H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24

11 

 

əmələ  gəlməsinə  şərait  yaradır.  Bundan  başqa,  hamiləlik  zamanı  qan  plazmasının 



həcminin  fizioloji  artması    sidiyin  qatılığının    azalması  ilə  müşayiət  olunur.    Bu 

zaman qadınların 70%-də qlükozuriya inkişaf edir ki, o da sidikdə bakterial floranın 

böyüməsinə şərait yaradır,  sidikdə  hestagenlərin və estragenlərin miqdarının artması 

isə  aşağı SİS-nin  epitelisinin mikroorqanizmlərin invaziyasına qarşı davamlılığının 

azalmasına gətirib çıxarır.  Cift və döl hormonlarının qanda miqdarının kompensator 

artması sidik axarlarının, böyrək ləyənlərinin tonusunun dəyişilməsinə təkan verir və 

mexaniki amillər meydana çıxmazdan xeyli əvvəl urodinamikanın pozulmasına səbəb 

olur. 


 Qeyd etmək lazımdır ki, hamilə qadınlarda xronik pielonefritin klinik əlamətləri 

hamiləliyin  ağırlaşmaları  ilə  əlaqədar  simptomlarla  (bu  xəstəlik  nəticəsində  və  ya 

ondan asılı olmayaraq meydana çıxan) üst-üstə düşə bilər. Belə ki,  qasıq nahiyəsinə 

və  qarnın  aşağı  hissəsinə  irradiasiya  edən  bel  nahiyəsindəki  ağrılar      hamiləliyin 

pozulması  təhlükəsi  zamanı  uşaqlığın  tonusunun  yüksəlməsi  ilə  əlaqədar  ola  bilər; 

proteurinuriya,  hipertenziya,  ödem  sindromu  preeklampsiyanın  qoşulmasını  xəbər 

verə  bilər;  leykosituriya  cinsiyyət  yolunun  aşağı  şöbələrində  əlverişsiz  vəziyyətin 

əlaməti  ola  bilər;  hamiləliyin  erkən  mərhələlərində  uzun  müddət  davam  edən 

subfebrilitet  daha  çox  hestasiya  prosesinin  normal  gedişi  üçün  səciyyəvidir. 

Sadalananların  hamısı  hamilə  qadınlarda  pielonefritin  klinik  diaqnostikasını 

ağırlaşdırır,  diferensial  diaqnozun  qoyulması  məqsədilə  yüksək  informativ,  həssas 

metodların tətbiq olunmasını tələb edir . 

 Pielonefrit-  qeyri-spesifik  infeksion  proses  olub  immunbioloji  fonda  allergik 

komponentlə  birgə  inkişaf  edir;    iltihabi  prosesə    ləyən,  interstisial  toxuması  ilə 

birlikdə  böyrək  parenximası    cəlb  olunur.  Pielonefrit  hamiləliyin  gedişinə  və  dölün 

vəziyyətinə  qeyri-qənaətbəxş  təsir  göstərir.  Pielonefrit  zamanı  ən  çox  rast  gəlinən 

ağırlaşma  –  preeklampsiya,  hamiləliyin  başa  çatdırılmaması,  dölün  bətndaxili 

yoluxmasıdır.    Ən  təhlükəli  ağırlaşmalar  kəskin  böyrək  çatışmazlığı,  septisemiya, 

septikopiemiya,  bakterial  şok  hesab  edilir.  Pielonefriti  olan  hamilə  qadınlar  yüksək 

risk qrupuna aid edilir. Çox vaxt pielonefrit hamiləliyin 12-15 həftəsi, 24-29 həftəsi, 

32-34  həftəsi,  39-40  həftəsində,  doğuşdansonrakı  dövrdə  2-5  və  10-12-ci  sutkada 



12 

 

aşkar  edilir.  Hamilə  qadınlarda  pielonefrit  ilk  dəfə  meydana  çıxa  bilər  və  ya  əgər 



qadın  onunla  hamiləlikdən  əvvəl  xəstələnmişsə,  təzahür  edə  (kəskinləşə)  bilər. 

Pielonefrit  ilə  xəstə  hamilə  qadınlar  xəstəliyin  hər  kəskinləşməsi  zamanı,  

preeklampsiya əlamətləri meydana çıxdıqda, dölün vəziyyəti ağırlaşdıqda (hipoksiya, 

hipotrofiya)  hospitallaşdırılmalıdır.  Pielonefritin  törədiciləri  qrammənfi  bağırsaq 

qrupu  mikroorqanizmləri,  göy-yaşıl  irin  çöpləri,  protey,  kandida  cinsi  göbələkləri, 

stafilokoklar  sayılır.    İnfeksiya  hematogen  yolla    iltihab  ocağından  -    udlaq 

badamcıqlarından, dişlərdən, cinsiyyət orqanlarından, öd kisəsindən  yayılır.  Qalxan 

yol da mümkündür – uretradan və sidik kisəsindən. 

   Gedişinə  görə  xəstəliyin:  kəskin,  xronik,  latent  sürən  və  hestasion  pielonefrit  

formaları ayırd edilir. Hamiləlik həm  latent sürən proses üçün, həm də böyrəklərdə 

kəskin  iltihab  prosesinin  inkişaf  etməsi  üçün  əlverişli  şərait  yaradır.  Artıq  mövcud 

olan prosesin kəskinləşməsi çox vaxt hamiləliyin 2-ci yarısında baş verir – bu zaman  

ananın orqanizminə tələbat artır.  Böyrəklərdə infeksion proses uşaq yaşlarında cinsi 

yetişkənlik  dövründə  inkişaf  edir,  çox  vaxt  latent  keçir  və  hestasiya  dövründə 

kəskinləşir.  Hamilə  və  zahı  qadınlarda    kəskin  pielonefrit      aşağıdakı  əlamətlərlə 

təzahür  edir:  xəstəliyin  qəflətən  başlaması,  temperatur  (39-40

0

C),    bel  nahiyəsində 



ağrılar,  ümumi  zəiflik,  baş  ağrısı,  sarsıdıcı  titrəmələr  (profuz  tərlə  əvəz  olunan), 

adinamiya,  bütün  bədən  boyunca  ağrılar,  intoksikasiya.  Bel  nahiyəsində  ağrıların 

güclənməsi    iltihabi  prosesinin  böyrəklərin  kapsuluna  və  böyrəkətrafı  toxumaya 

yayılması ilə izah edilir.  Həmçinin sidik axarları boyunca ağrılar, sidik ifrazı aktının 

pozulmaları,  aşağı  ətrafları  yaxınlaşdırılmış  halda  yan  tərəfdə  məcburi  vəziyyət 

alması  müşahidə  edilir.    Pasternatski  simptomu  müsbət  olur.  Ödemlər  –  səciyyəvi 

deyildir, diurez- kafidir, AT- normaldır. 

  Diaqnostika ümumi-kliniki, laborator, endoskopik və rentgenoloji məlumatlara 

əsaslanır.  Qanın    mənzərəsi   son dərəcə müxtəlif ola  bilər.  Çox  vaxt  formulun sola 

doğru  dəyişməsi  ilə  bərabər  leykositoz,  çubuqnüvəli  formaların  artması, 

hemoqlobulinin  azalması  müşahidə  edilir,  EÇS    artır.    Qanın  biokimyəvi 

müayinəsində  –  ümumi  zülalın  və  zülal  fraksiyalarının  miqdarının  dəyişilməsi 

(albuminlərin  azalması  sayəsində)  nəzərə  çarpır.  Qalıq  azotun  miqdarı  mülayim 



13 

 

şəkildə yüksəlmişdir. Sidikdə -  leykosituriya və bakteriuriya qeyd edilir. Yuxarı sidik 



yollarının  keçiriciliyi  saxlandığı  halda  sidik  irinli  olur.  Silindrlərin  görünməsi 

böyrəklərin  parenximasının  zədələndiyini  göstərir.  Sidiyin  Neçiporenko  üsulu  ilə 

müayinəsində -  leykositlərin və eritrositlərin nisbəti  norma həddindədir, yəni  2:1 (1 

ml  sidikdə  4000  leykosit  və  2000  eritrosit  görünür)    təşkil  edir  (bu  norma  hamilə 

qadınlar  üçün  göstərilmişdir).  Pielonefrit  zamanı    sidikdə  leykositlərin  miqdarı  

normal ola bilər, Neçiporenko üsulu ilə müayinələrdə leykosituriya müşahidə olunur. 

Bakteriuriya - pielonefrit zamanı mühüm simptomdur. Zimnitski üsulu ilə müayinədə 

–  nisbi  sıxlığın  dəyişilməsi,  gündüz  və  gecə  diurezinin  nisbətinin  dəyişilməsi  

(sonuncuya doğru)  nəzərə çarpır ki, bu da böyrəklərin funksiyasının  zəifləməsindən 

xəbər  verir.  Yuxarı  sidik  yollarının  obstruksiyası  zamanı  piuriya  yox  olur,  lakin 

zədələnmiş böyrəklər nahiyəsində ağrılar meydana çıxır. Xromosistoskopiya zamanı 

indiqokarmin  zədələnmiş  böyrəkdən  ifraz  edilmir.  Ekskretor  uroqrafiya  zamanı 

böyrəklərin  böyüməsi,  kontrast  maddənin  ifraz  edilməməsi    («böyük  ağ  böyrək» 

simptomu)  nəzərə  çarpır.  Rentgenoloji  müayinələrin  dölə  qeyri-qənaətbəxş  təsir 

etməsi imkanını nəzərə alaraq,  hamilə qadınlarda  böyrəklərin ultrasəs skanlaması ilə 

kifayətlənmək lazımdır. 

  Kəskin  pielonefritdən  əziyyət  çəkən  qadınlarda  hamiləliyin  gedişinin 

xüsusiyyətlərinə  özbaşına  düşüklərin  və  vaxtındanəvvəl  doğuşların  tezliyinin  böyük 

olmasını,  preeklampsiyanın  inkişaf  riskinin  yüksək  olmasını  aid  etmək  lazımdır. 

Kəskin  pielonefrit    fonunda  inkişaf  edən  preeklampsiya  uzun  müddət  və  davamlı 

gedişi  ilə  fərqlənir,  böyrəklərin  funksiyasının  kəskin  zəifləməsinə,  hipotrofiyaya, 

bətndaxili infeksiyaya və dölün ölümünə gətirib çıxarır.  Çox vaxt kəskin pielonefrit 

anemiya ilə bir yerdə rast gəlir.  Doğuşlardan sonra iltihab prosesinin kəskinləşməsi 

təhlükəsi  meydana  çıxır,  yaxud  urodinamikanın  dəyişilməsinə  səbəb  olan  amillər 

dərhal  itmir.  Kəskin  pielonefritdən  əziyyət  çəkən  hamilə  və  zahı  qadınlar  ciddi 

müayinə,  uroloji  patologiyanın  aşkar  edilməsi,  vaxtında  tam  müalicənin  aparılması,  

mama-  ginekoloq  və  uroloqların  müştərək  müayinəsini  tələb  edir.  Bu,  ana  və  döl 

üçün  yüksək  yaranma  riski,  xəstəliyin  yüksək  ehtimalla  xronik  formaya  keçməsi  və 

xronik böyrək çatışmazlığının  inkişaf etməsi ilə əlaqədar olaraq çox vacibdir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə