H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

47 

 

olub  borucuğun  kiçik  bucaq  altında  -  10



0

-yə  qədər  titrəməsini  səciyyələndirir.  

Kompressiyadan istifadə edilmir, çünki hamilə qadının uşaqlığı  sidik axarlarını sıxır. 

Çox nadir hallarda retroqrad ureteropieloqrafiya tətbiq edilir və o, adətən bir tərəfdə  

aparılır . 

 Radioizotop  renoqrafiya  hər  iki  böyrəklərin  funksiyasının  müqayisəli 

qiymətləndirilməsi  üçün  çox  rahatdır,  çünki  böyrəyin  sirkulyasiyasının  və 

sekresiyasının dəyişiklkilərini aşkar edir. 

Sidik-ifrazat  sisteminin  orqanlarında  əməliyyata  göstəriş  olduqda  bu,  onu 

göstərmir  ki,  hamiləlik  mütləq  dayandırılmalıdır.  Hamiləlik  hətta    böyük  uroloji 

əməliyyatlar (hamilə və döl üçün birbaşa təhlükə olmadıqda) zamanı saxlanılır. Bu, 

tamamilə  mümkündür,  çünki    bir  çox  dərman  vasitələri,  o  cümlədən  anestezioloji 

vasitələr  böyrək  toxumasına,  həmçinin  digər  orqan  və  sistemlərə,  o  cümlədən  dölə 

toksik təsir göstərmədən orqanizmdən qismən və ya tam xaric edilir. Bundan başqa, 

sidik-ifrazat  sistemi  orqanlarında  əməliyyat  apararkən  əzələarası  qoruma  üsulları 

(doğum prosesinə mane olan qarnın ön divarının tonusunun azalmaması üçün) tətbiq 

etmək  lazımdır.  Əməliyyat  vaxtı  və  ondan  sonra  su-elektrolit  tarazlığının 

korreksiyasına, rejimin və pəhrizin gözlənilməsinə xüsusi diqqət verilməlidir. 

 Uroloji xəstəlikləri olan qadınlar dispanser müşahidə altında saxlanmalıdır, bu 

zaman  böyrəklərin  funksiyasının    kontrol  müayinəsinin  tezliyi  fərdi  şəkildə  təyin 

olunur.  Sidik-ifrazat  orqanlarının  bəzi  xəstəlikləri,    xüsusilə  böyrəklərin  və  ya  sidik 

kisəsinin  şişləri  zamanı,  həmçinin  böyrək  çatışmazlığının  gecikmiş  mərhələlərində  

hamilə  olmaq  məsələsini    heç  qaldırmaq  lazım  deyil.    Sidik-cinsiyyət  orqanlarında 

aparılan  uğurlu  əməliyyatlardan  sonra    və  hətta  böyrəklərin  transplantasiyasından  

sonra    homeostaz  o  qədər  yaxşı  bərpa  olunur  ki,  baş  verən  hamiləlik  və  doğuşlar  

böyrəklərin funksiyasına mənfi təsir göstərmir . 

  Hamiləlik ananın həyatı üçün  təhlükə təşkil etdikdə və döl üçün yüksək risklə 

müşayiət olunduqda -  dayandırılır. 

Hamiləliyin  pozulmasına  dair  göstərişlər  hamiləliyin  müddətindən  asılı 

olmayaraq aşağıdakılardır: 




48 

 

1.



 

 Şiddətlənən  böyrək  çatışmazlığı    -  aşağıdakı  meyarların  əsasında  müəyyən 

olunmuş: kreatininin səviyyəsi 265 mkmol/l-dən (3 mq%)  yuxarı, sidik cövhəri 10,7 

mmol/l-dən yuxarı və yumaqcıq  filtrasiya 30 ml/dəq-dən aşağı olduqda. 

2.

 

 Hipertoniyanın  ağırlıq  dərəcəsinin  artması,  xüsusilə  onun  bədxassəli 



formalarında. 

Deməli,  klinik  təcrübəyə  böyrəklərin  funksiyasının  yüksəkhəssas  və  eyni 

zamanda az zəhmət tələb edən  (xəstələr üçün) müayinə metodlarının tətbiq edilməsi 

sayəsində  uroloji  xəstəliklər  zamanı  hamiləliyin  gedişinin  proqnozlaşdırılması  üçün 

real imkan yaranmışdır .  

 İstənilən  uroloji  xəstəliyi  olan  qadın  uroloqun  ciddi  dispanser  müşahidəsi 

altında  saxlanmalıdır.  Hamiləliyin  planlaşdırılması  fikri  yarandıqda  bu  xəstəlik  

aradan qaldırılmalıdır. Əgər bu və ya digər səbəblər üzündən  qadın  qravidar dövrə 

mövcud uroloji  patologiya ilə daxil olur və ya onu hamiləliyin gedişində əldə edirsə, 

bu zaman qadını müşahidə edən ginekoloq uroloqla sıx təmasda olmaqla hamiləliyin 

maksimal  fizioloji  gedişini  təmin    etməli  və    uşağını  tərbiyə  etməsi  üçün  onun 

sağlamlığını qoruyub saxlamalıdır . 

 Belə söyləməyə əsas var ki, əksər uroloji xəstəlikləri olan qadınlarda hamiləlik 

və doğuşlar  hətta bir böyrək olduqda prinsip etibarilə mümkündür.  Böyrəklərdə və 

sidik-ifrazat  yollarında  əməliyyata  göstəriş  meydana  çıxdıqda  bu,  onu  göstərmir  ki, 

hamiləlik  mütləq  dayandırılmalıdır.  Hamiləlik  hətta    böyük  uroloji  əməliyyatlar 

(qadın  və  döl  üçün  birbaşa  təhlükə  olmadıqda)  zamanı  saxlanılır.  Bu,  tamamilə 

mümkündür,  çünki    bir  çox  dərman  vasitələri,  o  cümlədən  anestezioloji  vasitələr 

böyrək toxumasına, həmçinin digər orqan və sistemlərə, o cümlədən dölə toksik təsir 

göstərmədən orqanizmdən qismən və ya tam xaric olur. 

 

HAMİLƏLİK  ZAMANI SIDIK-IFRAZAT SİSTEMİNİN (SİS) 



INFEKSIYALARININ LABORATOR DIAQNOSTIKASI 

 

Hazırda qadınlar arasında böyrəklərin və sidik-ifrazat  sisteminin xəstəliklərinin 



yayılmasının azaldılmasının ən real üsullarından biri onların erkən aşkar edilməsidir 


49 

 

ki,  bu  da  vaxtında  müalicənin  aparılmasını  təmin  edir.  Uroloji  xəstəliklərin 



diaqnostikası  imkanları  olduqca  genişdir.  Uroloqların  istifadəsində  laborator, 

endoskopik,  rentgenoloji,  radioizotop  və  digər  müayinə  metodları  vardır  –  onlar  

xəstələrin praktik olaraq hamısında düzgün diaqnozun qoyulmasına imkan verir. Belə 

ki,    müasir  laborator  metodlar    böyrəyin  funksiyasının  ən  erkən  dəyişikliklərini, 

həmçinin sidiyin tərkibində baş verən istənilən dəyişiklikləri  aşkar etməyə qadirdir . 

  Sidiyin  müayinəsi  mühüm  əhəmiyyət  daşıyır.  Zimnitski  sınağından  istifadə 

etməklə  böyrəklərin  toplama  qabiliyyəti  haqqında  fikir  yürütmək  olar.    Xronik 

pielonefrit  üçün  izohipostenuriya,  nikturiya  və  poliuriya  səciyyəvidir.  Böyrəklərin 

büzüşməsi, çapıqlaşması və iltihab prosesinin sönməsi zamanı  sidiyin nisbi sıxlığının 

aşağı  göstəriciləri  xəstəliyin  yeganə  əlaməti  ola  bilər.  Böyrək  xəstəlikləri  zamanı 

yumaqcıq 

filtrasiyasının 

və 

kanalcıq 



reabsorbsiyasının 

vəziyyətinin 

qiymətləndirilməsi üçün Reberq-Tareyev sınağından istifadə edilir. 

  Böyrək  xəstəliklərinin  diferensial  diaqnostikasında,  xüsusilə  süstgedişli 

patoloji  proseslər  zamanı    sidiyin  formalı  elementlərinin  kəmiyyətcə  hesablanması 

metodları böyük əhəmiyyət daşıyır. Müasir dövrdə  Neçiporenko metodu  daha çox 

tətbiq  edilir.  Sidikdən  mikroorqanizmlərin  ifraz  edilməsi  tezliyi    iltihabi  prosesin 

kəskinliyindən, xəstəliyin müddətindən, sidiyin əkilməsinə (antibakterial müalicədən 

əvvəl  aparılan)  mane  olan  amillərin,  keçirilmiş  operativ  müdaxilələrin  və  

instrumentlal müayinələrin olmasından  asılıdır. 

 Müayinə üçün sidiyin  toplanmasına qoyulan tələblər: 

 



 sidiyin  toplanması  birinci  səhər  (oyandıqdan  sonra)  sidik  ifrazı    zamanı  həyata 

keçirilir. Bu zaman gün ərzində su ilə yüklənmənin gedişində sidiyin durulaşdırılması 

effektinin  aradan  qaldırılması  əldə  olunur  ki,  bu  da  müayinə  üçün  bakteriyaların 

miqdarı maksimal olan  nümunələrin əldə edilməsinə imkan verir; 

 

 adətən  sidiyin  qatılığının  əlavə  olaraq  artırılması  məqsədilə  bir  gün  əvvəl  axşam 



az miqdarda maye qəbul edilməsi tövsiyə olunur; 

 



 mütləq  əvvəlcə    isti  su  və  yuyucu  vasitə  ilə  birlikdə  periuretral  zonanın  və 

vulvanın iki- və ya üç dəfə ciddi tualeti aparılmalı və sonra steril tampon vasitəsilə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə