H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24

14 

 

  Xronik  pielonefrit  zamanı  böyrəklərin  kanalcıqlarında    yumaqcıqlara  nisbətən 



daha ciddi dəyişikliklər baş verir.  Müasir təsəvvürlərə əsasən böyrəklərdə baş verən 

patoloji  dəyişikliklər  aşağıdakı  mərhələləri  keçir.  I  mərhələdə  böyrəklərin 

yumaqcıqları  saxlanmışdır,  toplayıcı  kanalcıqlar  isə  artıq  atrofiyaya  uğramışdır, 

interstisial toxumanın diffuz leykositar infiltrasiyası nəzərə çarpır.  II mərhələdə ayrı-

ayrı  yumaqcıqların  gialinləşməsi    baş  verir  və    kanalcıqlar  daha  çox  atrofiyaya 

uyğrayırlar.  İnterstisial  toxumanın  iltihabi  infiltrasiyası  azalmışdır  və  birləşdirici 

toxumanın inkişaf etməsi nəzərə çarpır. III mərhələdə əksər yumaqcıqlar dağılmışdır. 

Bir qayda olaraq, kanalcıqlar  xeyli genişlənmiş, diferensiasiya olunmamış qısa epitel  

ilə  örtülmüş  və    kolloid  kütləsi  ilə  dolmuşdur.  IV  mərhələ  üçün    kanalcıqların  və 

yumaqcıqların əksəriyyətinin ölməsi səciyyəvidir.  Böyrəyin ölçüsü xeyli azalmışdır, 

inkişaf etmiş birləşdirici toxuma sıxdır və damarlarla az əhatə olunmuşdur. 

  Pielonefrit ilə xəstələrdə hamiləliyin  və doğuşların riskinin 3 dərəcəsini qəbul 

etmək vacibdir: 

 



I dərəcəyə hamiləlik zamanı meydana çıxan ağırlaşmamış pielonefrit ilə xəstələr; 

 



II dərəcəyə hamiləliyə qədər mövcud olan xronik pielonefrit ilə xəstələr; 

 



III  dərəyəcə    pielonefrit  və  hipertenziya  və  ya  anemiya,  yeganə  böyrəyin 

pielonefriti olan xəstə qadınlar aiddir. 

I və II risk dərəcəsi olan xəstələrə  hamiləliyi davam etdirməyə (daima terapevt, 

nefroloq  tərəfindən  dinamik  müşahidə  aparmaqla)  icazə  vermək  olar.  III  risk 

dərəcəsinə malik olan xəstələrə hamiləlik əksgöstərişdir . 

     Xronik  pielonefrit  olan  xəstələrdə  hamiləliyin  gedişi    əsasən  eklampsiyanın  ağır 

formaları  ilə  fəsadlaşır.  Hamiləliyin  pozulması  və  başa  çatdırılmaması,  ölüdoğulma 

halları,  dölün  bətndaxili  infeksiyalaşması  faizi  yüksəkdir.  Xronik  pielonefritdən 

əziyyət çəkən uşaqların doğulması tezliyi də yüksəkdir. Diferensial diaqnoz -  kəkin 

appendisit,  kəskin  xolesistit,  böyrək  və  qaraciyər  sancıları,  ümumi  yoluxucu  xəs-

təliklərlə  aparılır.Çətinlik  hipertoniya  xəstəliyi  ilə  diferensial  diaqnozun  aparılması 

zamanı yaranır. Yüksək proteinuriya, göz dibindəki dəyişikliklər – angioretinopatiya, 

neyroretinopatiya, qansızmalar və tor qişanın ödemi prosesə qoşulan hestozdan xəbər 

verir ki, o da xəstələrin vəziyyətini xeyli ağırlaşdırır.  Ədəbiyyatda  hamilə qadınlarda 




15 

 

xronik  pielonefritin  müxtəlif  klinik  gedişləri  zamanı  immunitetin  müxtəlif 



aspektlərdən öyrənilməsi zamanı əldə olunan bir-birinə zidd məlumatlar verilmişdir. 

Əvvəllər  limfositlərin  immuntənzimləmə  funksiyalarının  bərpa  edilməsi  məqsədilə 

pielonefritin  levomizol,  T-aktivin  və  digər  immunotrop  vasitələrlə  müalicə  cəhdləri 

tətbiq  edilmişdir.  Lakin  bir  çox  hallarda  onların  effektivliyi    mübahisəli  qalmışdır, 

aşkar edilmiş əlavə təsirlər isə üstünlük təşkil etmişlər. Pielonefritin əmələ gəlməsinə 

təkan  verən  çoxlu  sayda  amillər  arasında    hamilə  qadının  orqanizminin  immun 

vəziyyəti  böyük  əhəmiyyət  daşıyır.  Pielonefritin  immunopatogenezində  T-

limfositlərin    supressor  fəallığı  azalır  ki,  bu  da  tolerantlığın  real  pozulması  və 

müvafiq  olaraq  hamiləliyin  başa  çatdırılmaması  təhlükəsini  yaradır.  Bununla  belə, 

pielonefrit  əvvəlki  kimi  «preventiv  müalicənin»  mühüm  problemi  olaraq  qalır. 

Xəstəliyin  inkişafının  və  şiddətlənməsinin  orqanizmin  müdafiə  qüvvələrinin  

zəifləməsi və ümumi immunoloji reaktivliyin azalması ilə əlaqədar olduğunu nəzərə 

alaraq  immunotrop  vasitələrin  (əsas  etibarilə  məhdud  zaman  ərzində  limfositlərin 

immuntənzimləmə  funksiyalarının  bərpa  olunmasına    yönəldilmiş)    tətbiqi  tövsiyə 

edilir.    Xronik  pielonefritin  etiologiyasında  bu  patologiyası  olan  hamilə  qadınların 

uşaqlıq  yolunun  simbiont  mikroflorasının    növ  spektrinə  və  kəmiyyət  tərkibinə, 

həmçinin  böyrəklərdə    inkişaf  edən  infeksion-iltihabi  proseslərin  inisiasiyasında  və  

saxlanmasında  vaginal  disbiozların  əhəmiyyətinə  dair  əldə  olunmuş  məlumatlar 

böyük  maraq  doğurur.  Müəyyən  edilmişdir  ki,  xronik  pielonefriti  olan  hamilə 

qadınların  70-80%-də  uşaqlıq  yolunun  mikroflorasında  əhəmiyyətli    dəyişikliklər 

qeydə alınır. Xəstələrin bu qrupunda aşkar edilmiş bakterial vaginoz  biotopun şərti-

patogen  bakteriyalarla  (onların  miqdarı  normal  uşaqlıq  mikrosenozundakı  payından  

yüz və min dəfələrlə  çoxdur) həddən artıq kolonizasiyası fonunda rezident lakto-və 

bifidofloranın  kəskin  azalması  ilə  səciyyələnir.  Bu  patogenlər  bir  çox  hallarda  eyni 

vaxtda  hamilə  qadınlarda  xronik  pielonefritin  törədiciləri  sayılır  ki,  bu  da  vaginal 

disbiozları hestasiya dövründə pielonefritin inkişaf riskinin, yaxud kəskinləşməsinin 

risk  amili    hesab  etməyə  imkan  verir.    Bundan  başqa,    əldə  olunan  məlumatlar 

pielonefritdən  əziyyət  çəkən  hamilə  qadınlarda  aşağı  cinsiyyət  yolunun  virusla 

yoluxmasının  tezliyinin  yüksək  olmasını  göstərir.  Bu  qrupdan  olan  hər  üçüncü 



16 

 

xəstədə  herpes  infeksiyası,  təmiz  və  ya  digər  virus  infeksiyası  ilə  qarışıq  infeksiya  



aşkar edilir. Virusla yoluxmuş qadınların yarıdan çoxunda  SHV-infeksiyasının mar-

kerləri  aşkar  edilir.  Bir  fakt  da  xüsusi  diqqət  tələb  edir  ki,  pielonefriti  olan  hamilə 

qadınların  təqribən  30%-də  enterovirus  infeksiyası  aşkar  edilir.    Bəzi  tədqiqatçılar 

güman  edirlər  ki,  hestasiya  prosesi  dövründə  pielonefritin  kəskinləşmələrinin  mən-

şəyində enteroviruslar mühüm rol oynayır, hamilə qadınların  orqanizmində daha çox 

enterovirusların ( dölün böyrəkləri üçün teratogen amil sayılır) dövr etməsi isə sidik-

cinsiyyət  sisteminin  anadangəlmə  inkişaf  anomaliyaları  və  yenidoğulmuşların 

böyrəklərinin iltihabi xəstəlikləri üçün fon kimi iştirak edə bilər. 

    Mikroorqanizmin bioloji xüsusiyyətlərindən başqa, infeksiyanın xronik pielonefritə 

keçməsində  və  xəstəliyin  xronikləşməsində  urodinamikanın  pozulmaları  mühüm  rol 

oynayır. Müəyyən edilmişdir ki,  ikincili pielonefrit zamanı böyrəyin parenximasına 

spesifik  invazivlik  amilləri  olmayan  bakteriyalar  nüfuz  edirlər.    Sidik  daşı  xəstəliyi, 

sidik  axarlarının  xaricdən  sıxılması,  instrumental  manipulyasiyalar,  nevroloji 

xəstəliklər,  şəkərli  diabet  -  bunlar    sidiyin  passajının  davamlı  pozğunluqlarını 

şərtləndirən  və  pielonefritin  inkişaf  etməsinə  və  xronikləşməsinə  təkan  verən  

vəziyyətlərin  natamam  siyahısıdır.  Sidik-ifrazıat  sisteminin    anadangəlmə  və 

qazanılmış xarakterli morfoloji və funksional dəyişiklikləri  kasacıq-ləyən sistemində 

təzyiqin  yüksəlməsinə,  nazikdivarlı  böyrək  venalarının  sıxılmasına  və    böyrəklərdə 

venoz  qanın  durğunluğuna  gətirib  çıxarır.  Həmçinin  böyrəkdə  limfosirkulyasiya  da 

pozulur.  Orqanda  durğunluq  nəticəsində  doluqanlılıq  damar  divarının  keçiriciliyini 

dəyişdirir  və  mikrobların  böyrəyin  interstisial  toxumasına  keçməsinə  şərait  yaradır.  

Hamiləlik  patoloji  proses  deyildir,  bununla  belə,    böyrək  toxumasında  infeksiyanın 

inkişaf etməsinə təkan verir. Qadının orqanizmində hormonal disbalansın dəyişilməsi 

böyük  əhəmiyyət  daşıyır.  Məlumdur  ki,    qanda  estron,  estradiolun,  həmçinin 

progesteronun  miqdarının  artması  (müvafiq  olaraq    hamiləliyin  7-13  və  11-13-cü 

həftəsində) və böyrək ləyənlərinin, sidik axarlarının və sidik kisəsinin reseptorlarına 

onların  təsir  göstərməsi  sidik  yollarının  qısamüddətli    hiper-  və  diskineziyasına 

gətirib  çıxarır.    Qanda  qlükokortikoidlərin  miqdarınının  xeyli  artması  (hestasiyanın 

22-28-ci həftəsində) böyrəklərdə artıq başlayan iltihabi prosesin fəallaşmasına səbəb 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə