H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

50 

 

qurudulmalıdır.  Təmizlik  zamanı  bakteriuriyanın  səviyyəsinə  ehtimal  edilən  təsiri 



aradan qaldırmaq üçün dezinfeksiyaedici vasitələrin istifadəsinə icazə verilmir; 

 



  müayinə  üçün  sidiyin  orta  porsiyası  yığılır.  Bu  tələbə  düzgün  əməl  etmək  üçün 

xəstə siyimədən əvvəl sidik kisəsinin dolmasını hiss etməlidir.   Bu zaman sidiyin ilk 

porsiyası  (uretranı  yuyan)  ayaqyoluna  axıdılır,  orta  porsiyası  siyiməyə  fasilə 

vermədən steril laborator qaba yığılır, qalan sidik porsiyası da həmçinin ayaqyoluna 

axıdılır; 

 



  hamiləliyin  gecikmiş  vaxtlarında  bəzi  (xüsusilə  kök)  qadınlar  sidiyi  toplayarkən 

müəyyən çətinliklə rastlaşa bilər. Belə hallarda  sidik nümunələrinin əldə edilməsinə 

dair  yuxarıda  sadalanan  şərtlərə  əməl  edilməsi  üçün    orta  tibb  heyətinin  yardımına 

ehtiyac yarana bilər. 

   

Hazırkı dövrdə, şübhəsiz, aparıcı uroloqlar, nefroloqlar və mamalar tərəfindən 



söylənilən  bir  fikir  birmənalıdır  -    hamilə  qadınlarda  sidik  kisəsinin  kateterizasiyası 

sidik-ifrazat sisteminin (SİS) infeksiyalarının , o cümlədən klinik əlamələrlə müşayiət 

olunan infeksiyaların   iknişafında başlıca yatrogen risk amili kimi nəzərdən keçirilir. 

Hamilə qadınlarda bu metod vasitəsilə müayinə üçün sidiyin əldə olunması yalnız o 

hallarda  özünü  doğruldur  ki,    sidik  kisəsinin  kateterizasiyası  ciddi  göstərişlər  

olduqda yerinə yetirilir. 

  Bakteriuriyanın    müayinəsinin    informativlik  dərəcəsi  sidik  nümunələrinin 

təkrar  müayinəsi  zamanı    xeyli  artır.    Əldə  olunmuş  nümunələrin  maksimal  sürətlə 

laboratoriyaya  daşınması    bakteriuriyanın  qiymətləndirilməsi  zamanı  kritik  vacib 

məsələ  sayılır.    Bu,  uropatogenlərin  yüksək  replikasiya  qabiliyyəti  ilə  izah  edilir 

(Escherichia  coli  otaq  temperaturunda  hər  15-20  dəqiqədən  bir  replikasiya  etmək 

qabiliyyətinə malikdir) ki, bu da onların sidikdə miqdarının real qiymətləndirilməsini 

çətinləşdirir.  Sidik  nümunələrinin  laboratoriyaya  tezliklə  daşınması  imkanı 

olmadıqda  onların  +4

0

C-yə  qədər  soyudulması  məsləhət  görülür  (bu  zaman  



uropatogenlər lizisə uğramır, onların replikasiya qabiliyyəti isə bloklaşdırılır). Sidiyin 

soyudulmasından sonra onun müayinəsi 20-24 saat ərzində həyata keçirilməlidir . 

     

Bakteriuriyanın  kəmiyyət  və  keyfiyyətcə  qiymətləndirilməsini  təmin  edən  ən 



dəqiq və informativ metod  sidiyin bərk qidalı mühitlərə əkilməsi sayılır.  Həmçinin 


51 

 

ekspres-diaqnosikanın müxtəlif metodları təklif olunmuşdur ki, onlar sidiyin əkilməsi 



metodundan  geri  qalır  (bir  qayda  olaraq  həssaslığına  və  spesifikliyinə  görə),  lakin 

sadəliyinə  və  yerinə  yetirilməsi  sürətinə,  həmçinin  ucuzluğuna  görə  ondan  xeyli  

üstündür .  

  Böyrək  patologiyasının  diaqnostikası  üçün  qanda    ümumi  zülal  və  zülal 

fraksiyalarının,  xolesterinin,  elektrolitlərin,  turşu-qələvi  vəziyyətinin,  azotemiyanın 

təyin  edilməsi  mühüm  əhəmiyyət  daşıyır.    Qanın  biokimyəvi  müayinəsi  zamanı 

adətən  hipoproteinemiya  və    disproteinemiya  (albuminlərin  miqdarının  azalması  və 

qlobulinlərin  səviyyəsinin  artması  sayəsində)  aşkar  edilir.  Sidik  cövhərinin  və 

kreatinin miqdarının qısa müddət ərzində və orta səviyyədə artması nəzərə çarpa bilər 

ki, bu da böyrəklərin funksiyasının pozulmasından xəbər verir.  

   Müxtəlif  orqanların,  o  cümlədən  SİS-nin  iltihabi  xəstəliklərinin  diaqnostikası 

zamanı  son  illər  sitokinlərin  səviyyəsinin  təyin  edilməsinə  böyük  diqqət  verilir. 

Sitokinlər  –  əsasən  immun  sistemin  aktivləşmiş  hüceyrələri  tərəfindən  hasil  edilən, 

antigenlərə  münasibətdə  spesifikliyi  olmayan    və  immun  cavab,  hemopoez,  iltihab 

zamanı hüceyrəarası qarşılıqlı əlaqələrin mediatorları sayılan zülallardır.  

 

 



HAMILƏLIK ZAMANI SİS-NIN INFEKSIYALARININ DIAQNOSTIKASI 

ZAMANI APARILAN INSTRUMENTAL MÜAYINƏLƏR 

 

   


Müayinənin  başlanğıc  mərhələlərində  böyrəklərdə  olan  iltihab  prosesinin 

diaqnostikası metodlarından biri  termoqrafiyadır ki, o zədələnmiş orqan nahiyəsində 

bədənin  temperaturunun  qeydə  alınmasından  ibarətdir.    Bu,  qeyri-invaziv  metod 

ekspress-diaqnostika  metodu  qismində  istifadə  edilə  bilər  ki,  bu  da  xəstəliyin  artıq 

erkən  mərhələlərində  böyrəklərin  patologiyasını  digər  orqanların  xəstəliklərindən 

diferensiasiya  etməyə,  həmçinin  növbəti  mərhələdə  xəstələrin  məqsədyönlü 

müayinəsini  müəyyən  edən  və  müalicənin  effektivliyi  üzərində  nəzarəti  təmin  edən 

test  kimi  işlətməyə    imkan  verir.  Lakin  termoqrafiya    böyrəklərin  zədələnməsinin 

səbəbini və xarakterini üzə çıxarmır. 



52 

 

    SİS-nin  xəstəlikləri  olan  hamilə  və  zahı  qadınların    standart  müayinəsi 



kompleksinə    ultrasəs  skanlaması  (ultrasonoqrafiya)    aiddir.  Müayinələr  böyrəklərin 

qabıq  qatının  qalınlığını,  ölçülərini  və  KLS-ni  təyin  etməyə,  böyrəklərin  inkişaf 

qüsurlarını  və  yenitörəmələri  aşkar  etməyə,  sidik  daşı  xəstəliyinin,  hidronefrozun 

olmasını   və s.  təyin  etməyə  imkan  verir.  Bu  metod  ana  və  döl  üçün  zərərsizdir və 

hamiləlik müddətində dəfələrlə istifadə edilə bilər. 

    


Ultrasəs müayinəsi (USM) - hamilə qadınlarda SİS-nin infeksiyaları zamanı ən 

geniş  yayılmış  metoddur  ki,  bu  da  onun  kifayət  qədər  yüksək  informativliyi, 

ionlaşdırıcı  şüalanmanın  ekspoziyasının  olmaması  və  dinamik  müayinələrin  təkrar-

təkrar    aparılması  imkanı  ilə  şərtlənmişdir.    USM    böyrəklərin  və  onların  kasacıq-

ləyən  aparatının  strukturunun,  funksiyasının    anadangəlmə  və  qazanılmış 

xüsusiyyətlərini    (böyrəklərin  sayının  və  yerləşmə  anomaliyaları,  böyrəklərin 

polikistozu  və  multikistozu  zamanı  kistalar  da  daxil  olmaqla)  təyin  etməyə  imkan 

verir.  USM  kasacıq-ləyən  aparatının  strukturlarında  konkrementlərin  olmasını, 

yerləşməsini,  həndəsi  xüsusiyyətlərini  və  məkan  ölçülərini    qiymətləndirməyə, 

həmçinin hidronefrozun olmasını və ağırlıq dərəcəsini təyin etməyə imkan verir.  Bir 

çox  hallarda    hamiləlik  zamanı  böyümüş  uşaqlığın  bağırsaqları  yan  tərəfə 

sıxışdırması  nəticəsində  USM  vasitəsilə  sidik  axarlarının  vizuallaşması  yaxşılaşır, 

halbuki  hamilə  olmayan  qadınlarda  o,  sidik  axarlarını  örtür  və  onların 

vizuallaşmasına  mane  olur.  Bununla  belə,  sidik  axarlarında  yerləşmiş 

konkrementlərin  USM  vasitəsilə  aşkar  edilməsi,  həmçinin  müəyyən  edilən 

hidronefrozun interpretasiyası bəzən böyük çətinliklər törədir. 

  Hestasiya  vaxtı  fizioloji  hidronefrozun  və  SİS-nin  obsturksiyası  zamanı 

hidronefrozun  diferensial  diaqnostikası  məqsədilə    bir  sıra  əlavə  ultrasəs  metodları 

təklif  olunmuşdur.    Belə  metodlardan  biri  böyrəklərin  damar  rezistentliyi 

qiymətləndirilməklə  və  intrarenal  damarların  rezistiv  əmsalı  hesablanmaqla  aparılan 

doppler  ultrasonoqrafiyası  sayılır.  Hestasiya  zamanı  SİS-nin  obstruksiyasının  təyin 

edilməsində sidik axarlarının rəngli doppler skanlaması müəyyən rol oynayır . 

    

Hestasiya  zamanı  SİS-nin  infeksiyalarının  instrumental  diaqnostika  metodları 



arasında digər metodlar, ilk növbədə SİS-nin obstruksiyasının təyin edilməsi zamanı 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə