Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
  1   2   3   4   5   6   7   8   9   ...   51


 

 
Həqiqət olduğu kimi... 
 
 
 
 
 
 
 
 
II cild 
 
 
 
 
Məhəmməd Səmavi Ticani 
 
 
ƏHLİ-SÜNNƏ VƏ CAMAATIN 
RƏHBƏR VƏ BAŞÇILARI 
1. Əbu Bəkr ibni Əbi Qühafə; birinci xəlifə. 
2. Ömər ibni Xəttab; ikinci xəlifə. 


 

3. Osman ibni Əfvan; üçüncü xəlifə. 
4. Təlhə ibni Übeydullah. 
5. Zübeyr ibni Əvam. 
6. Səd ibni Əbi Vəqqas. 
7. Əbdürrəhman ibni Ovf. 
8. Əbu Bəkrin qızı Aişə. 
9. Xalid ibni Vəlid. 
10. Əbu Hüreyrə Dusi. 
11. Abdullah ibni Ömər. 
12. Abdullah ibni Zübeyr. 
Bu  on  iki  nəfəri  əhli-sünnənin  böyük  şəxsiyyətlərinin 
içindən  seçmişəm.  Onların  adı  bu  firqənin  içində  daha 
məşhurdur. Bu insanları çox tərif və dua edirlər. Onların dili 
ilə  desək,  bu  adları  çəkilənlər  çoxlu  rəvayət  etmiş  və  dərin 
biliyə malik olmuşlar!! 
Biz  onların  haqqında  ayrılıqda  və  xülasə  şəklində 
danışacağıq.  Onların  Peyğəmbər  (s)-in  sünnəsi  ilə  – 
bilərəkdən,  ya  səhv  üzündən  –  müxalifətçilik  etməsini 
sayacağıq.  Hər  təhqiq  əhli  bilməlidir  ki,  əhli-sünnə  həqiqəti 
olmayan  bir  şeyi  iddia  edir.  Özlərini  haqq,  başqalarını  isə 
haqdan azmış bilirlər. 
ƏBU BƏKR İBNİ ƏBİ QÜHAFƏ 
Keçən bəhslərdə qeyd etdiyimiz kimi, o, Peyğəmbər (s)-
dən beş yüz hədis yığmış və sonra hamısını yandırmışdı. Öz 
moizəsində  xalqa  belə  demişdi:  Peyğəmbərdən  heç  nə 
rəvayət  etməyin.  Hər  kəs  sizdən  sual  etsə  deyin:  Quran 
bizimlə sizin aramızdadır. Onun halalını halal və haramını isə 
haram sayın. 
Qeyd etdik ki, o, Peyğəmbər (s)-in vəsiyyət yazmasında 
o  Həzrətlə  müxalifətçilik  etmişdi.  Ömərin  dediyi:  “Allah 
Rəsulu dediyini bilmir, Quran bizə bəsdir” sözündən himayət 
etmişdir! 
Həmçinin, Allah Rəsulundan Əli (ə)-ın xilafəti barəsində 
olan rəvayətə göz yummuş, xilafəti qəsb etmişdi. 


 

Peyğəmbər  (s)-in  Üsaməni  qoşun  başçısı  təyin  etməsi 
sünnəsi ilə müxalifətçilik etmişdi. 
Peyğəmbər  (s)-in  Zəhra  (əleyha-salam)  haqqında  olan 
sünnəsini  ayaq  altına  qoymuş,  ona  əzab  verib 
qəzəbləndirmişdi. 
Peyğəmbər (s)-in “müəllifətu qulubihim” haqqında olan 
sünnətini sındırıb, Ömərin fikrinə itaət etdi. Onların haqqını 
vermədi. 
Peyğəmbər  (s)-in  xilafət  barəsində  olan  sünnətini 
sındırıb  müsəlmanlarla  məsləhət  etmədən  Öməri  onlara 
xəlifə təyin etdi. 
Bəli, bunlar onun Peyğəmbər (s)-in sünnəti ilə müxalifət 
etməsinin  başqa  ünvanlarıdır  ki,  əhli-sünnənin  səhih 
kitablarında qeyd olunmuş və tarix kitablarında yazılmışdır. 
Əgər  Peyğəmbər  (ə)-in  sünnəsi  (alimlərin  bəyan  etdiyi 
kimi)  hər  söz,  ya  iş,  ya  Peyğəmbərin  təyid  etməsi 
deməkdirsə, onda demək olar ki, Əbu Bəkr onların hamısı ilə 
müxalifətçilik  etmişdir.  İndi  isə  bir  neçə  nümunəni  qeyd 
edirik: 
1-PEYĞƏMBƏRİN SÖZÜ İLƏ 
MÜXALİFƏTÇİLİK 
a) Peyğəmbər (s)-in sözündən biri budur ki: 
“Fatimətu bəzətu minni, mən əğzəbəha fəqəd əğzəbəni” 
Yəni  “Fatimə  mənim  bədənimin  yarısıdır,  hər  kəs  onu 
qəzəbləndirsə, məni qəzəbləndirmişdir.” 
Buxarinin  yazdığına  görə,  həzrət  Fatimə  (s)  dünyadan 
getdiyi zaman Əbu Bəkrdən qəzəbli olmuşdur. 
b) Həmçinin Peyğəmbər buyurmuşdur: 
“Ləənəllahu mən təxəlləfə ən cəyşil-Üsamə.” 
“Üsamənin  qoşunundan  qaçan  hər  kəsə  Allah  lənət 
etsin.” 
Peyğəmbər  bu  sözü  elə  bir  zaman  buyurmuşdu  ki,  bir 
dəstə Üsamənin qoşun başçısı olmasına etiraz etmiş, onunla 
getməkdən boyun qaçırmışdılar. Bütün bunlara baxmayaraq, 
Əbu Bəkr yerindən hərəkət etməmiş, xilafəti bəhanə etmişdi. 


 

2-PEYĞƏMBƏRİN ƏMƏLİ İLƏ 
MÜXALİFƏTÇİLİK 
Peyğəmbərin  işlərindən  biri  “müəllifətu  qulubihim”lə 
yaxşı rəftar etməsi idi. Allahın əmri ilə onlara zəkatdan pay 
ayırmışdı. Amma Əbu Bəkr – Quranın aşkar surətdə onların 
haqqı olmasını bildirməsinə baxmayaraq, – onları bu haqdan 
məhrum  etdi.  Ömər  ibni  Xəttabı  sevindirmək  üçün 
Peyğəmbərin  əməli  ilə  müxalifətçilik  etdi.  Ömər  onlara 
demişdi: Mənim sizə ehtiyacım yoxdur. 
3-PEYĞƏMBƏRİN TƏSDİQLƏRİ İLƏ 
MÜXALİFƏTÇİLİK 
Peyğəmbərin təsdiqlərindən biri, sünnəsinin yazılmasına 
icazə verməsi və xalqın içərisində yayılması idi. Amma Əbu 
Bəkr  onları  yandırmış  və  xalqın  içərisində  yayılmasının 
qarşısını almışdı! 
Bunlardan  əlavə,  Quranın  bir  çox  hökmlərini  bilmirdi. 
Ondan  Quranda  hökmü  gəlmiş  “kəlalə”nin  barəsində 
soruşduqda, dedi: Mən onun barəsində öz şəxsi nəzərimlə söz 
deyirəm.  Düz  olduqda,  Allah  tərəfindən,  düz  olmadıqda  isə 
mən və Şeytan tərəfindəndir.

Allahın  öz  kitabında  hökmünü  qeyd  etdiyi  və 
Peyğəmbərin  öz  sünnətində  açıqladığı  “kəlalə”  barəsində 
müsəlmanların  xəlifəsindən  sual  olduqda,  onun  Kitabı  və 
sünnəni  bir  kənara  qoyub  öz  şəxsi  nəzərinə  əməl  etməsini 
eşitdikdə, necə təəccüb etməyəsən? Bunun ardınca, Şeytanın 
onun  nəzərlərinə  hakim  olmasını  etiraf  edir.  Bəli,  bu, 
müsəlmanların  xəlifəsi  Əbu  Bəkrdən  təəccüblü  deyildir. 
Çünki özü dəfələrlə deyirmiş: 
“İnnə li Şeytanən yəturini.” 
                                                 
1
 “Təbərinin təfsiri”, 4-cü cild, səh. 191-192; “İbni Kəsirin təfsiri”, 
1-ci  cild,  səh.  609;  “Cəlaləddin  Süyutinin  təfsiri”,  2-ci  cild,  səh.  756. 
(“Nisa” surəsinin 174-cü ayəsinin təfsiri.) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə