
qəlblərini almışdı. 
Bu,  bir  həqiqətdir.  Əgər  onların  Peyğəmbər  (s)-in 
sünnətinin  ayaq  altına  düşməsinə  görə  ona  etiraz  etmələrini 
demiş  olsaq,  yanılmış  olarıq.  Çünki  Əbu  Bəkr  və  Ömərə 
etiraz  etməyənlər  niyə  görə  ona  etiraz  edirlər?  Halbuki 
Osmanın adamları Əbu Bəkr və Ömərin adamından daha çox 
idi.  Bir  sözlə,  o,  Bəni  Üməyyənin  rəhbəri  olmuşdur.  Bəni 
Üməyyə  (Əbu  Bəkr  və  Ömərin)  qəbilələri  olan  Tim  və 
Ədidən Peyğəmbər (s)-ə daha yaxın idi. Böyük hörmətə nail 
olub,  əsl  və  nəsəb  baxımından  o  iki  qəbilədən  daha  yuxarı 
sayılırdılar. 
Digər bir tərəfdən, səhabələr Əbu Bəkr və Ömərə etiraz 
etməyib  onların  sünnətinə  iqtida  edirdilər.  Bilə-bilə 
Peyğəmbərin  sünnətini  ayaq  altına  qoyurdular.  Beləliklə, 
belə  deyildi  ki,  bəzi  şeyləri  Əbu  Bəkr  və  Ömərdən  qəbul 
etsinlər,  amma  Osmandan  qəbul  etməsinlər.  Buna  şahid 
Osmanın  bir  çox  Peyğəmbər  sünnətini  dəyişdirdiyi  zaman 
onların  orada  olmasıdır.  Məsələn,  səfər  zamanı  namazı 
tamam  qılması  və  xalqı  “ləbbeyk”  deməkdən  çəkindirməsi, 
namazda  təkbir  deməməsi,  həccdə  təməttönün  qarşısını 
almasını  misal  gətirmək  olar.  Qeyd  olunan  yerlərdə 
(Peyğəmbər  sünnətinin  xilafına  olmasına  baxmayaraq)  heç 
                                                 
1
 “Qəsəs” surəsi, 83-cü ayə. 


 
19 
kəs  ona  etiraz  etmədi.  Yalnız  Əli  (ə)  onun  qarşısında 
dururdu. Buna sonralar işarə edəcəyik. 
Səhabələr  Peyğəmbərin  sünnətini  bilirdilər,  lakin 
Osmanı razı salmaq üçün sünnətlə müxalifətçilik edirdilər. 
Beyhəqi  “Sünəni-kubra”  kitabında  Əbdürrəhman  ibni 
Yeziddən  rəvayət  edib  deyir:  Abdullah  ibni  Məsudla  birgə 
idik.  O,  Mina  məscidinə  gəlib  dedi:  Əmirəl-möminin  (yəni 
Osman)  neçə  rükət  namaz  qıldı?  Dedilər:  Dörd  rükət.  O  da 
dörd rükət namaz qıldı. 
Ravi  deyir:  Ona  dedik:  “Məgər  sən  Peyğəmbər  (s)-dən 
rəvayət  etməmişdinmi  ki,  o  həzrət  burada  iki  rükət  namaz 
qıldı və Əbu Bəkr də iki rükət qıldı?” O dedi: Bəli, elə indi 
də sizin üçün o cür rəvayət edirəm. Amma Osman imamdır, 
mən onunla müxalifət etmirəm. İxtilaf pisdir!!
1
 
Oxu  və  təəccüb  et!  Gör  bu  kişi  (ki,  özü  böyük 
səhabələrdəndir) necə də Osmanla müxalifətçiliyi pis, Allah 
Peyğəmbəri  ilə  müxalifətçiliyi  isə  yaxşı  bilir!  Bütün 
bunlardan sonra demək olarmı ki: “Onlar onun Peyğəmbərin 
sünnəti  ilə  müxalifətçilik  etməsinə  görə  ona  etiraz 
etmişdilər?!” 
Süfyan  ibni  Üyeynə  Cəfər  ibni  Mühəmməddən  rəvayət 
edir  ki,  o  dedi:  Osman  Minada  xəstələndi.  Əli  (ə)  onun 
yanına gəldi. Ona dedilər: Sən camaat üçün pişnamaz ol. Əli 
(ə)  buyurdu:  Əgər  istəyirsinizsə,  məni  sizin  üçün 
Peyğəmbərin  namazını  qılacağam,  yəni  iki  rükət.  Dedilər: 
Yox,  yalnız  Əmirəl-möminin  Osmanın  qıldığı  kimi  qıl,  yəni 
dörd rükət. Əli (ə) onlarla namaz qılmağı qəbul etmədi.
2
 
Yenə də oxu və təəccüb et, gör necə də minlərlə səhabə 
həcc  mövsümündə  –  Minada  açıq-aydın  Peyğəmbər  (s)-in 
sünnətini  ayaq  altına  qoyub  Osmanın  bidətindən  başqa  heç 
nəyi  qəbul  etmirlər?!  Abdullah  ibni  Məsudun  Osmanla 
müxalifətçiliyi pis bilib  dörd rükət namaz qılmasını və eyni 
halda  da  Peyğəmbər  (s)-dən  namazın  iki  rükət  olmasını 
rəvayət etməsini gördükdə, zehnə belə gəlir ki, ola bilsin bu 
                                                 
1
 “Sünəni-kubra”, Beyhəqi, 3-cü cild, səh. 143-144. 
2
 “Mühəlla ibni Həzm”, 4-cü cild, səh. 270. 


 
20 
neçə  min  adamdan  qorxaraq  Osmanın  sünnətinə  əməl  etmiş 
və Peyğəmbərin sünnətini kənara qoymuşdur!! 
Beləliklə,  bundan  sonra  həmişə  Peyğəmbər  (s)  və 
Əmirəl-möminin Əli ibni Əbi Talib (ə)-a salam göndərməyi 
yaddan çıxarma. O, Peyğəmbər (s)-in namazından başqa heç 
bir namazı  qılmağa  razı  olmadı.  Bu  yolda  camaatın  çoxluğu 
və danlağından belə çəkinmədi. 
Qeyd  etmək  lazımdır  ki,  Abdullah  ibni  Ömər  demişdir: 
Səfərdə  namaz  iki  rükətdir,  hər  kəs  sünnətlə  müxalifətçilik 
etsə, kafir olmuşdur.
1
 
Belə isə, xəlifə Osman və onunla səfərdə namazını tam 
qılan,  bidətində  şərik  olan  bütün  səhabələr  kafirdirlər. 
(Baxmayaraq  ki,  bu  fəqihin  –  Abdullah  ibni  Ömərin  –  də 
sorağına gedəcəyik və başqalarının haqqında verdiyi hökmü 
onun haqqında da çıxaracağıq.) 
Buxari  öz  “Səhih”  kitabında  gətirmişdir:  Eşitdim  ki, 
Osman  və  Əli  (Allah  ondan  razı  olsun)  Məkkə  və  Mədinə 
yolunda  söhbət  edirdilər.  Osman  təməttö  həccini,  həcc  və 
ümrə üçün “ləbbeyki” qadağan edirdi. Əli (ə) belə gördükdə, 
hər  ikisi  üçün  “ləbbeyk”  dedi  və  buyurdu:  “Ləbbeyk”  ümrə 
və həcc üçün. 
Osman  dedi:  Görürsən  ki,  mən  bu  işi  qadağan  edirəm, 
amma sən yenə də onu edirsən? 
Əli  (ə)  dedi:  Mən  heç  kəsin  sözünə  görə  Allah 
Peyğəmbərinin sözünü tərk etmərəm.
2
 
Müsəlmanların xəlifəsinin açıq- aşkar sünnətlə müxalifət 
etməsi,  eyni  zamanda  xalqı  da  onunla  müxalifət  etməyə 
çağırması, yalnız Əli ibni Əbi Talib (ə)-ın ona itaət etməməsi 
və sünnətə bağlı qalması təəccüblü deyilmi? Əli (ə) heç vaxt 
Peyğəmbərin  sünnətindən  əl  çəkmədi,  –  hətta  onun  üstündə 
öldürülmüş olsa da belə. 
                                                 
1
  “Sünəni  Beyhəqi”,  3-cü  cild,  səh.  140;  “Əl-möcəmul-kəbir”, 
Təbərani, “Əhkamul-Quran”, Cəssas, 2-ci cild, səh. 254. 
2
  “Səhihi  Buxari”,  2-ci  cild,  səh.  151,  “həcc”  kitabı,  “təməttö  və 
qiran” babı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə