Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   2   3   4   5   6   7   8   9   ...   51

 
15 
alsaq, bu barədə ayrıca kitab yazmaq məcburiyyətində qalmış 
olarıq. Amma bizim məqsədimiz burada xülasə şəkildə işarə 
etməkdən ibarətdir. 
Soruşa  bilərsiniz  ki:  Ömərin  Allahın  kitabı  və 
Peyğəmbərin 
sünnəti 
ilə 
müxalifətçilik 
etməsi 
mümkündürmü? Halbuki Allah-taala buyurur: 
 ِل  َناَك اَمَو
 اًرْمَأ ُهُلوُسَرَو ُ َّللّا ىَضَق اَذِإ ٍةَنِم ْؤُم  َلاَو ٍنِمْؤُم
 ْدَقَف ُهَلوُسَرَو َ َّللّا  ِصْعَي نَمَو ْمِه ِرْمَأ  ْنِم ُةَرَي ِخْلا ُمُهَل  َنوُكَي نَأ
 اًنيِبُّم  ًلا َلََض َّلَض
 
“Heç  bir  imanlı  kişi  və  qadının  haqqı  yoxdur  ki, 
Allah  və  Peyğəmbər  bir  əmr  versə,  özlərindən  qərar 
qəbul edələr, hər kəs Allah və Peyğəmbərə itaətsizlik etsə, 
aşkar azğınlığa düçar olmuşdur.”
1
 
Bu həmin sözdür ki, bütün camaat onu bu gün deyir, elə 
bil Ömər ibni Xəttabın belə bir iş tuta biləcəyinə inanmırlar. 
Biz  bunlara  deyirik:  Bu  həmin  o  şeydir  ki,  öz  əhli-
sünnətdən  olan  dostları  onun  üçün  sabit  etmişlər.  Həmin  o 
kəsdir  ki,  özlərindən  asılı  olmayaraq  onu  Peyğəmbərdən 
üstün bilirlər. 
Əgər onun haqqında deyilənləri yalan hesab etsək, onda 
onların səhih  kitabları etibardan düşmüş olar. Belə olduqda, 
artıq  öz  inam  və  etiqadları  üçün  heç  bir  dəlilləri 
olmayacaqdır.  Bununla  belə,  tarixin  bir  çox  hadisələri  əhli-
sünnət  və  camaatın  qüdrət  başında  olduqları  zaman 
yazılmışdır.  Sözsüz,  onların  hamısı  Ömər  ibni  Xəttabı 
sevmiş,  ona  ehtiram  göstərmişlər.  Əgər  bu  kitablar  düz 
olarsa,  (bu  məsələdə  həqiqət  həmindir,)  onda  müsəlmanlar 
tutduqları  mövqelərindən  qayıtmalı,  özlərinin  bütün 
əqidələrində  (əgər  əhli-sünnət  və  camaatdandırlarsa) 
dəyişiklik etməlidirlər. 
Siz bu gün (bütün hədis və tarix alimlərinin nəzəri olan) 
bu  hədis  və  tarixlərin  mühəqqiqlər  tərəfindən  tam  şəkildə 
təhlil olmasını müşahidə edə bilməzsiniz. Onlar bu hədis və 
tarixləri  nə  təhlil  edə  bilmiş,  nə  də  yalan  olmasını  deyə 
                                                 
1
 “Əhzab” surəsi, 36-cı ayə. 


 
16 
bilmişlər.  Çarəsizlikdən  onları  dəyişdirmək  qərarına  gəlmiş, 
heç bir elmi əsası olmayan üzrləri (onlar üçün) qeyd etmişlər. 
Bəziləri onun qoyduğu bidətləri bir yerə yığıb onun fəzilət və 
ləyaqətləri adlandırmışlar. 
Elə  bil  ki,  Allah  və  Peyğəmbər  müsəlmanların  xeyrini 
bilməmiş, bu bidətləri dərk etməmişlər. (Nəuzubillah!) Lakin 
Ömər  ibni  Xəttab  onları  kəşf  etmişdir!  Allah  Peyğəmbəri 
dünyadan getdikdən sonra həyata keçirmişdir. 
Bu,  böyük  yalan  və  aşkar  küfrdür.  Biz  düz  olmayan 
etiqad  və  səhv  əqidədən  Allaha  pənah  aparırıq.  Əgər  Ömər 
əhli-sünnət  və  camaatın  imam  və  rəhbəridirsə,  mən  o 
sünnətdən bezaram və Allaha pənah aparıram. 
Böyük  Allahdan  istəyirəm  ki,  məni  peyğəmbərlərin 
sonuncusu və ağası Həzrət Mühəmməd (s)-in sünnəti və pak 
ailəsinin yolunda dünyadan aparsın. 
3-OSMAN İBNİ ƏFFAN 
O  üçüncü  xəlifədir.  Ömər  ibni  Xəttab  və  Əbdürrəhman 
ibni  Ovfun  qurduğu  plan  əsasında  xilafətə  çatmışdır. 
Əbdürrəhman  ibni  Ovf  ondan  Allahın  Kitabı,  Peyğəmbərin 
sünnəti və ondan qabaqkı iki xəlifənin  yolu ilə  xalqla rəftar 
etməsi haqqında əhd-peyman aldı. 
Mənim  şəxsən  ikinci  şərtdə,  yəni  Peyğəmbər  (s)-in 
sünnəti  əsasında  əməl  etmədə  şəkkim  vardır.  Əbdürrəhman 
ibni  Ovf  hamıdan  artıq  bilirdi  ki,  Əbu  Bəkr  və  Ömər 
Peyğəmbər (s)-in sünnəti əsasında hökumət etməmiş,  yalnız 
öz  şəxsi  nəzər  və  ictihadlarına  arxalanaraq  əməl  etmişlər. 
Əgər  imam  Əli  (ə)-ın  zəhmətləri  olmasaydı,  Peyğəmbərin 
sünnəti  o  iki  şeyxin  vaxtında  təqribən  məhv  olub,  aradan 
getmə təhlükəsi altına düşmüşdü. 
Elə  bilirəm  ki,  həmin  şərti  –  “Allahın  Kitabı  və  iki 
şeyxin sünnətinə əməl etməni” Əli ibni Əbi Taliblə də etmiş 
olsun. İmam bu təklifi qəbul etməyərək “mən  yalnız Allahın 
Kitabı və Peyğəmbərin sünnəti əsasında hökumət edəcəyəm” 
dedikdə,  xilafəti  əldən  vermişdi.  Əli  (ə)  Peyğəmbər  (s)-in 
sünnətini  diriltmək  istəyirdi.  Amma  udan  Osman  oldu.  O, 


 
17 
Əbu  Bəkr  və  Ömərin  əyri  sünnətini  davam  etdirdi.  Onların 
Peyğəmbərin  sünnətinə  ehtiyacları  yox  idi.  Yalnız  Quranın 
kafi olmasını iddia edirdilər!! 
Bizim  yəqinimizi  artıran  budur  ki,  Osman  da  bu  şərti 
belə  başa  düşmüşdü:  O  özünün  həmin  iki  dostu  kimi 
hökmlərdə  ictihad  etməlidir.  Bu  səbəbdən  də  ictihada 
başlamış və bu yolda iki dostundan da qabağa keçmişdi. İş o 
yerə  çatmışdı  ki,  səhabələr  ona  etiraz  etmiş,  Əbdürrəhman 
ibni Ovfun yanına gələrək onu danlamış və demişdilər: Bu işi 
sən öz əlinlə etmisən! 
Osmandan narazılıq artdığı zaman o, səhabələr arasında 
nitq  söyləyib  dedi:  Nə  üçün  Ömər  ictihad  etdiyi  zaman  ona 
etiraz etmədiniz, yoxsa onun şallağından qorxurdunuz?! 
İbni Qüteybədən olan rəvayətdə deyilir: Camaat Osmana 
etiraz  etdiyi  zaman  o,  minbərə  qalxıb  dedi:  Ey  Müaviyə  və 
ənsar!  Siz  elə  şeylərdə  etiraz  və  düşmənçilik  edirsiniz  ki, 
onları Ömərdən qəbul etmisiniz. O sizi dağıdıb sakit edirdi. 
Heç  kəsin  ona  altdan-altdan  baxmağa  cürəti  çatmırdı.  Bilin 
ki, mənim köməkçilərim onunkundan da çoxdur!!
1
 
Mənim  şəxsi  nəzərim  budur  ki,  mühacir  və  ənsardan 
olan  səhabələr  Osmanın  ictihadı  ilə  müxalif  olmamışlar. 
Çünki  elə  ilk  gündən  ictihada  adət  etmiş  və  onu 
bəyənmişdilər.  Etirazlarının  əsl  səbəbi  onların  qüdrətdən 
uzaqlaşdırılmaları  olmuşdu.  Çünki  o,  vəzifələri  və  dövlət 
işlərini  öz  xain  qohumlarına  vermişdi.  O  kəslərə  ki,  dünənə 
qədər İslam və müsəlmanlarla vuruşmuşdular. 
Mühacir  və  ənsar  Əbu  Bəkr  və  Ömərin  qarşısında  isə 
susmuşdular.  Səbəbi  də  bu  idi  ki,  o  iki  nəfər  onları 
hökumətdə  şərik  etmiş,  adı-sanı  və  pulu  olan  məqamları 
onlara vermişdi. 
Osman  isə  onların  çoxusunu  işdən  çıxarmış,  Bəni-
Üməyyəyə çoxlu hədiyyələr vermişdi. Bu vaxt ondan narahat 
olmuş, ixtilaf baş vermiş və nəticədə onu öldürmüşdülər. 
Bu,  Peyğəmbər  (s)-in  əvvəlcədən  xəbər  verdiyi  bir 
həqiqət  idi.  O  buyurmuşdu:  “Mən  sizin  –  məndən  sonra  – 
                                                 
1
 “Tarixi xüləfa”, İbni Qüteybə, 1-ci cild, səh. 31. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə